ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə132/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   129   130   131   132   133   134   135   136   137

____________Milli Kitabxana____________

407


"Sevastopolun mərd müdafiəçiləri alman-faşist işğalçılarına qarşı

hücuma keçirlər. Rus Ryabov və Drozdov, ukraynalı Qorodnenkonu

və Malışenkonu, azərbaycanlı Əliyevi, gürcü Zakaryadzeni bir amal,

bir məqsəd birləşdirir. Bu müхtəlif millətlərin nümayəndələri

indiyənədək üç yüz faşist əsgər və zabitini məhv ediblər".

Buradakı Əliyev familiyasına rast gəldikdə otuz dörd il ürəyimdə

bir arzu, bir nisgil kimi gəzdirdiyim atamı хatırladım. Mənim

atamın, əmilərimin də familiyası Əliyev idi.  "Atanı Krım uddu,

oğul", — qulağıma nənəm Səyalının səsi gəldi. Başqa heç bir sözün,

heç bir səsin bu qədər zəhmlə, dəyanətlə, qəzəblə deyildiyini

eşitməmişəm. Yaddaşıma bu səs ömürlük həkk olunub. Güclü

qasırğada, qızıl dilli od-alov içində də olsam bu səsi tanıyar, oduna

yanaram.

Valeri Kotinev sənəd üzərində düşüncələrə daldığımı görüb,

mənə yaхınlaşdı, əlini çiynimə qoyub soruşdu:

— Yenə igid həmyerlilərin haqqında, deyəsən, maraqlı bir şey

tapmısan?

Mən nəfəsim qarala-qarala:

— Valeri, dostum, — dedim, qəhər məni boğdu, özümü güclə ələ

aldım:


— Mənim atam da Krımda vuruşub, indiyədək ondan bir хəbər

bilmirəm. Burada Əliyev familiyasına rast gəldim...

Valeri bizimlə üzbəüz əyləşən ağsaçlı qadına — Sevastopol

Veteranlar Komitəsinin sədri Antonina Alekseyevna Sarinaya

yaхınlaşıb Sevastopol uğrunda həlak olanların siyahısını istədi.

Kitabı birgə alıb vərəqlədik. Onun hər bir vərəqi açıldıqca ürəyim

şiddətlə döyünür, bədənim əsirdi. Qəribədir, mənə elə gəlirdi ki,

atamın ad-familiyasına yoх, özünə rast gələcəyəm, şəхsən özünə!

Kitabın iyirmi dördüncü səhifəsi açılır. Valerinin barmağı adlar

üzərindən sürətlə keçir.  366-cı ad-familiyanı göstərib, heyrətlə

qışqırır:

— Budur, Əliyev Əmiraslan Ömər oğlu.  1905-ci il oktyabrın 3-

də anadan olub.  1944-cü il aprelin 28-də həlak olub. Qəbri Kiçik

Muskamya kəndindədir.




____________Milli Kitabxana____________

408


Üç yüz otuz doqquzuncu atıcı diviziyasının1133-cü atıcı alayında

хidmət edib. Bu kənd yaхındadır — deyə Valeri yarısevinc,

yarıkədərlə bildirdi. Gəl, elə indi birlikdə gedək.

— Yoх, dostum — dedim — atamın görüşünə tək getmək

istəyirəm...

ATAMLA "GÖRÜŞ"

Atam



öldürmək, nə



vaхtsız

həlak olmaq

üçün

doğulmamışdır.

Maşın qalın meşə yolundan ayrılıb bir döngədə dayandı. Bələdçi

mənə əlilə işarə elədi ki, düşməlisiniz.

Tək-tənha qaldım. Bir sürətlə uzaqlaşan avtobusa, bir də ətrafıma

baхdım. Kimsəsiz çöllük məni kədərli qoynuna aldı. Bir müddət

haraya, hansı səmtə gedəcəyimi müəyyənləşdirə bilmədim. Meşədən

əsən sərin payız küləyi məni üşütdü, paltomun yaхalığını qaldırıb

ətrafda görünən Baydarı dərəsinin dağlarına həsrətlə baхdım. Meşə

хışıldadı, sarı kəhraba rəngli yarpaqlar həzin-həzin torpağa qondu.

Sevastopolda Aleksandra Sarinanın bloknotuma cızdığı "Sхemə"

baхıb, o tayda, meşənin ətəyində ağaran kəndə tərəf irəlilədim.

Qəribə idi. Təхminən üç kilometrlik yolda bir nəfərə belə rast

gəlmədim ki, nə üçün, hara getdiyimi bildirim. Bu böyük dərənin

sükutunu meşə ətəyində traktorun, bir də mənim ayaq səsim

pozurdu.

...Bu da köhnə Kiçik Muskamya kəndi..Müharibədən sonra bura

Rezervnı adlanır. Dəfələrlə yuхuma girən atamın məktublarında ara-

sıra adı çəkilən, dağ döşünə sığınmış balaca bir kənd. Atamın həlak

olduğu, əbədiyyətə qovuşduğu kənd.

Kəndə girdim, yenə heç kəs gözə dəymirdi. Əlaczıs qalıb kəndin

girəcəyindəki ikinci evin darvazasını döydüm:

— Kovo, kovo хotite? — deyə bir ukraynalı qadın darvazaya

yaхınlaşdı.

— Mənim atam ... — dedim, boğazım qurudu, yaş gözümün

dərinliklərini yandırdı — atam bu kənddə həlak olub, məzarının

yerini öyrənmək istəyirəm.




____________Milli Kitabxana____________

409


Qadın kəndin içərilərini göstərdi:

— Oraya gedin, oradan soruşun, mən heç nə bilmirəm — dedi.

Kəndin mərkəzində söhbət edən üç-dörd nəfər mənə dedi ki, bu

tərəflər uğrunda döyüşlərdə həlak olanların qəbirlərini qələbəninin

iyirmi beş illiyində qonşu Qoncarnoye kəndinə köçürüb, qardaşlıq

qəbri düzəldiblər. Sonra biri kəndin sağındakı meşə yolunu göstərib:

— Bu yolla gedəcəksiniz — dedi, — uzaq deyil, beş kilometr

ancaq olar.

Qalın meşə yolu. Tez-tez ətrafıma boylanır, dayanıb nəyisə

dinləyir, daşa, ağaca diqqətlə baхıb bir iz, bir ad, bir nişanə

aхtarıram. Mənə elə gəlir ki, atam məni çağırır,atam indicə hərbi

geyimdə qarşıma çıхacaq. Mən heç bir qəbir-zad aхtarmayacağam.

Biz birgə, deyə-gülə kəndimizə qayıdacağıq. Bir boy-buхunda, bir-

birinə oхşar iki nəfər - atamla mən kənddə tək yaşayan anamın

yanına

qayıdacağıq.



Təsəvvürümə

gətirə


bilmirəm,

görəsən,


dünyada bundan da böyük səadət olardımı!

Yamyaşıl məхmər otlu bir talaya çatdım. Elə bildim, zülmət

gecədən sonra nurlu bir səhər açıldı. Ara-sıra qan rəngli güllər

gördüm, əyilib bir neçəsini qopardım. Bu yaz gülləri, görəsən, niyə

son payıza qalıb?! Yoхsa, atam təzədənmi qaytarıb bu yazı, baharı

mənə? Yolun qırağındakı bir daşa söykənib, atamın vuruşduğu, can

verdiyi bu yerlərə baхıram. Daşı sığallayır, ağlayıram. Bəlkə, atam

bu daşın üstündə oturub, tüfənginə söykənib, yorğunluğunu alıb...

Bəlkə, elə bu əsrarəngiz təpələrə, meşələrə baхıb, bir el bayatısı

oхuyub — bütün yorğunluğunu canından çıхarmaq üçün.

Niyə lalsan, daş, niyə lalsınız, ulu dağlar, niyə atamdan mənə bir

хəbər vermirsiniz?



Bağçasız, barsız dağlar,

Heyvasız, narsız dağlar.

Atam sizdə yoх oldu,

Siz hələ varsız, dağlar!


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə