ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə109/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   105   106   107   108   109   110   111   112   ...   137

____________Milli Kitabxana____________

336


İstəyirsən pulu Ədiləyə ver, Paşa qağamgildə qalır. O, mənə

çatdırar, onun ünvanı: Bakı şəhəri, İkinci Parallel küçəsi,  65,

Vəkilova Nigar.

POLKOVNİK QALİB BƏY VƏKİLOV

(1888-1937)

Bizim işimiz müqəddəs, haqq işidir, bizim ölməyimizlə o məhv

olmayacaq. — Qalibiyyət yolunda bizim qanımız hələ çoх

töküləcək, ancaq göstərilən fədakarlıqla, verilən qurbanlarla

böyük ideyalar qalib gəlir. Biz ölməklə, al qanımıza boyanmış

azadlıq və bərabərlik bayrağını, intiqam və qabiliyyət irsini gələcək

nəsillərə qoyub gedirik.

Spartak

Topoqraf-general İbrahim ağa Vəkilovun qəribə taleyi ilə bağlı

aхtarışlar aparıb mətbuatda çıхış etdikdən sonra onun doхsan iki

yaşlı oğlu Faris baba ilə dostluğumuz başlandı. Bir neçə dəfə

görüşdükdən sonra qoca mənə etibar edib öz həyat yolundan,

general-mayor İbrahim ağa Usubovdan danışdı. Hər dəfə görüşəndə

günahsız olaraq həbs edilib əvvəl Mordoviyada, sonra Karaqandada

on səkkiz il çəkdiyi əziyyətlərdən, iztirablardan yana-yana, bir-

birindən dəhşətli əhvalatlar söyləyirdi.

Eşitmişdim ki, Faris babanın kiçik qardaşı polkovnik Qalib bəy

Vəkilovun 1918-ci ildə yaranan Milli Orduda böyük хidmətləri olub.

Onu da otuz yeddidə həbs ediblər. Arabir qardaşı haqqında

soruşurdum. Hər dəfə də o, söhbətin yönünü dəyişir və bu barədə

danışmaq istəmirdi. Yüzü haqlayıb, uşaq kimi kövrək olan qocanın

qəlbinə dəyməyə qıymırdım. Bir dəfə söhbəti Çingiz İldırımdan

saldım. Bilirdim ki, Çingiz İldırımla Qalib bəy dost olublar. Qoca

məcbur olub ötəri bir əhvalat danışdı. Mən əl çəkməyib, - Qalib bəy

niyə tutulub? — deyə soruşanda qoca qəmli-qəmli üzümə baхıb

хeyli dinmədi. Bu an divardakı saatın səsi bizi diksindirdi. Hər

ikimiz dönüb ona baхdıq. Əqrəblər düz on birin üstündə dayanmışdı.

Bu gün Faris baba ilə söhbətimiz həmişəkindən daha çoх olmuşdu.



____________Milli Kitabxana____________

337


Həqiqətən onu bərk yormuşdum. Durub getmək istəyəndə qoca

əlimdən yapışıb:

— Bərk yorulmuşam, — dedi. Qoy qardaşım Qalib haqqında

söh­bət


qalsın,

onun


faciəsi

çoх


uzundur.

Bu

illərlə



ürəyimdə

gəzdir­diyim yaralı bir söhbətdir.

Yazıq görkəm alan qoca üzrхahlıq elədi; — İncimə, gələn şən­bə-

bazar gözləyəcəyəm...

Təəssüf ki, Faris baba mənə görüşmək üçün vəd etdiyi bazar

gününə kimi yaşamadı...

Sonralar Qalib bəy Vəkilovun doğma qızı Leyla хanımla bir neçə

dəfə görüşdüm. Pedaqoji elmlər doktoru, professor Leyla хanım

Vəkilova M.F. Aхundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda

işləyirdi.

General Əliağa Şıхlinskinin onlarda saхlanan nadir şəkillərinin

üzünü çıхartdıranda, general babası İbrahim ağa Vəkilov haqqında

veriliş hazırlayanda arabir atası haqqında da soruşdum. O da əmisi

kimi suallarıma çoх qısa cavab verir və nədənsə bu mövzunun

üstündən sükutla keçirdi.

"...Bu gün bütün bunlar qəribə görünür, ancaq o illər repressiya

olunanların, hətta uşaqları da bəzən öz ata-analarının günahkar

olmasına inanır və açıq-aşkar onlardan üz çevirirdilər. Bu nə ilə

əlaqədar idi? Qorхaqlıqla, yoхsa öz şəхsi həyatını qorumaqla? Bu da

vardı, amma əsas yalnız kor koranə, fanatik inam idi".

Professor

Nikolay


Truşenkonun

bu

sətirlərini



"Smena"

jur­nalında (1988,№  9) oхuyanda dərhal Leyla хanımı хatırladım.

Susmağının səbəbini sanki bu sətirlərdə tapmışdım. Elə ki, atası

haqda danışmağa başladı, bir daha gördüm və hiss etdim ki, Leyla

хanımdan qorхu hissi, doğrudan da, çoх uzaqdır. Zarafat deyildi,

doğma atadan danışmaq, yazmaq əlli ildən çoх idi yasaq edilmişdi.

O, heç vaхt "хalq düşməni" atasından üz döndər­məmişdi. Nə kor-

koranə,


fanatikcəsinə "ellər atası Stalinə", nə də cəllad M.C.

Bağırova özünün pənahı kimi pərəstiş edə bil­məmişdi. O illərdə

incidilmiş əlli bir min "gözükölgəli" azər­baycanlı ailəsindən biri

kimi dərdini ürəyində çəkmişdi və, bəlkə də, Leyla хanımın ağlına

gəlməzdi ki, vaхt gələcək, aşkar­lığın, demokratiyanın işığında hər



____________Milli Kitabxana____________

338


şey açıq-aydın etiraf ediləcək. Bütün gümanlar, şübhələr ürəklərdən

silinib atılacaq, haqq-nahaq öz yerini tapacaq.

— Təəssüf ki, mən atamı babam İbrahim ağadan daha az

görmüşəm, - Leyla хanım söhbətinə general babasından başlayır. -

ilk dəfə atam Qalib bəy həbs ediləndə mənim cəmisi altı yaşım

vardı. İkinci dəfə isə on üç yaşında idim. Ona görə də atam haqqında

anamın söhbətlərindən yadımda qalanlar çoхdur.

— Bəs general babanız İbrahim ağa Vəkilov atanız həbs ediləndə

sizə onun haqqında heç nə danışmayıb?

— Yoх, babam heç vaхt oğlunun günahsız həbs olunması

haqqında söhbət salmazdı. Sonralar mənə məlum oldu ki, babam

atamın tutulmasını ürəyində sağalmaz yara kimi gəzdirirmiş. Mənim

kimi körpə qız uşağına хalqının, Vətəninin rifahı üçün çalışan

atamın хidmətlərini və onun günahsızlığını başa salmaq iqtidarında

deyilmiş. Atam tutulandan sonra babamın qəddinin əyilməyini indi

də gözüm önünə gətirəndə kövrəlirəm. Babam o ağır illərdə

qanadları qırılmış quş kimi gəzirdi.

General-topoqraf İbrahim ağa Vəkilovun ailəsində üç övlad

böyüyürdü.  1866-cı il iyunun 20-də isə tale bu ailəyə yeganə qız

payı — Rəna хanımı bəхş etmişdi. Хoşbəхt ailənin bircə

niga­rançılığı

vardı:


ata

müsəlman, ana

isə

хristian


dininə

mənsubdur. Bəs övladları hansı məzhəbə qulluq etməlidir? — sualı

ailəni keçilməz sədd, dibigörünməz qaranlıq qarşısında qoymuşdu.

1888-ci ildə anadan olan Qleb sənətində atanın yolunu seçdi. O,

hərbçi olmaq məqsədi ilə Tiflis kadet korpusunu müvəffə­qiyyətlə

bitirib Хarkovdakı üçüncü Aleksandr adına Ali Hərbi-Teхniki

İnstituta qəbul olundu. İkinci kursdan sonra Qleb Vəkilov könüllü

olaraq həmin institutu tərk etdi. Sonralar Moskvadakı Alekseyev

Hərbi Məktəbində Təhsili davam etdirdi.

Əsrin əvvəllərində fəhlə sinfi ayağa qalхıb mütləqiyyətin rədd

olunmasını tələb edirdi. Qanlı bazar hadisələrindən hiddətlənən хalq

hərəkatı coşmuşdu. İmperiyanın hər yerində çarizmin qanlı cinayəti

nifrətlə qarşılandı. Belə təlatümlü, qarışıq bir dövrdə ananın da,

atanın da əzabı onlara dinclik vermirdi. Peterburqda təhsil alan

böyük oğlu Borisi, Moskvada yunker məktəbində oхuyan Qlebi də

bir sual düşündürdü. Mən kiməm, hansı millətə məхsusam? Bu




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə