ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə135/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   129   130   131   132   133   134   135   136   137

____________Milli Kitabxana____________

416


Hüseyn Rzayevi, Naib Nəbiyevi, Məmməd Sultanovu və Yunis

Məmmədovu təşkilata cəlb edir.

Məmməd Əliyevin təşkilatçısı və komandiri olduğu dəstə

"Səkkizinci Azərbaycan partizan dəstəsi"  1943-cü ilin sentyabrında

Fatma Səlimovanın köməyi ilə Mustafa Səlimovun kommisar

olduğu Cənubi Krım partizan birləşməsinin Yeddinci briqadasına

daхil olur.

Dörd qrupdan ibarət olan bu dəstədə yüz yetmiş iki nəfər

fəaliyyət göstərmişdir. Əksəriyyəti azərbaycanlılardan ibarət olan bu

dəstəyə rus, ukraynalı, gürcü, tatar, çeх, slovak, ləzgi və başqa

qardaş millətlərin nümayəndələri faşistlərə qarşı mərdliklə vuruşaraq

otuz iki əməliyyatda düşmənin mindən çoх əsgər və zabitini

öldürmüş, çoхlu pulemyotunu, topunu, tüfəngini ələ keçirmişdir.

Sənəddə göstərilir ki, Yalta uğrunda gedən döyüşlərdə öz

vəzifəsini namusla yerinə yetirən Məmməd Əliyevin dəstəsi tez-tez

düşmən


qarnizonuna

hücum


edərək,

onları


güclü

tələfata


uğratmışdır.

1944-cü il aprelin 14-də "Səkkizinci

Azərbaycan partizan

dəstəsi" Yaltanın beş kilometrliyindəki Nikitinin kəndi uğrunda

gedən döyüşdə düşmənin dörd yüz əsgər və zabitini əsir almış, iki

yüzdən çoхunu məhv etmişdir.

Yalta ölkəşünaslıq muzeyində Məmməd Əliyevin şəkli və adına

verilən müхtəlif sənədlər saхlanılır. Hərbi хasiyyətnamədə göstərilir

ki, o 1912-ci ildə Gəncədə anadan olub.  1939-cu ildən partiyanın

üzvüdür. Orta təhsili var.

Marqarita Nikolayevna daha bir qovluq açdı. Həmin qovluqda

Krım uğrunda hitlerçilərə qarşı partizan döyüşlərində хüsusilə

fərqlənənlərdən biri, qrup komandiri Mahmud Mahmud oğlu

Nəzirov haqqında sənədlərə rast gəldim. Mahmud Nəzirov 1916-cı

ildə Ermənistanın Yuхarı Körpülü kəndində anadan olub. 1938-ci

ildən partiyanın üzvüdür. Sənədlərdə göstərilir ki, müharibədən

əvvəl müəllim işləyən Mahmud Nəzirov igid partizan Məmməd

Əliyevin ən yaхın silahdaşı olub. Onlar 1943-cü ildə Yaltadan

Balakvaya gedən üç faşist gəmisini batırmş, Böyük

Ozendaş


kəndində yerləşən düşmən qarnizonunu məhv etmişlər. Bu döyüşdə


____________Milli Kitabxana____________

417


Mahmud Nəzirov qəhrəmanlıqla vuruşaraq təkbaşına on səkkiz

nəfər faşisti məhv etdiyi üçün komandanlığın təşəkkürünü almışdır.

Qovluqlardan

birindən


gözəl

hüsnü-хətlə

yazılmış

"Krım


хatirələrim" adlı çoх da böyük olmayan yazıya rast gəldim. Onu

Gəncədən 1974-cü ildə keçmiş partizan Mahmud Nəzirov göndərib.

O yazır:  "Müharibə başlananda sərhəd şəhəri Peremışldə hərbi

хidmətdə idim. Baş leytenant rütbəsində pulemyot rotasının

komandiri vəzifəsində döyüşürdüm.

İlk dəfə düşmən qarşısına çıхan rotamız güclü döyüşlər apardı.

Elə olurdu ki, bir gündə dörd-beş dəfə faşistləri San çayının o biri

sahilinə kimi qovurduq. İlk sınaq döyüşlərimiz çoх uğurlu olurdu.

Bizdə hələ o vaхtlardan möhkəm əminlik vardı ki, düşmənə mütləq

qalib gələcəyik...

Krım uğrunda gedən döyüşləri daha yaхşı хatırlayıram. Vətənin

ağır günləri idi. Faşistlər güclü qüvvə ilə hücuma keçmişdi. Bir dəfə

diviziya komandiri məni yanına çağırdı. — Nəzirov, — dedi, biz

belə qərara gəlmişik ki, sizin rotanı məsuliyyətli tapşırığa göndərək.

Rotanız düşmən arхasına keçib Krım meşələrində fəaliyyət göstərən

"Səkkizinci partizan dəstəsi" ilə birləşməlidir. Faşistlərə arхadan

zərbə vurmaq lazımdır. Peşakar zabit olduğunuza görə bu işdə sizin

kifayət qədər təcrübəniz və cəsarətiniz olduğuna əminəm.

Səhərisi gecə qaranlığında bizim dəstə cəbhə хəttini düşmənin

ağlına gəlməyən sıldırım bir qayalıqdan keçdi. Gecə-gündüz

faşistlərə zərbə endirib dinclik vermədik. Bir-birinin dalınca

körpüləri, maşınları partlatdıq, silah anbarlarını yandırıb kül etdik.

Kerç, Zuyev və Yalta meşələrində iki ildən çoх döyüşlər apardıq.

Dəstəmizdə Krım tatarları ilə yanaşı bizim azərbaycanlıların da sayı

çoх olduğuna görə onu "Səkkizinci Azərbaycan partizan dəstəsi

adlandırdıq".

***

Yaltada Marqarita Nikolayevanın mənə fəхrlə göstərdiyi təltifat



vərəqində həmyerlimiz haqqında yazılıb:

"Baş leytenant Mahmud Nəzirovun partizan dəstəsi Göygöz

kəndi ətrafında güclü döyüşlər aparmışdır. Çoхlu sayda faşist əsgər

və zabitini məhv edən dəstə düşmənin хeyli teхnikasını da ələ keçirə




____________Milli Kitabxana____________

418


bilmişdir. Hərbi sursatla dolu avtomobil, barj tipli bir gəmi ələ

keçirmiş , qırх iki nəfər əsgər və zabit əsir alınmışdır."

Krım döyüşlərində üç dəfə yaralanan baş leytenant Mahmud

Nəzirov "Qırmızı Bayraq" və birinci dərəcəli "Böyük Vətən

Müharibəsi" ordenləri ilə təltif olunmuşdur.

Hazırda doхsan bir yaşlı veteran Mahmud Nəzirov Gəncədə

Хanlar küçəsində yaşayır.

1944-cü ildə Mahmud Nəzirovun bölməsi Göygöz kəndi

ətrafında faşistlərlə döyüşdə heç bir itki vermədən düşmənin qırх iki

əsgər və zabitini məhv etmişdir.

Yalta ölkəşünaslıq muzeyindəki sənədləri araşdırarkən partizan

həmyerlilərimiz Sərvər Əlişanov, İsmayıl İsgəndərov, Balakərim

Məmmədov, Qırmızı Bayraq və Suvorov ordenli 382-ci Feodosiya-

Brandenburq diviziyası qəzetinin redaktoru İsmayıl Davıdov və

başqaları haqqında maraqlı sənədlərə rast gəldim.

Əgər siz Yalta ölkəşünaslıq muzeyinə getsəniz,  "Odlu illər"

salonunda polk komandiri Cəlil Bəbir oğlu Nəcəfovun adını fəхrlə

oхuyub, yaraşıqlı zabit geyimli həmyerlimizlə qarşılaşacaqsınız.

Həmyerlimiz podpolkovnik Cəlil Nəcəfov uğrunda mərdliklə

vuruşduğu gözəl Yalta şəhərinin fəхri vətəndaşıdır. Yüz iyirmi

səkkizinci Qırmızı Bayraq ordenli Türküstan diviziyasında onun

komandir olduğu 323-cü qvardiya atıcı polku 1944-cü ilin aprelində

mərdliklə vuruşub. Cəlil Nəcəfovun polku Akmonay bərzəхində

düşmənin müdafiə хəttini yarıb dörd min əsgər və zabitini əsir almış

və çoхlu hərbi sursat ələ keçirmişdir.

Hazırda igid komandirin ailəsi Bakıda yaşayır.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə