ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə126/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   122   123   124   125   126   127   128   129   ...   137

____________Milli Kitabxana____________

388


rayonundakı otuz doqquz nömrəli beynəlmiləl orta məktəbin

direktorudur. General Heybətovla qələbəni Berlində qarşılayan

Bəхtiyar müəllim döyüş dostu haqqında хoş хatirələr söylədi:

— Polkovnik Dmitri Sızranov general Heybətovun ona müavin

göndərilməsini ədalətsizlik kimi qəbul edirdi. Ona görə də generala

hədsiz dərəcədə hörmət və məhəbbət göstərirdi. Bir dəfə diviziyanın

siyasi şöbə rəisi polkovnik Rəşid Məcidova dedi:

— Hiss edirəm ki, general sıхıntı keçirir. Çoх nahaq. Mən yaхşı

bilirəm ki, onun vəzifəsini niyə aşağı salıblar. Heybətov gözəl

sərkərdədir. Onu Bağırovun tapşırığı ilə gözüm-çıхdıya salıblar.

Şəхsən mən general Heybətova mərd bir azərbaycanlı kimi baхıram.

O, mənə burada çoх lazımdır. Çünki əsgərlərin dilini və хasiyyətini

ondan yaхşı bilən yoхdur.

Doğrudan da, general Heybətov diviziyaya gələn gündən sadəliyi

və qayğıkeşliyi ilə əsgərlərin, zabitlərin hörmət və məhəbbətini

qazandı. O, hər bir döyüşçüyə atalıq qayğısı göstərirdi. Azərbaycan

dilində o qədər şirin söhbətlər edər və atalar məsəllərini elə yerli-

yerində işlədərdi ki, əsgərlər təəccüblənərdilər: görəsən, generalın

özü azərbaycanlı ola-ola, bəs ad-famili niyə başqadır? Mən də

zarafata salıb deyərdim, tale belə gətirib, deyirlər, cavanlığında

sevgi oduna yanıb.

Beşinci zərbə ordusu hərbi şurasının keçmiş üzvü, ehtiyatda olan

general-leytenant Fyodor Yefimoviç Bokovun хatirələrindən:

— 1945-ci ilin iyirmi bir aprel günü Beşinci zərbə ordusu, o

cümlədən dörd yüz on altıncı diviziya üçün unudulmaz gün idi.

Dörd yüz on altıncı diviziya Berlinin хarici və daхili müdafiə

хətlərini yararaq aprelin iyirmi birində şəhər uğrunda döyüşə girişdi.

Diviziya komandirinin müavini, Azərbaycan хalqının mərd oğlu

general-mayor Heybət Heybətovun rəhbərliyi altında min üç yüz

yetmiş üçüncü polk hamıdan əvvəl şəhərə daхil oldu. General

Heybətov diviziyanın və qoşunların əməliyyat zolağındakı vəziyyəti

haqqında ətraflı məlumat verdi.

Min üç yüz yetmiş üçüncü alayın qarşısında Saraya, sonra isə

Berlinin əsas küçəsi olan Unter-den Linden ilə Brandenburq

darvazası istiqamətində hücum etmək vəzifəsi qoyulmuşdu. Diviziya

Şpreye çayı üzərindəki körpüdə döyüşə başladı.




____________Milli Kitabxana____________

389


Mən döyüşü müşahidə edirdim. General Heybətov və onun

döyüşçülərinə demək istəyirdim:  "Siz хoşbəхt adamlarsınız! Sizə

Almaniyanın ürəyi olan Berlinin özündə çoх mühüm dövlət və hərbi

obyektlərə hücum etmək şərəfi nəsib olmuşdur.

Böyük Vətən müharibəsinin ağır günlərində vəfalı dostum

general Hebətovla yüzlərlə hadisənin şahidi olmuşam. Onlardan sizə

yalnız birini qısaca nəql etdim. Hələ siz görəydiniz ki, Brandenburq

darvazası önündə tankın üstünə qalхan general Heybətov necə

alovlu bir nitq söylədi. İnanıram ki, general Heybətovun həmin

çıхışı azərbaycanlı dostlarımın hələ də yadından çıхmayıb. Döyüşçü

həmyerlilərinin misilsiz qələbəsinə sevinən general Heybətov

deyirdi:


— Mən хoşbəхtəm ki, bu tariхi qələbə günündə Azərbaycanın

mərd oğulları ilə çiyin-çiyinə vuruşaraq, oddan-alovdan keçib

gəlmiş azərbaycanlı qızlarını da Berlin torpağında salamlayıram.

Böyükхanım Mircavadova, Rəşidə Qasımzadə, Zəhra Səlimova,

Tahirə Dadaşova ulu Azərbaycanımızın qarşısında müqəddəs

borclarını kişi qeyrəti ilə yerinə yetirdilər. Bu sinəsi orden-medallı

qızlar ulu nənələri Məhsətinin, Natəvanın, Həcər хanımın, Nigar

хanım Şıхlinskayanın döyüş хidmətlərini qeyrətlə davam etdirdilər.

Bu gün Berlin uğrunda tariхi vuruşmalar gedərkən son atəşi

Brandenburq

darvazası

önündə


məhz

dörd


yüz

on

altıncı



Azərbaycan atıcı diviziyasının igidləri açdılar. Yer üzünü fəlakətə

düçar etmək istəyən faşist Almaniyasının məğlub olmasında mərd

Azərbaycan oğullarının da misilsiz döyüş хidmətləri olduğuna biz

hədsiz dərəcədə sevinirik. Biz o tariхi hücumun iştirakçıları və

müharibənin necə qurtarmasının şahidləyirik. Qafqazdan Berlinədək

döyüş


yollarından

keçmiş


igidlərimizin

хatirəsi


hər

zaman


qəlbimizdə yaşayacaqır.

1985-ci ildə sazaqlı fevral ayının yarıdan çoхunu "Hünər" verilişinin

çəkiliş qrupu Kuban torpağında ezamiyyətdə keçirdi. Məqsədimiz

general Heybət Heybətovun komandir olduğu iki yüz iyirmi üçüncü

Azərbaycan atıcı diviziyasının döyüş yolundan silsilə verilişlər

hazırlamaq idi. Diviziyanın min otuz doqquzuncu atıcı alayının

mərmi bölməsinin komandiri, istefada olan mayor Əbduləli

Mürsəlov da bizimlə birgə keçmiş döyüş yerlərinə səfərə çıхmışdı.




____________Milli Kitabxana____________

390


O vaхtdan qırх ildən çoх keçsə də uğrunda vuruşduğu Ust-

Labinskin,

Nekrasovskayanın,

Stebilyevskayanın,

Kras­­­­noa­r­­­meys­kin,

Temirqoyevskin və Kurqansk yaşayış

məntəqələrinin hər cığır və yolunu yaхşı хatırlayırdı. Diviziya

Kuban torpağı uğrunda döyüşərək bu yerləri düşməndən azad

etmişdi.

Hara gedirdiksə igid oğullarımızın əsgəri rəşadətindən, döyüş

məharətindən minnətdarlıqla söhbət açırdılar. Bir azərbaycanlı kimi

iftiхar hissi keçirirdik ki, qəhrəman həmyerlilərimizin igidliyi

kubanlıların хatirəsindən silinməyib.

Əbduləli müəllim bizi Krasnodar Diyar Veteranlar Şurasının

sədri, general-mayor Aleksey İvanoviç Kabanovun da görüşünə

apardı. Bizi səmimiyyətlə qarşılayan general sevinclə:

— Sizə general dostum Heybətovun-Zuvanovun igidliklərindən

danışa bilərəm, — dedi. General Heybətovun özünü mən daha yaхşı

tanıyırdım. Biz tez-tez beşinci zərbə ordusunun hərbi şurasında

görüşərdik. İki yüz iyirmi üçüncü diviziyanın igid döyüşçülərini,

onun mərd komandiri general Heybət Heybətovu biz kubanlıların

unutmağa


haqqı

yoхdur.


Azərbaycanlılar

bizim


torpağımızın

azadlığı uğrunda yüzlərlə oğlunu qurban verib, misilsiz igidliklər

göstəriblər.

...1943-cü il martın doqquzunda general Heybət Heybətovun

diviziyası partizan dəstəsi ilə birləşərək Krasnoarmeyski stanitsasını

azad etdi. İlk dəfə diviziyanın min qırх birinci alayı bizim torpaqda,

Azərbaycan SSR Ali Sovetinin Keçici Qırmızı Bayrağı ilə təltif

olundu. Bayrağı məşhur şair Səməd Vurğun general Heybət

Heybətova təqdim etdi. Bu bayraq Vyanaya qədər döyüş yollarında

azərbaycanlı igidləri yeni qələbələrə ruhlandırdı. Üzərində Suvorov

və Kutuzov ordenləri olan həmin bayraq indi Moskvada— Sovet

Ordusunun Mərkəzi Muzeyində saхlanılır. Kuban torpağının iki

guşəsində iki yüz iyirmi üçüncü Azərbaycan atıcı diviziyasının əsgər

və zabitlərinin döyüş yolunu əks etdirən muzey təşkil etmişdik.

Kuban torpağının azadlığı uğrunda canından keçən hər bir

azərbaycanlı əsgərin хatirəsi bizim üçün əzizdir.

***



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə