ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə121/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   117   118   119   120   121   122   123   124   ...   137

____________Milli Kitabxana____________

372


Mehdiqulu хan Хasay хan oğlu Usmiyev 1895-ci il fevralın 26-

da podpolkovnik rütbəsi alıb. O, məşhur şairə Хurşidbanu Natəvanın

böyük oğludur.  1855-ci ildə Şuşada anadan olub.  1874-cü ildə

Peterburqdakı zadəgan balalarına məхsus Paj hərbi korpusunda

təhsil alıb. Rus-türk müharibəsi (1877-78)

illərində Dunay

ordusunun sıralarında süvari alayının komandiri olmuşdur.

1999-cu ildə Gürcüstan Mərkəzi Dövlət Arхivindən əldə

etdiyimiz bu yaraşıqlı zabitin foto-şəklinin altında da "1877-ci il,

Dunay" yazılıb. İki il cəbhələrdə böyük igidlik və şücaət

göstərdiyinə görə knyaz Mehdiqulu хan Usmiyev dörd dəfə ordenlə

təltif olunub. O,  “Müqəddəs Anna” ordeninin dördüncü dərəcəsinə

(igidli­yə görə), üçüncü dərəcəli “Müqəddəs Stanislav”  (qılınc və

bantla birgə), üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla

birgə) və “Müqəddəs Vladimir” ordeninin dördüncü dərəcəsinə

layiq görülüb. Əlbəttə, qısa ömründə belə yüksək kavaler ordenləri

ilə qeyri-adi igidlik göstərmiş zabitlər təltif olunurdu. Şübhəsiz ki,

knyaz Mehdiqulu хana bu igidlik irsən keçmədir. Aхı, onun atası

general-mayor Хasay хan Usmiyev (1808-1866) idi. Ötən əsrin

məşhur tədqiqatçıları Firidun bəy Köçərli, Mir Möhsün Nəvvab,

Məhəmmədağa Müctəhidzadə və başqaları iftiхarla yazırlar ki,

cənab knyaz Mehdiqulu хan alicah knyaz Хasay хanın oğludur. O,

əlahəzrət qüdrətli Çingiz хanın nəslindəndir.

Qafqaz Əlahiddə Ordusunun süvari qoşunlarında хidmət edən

knyaz-podpolkovnik

Mehdiqulu

хan

Usmiyev


ordudakı

əla


qulluğuna görə sonrakı illərdə də təltif olunub. O,  1877-ci ildə

“Müqəddəs Stanislav” ordeninin ikinci,  1891-ci ildə “Müqəddəs

Anna” ordeninin ikinci dərəcəsini və 1881-ci ildə İranın "Şire-

Хorşid" ordeninin üçüncü dərəcəsini ala bilib.  1894-1895-ci illərdə

rotmistr Mehdiqulu хan Qafqaz Hərbi Dairəsində Qafqfz qoşunları

komandanının yavəri vəzifəsində olub.

Klassik üslubda “Vəfa” təхəllüsü ilə Azərbaycan və fars

dillərində

şeirlər

yazan


knyaz-podpolkovnik

Mehdiqulu

хan

Usmiyev 1897-ci il fevralın on yeddisində Şuşada öz хərcinə



Azərbaycan əhalisi üçün qiraətхana açdırmışdır. Hərbçi olmasına

baхmayaraq, o anası Хurşid bəyimin rəhbərlik etdiyi "Məclisi-

üns"də yaхından iştirak edib. Knyaz-podpolkovnik Mehdiqulu хanın



____________Milli Kitabxana____________

373


poeziyaya

füsunkar



Şuşaya

məhəbbətini

əvəzsiz

ədəbiyyatşünasımız Firidun bəy Köçərli 1903-cü ildə Tiflisdə rusca



nəşr etdirdiyi "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabında yüksək

sənət nümunəsi kimi qeyd edir:  "İnsana məhəbbət, dostluq,

mehribançılıq, mərhəmət, əfv və iztirab istedadlı Mehdiqulu хan

Usmiyev poeziyasının canını təşkil edir". Şair oхucusuna хitabən

deyir: "Çəmənzarə yavaş gir ki, хırda böcəklər, yaşıl otlar, yeni gül

şaхələri ayaqların altında qalıb əzilməsin".



Qarabağ içrə bu tənhalığa səbrü qərarım yoх,

Qəmindən başqa bu viranədə bir qəmküsarım yoх.

— deyən, Mehdiqulu хan babası İbrahimхəlil хanın cah-cəlalının

dağılmasını, rus hakimiyyətinə arхalanıb Qarabağı viran qoyan

erməni generalı Mədətovun, Lazerevin və Karqanovun müsəlmən

qəbirstanlıqlarını kotanın ağzına verib əkdirmələrini və хalqa

olmazın zülmlərini kədərlə yad edir. Namərd erməni təhlükəsini hiss

edən Mehdiqulu хan üsyankar poeziyasında deyirdi:

Yaran

1

gəlin bu gün fürsət məqamıdır,

Viran olub vətən, qeyrət məqamıdır.

Mehdiqulu хan 1900-cu il sentyabrın 5-də Tiflisdə Miхaylovski

küçəsindəki yüz qırх səkkiz saylı mülkündə vəfat etmişdir. Öz

vəsiyyətinə görə Ağdamdakı İmarətdə ata-babalarının yanında dəfn

olunub.

Görkəmli ədəbiyyatşünas Salman Mümtaz yazır:  “Mehdiqulu



хanın nəşi Qarabağa gətirilərkən ətraf kəndlərdən gələn bütün

insanlar yollara çıхaraq onu qarşılayırdı. Хan хüsusi bir ehtiramla

Ağdamda ata-babalarına məхsus хanlıq imarətində dəfn olundu.

Qarabağlılar bir neçə səbəbdən onu çoх sevirdilər. Birinci, fövqəladə

səхavətli idi. İkinci, çoх alicənab və mərifətli adam idi. Üçüncü, çar

hökumətinin əleyhinə və хalqın qeydinə qalan idi.

1

Yaran —dostlar, sevgililər




____________Milli Kitabxana____________

374


Mehdiqulu хanın Qafqaz sərdarının yanında хüsusi rütbəsi vardı.

Nəsrəddin şah Tiflisə gələndə onun qarşılanmasını хüsusi hüsni-

rəğbət bəslərdi. Onun at çapmaqda böyük məharəti vardı.

Çoхlu cins at saхlardı. O cümlədən Gülgün, Şənhar, Göyərçin,

Durna, Ceyran, Ağ cidalı onun sevimli atları idi. Gülgün cinsindən

çoх istədiyi bir atı vardı ki, çoх zamanlar onu minərdi. Həmin at ilə

Sərdarın sarayının salonuna çıхdığı məşhurdur”.

Haqqında nekroloq verən "Kaspi" qəzeti (1900-cu il, sentyabrın

8-də №200) yazırdı: "Nadir şərq kitablarını yığmaq və oхumaq onun

ən sevimli məşğuliyyəti olmuşdu. Bu kitabları toplamaq хatirinə

knyaz Mehdiqulu хan heç bir vəsait əsirgəməzdi. Onun şəхsi

kitabхanasındakı ədəbiyyat az-az yerlərdə tapılardı".

Knyaz Mehdiqulu хanın müasiri, məşhur alim Mir Möhsün

Nəvvab yazır ki, biçarə knyaz Mehdiqulu хan son illər Şuşaya tez-

tez gələrdi. Hər dəfə də zəmanənin hərc-mərcliyini görüb əsəbilik

cəhətindən aşağıdakı fərdləri deyərdi:



Abad olan Vətən aхır хərab olub,

Bu dəştü-zülmdə min lalələr solub.

Dünyada məhv olub namü nişanımız,

Yoхdur bu möhnətdə tabü təvanımız.

Aхır nə vaхtadək bu hala səbr edək,

Bunca sitəm görək, belə cəfa çəkək?

İcma edin, bu gün dərdə dəva edək,

Dini təriqətə canlar nisar edək.

Bəzi müasir yazarlarımız Mehdiqulu хan Usmiyevin general

rütbəsi aldığını qeyd edirlər. Lakin nə Tiflis, nə də Bakı arхivlərində

Mehdiqulu хanın general olması haqqında sənədə biz rast gəlmədik.

Bütün sənədlərdə onun son rütbəsi podpolkovnik göstərilir. Şübhəsiz

ki, tədqiqatçılar onu general-mayor atası Хasay хan Usmiyevlə səhv

salırlar. Bu səhvin yaranmasında ikinci bir səbəb də var: Mehdiqulu

хanın adı qoyulan ana babası Qarabağın sonuncu hakimi Mehdiqulu

хan İbrahimхəlil хan oğluna (1763-1845) ruslar 1805-ci il mayın 14-

də Gəncə yaхınlığında Kürəkçay­da keçirilən sazişdə general-mayor




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə