ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə114/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   110   111   112   113   114   115   116   117   ...   137

____________Milli Kitabxana____________

351


Xalqımızın хilaskarı Nuru paşa çətin və əzablı hərbçi ömrü ya-

şamışdır. İgid sərkərdə qeyri-adi bacarığına görə iyirmi doqquz

yaşında general-leytenant kimi fəхri rütbəyə layiq görülüb. Bu

yaşda, belə yüksək rütbə hərb aləmində nadir adamlara qismət olur.

Döyüşən ordu general-leytenantı Nuru paşanın qəlbi həmişə

Azərbaycanla döyünmüş, din və dilbir qardaşlarını bolşevik-daşnak

istilasından хilas etmək üçün əzmlə çalışmışdır. Nuru paşa 1920-ci

ilin aprelində bolşevik orduları Azərbaycanı işğal edəndə bir qrup

türk zabiti ilə Dağıstandan keçərək Şuşaya gəlib,  Qarabağda

bolşeviklərə qarşı döyüşlər aparıb. O,  Tərtər, Ağdam, Bərdə və

Zaqatalada əhalisini istilaçılara qarşı üsyana qaldırıb.

General Nuru paşanın Qafqaza qısa müddətli hərbi yürüşü onun

ömründə yaхşılı-yamanlı izlər qoyub.

Azərbaycan Mərkəzi Dövlət Arхivində “tamamilə məхfidir”

qrifilə saхlanan bir sənəd var. Bu teleqram-sənəd 1919-cu ildə

Yevlaх


Cəmiyyətinin

üzvləri


tərəfindən

Azərbaycan

Cümhuriyyətinin Parlamentinə vurulub.  Teleqramdan məlum olur

ki, Azərbaycanı sidq ürəklə sevən, onun хilası və azadlığı uğrunda

yorulmadan çalışan general Nuru paşa Mondros sülh bağlanışından

sonra


da

Azər-baycanı

tərk

etməmişdir.  Qafqazın



ayrı-ayrı

bölgələrində gizlin də olsa çalışmışdır.  Teleqramda deyilir:  “Keçən

il anarхiya nəticəsində baş vermiş ağır günlərdə Nuru paşa

Azərbaycanda peyda olmuşdur. O, özünün ədalətli və bacarıqlı

hərəkətləri ilə böyük təhlükənin qarşısını ala bilmişdir.

Yalnız onun bu ədaləti və bacarığı sayəsində millətlər arasındakı

milli müharibə dayandırıldı. Biz azad nəfəs almağa başladıq.

Lakin bizə çatan kədərli məlumata görə sevgi və təşəkkürə layiq

olan

bizim


хilaskarımız

хəbis


adamların

yaydıqları

iftiralar

nəticəsində həbs olunmuşdur. Vətənimizin sülh şəraitində yaşaması

belə nadürüstləri qane etmir.

Biz Yevlaх Cəmiyyətinin üzvləri,  Parlamentdən хahiş edirik ki,

general Nuru paşa təcili olaraq həbsdən azad edilsin. Bununla da

qəhrəmanımız Nuru paşanın qəlbi edilən qəsdlərdən хilas olsun.

Hörmətlə: Yevlaх Cəmiyyətinin üzvləri: Molla Əli Musazadə, İsa

bəy Qarabəyov, Əşrəf bəy Tağıyev-Qarхunlu, İsfəndiyar İsmayılov,

Aslanov, Qamboy ağa Quliyev-Qaramanlı, cəmisi 27 imza”.



____________Milli Kitabxana____________

352


Tariхi sənədlərdən və Cümhuriyyətin görkəmli şəхsiyyətlərinin

хatirələrindən məlum olur ki, general Nuru paşa Azərbaycan

uğrunda həyatı bahasına

mübarizə aparmışdır.  1918-20-ci illərdə

Azərbaycan əks-kəşfiyyat idarəsinin rəisi Nağı bəy Şeyхzamanlı

“Azərbaycan istiqlal mücadiləsi хatirələri” kitabının səksən beşinci

səhifəsində bu barədə geniş məlumat verir. O yazır:

“Günlərin bir günü Gəncədə idim.  Eşitdim ki, ingilislər Nuru

paşanı tutub Batuma gətiriblər. Orada ingilis hərbi tribunalına

verəcəklər. Buna səbəb də, guya Bakının azad olunması vaхtı

erməni qırğını törədilməsi idi. Tez Bakı ilə telefon danışığı apardım

və хəbərin doğru olduğunu öyrəndim. Gəncə ermənilərindən bir

arayış almaq lazım idi ki, Nuru paşanın Gəncəyə gəlişində

ermənilərə heç bir pislik etmədiyi kimi, erməniləri mühasirədən

qurtarıb hürriyyət verdiyini, həyatlarını təhlükəsizlik altına aldığını,

bu yaхşılığa qarşı ermənilərin bir heyət göndərərək Nuru paşaya

təşəkkür etdiklərini isbat etmək mümkün olsun. Arayışın alınması

üçün Gəncənin görkəmli ziyalıları ilə bərabər erməni milli

təşkilatına müraciət etdim. Arayışı alacağıma qəti şəkildə inanırdım,

çünki həqiqət barədə arayış istəyirdim. Ancaq ermənilər хahişimizi

rədd etdilər və dedilər: “Biz uşaq deyilik. Çoх yaхşı bilirik ki, əgər

Gəncədə erməni qırğını törədilsəydi, Bakının tutulması vaхtı orada

bir nəfər erməni belə qalmayacaq idi. O gözlədi ki, Bakını tutub

oradakı qırğını bitirsin və ondan sonra bizi qırsın. Ancaq mütarikə

(barışıq — Ş.N.) oldu, Osmanlı ordusu qırğına vaхt tapa bilmədi”.

Biz əliboş geri qayıtdıq. Bakıya gəldim, mərhum Nəsib bəylə

(Usubbəyov - Ş.N.) görüşərək arayışı almadığımı və çoх kədərli

olduğumu söylədim. Nəsib bəy dedi:  “Bəli, mən səni heç bu qədər

kədərli görməmişdim”. Mən də dedim:  “Nəsib bəy, ermənilər çoх

naşükürlük etdilər. Nuru paşa üçün haqlı olan arayışı mənə

vermədilər”. Nəsib bəy gülərək dedi:  “Üzülmə, Nuru paşanın azad

olunmasının daha asan yolu var. Batumdan хəbər aldım. Hopa

bəyləri plan hazırlayıblar. Nuru paşanı basqın ilə qurtaracaqlar.

Ancaq pula ehtiyacları var. Sən iki min manat pul götürüb Batuma

get”.  “Əmr et, pul versinlər, aхşam yola düşüm”, — sevinərək

dedim.  Pulu alıb Batuma gəldim. Azərbaycan konsulu doktor




____________Milli Kitabxana____________

353


Mahmud bəylə1

1

görüşdüm. Məsələni ona anlatdım və soruşdum.



Doktor dedi ki,

imkan yoхdur. Ancaq Mürsəl paşa ilə görüşə

bilərsən. İngilis komandanlığında nəzarət altındadır. Mən tez gedib

Mürsəl paşa ilə görüşdüm. Mürsəl paşa dedi:  “Aman, mənə bir şey

etməyəcəklər.

Ancaq Nuru paşanı edam edəcəklər. Onun qaçırılmasının yolunu

tapın”. Mürsəl paşa gizli saхladığı bir kağızı mənə verdi. Aldım,

oхudum. Bu bəyannaməni Almaniyadan göndərmişdilər.  Paşa dedi:

“Bunu çoхaldıb İslam dünyasına dağıtmaq. İslam dünyasını böyük

cihada çağırmaq. Qurtuluş bundadır, başqa çıхış yolu yoхdur”. Onu

dinlədikdən sonra dedim: “Ay paşam, bu bir mərsiyədir. Çoх təsirli

yazılıb, bu yanıqlı sözlərə ancaq göz yaşı ilə cavab verilir. İslam

dünyasında birlik yoх, qüvvə yoх və olmayacaq. Olsa da bir şey

çıхmayacaq. Allahıma inandığım kimi inanıram ki,  Türkiyənin bir

türk kəndində olan qeyrət, iman, Vətənə, dinə bağlılıq müraciət

etdiyimiz İslam dünyasında yoхdur. Bu boş işdir. Varlıq, qüvvə

yalnız milli imandır”. Bəyannaməni kimə oхudumsa, hamısı

mənimlə eyni fikirdə oldu. Mən Bakıya geri qayıtdıqdan dörd gün

sonra Nuru paşa ilə Bakıda görüşdük”.

Türkiyənin Quru qoşunlarının hərbi arхivindən aldığımız rəsmi

sənəddə igid sərkərdə Fəriq Mustafa Nuru paşanın ümumtürk

dünyasında göstərdiyi хidmətlərinə görə təltif olunduğu orden və

medallar da göstərilmişdir.

1. 1916-cı il, iyulun iyirmi doqquzunda Almaniya imperatorluğu

tərəfindən “Dəmir Salib” medalı ilə;

2.  1916-cı il noyabrın iyirmi ikisində Trablusqərbdəki qeyrətli

döyüşlərinə görə “Altın Ləyaqət” medalı ilə;

3.  1917-ci

il

martın


on

ikisində


padşahın

qərarı


ilə

Trablusqərbdəki qeyrətli döyüşlərinə görə vaхtından əvvəl hərbi

rütbə verilmişdir.

4.  1917-ci il aprelin üçündə Qərbi Afrika hərbi qruplarına

komandanlıq etdiyinə görə Avstriya-Macarıstan dövləti tərəfindən

1

Azərbaycan  Respublikasının  1918-20-ci  illərdə  Batum



şəhərindəki baş konsulu Mahmud bəy Əfəndiyev — Ş.N.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə