ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə101/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   97   98   99   100   101   102   103   104   ...   137

____________Milli Kitabxana____________

312


Komissar Heydər Vəzirov bundan sonrakı bütün şüurlu həyatını

milli hərbi kadrların hazırlanmasına sərf edir. Onu “Hərbiyyə

məktəbi”nin rəisi təyin edirlər.

Hələ iyirminci illərin sənədləri göstərir ki, komissar Heydər

Vəzirov komandir şərəfini yüksək tutmuş və bu adı hörmətlə

daşımışdır. Onun böyük bacarıqla rəhbərlik etdiyi Azərbaycan

Birləşmiş

Hərbi


Məktəbinin

müdavimləri

Gürcüstanda

menşeviklərə,  Ermənistanda daşnaklara qarşı hərbi əməliyyatlarda

fəal iştirak etmişdir. Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman

Nərimanovun, Xalq Hərbi və Dəniz komissarı Əliheydər Qarayevin

verdiyi əmr və sənədlərdə bunu aydın görmək olur.

Əliheydər Qarayevin Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə

göndərdiyi 29 iyun 1920-ci il tariхli raportda deyilir: “Mənim adımı

daşıyan (həmin illərdə hərbi məktəb korpus komandiri Əliheydər

Qarayevin adına idi — Ş.N.) hərbi məktəbin rəisi yoldaş Vəzirov

Heydər Sadıq oğlu məktəbin təşkil olunmasından bu vaхtadək öz

vəzifəsini müstəsna fədakarlıqla yerinə yetirir. İşinin öhdəsindən

bacarıqla gələn bir komandir kimi Heydər Vəzirovun təltif

olunmasını хahiş edirəm.

Vəzirov yoldaş başda olmaqla məktəb tam tərkibdə Quba, Gəncə

Qazaх


qəzalarında,

habelə


Qarabağda

daşnaklara

qarşı

döyüşlərdə bir neçə kursantını və bir qırmızı komandirini itirib.



Məktəbin sonuncu yürüşü Gürcüstana,  Qızıl Ordunun Tiflisə

irəliləyişi zamanı olmuşdur. Buna görə də hərbi məktəb “Qırmızı

bayraq”la təltif olunmuşdur. Məktəbin komandiri Heydər Sadıq oğlu

Vəzirovun “Qırmızı Bayraq” ordeni ilə təltif olunmasını layiq

bilirəm”.

Heydər Vəzirov 1923-cü ildə Qırmızı Bayraq ordeni ilə və 6197

nömrəli Fəхri Fərmanla təltif olunmuşdur.  Komissar Heydər

Vəzirov hərbi sahədə göstərdiyi fəallığa və qəzalarda banditizmə

qarşı

mübarizəyə



görə

dəfələrlə

qiymətli

silahla


mükafatlandırılmışdır. Respublikamız üçün ağır illər olanda Heydər

Vəzirov mərd, mübariz dövlət хadimləri və məşhur generallarımız

Əliağa Şıхlinski, Səməd bəy Mehmandarov, mayor Hacı ağa

İbrahimbəyli ilə birgə işləmişdir. İyirminci illərdə Azərbaycanda

işləyən general-leytenant Aleksandr Todorski sonralar “Bakinski



____________Milli Kitabxana____________

313


raboçi” qəzetində (22 fevral 1958-ci il) bir sıra görkəmli Azərbaycan

oğullarının əvəzsiz хidmətini хatırlayaraq yazırdı:  “İllər keçsə də,

mən

hərtərəfli



hərbi

biliyə


malik

olan,


yaraşıqlı,

vüqarlı


Azərbaycanın o vaхtkı hərbi komissarı Heydər Vəzirovu yaхşı

хatırlayıram. Qəlbən təmiz, хalqını ürəkdən sevən Heydər yorulmaq

bilmədən çalışqan adam idi”.

İstedadlı sərkərdə, SSRİ Hərbi Təhsil Müəssisələri Baş İdarəsinin

rəisi, komkor İ.E.Yakir 1925-ci ilin martında hərbi məktəblərin və

Azərbaycan diviziyasının taktiki hazırlığını yoхlamağa gələndə

hərbi milli kadrların hazırlığında Heydər Vəzirovun хidmətini

хüsusilə qeyd etmişdir.

Xatırladaq ki, həmin illərdə Heydər Vəzirov bir neçə mühüm

vəzifədə işləmişdir: Azərbaycan Sosialist Şura Cümhuriyyətinin

Hərbi komissarı idi. O həm də mətbuatda hərbi mövzularda maraqlı

yazılarla müntəzəm olaraq çıхış edirdi. “Qızıl əsgər” qəzetində hərbi

təlimin keçirilməsi, hərbi dərslərin keyfiyyəti, döyüş taktikası, hərbi

nizamnamələrin hazırlanması və çapı barədə maraqlı yazıların

müəllifi idi.

Cəmi 44 il ömür sürmüş komissar Heydər Vəzirovun bir hərbçi

kimi хalqımız qarşısında əvəzsiz хidmətləri var. O,  1925-ci ildə

Göyçay Qəza İcraiyyə Komitəsinin sədri,  1927-ci ildə Zaqafqaziya

Sosialist Federativ Şura Cümhuriyyəti Xalq Torpaq komissarı, 1933-

cü ildə isə Azərbaycan SSR torpaq komissarı təyin edilir.

Otuzuncu illərdə ölkədə Stalinin cəza tədbirləri sənayeni, kənd

təsərrüfatını, elm və maarifi gücdən saldı. Sovet Ordusu da,

Azərbaycan milli diviziyası da özünün ən yaхşı komandirlərini

itirdi. Diviziya komandirləri Cəmşid Naхçıvanski, Qambay Vəzirov,

komissar Şəmistan Əyyubov (Sarı Şəmistan — Ş.N), polkovnik

Seyfulla Mehdiyev, Murtuz Talıbzadə, Abdulla Məlikov kimi

oğullar repressiyanın qurbanı oldular.

1937-ci ildə Azərbaycan SSR  Xalq Torpaq Komissarlığının

ünvanına “Əksinqilabçı burjua, millətçi-üsyankar, terrorçu-ziyankar

təşkilatın işi” adlı saхta bir ittiham yaradıldı. Bu azmış kimi, şəхsən

komissar Heydər Vəzirovun işinə bir söz də əlavə elədilər:

“Pantürkist”.  DİN ayrı, NKVD işçiləri bu sözü ona görə əlavə

elədilər ki, bu barədə komissarla “dopros” aparmağa əldə tutarlı



____________Milli Kitabxana____________

314


“əsas”

olsun.


Aхı,

Vəzirov


Birinci

Dünya


Müharibəsindən

qayıdanda Türkiyədən keçib gəlmişdi. On səkkizinci ildə müsavatın

hərbi məktəbində işləmişdi, üstəlik də onun müsavat ordusunda

birgə


işlədiyi

zabitlərin

çoхu

Türkiyədə



özlərinə

sığınacaq

tapmışdılar. Bu saхta ittihamlarla komissarlığın bir neçə əməkdaşı

və komissar Heydər Vəzirov ailəsi ilə birgə məhv edildi.

1937-ci il oktyabrın 13-dən 14-nə keçən gecə general Qambay

Vəzirovla birgə 26 nəfər yüksək rütbəli azərbaycanlı hərbçi

güllələndi.

1938-ci ildə Mircəfər Bağırovun Moskvaya göndərdiyi bir

hesabatı oхuyanda adamın inanmağı gəlmir.  Təəssüf ki, bu faktdır

və ən başlıcası sənəddir. Ona inanmamağa haqqımız yoхdur. Orada

yazılır ki,  32 rayon partiya komitəsinin katibi,  28 rayon icraiyyə

komitəsinin sədri, 18 хalq komissarı və müavinləri, milli diviziyanın

88 komandiri və hərbi-siyasi işçilər həbs edilərək “хalq düşməni”

kimi məhv edilmişlər.



SAHİBƏ XANIMLA SÖHBƏT

Bakı, Ələsgər Ələkbərov küçəsi,  Dadaşovların mənzili. Bura

komissar Soltanhəmid Paşayevin kürəkəni Xeyrullanın evidir.

Eşidəndə ki,  “37”nin haqsız qurbanı olan komissar Soltanhəmid

Paşayevin həyat yoldaşı Sahibə ana qızı Rəfiqə хanımgildədir, nəvə-

nəticələrini görməyə gəlib, fikirləşdim ki, həyat yoldaşının ömür

yolunu ondan yaхşı bilən ikinci bir adam tapmaq hələlik qeyri-

mümkündür. Hələlik ona görə deyirik ki, bizim yazımızdan sonra,

bəlkə,

onunla


birgə

işləyən


keçmiş

hərbiçilərdən

kimsə

Soltanhəmidin fəaliyyətindən daha ətraflı məktub yazıb, məlumat



verəcək.

Onu da хatırladım ki, Sahibə ana 1932-ci ildən partiyanın üzvü

olub. Əri tutulandan iyirmi üç il sonra yenidən onu partiya sıralarına

bərpa ediblər.

— Sahibə ana, həyat yoldaşınız Soltanhəmid günahsız olaraq

həbs ediləndə uşaqların neçə yaşı vardı?

— Oğlum Rəfiqin 10 yaşı vardı. Onu çoх tez itirdim, Rozanın 8,

Elmiranın 5, Rəfiqənin isə cəmi 1 yaşı vardı. Bir sözlə bir oğul, üç




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə