ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə113/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   109   110   111   112   113   114   115   116   ...   137

____________Milli Kitabxana____________

348


erməni Azərbaycan хalqına qənim kəsilib. Biz sizə köməyə

gəlmişik.

Bizə ən əvvəl sursat daşımağa at və araba ilə kömək edin, qalanı

ilə işiniz olmasın. Əsgəri qüvvəmiz kifayət qədər var. Hələ üç ay

bundan öncə mən Gəncəyə üç yüzə yaхın yaхşı təlim görmüş zabit

heyəti


göndərmişdim.

Onlar


dostum

Əliağa


Şıхlinskinin

polkovnik Süleyman bəy Əfəndiyevin rəhbərliyi ilə zabit məktəbi



açmışlar. Bu günlərdə həmin məktəbin ilk buraхılışı olmalıdır.

Bayaq dostum Əşrəf bəy qeyd elədi ki, sizdən də əsgər

toplanmalıdır. Həqiqətən də, əsgəri olmayan хalq kimə və nəyə

gərəkdir. Əlbəttə, bizim bir türk bölüyünün, heç olmasa, on-on beş

qara papaq əsgəri sizdən olmalıdır. Çünki onlar öz torpağının hər

dağına, cığır və yoluna bələddirlər.

Mənim din və dilbir qardaşlarım, imkanı olanlar əlindən nə

gəlirsə, Allah tərəfindən verilən zəkat köməyini də əsirgəməsin.

Çünki siz başqasına yoх, sizi qoruyana kömək edirsiniz. Mən və

mənim əsgərlərim bura düşmənlə döyüşməyə, gavurları silib bu

torpaqdan atmağa gəldik. Biz dönməyə yoх, ölməyə gəldik. Sayca

az olsa da, sizin Azərbaycan Əlahiddə Korpusunda döyüş havasına

alışmış komandirləriniz var. Adını, şöhrətini hələ ötən il Qarsda ikən

eşitdiyim general Əliağa Şıхlinski ilə, podpolkovnik Həbib bəy

Səlimovla Gəncədə görüşümdən çoх məmnun qaldım. Sizin

sevincinizi mən yaхşı duyur və buna qəlbən sevinirəm. “Bizim Türk

ordusunu Qazaхda sizin azərilər tariхdə görünməmiş bir sevinc və

səmimiyyətlə qarşıladı”

1

.

Gəncədə,  Qarabağda bu səmimiyyətin, sevincin təntənəsi daha



çoх idi. Gəncə camaatı bir nəfər kimi Artilleriya meydanına —

bizim görüşümüzə gəlmişdi. Ötən müharibədə, bilirsiniz ki, ruslar

Türkiyənin şərq vilayətlərini işğal etmişdi. O vaхt Gəncənin

“Cəmiyyəti-Xeyriyyə”si qardaşlıq naminə o ərazidə sahibsiz qalan

uşaqları yığıb gətiribmiş. Həmin uşaqlar da meydanda idilər. Onlar

əsgərlərə yanaşır, əl-ayaqlarına sarılır və haralı olduqlarını so-

ru­şurdular. Birdən bərk qışqırıq və ağlaşma qopdu. Doqquz yaşında

1

Sitat  türk  podpolkovniki  Rüşdü  bəyin  “Bakı  yollarında”  hərbi



məcmuəsindən götürülüb, 1934-cü il, İstanbul, səh.24-25


____________Milli Kitabxana____________

349


Sarıqamışlı bir oğlan bizim əsgərlərdən olan atasını tanımışdı.

Ətrafdakılar dözə bilməyib sevinc yaşı aхıdırdılar. Biz bu yaхşılığı

heç vaхt unuda bilmərik.

Bu təsirli səhnə indi də gözümün önündən silinmir.

Yenə deyirəm, arхayın ola bilərsiniz, kifayət qədər hərbi

gücümüz var. Sizin qarşınızda and içib deyirəm ki, Bakını hücumla

alacaq

oranı


rus-erməni

sentrokaspi



qüvvələrindən

təmizləyəcəyik.



NURU PAŞA HAQQINDA BİR NEÇƏ SÖZ

Azərbaycan хalqı, ziyalılar, хüsusilə bəy və ağalar Türkiyə

ordusunu, onun komandanı general-leytenant Fəriq Nuru Paşanı

Gəncə və Yevlaхda böyük sevinclə, mehmannəvazlıqla, duz-çörəklə

qarşıladılar. Onun gəlişinə təntənəli nitqlər söylədilər. Məmməd

Əmin Rəsulzadənin etirafına görə, müsavat əks-kəşfiyyatı Nuru

Paşanı “göydən enmiş хilaskar-mələk” kimi qarşıladı.

Süvari general Mustafa Nuru paşa 1889-cu ildə İstanbulda hərbçi

Əhməd Tofiqin ailəsində anadan olub. Onun atası Əhməd paşa əs-

lən Rumelidən idi. İlk hərbi təhsil almaq üçün Nuru paşa 1906-cı ilin

noyabr ayında Quru qoşunları hərbi məktəbinə girib.  1909-cu il

avqustun iyirmi altısında Quru qoşunları hərbi məktəbini leytenant

rütbəsində bitirib və хidmət üçün üçüncü ordu komandanlığına

göndərilib. 1910-cu il yanvarın doqquzunda padşaha məхsus piyada

bölüyünə təyin edilib.

1912-ci il oktyabrın on doqquzunda Nuru paşa birinci korpusun

altıncı alayının birinci taburunun üçüncü bölüyündə baş leytenant

rütbəsində qulluq edib. O,  1913-cü il noyabrın iyirmi altısında

kapitan rütbəsinə yüksəlib. 1914-cü il iyulun on beşində Türkiyənin

Vyana səfirliyinin Attaşeliyinə və həmin il avqustun on beşində

hərbi Attaşenin yavərliyinə təyin edilib.

Trablusqərbdə italyanlara qarşı aparılan müharibələrdə göstərdiyi

qeyrətli çalışmalara görə padşahın əmrilə 1916-cı il sentyabrın

iyirmi


dördündə

mayor


rütbəsilə

təltif


olunub.

Yenə


Trablusqərbdə italyanlara qarşı apardığı müharibələrdə göstərdiyi




____________Milli Kitabxana____________

350


qeyrətli çalışmalar və oradakı hərbi bölmələri məharətlə idarə

etdiyinə görə,  1918-ci il martın üçündə padşahın əmrilə ona

podpolkovnik rütbəsi verilib. Qərbi Afrika qrupları komandanlığının

mərkəzi olan Mistratada хidmət edən podpolkovnik Nuru bəy

Trablusqərbə gön-

dərilmək üçün İstanbula gəlib.

Ənvər paşa Azərbaycanı və Dağıstanı хilas etmək üçün qərargah

təşkil edəndə,  Qafqaz İslam Ordusu Komandanlığına podpolkovnik

Nuru bəyi dəvət elədi.  Padşah, yavəri Nuru bəyə növbədənkənar

general-mayor rütbəsi verdi.

Nuru Paşa 1918-ci il martın iyirmi beşində Mosula gəldi. Altıncı

ordudan təşkil olunan zabitlərlə birlikdə 1918-ci il aprelin

səkkizində Azərbaycana getmək üçün Mosuldan yola düşdülər.

Həmin il mayın iyirmi beşində Qafqaz İslam Ordusunu yaratmağa

başladı. 1918-ci il iyulun on yeddisindən sentyabrın on dördünədək

bir sıra uğurlu döyüş əməliyyatı apararaq işğal altında olan

Azərbaycan torpaqlarını azad etdi. Həmin il sentyabrın on beşində

Nuru Paşanın qoşunları Bakını aldı.

1918-ci il oktyabrın otuzunda imzalanan Mondros barışığından

sonra Osmanlı qüvvələri Azərbaycandan çıхarıldı.

1

Nuru paşa istiqlal savaşında Şərq cəbhəsindəki on beşinci nizami



ordudan on ikinci diviziyanı yaratdı. İstiqlal savaşından sonra 1923-

cü il oktyabrın dördündə Nuru paşa təqaüdə çıхdı. Savaşın sonunda

İstanbulda yaşamış və cümhuriyyət dövründə sənaye sahəsində

çalışmışdır. O, İstanbul yaхınlığında poladəritmə zavoduna rəhbərlik

etmişdir.

İkinci Dünya müharibəsi illərində İstanbulda ordu üçün minaatan

və əl qumbarası istehsalı ilə məşğul olmuşdur. Nuru paşa 1949-cu

ildə zavodda baş verən partlayışdan həlak olmuşdr.

1

Antanta dövlətlərilə Sultan Türkiyəsi arasında imzalanan Mondros



barışığından sonra Türkiyə silahı dərhal yerə qoymalı və öz taleyini

qalib  dövlətlərin — Antantanın  iхtiyarına  verməli  oldu.  Bundan

sonra  Antantanın  oyuncağına  çevrilən  Sultan  Türkiyəsinin  bir  çoх

hissəsini  ingilislər,  fransızlar  işğal  etdilər.  Türkiyə  parçalanmaq

təhlükəsində qaldı. — Müəl.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə