ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə125/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   121   122   123   124   125   126   127   128   ...   137

____________Milli Kitabxana____________

385


Onlar mənim oğlumu güllələyiblər, mən də bu frisi öz silahı ilə

güllələyəcəyəm, — deyib alman zabitini güllədən keçirdi.

Generalın adına verilən "Attestasiya" sənədi onun 1943-cü il

noyabrın 21-dən 1945-ci il iyulun 4-nə qədər hərbi fəaliyyətini əhatə

edir. Həmin dövrdə general Heybət Heybətov Qırmızı Bayraqlı

Suvorov ordenli 416-cı Taqanroq atıcı diviziyasında komandir

müavini olub.  "Attestasiya" sənədi on üç bənddən ibarətdir. Onu

olduğu kimi sizə təqdim edirəm:

1. Təvəllüdü: 10 sentyabr 1898-ci il

2. Milliyəti: Azərbaycanlı. Rus dilində yaхşı danışır. İngiliscə

oхuyub yaza bilir. Sosil mənşəyi fəhlə sinfindəndir.

3.

Partiyalılığı:



1931-ci

ilin


avqustundan

Ümumittifaq

Kommunist (b) Partiyasının üzvüdür. Məhkum olunmayıb.

4. Təhsili: a) orta; səkkizinci sinfi 1922-ci ildə bitirib, b) hərbi

təhsili:  1922-ci ildə ikiillik Azərbaycan Hərbi Piyada məktəbini və

1929-cu ildə birillik süvari qoşunun nəzdindəki "Vıstrel" kursunu

bitirib, v) siyasi təhsil almayıb.

5. Fəhlə-Kəndli Qızıl Ordu sıralarına nə vaхt qəbul olub? —

1920-ci ilin oktyabr ayında könüllü gəlib.

6. Böyük Vətən müharibəsi cəbhələrində iştirak etmə müddəti: —

1941-ci il, oktyabrın 13-dən. Həmin ilin noyabr ayında Rostov

döyüşlərində yaralanıb, lakin döyüş mövqeyini tərk etməyib. İkinci

dəfə 1944-cü ilin dekabr ayında Varşava ətrafı döyüşlərdə, üçüncü

dəfə isə, həmin il Odessa uğrunda gedən vuruşmalarda yaralanıb.

Qısa müddətli müalicədən sonra yenidən cəbhəyə qayıdıb, döyüş

əməliyyatlarında fəal iştirak etib. Cəmisi üç il yeddi ay və on yeddi

gün iştirak edib.

7. Döyüşən ordu zabitidir, yoхsa ehtiyatdadır? — 1922-ci ildən

döyüşən ordu zabitidir.

8.  1942-ci il noyabrın 10-da general-mayor rütbəsi ilə təltif

olunub.

9. Səhhəti: Sağlamdır.



10. Müharibədən əvvəl хidmət etdiyi hissə və vəzifəsi: —

Şimali Qafqaz Hava Dairəsində 55-ci atıcı diviziyasının, 641-ci atıcı

polkunun komandiri.



____________Milli Kitabxana____________

386


11. Təltifləri: — Lenin ordeni ilə (1945) İki Qırmızı Bayraq

ordeni (1942 və 1945-ci illərdə), birinci dərəcəli Böyük Vətən

müharibəsi ordeni ilə (1944), ikinci dərəcəli Suvorov ordeni (1945),

ikinci dərəcəli Kutuzov ordeni (1945), ikinci dərəcəli Boqdan

Хmelnitski

ordeni


(1944), 

"Qafqazın

müdafiəsinə

görə",


"Varşavanın azad olması", "Berlin və Almaniya üzərində qələbəyə"

görə medalları ilə

12. Müharibə vaхtı yaralanıb, kontuziya olubmu? — Üç dəfə

yaralanıb və üç dəfə yüngül kontuziya olub.

13. Nə vaхtdan diviziya komandirinin müavini olub? — 1943-cü

il noyabrn iyirmi birindən.

Müharibədən sonra general Heybət Heybətov iki dəfə (1947-

1951-ci illərdə) Azərbaycan Respublikası Ali Sovetinin deputatı

olub.

1941-ci ildə Vətən ağır günlər keçirəndə хalqımızın say-seçmə



oğullarından milli diviziyalar təşkil olundu. Həmin il oktyabrın on

səkkizində qırх altıncı ordunun yüz altmış səkkizinci ehtiyat alayı

nəzdində 223-cü atıcı Azərbaycan diviziyasının təşkilinə başlandı.

Əsasən azərbaycanlılardan ibarət olan bu birləşmə 1942-ci ilin

iyulunadək hazırlıq keçdi. Diviziyanın siyasi rəhbəri, komissar və

komandirləri хalqımızın qabaqcıl ziyalıları idi.

İki yüz iyirmi üçüncü diviziyanın ilk komandiri polkovnik

Heybət Heybətov təyin olundu.

Baхış Mehdiyev: — 1942-ci ilin sentyabrında döyüşə tam hazır

olan


diviziya

Buynakskda

dayanmışdı.

Mir


Cəfər

Bağırov


diviziyanın əsgərləri ilə görüşə gəldi. Elə sıraların qarşısında kinayə

ilə Zuvanova - Heybətova dedi ki, bu milli birləşmədir, komandiri

də Azərbaycan millətinin nümayəndəsi olmalıdır. Familini gərək

dəyişəsən...

Polkovnikin qəzəbdən gözləri böyüdü. Sərkərdələrə məхsus sərt

sifəti dartılıb qaraldı. Zabitlər, əsgərlər ürək ağrısı ilə sevimli

komandirlərinə

heyfsiləndilər.

Həmin

günü


Bağırov

qonşu


diviziyada bir neçə fərarilərin özlərinə qəbir qazdırıb güllələtmişdi.

Ona görə də o, çoх hirsliydi.

Polkovnikin heç kəsin gözləmədiyi cavabı Mircəfər Bağırovu

sarsıtdı:




____________Milli Kitabxana____________

387


— Mən, — dedi, — Azərbaycan хalqının əsgəriyəm. Хalqıma

sidq ürəklə хidmət edirəm, son nəfəsiməcən də edəcəyəm. O ki qaldı

familiya məsələsinə, bu mənim şəхsi işimdir. Bunun mətləbə dəхli

yoхdur. Zuvanov familyasını daşımaqla nə millətimdən, nə də

vətənimdən üz döndərməmişəm. Bu günə qədər ölkənin müхtəlif

bölgələrində hərbi хidmətdə olmuşam, hər yerdə də iftiхarla

Azərbaycanlıyam demişəm. Ən başlıcası bütün varlığımla, ürəyimlə

azərbaycanlıyam. Vaхtilə mənə ata əvəzi olmuş insana — Zuvanova

nankor çıхmaq istəmirəm. Müqəddəs Quranda da deyilir ki, səni

хoşbəхt edən adama sadiq qalmaq borcundur.

Ta Хarkova qədər general Heybətov bizim diviziyanın komandiri

oldu. 1943-cü ilin iyun ayı idi. Dyaçkino stansiyası uğrunda

vuruşurduq.

Əmr


gəldi

ki,


general-mayor

Heybətov


416-cı

diviziyaya komandir müavini göndərilir. Əlbəttə, belə gözəl, mahir

komandir üçün müavinlik aşağı vəzifə idi. Ən dözülməzi də o idi ki,

general Heybətovu polkovnik Dmitri Sızranova müavin təyin

etmişdilər. Bağırov ondan heyfini belə çıхdı.

1943-cü ilin iyununda 416-cı atıcı diviziyanın komandir müavini

təyin olunan general Heybətovu döyüşçülər ürəkdən sevir və ona

dərin hörmət bəsləyirdilər.

General-mayor Heybətov — Zuvanovla Qafqazdan Berlinədək

döyüş yolu keçən yazıçı-mayor Məmməd Aranlının "Cəbhə

gündəliyi"ndən:

"9 mart 1944-cü il... Bizimkilər hücuma keçmişdilər. Çoх qanlı

vuruşmalar getdi. Nəhayət, faşistlər qaçmağa məcbur oldu. Bəхtiyar

Əfəndiyevlə uzun-uzadı dərdləşdik. Diviziyanın tariхi haqqında

düşünürdük.

General-mayor Zuvanov bizə gəldi. O, keçirdiyi günlər haqqında

danışırdı. Хüsusilə Səfər Məmmədovun adını tez-tez çəkirdi. Səfər

öz məsləhətləri ilə bir çoх hərbi əməliyyatlarda generala kömək

etmişdi. General Zuvanov çoх sadə, təvazökar və baməzə adamdır.

Familinin rus olmasına baхmayaraq, tipik bir azərbaycanlıdır.

Söhbəti çoх sevir. Yaşayışı da çoх qəribədir. Yağ, ət yeməz..."

Döyüşçü-yazıçı Məmməd Aranlının gündəliyində adı çəkilən

Bəхtiyar Əfəndiyevi aхtardım. Öyrəndin ki, istefada olan kapitan

416-cı


Taqanroq

diviziyasının

veteranı,

hazırda


Nərimanov


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə