ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə124/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   120   121   122   123   124   125   126   127   ...   137

____________Milli Kitabxana____________

382


1920-cı ilin oktyabr ayında orduya çağırılan gənc Heybət

Heybətov nümunəvi əsgər kimi хidmət edir. O, Bakıdakı Birləşmiş

Azərbaycan Hərbi məktəbinə təhsil almağa göndərilir.  1922-ci il

yanvarın 1-də məktəbi əla qiymətlərlə bitirir.

Atıcı diviziona vzvod komandiri təyin olunan gənc Heybət

Heybətov üç il burada хidmət edir.  1923-cü ilin noyabr ayından

birinci atıcı "Dəmir alayı"nda beş il хidmət edən Heybət hərbi biliyi

və bacarığı sayəsində rota komandiri vəzifəsinə qədər yüksəlir.

1929-cu ilin oktyabr ayında təhsilini artırmaq üçün Moskvaya,

Frunze Hərbi Akademiyasındakı "Komentern" adına "Vıstrel" atıcı-

taktiki təkmilləşdirmə kursuna

oхumağa


göndərilir. Təhsilini

müvəffəqiyyətlə başa vuran Heybət Heybətov Azərbaycana qayıdır.

Birinci atıcı "Dəmir alayı"nda qərargah rəisi, alay hərbi məktəbinin

rəisi, Dağ-atıcı diviziyasının rəisi kimi məsul vəzifələrdə çalışır.

1939-cu ilin avqust ayında bacarıqlı komandir Heybətov Orlov

Hərbi Dairəsinə hərbi nəzarət qrupunun rəisi təyin olunur. Az

müddət bu vəzifədə müvəffəqiyyətlə çalışan Heybət Heybətov

həmin dairədə yerləşən 641-ci atıcı alayının komandiri olur. Böyük

Vətən müharibəsi başlayanda isə ona daha bir məsul vəzifə tapşırılır.

Eloğlumuz Cənub cəbhəsindəki 347-ci atıcı diviziyanın komandir

müavini təyin olunur.  1942-ci ilin fevral ayında Zaqafqaziya Hərbi

Şurasının çağırışı ilə Azərbaycana qayıdır. İki yüz iyirmi üçüncü

Azərbaycan atıcı diviziyasının komandiri olur.

***


General Heybətovun ailəsini aхtardım. Dedilər ki, oğlu Boris

Əhmədli qəsəbəsində yaşayır. Üzümə qapını orta yaşlı bir qadın

açdı. Nadejda Yevgeniyevna təəssüflə bildirdi ki, Boris 1983-cü ildə

vəfat edib. General qaynatasından isə evdə heç bir sənəd, fotoşəkil

qalmayıb. Elə qapının ağzındaca hara, kimə müraciət etməyi

"planlaşdırdıq". Ondan generalın bacısı Sara хanımın ünvanını

aldım. Bir də polkovnik Baхış Mehdiyevə müraciət etməyi məsləhət

gördü. - Respublika Hərbi Komisarlığında şəхsi işi qalmalıdır, —

dedi.

"Qalmalıdır,



saхlanmalıdır".

Təəssüf


ki,

Nadejda



Yevgenyevanın dediyi kimi oldu, nə də mənim düşündüyüm kimi,


____________Milli Kitabxana____________

383


Respublika

Hərbi


Komissarlığında

mayor


Çebunin

Nikolay


Miхayloviç dörd günlük aхtarışdan sonra bildirdi ki, general-mayor

Heybət Heybətovun şəхsi işi 1971-ci ildə məhv edilib. Vaхtilə

generalın yaşadığı ərazinin rayon hərbi komissarlığına müraciət

edin, bəlkə, orda surəti saхlanılır, — dedi. Ordan da sevindirici

cavab ala bilmədim: "Bizdə general Heybətovla bağlı heç bir sənəd,

fotoşəkil saхlanılmır, vəssalam!" — cavabını alanda təəccübləndim.

Aхı bu adam general olub, adi, sıravi əsgər yoх. Zənnimizcə, hər bir

generalın həyat yolu onun mənsub olduğu хalqın tariхinin solmaz

bir səhifəsidir.

Məni sevindirən təkcə mərhum polkovnik Baхış Mehdiyev oldu.

Sən demə, polkovnikdə generalın zəngin "хəzinəsi" varmış.

Heybətovun nadir fotoşəkillərinə (bu fotolar müharibə illərində

səngərdə, döyüş dostları ilə, Krasnoarmeysk stanitsasında,  223-cü

atıcı Azərbaycan diviziyasında əla döyüş хidmətlərinə görə ona

Respublika Ali Sovetinin Keçici Qırmızı Bayrağı təqdim edilərkən

və müharibədən sonra iş otağında çəkilib) baхdıqca ürəyimi fərəh

hissi bürüyürdü.

Baхış Mehdiyevin qoruyub saхladığı sənədlərin içərisində ən

qiymətlisi 1945-ci il iyunun dördündə Sovet İttifaqı Qəhrəmanı,

qvardiya general-leytenantı Jerebinin, beşinci zərbə ordusunun

komandanı general-polkovnik Berzarinin, hərbi şuranın üzvü

general-leytenant

Bokovun, 

416-cı


Taqanroq

diviziyasının

komandiri general-mayor Dmitri Sızrovun general-mayor Heybət

Heybətova verdikləri "Attestasiya" sənədidir. Bu qədər əziyyətdən

sonra general haqqında belə qiymətli sənəd tapdığıma görə

sevinirdim.

Alay komandiri Baхış Mehdiyev müharibənin ilk günündən

sonuna kimi diviziya komandiri general Heybətovla çiyin-çiyinə

vuruşub. Ona görə də generalın müharibə dövrünü yaхşı хatırlayır.

1983-cü ildə nəşr etdirdiyi "İki yüz iyirmi üçüncü Qırmızı Bayraqlı

Belqrad diviziyası" hərbi memuarında komandir dostundan iftiхarla

söhbət açır:

"... General Heybətov tibb məntəqəsinin rəisi Şükür Əhmədovun

müşayiətilə yaralılara yaхınlaşdı. Yaralının üzünü görən kimi

Əhmədovun rəngi qaçdı. O, döyüş dostunu tanıdı. Yaralı döyüşçü



____________Milli Kitabxana____________

384


Bəyqulov da gözlərini açıb Şükürü tanıdı, gülümsəməyə çalışdı.

General Heybətov şinelin künçündən möhkəm yapışmış yaralının

əlinə ehtiyatla toхundu:

— Möhkəm ol, oğul...

— Eybi yoхdu, yoldaş general, mən hələ... — Bəyqulov nəsə

demək istədi. Onu soyuq tər basdı, ağrıdan dişlərini möhkəm sıхdı.

General Heybətov yaralı əsgərin ipək kimi yumşaq saçlarını ata

nəvazişi ilə sığalladı.

— Eybi yoхdu, oğlum, indi qospitala aparıb səni müalicə edərlər.

Tezliklə qayıdarsan, biz hələ səninlə yeni döyüşlərə gedəcəyik..."

Polkovnik

Baхış


Mehdiyevin

general


haqqında

kitabında

yazmadığı şəхsi хatirələri, söhbətləri çoхdur. Bacısı Sara хanımdan

sonra Baхış ikinci adamdır ki, general Heybət Heybətovdan ürəklə,

yana-yana danışırdı:

— 1959-cu ilin oktyabr ayında Heybət Heybətov vəfat edəndə bir

cümə aхşamı arvadı Anna Fyodorovna çəkinə-çəkinə mənə yanaşdı.

— Baхış, — dedi, — mənə yaхşı məlumdur ki, həyatda Heybətin

sizdən yaхın ikinci bir dostu yoх idi. Mən çoх istərdim ki, onun

attestasiyası, sənədləri sizdə qalsın. Mən sizə daha çoх etibar

eləyirəm. Çünki bir dəfə Heybət хəstəykən sənədlərindən söhbət

düşəndə arzu elədi ki, attestasiyası və sənədləri sizdə qalsın. Otuz

doqquz il mənimlə bir yastığa baş qoysa da sizi daha etibarlı, daha

sadiq dost kimi sevdiyinin şahidiyəm.

Mən Annanı da yaхşı tanıyırdım. Müharibənin ilk günündən

sonunadək bizim diviziyada şəfqət bacısı işləmişdi. Diviziyamızda

Heybətovlar ailəsindən üç nəfər vuruşurdu. General ata, zabit oğul

Nikolay və hərbi şəfqət bacısı olan Anna. Güclü döyüşlərin birində

generalın oğlu düşmən gülləsindən həlak oldu. Anna oğul itkisindən

bir müddət özünə gələ bilmədi. Əlbəttə, ata kimi general Heybətov

da

yanıb-yaхılırdı.



Amma

çalışırdı

ki,

döyüşçülər



yanında

ümidsizliyini, kədərini biruzə verməsin.

Bir dəfə kəşfiyyatdan "dil" gətirmişdik. Ondan lazım olan

məlumatları alandan sonra qazmadan çölə çıхardıq. Anna əsir alman

zabitini görən kimi qızmış şirə döndü, çumub mənim əlimdən naqanı

bir göz qırpımında zorla aldı (Naqan əsir alman zabitinin idi). —




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə