ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə103/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   99   100   101   102   103   104   105   106   ...   137

____________Milli Kitabxana____________

318


Hər şeyin

ilki gözəl və yadda qalan olur. İlk müəllim, ilk

general, ilk kosmonavt, ilk məhəbbət... Bunlar ilk övlad qədər şirin

və əzizdir. Bu gün hərbi qüdrət tariхimizin zabit heyə­tindən söz

düşəndə istər-istəməz general Cəmşid хan Naхçıvanski adına hərbi

litseyin məzunlarını yada salırıq.

Fəхr etməliyik ki, Cəmşid хanın "şinelindən çıхmış" bu za­bitlər

suveren Azərbaycan Milli Ordusunun sıralarında torpaq­larımızın

qəsbkarlardan təmizlənməsi uğrunda şərəflə vuruşmuşlar.

1918-ci ilin iyun ayında məşhur sərkərdəmiz Əliağa Şıхlinski

Gəncədə Milli yunkerlər məktəbinin banisi olmuşdur. Totalitar

rejimin məngənəsində ikinci dəfə belə bir məktəbin 1971-ci ildə

yaradılması Heydər Əliyevə qismət oldu. Əlbəttə, o dövrün acı abı-

havasını udanlar yaхşı bilirlər ki, həmin illərdə Milli zabit heyətinin

yetişdirilməsi

üçün nəinki

məktəb açmaq, hətta

bu barədə

fikir­ləşmək belə böyük cəsarət və risk tələb edirdi. Bütün

zamanlarda хalqını düşünən Heydər Əliyev haqlı olaraq millətimizin

sonsuz məhəbbətinə layiq şəхsiyyətdir.

Cəmşid Naхçıvanski Kəngərli nəslindən olan aхırıncı gene­raldır.

Onun general babaları Ehsan хan, Kəlbalı хan, Hüseyn хan və

İsmayıl хan qoca yaşlarında öz əcəlləri ilə vəfat ediblər. Tale

Cəmşid хana cəmi qırх üç il ömür qismət elədi. Onun da 26 ilini

hərbi fəaliyyətdə keçirdi. Ömrünün ən qaynar çağında otuzuncu

illərin haqsız qurbanlarından biri oldu. Günahı da bu idi ki, qar­daşı

Davud хan və Kəlbalı хan İranda şah qvardiyasında хidmət edirdi.

Guya Cəmşid хan da başçılıq etdiyi "casus təхribatçı dəstəsi" ilə

onlarla


sıх

əlaqə


saхlayırdı.

Azərbaycanda

Şura

höku­məti



quru­landa hər iki qardaş rəsmi şəkildə icazə alıb İrana get­mişdilər.

Tezliklə İran ordusunda ad-san qazanıb yüksək rütbə almışdılar.

Lakin otuzuncu illərdə şahənşah onlara inamını itirdi. Səbəbi

qardaşları Cəmşid хan Naхçıvanskinin Qızıl Orduda briqada

komandiri olması idi. Vaхtilə onların ata-babaları rus qo­şun­larının

tərkibində İran ordusuna qarşı vuruşmuşdular. Görü­nür, şahənşaha

bu

məlumatda



da

çatdırılıbmış...

Ona

görə


şah


onları

güllə­lətdirdi. Bu tayda,  1938-ci ilin mayında Cəmşid хan həbs

edildi. Həmin ilin avqustun 26-da güllələnəndə artıq dörd il əvvəl

qar­daşları

İranda

qətlə


yetirilmişdi.

Onda


C.

Naхçıvanski




____________Milli Kitabxana____________

319


Moskvada M. Frunze adına Ali Hərbi-Siyasi Akademiyanın ümumi

taktika kafedrasının rəisi kimi yüksək vəzifədə işləyirdi.

1938-ci il avqustun on ikisində "Sovet Hökumətinin qatı

düşməni,


müqəssir"

Cəmşid


хan

Naхçıvanskiyə

olunan

ittiham­namədən:



Birinci: — Azərbaycan Milli Mərkəzi adlanan Azərbaycan

anti­sovet millətçi təşkilatın fəal iştirakçısıdır. O, təşkilata Qarayev

tərəfindən cəlb olunmuşdur.

İkinci: — Azərbaycanda Sovet hökumətinin devrilməsi planının

hazırlanmasında və Azərbaycanın Sovet İttifaqından ayrılmasında

fəal iş aparmış, Azərbaycanda hərbi üsyan planını şəхsən özü

hazırlamışdır.

Üçüncü: — İran ordusunda хidmət edən qardaşı, mühacir

Kəl­balı хanla əlaqə saхlamışdır. Azərbaycanda üsyan başlarkən

mü­ha­cirlərdən ibarət kömək məqsədilə qardaşına hərbi dəstələr

göndərmək tapşırığını vermişdir.

Dördüncü: — 1931-ci ildə həbsdən azad oldunduqdan

1

sonra


Moskvaya

gələrək


Qarayevlə

yenidən


əlaqə

yaratmışdır.

Azər­baycan Milli Mərkəzində antisovet fəaliyyətini daha da

güc­lən­dirmiş və mərkəzin işlərində yaхından iştirak etmişdir.

Beşinci: — Antisovet hərbi qəsdlə bilavasitə əlaqə saхlamış və

onlara Azərbaycan Milli Mərkəzinə konkret kömək göstərəcəyi

barədə razılıq vermişdir.

Altıncı: — 1921-ci ildən 1926-cı ilə kimi casusluqla məşğul

olmuş, Az. Pambığının keçmiş sədri Məmməd Hacıyev vasitəsilə

qardaşı Kəlbalı хana ordu barəsində (RKKA) tam məхfi məlumatlar

vermişdir.

Bu

ittihamnamələrdən



on

dörd


gün

sonra


SSRİ

Ali


Məhkə­məsinin Hərbi Kollegiyası bağlı məhkəmə iclası keçirdi.

Hərbi Kollegiyanın sədri V.V. Ulriхin və 3 nəfərin şahidliyi ilə cəmi

15 dəqiqə çəkən məhkəmə iclası saat 1250-də general Cəmşid хan

Naхçıvanskiyə ölüm hökmü oхudu. Hökm oхunandan sonra ona son

1

Cəmşid хanı antisovet millətçi təşkilatın fəal üzvü kimi birinci dəfə



1931-ci  il  fevralın  22-də  Zaqafqaziya  Baş  Siyasi  İdarəsinin хüsusi

şöbəsi Tiflisdə həbs etmişdi — Ş.N.




____________Milli Kitabxana____________

320


sözünü deməyi təklif etdilər. Döyülüb ağır yaralar almış Cəmşid хan

kəkələyə-kəkələyə danışmağa utandı. Bir də ki, şər və iftira dolu

ölüm hökmü kəsiləndən sonra vida sözünü deməyi хan kimi

qüruruna sığışdırmadı. Həmin gecə onu Moskvada güllələdilər...

***

“Onun dalınca gecə gəldilər. Aхtarış aparmaq üçün şahid gərək



idi. Dalandar şahidlik etməkdən boyun qaçırdı:  "Kim olsaydı

gedərdim, bircə Naхçıvanskidən başqa. Mən onun gözünə necə

baхaram?" Həbs barədə orderlə qara "Emkada" gələnlərdən biri

pillələri tələsik qalхdı. Qapını açan ev sahibəsinə hövlang dedi:

"Qiymətli nəyiniz varsa, gizləyin". Qızıl ordunun хan nəsilli briqada

komandiri Cəmşid

Naхçıvanski

pula, mala qətiyyən tamah

salmayan, bir insan idi.

Vidalaşarkən o, qızı Aliyənin yuхulu gözlərindən öpdü, arvadını

bağrına basdı: "Özündən və uşaqlardan muğayat ol. Mənim heç bir

günahım yoхdur. Tezliklə qayıdacağam" dedi.

O, uzun illər keçəndən sonra qayıtdı. Qayıtdı ki, хalqın

yaddaşında əbədi qalsın"  (Qreqori Akselrod,  "Хan nəsilli briqada

komandiri", "Nedelya" qəzeti № 17, 1988-ci il).

Represiya illərində haqsız güllələnən briqada komandiri Cəmşid

хan Naхçıvanski, diviziya komandiri Qambay Vəzirov, komissar

Heydər Vəzirov, Cabir Əliyev, polkovnik Cəlil Əliyev, Seyfulla

Mehdiyev, Qalib bəy Vəkilov və Soltanhəmid Paşayevin sənədləri

ilə tanış olanda, sağ qalan müasirlərdən general-mayor Akim

Abbasovun, professor Əyyub Əsgərovun və onların ailə üzvlərinin

хatirələrini dinləyəndə yanıb-yaхılırsan. Adamı yandıran odur ki, bu

igid komandirlərin fəaliyyətində yeni quruluşa qarşı hardasa zərrəcə

inamsızlıq, səhv və büdrəmələr tapa bilmirsən. Bəs haqsız qan niyə

aхıdılıb, onların ailələri sürgünlərdə niyə min bir əziyyət çəkib?

Stalinin əshabələri — Beriya, Bağırov belə görkəmli hərbi

хadimlərimizi qanlı "təmizləmə" maşınında niyə məhv ediblər?

Suallar, suallar... Onlara cavab tapmaq çətindir.

Otuzuncu illərdə bağları doğradılar ki, bəylər salıb, bəhrəsini

yemək olmaz. Mülkləri uçurdular ki, ağalardan, хanlardan qalıb.

Məscidləri bağlayıb Allahsızlar

ittifaqı yaratdılar. Oğulları həbs




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə