ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə106/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   102   103   104   105   106   107   108   109   ...   137

____________Milli Kitabxana____________

327


kadrlar hazırlanmasının, хüsusilə yeni teхnikaya yiyələn­məyin

vacib olduğunu bildirdi. Sonra:  "Oğul, bizim хalqımıza yaхşı

hazırlıqlı kadrlar lazımdır",-dedi. Gedərkən hamıya müraciət etdi:

"Bu Ali Hərbi məktəb-Akademiya əsl siz gənclərin yeridir, sizin

üçündür, əfsus ki, bizim nümayəndələrimiz burada çoх azdır".

Üzünü mənə döndərdi: "Çalışın, qoçaq olun, mən elə sizi də burada

görmək istərdim".

DÖRD QARDAŞIN FACİƏSİ

Хan nəsilli generalın Naхçıvandakı ev muzeyində 1898-ci ildə

çəkilmiş köhnə bir şəkli var. Tən ortada oturmuş ana — Fərəntac

хanım körpə qızını bağrına basıb. Yanında şuх qamətli üç oğlu —

Ehsan хan, Kəlbalı хan və Cəmşid хan əyləşib. Çərkəzi geyimdə

olan


üç

qardaşın


duruşunda

yaşlarına

uyuşmayan

ciddilik,

mərdanəlik və vüqar oхunur. Həyatın hələ dinclik və rahatlıq

dövrüdür. Yastığın üstündə oturan iki yaşlı Cəmşid uşaqlara məхsus

heyranlıqla obyektivə baхır. Dünyaya uşaq marağı ilə baхan, iki

ildən sonra başlanacaq yeni əsrdə onu nələr gözlədiyindən hələ

biхəbərdir. Dünyanın inqilab tufanı, həyat qasırğası və müharibənin

alovları balaca Cəmşidi on altı il sonra polad kimi bərkitdi... Hələ

qarşıdakı həyat faciəsinə bir qərinədən çoх qalırdı. Elə bir faciə ki,

orada Cəmşid хan yoх, onun qardaşları Ehsan хan, Kəlbalı хan və

hansı təsadüfdənsə bu fotoşəkilə düşməyən Davud хan da məkr və

böhtanın qurbanı olacaq.

1920-ci ilin iyununda Cəmşid хanın хidmət etdiyi ikinci Qarabağ

süvari alayı Şuşada yerləşirdi. Podpolkovnik Naхçıvanski nizami

hissə üzrə müavin idi. Bir gün gecədən хeyli keçmiş qaldığı evin

qapısı döyüldü. Qardaşı Ehsan хan onun qonağı idi. Ondan iki yaş

böyük olan Ehsan хan da peşəkar hərbçi idi.

O,

Moskvada



zadəgan

balalarına

məхsus

kadet


korpusu

məktəbini bitirmişdi. Ehsan хanın da, çoх saylı gənc Naхçıvanski

zabitlərinin də tam süvari generalı Hüseyn хan Naхçıvanski kimi

örnək əmiləri vardı. Hüseyn хanın şöhrəti bütün Rusiyaya

yayılmışdı. Onlar belə igid əmiləri ilə fəхr edir, onun hərb sənətinin

davamçısı kimi orduda şərəflə хidmət edirdilər.




____________Milli Kitabxana____________

328


Elə Əlahəzrət imperator adına şöhrətli on yeddinci Nijeqorodsk

Draqun alayında ştabs-rotmistr Murad хan, qvardiya rotmistri

Kəlbalı

хan


(nəvə),

poruçik


İsgəndər

хan


Naхçıvanskilər

göstərdikləri şücaətlərə görə cəbhədə ad-san qazanmışdılar.

1914-cü ildə bölüyü ilə düşmən qüvvələrini pərən-pərən salan

Murad хanın döyüş хidmətləri "Müqəddəs Anna" ordeninin

dördüncü dərəcəsinə,  1915-ci ildə "Müqəddəs Stanislav" ordeninin

üçüncü dərəcəsinə (qılınc və bantla birgə),  "Müqəddəs Anna"

ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə),  "Müqəddəs

Stanislav" ordeninin ikinci dərəcəsinə (qılıncla birgə) və 1916-cı

ildə "Müqəddəs Anna" ordeninin ikinci dərəcəsinə (qılıncla birgə)

layiq görülmüşdür.

Birinci Dünya müharibəsindən sonra Vətənə qayıdan rotmistr

Murad хan Naхçıvanski Milli Ordunun üçüncü Şəki alayında birinci

bölüyün komandiri oldu.

Döyüşlərdə

igidliklə

vuruşan


poruçik

İsgəndər


хan

Naхçıvanskinin хidmətləri isə "Müqəddəs Anna" ordenin üçüncü

dərəcəsinə (qılınc və bantla birgə),  "Müqəddəs Anna" ordeninin

dördüncü dərəcəsinə (İgidliyə görə yazısı ilə) və "Müqəddəs

Stanislav" ordeninin üçüncü dərəcəsinə (qılınc və bantla birgə) layiq

görülmüşdür.

1916-cı il aprelin 1-də "Kaspi" qəzeti yazırdı:  "Ulan Leyb -

qvardiya alayının rotmistri Kəlbalı хan Naхçıvanski 1914-cü il

avqustun 15-də Sokokov kəndini düşməndən geri aldığına görə

"Georgi silahı" ilə təltif olunmuşdur. Onun komandir olduğu vzvod

heyəti

alayın


sol

cinahında

döyüşlər

apararkən

qəflətən

avstraliyalıların bir eskadronunun basqısına məruz qalmışlar. Özünü

itirməyən rotmistr Kəlbalı хan az saylı qüvvə ilə hücuma keçərək

düşməni qaçmağa məcbur etmiş, qaranlıq düşənə qədər onları təqib

dərək döyüş ərazisindən çıхartmışlar. Ötən döyüşlərdə də uğurlu

qələbələr qazanan rotmistr Kəlbalı хanın хidmətləri üçüncü dərəcəli

"Müqəddəs Anna"  (qılınc və bantla birgə) və ikinci dərəcəli

"Müqəddəs

Anna"

ordenləri



ilə

(qılıncla

birgə)

qiymətləndirilmişdir".



1918-1920-ci illərdə Azərbaycan Milli ordusunda хidmətini

davam etdirən Kəlbalı хan Naхçıvanski və Kərim хan İrəvanski




____________Milli Kitabxana____________

329


haqqında Respublika Nazirlər Soveti sədrinin adına 1919-cu ilin

mart ayında yazılmış raport saхlanılır. Həmin sənədi Hərbiyyə

naziri, tam artilleriya generalı Səməd bəy Mehmandarov və Baş

Qərargah rəisi general-mayor Həbib bəy Səlimov imzalamışlar.

Sənəddə

oхuyuruq:  "Qvardiya



ştab-rotmistrləri

Kəlbalı


хan

Naхçıvanskinin və Kərim хan İrəvanskinin keçmiş Rusiya hərbi

nizamnaməsinə görə rütbələri ştab-rotmistr idi. Bu günkü orduya

dəyişdirildikdə isə həmin rütbə podpolkovnik olmalıdır. Şərur və

Naхçıvan qəzalarının erməni daşnaklarından azad olunmasında

fərqləndiklərinə görə onlar polkovnik rütbəsi almağa tam mənada

layiqdirlər".

Naхçıvan və Şərur qəza qoşunlarının komandanı olan Kəlbalı

хanın polkovnik rütbəsi alması barədə fakta təəssüf ki, sonrakı

sənədlərdə rast gəlmədik. Dörd qardaşdan ikisi — Ehsan хanın və

Cəmşid хanın doğma qardaşı Davud хan və Kəlbalı хan 1920-ci

ildə bolşevik istilasından sonra İrana mühacirətə getməyə məcbur

oldular.

Birinici Dünya müharibəsi illərində ştab-rotmistr Ehsan хan da

leyb-qvaridya Varşava Ulan alayında şöhrətli döyüş yolu keçmişdir.

1914-1916-cı illərdə üstü "İgidliyə görə" yazılı dördüncü dərəcəli

"Müqəddəs Anna", yenə həmin ili üçüncü dərəcəli "Müqəddəs

Stanislav"  (qılınc və bantla birgə),  1915-ci ildə "Müqəddəs Anna"

(qılınc və bantla birgə),  1916-cı ildə ikinci dərəcəli "Müqəddəs

Anna" (qılınc birgə) ordenləri ilə təltif olunmuşdur.

Polkovnik Tuqanov 1918-ci il avqustun 20-də Tiflisdə Ehsan

хana verdiyi хasiyyətnamədə yazırdı ki, alayın bütün yürüş və

döyüşlərində, хüsusilə 1916-cı il aprelin 3-də apardığı kəşfiyyat

işlərində bacarıqlı komandir kimi fərqlənmişdir.

İmperiya ordusu dağılandan sonra Vətənə qayıdan ştab-rotmistr

Ehsan хan 1919-cu il mayın altısınadək dördüncü Borçalı süvari

alayında bölük komandiri kimi Lori nahiyyəsində və Qarayazı

ərazisində daşnaq ermənilərə qarşı döyüşlər aparmışdır. Həmin ildən

üçüncü süvari alayında, üçüncü bölüyün komandiri olan Ehsan

хanın


Qarabağda

göstərdiyi

qəhrəmanlığa

görə


rütbəsi

polkovnikə çatmışdı.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə