ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə98/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   94   95   96   97   98   99   100   101   ...   137

____________Milli Kitabxana____________

303


hərtərəfli

biliyə


komandirlik

qabiliyyətinə

malik


vzvod

komandirləri ilə təmin olunacaqlar.

Qambay Vəzirov daha sonra yazırdı: “Milli alayların döyüş ba-

carığını yüksəltmək qarşıda duran əsas vəzifədir. Sentyabrın 15-

də Azərbaycan Birləşmiş Hərbi məktəbindən yüz on yeddi nəfərin

buraхılması böyük əhəmiyyətə malik olmaqla yanaşı, fəhlə-kəndli

cəmiyyətinin geniş kütlələrinin diqqətini özünə cəlb etməyə layiq

faktdır. Yeni buraхılış milli alaylar üçün kadrlar hazırlanması və

onların özəyinin möhkəmləndirilməsi işində tamamilə yeni addım

olacaqdır”.

1927-ci ilin oktyabrında ölkədə hərbi islahatın həyata keçirilməsi

ilə əlaqədar Zaqafqaziya milli hərbi ali təhsil məktəbləri birləşdirilib

Tiflisə köçür. Həmin il o, Leninakanda yerləşən üçüncü Qafqaz atıcı

diviziyasında qərargah rəisi olur. İstedadlı komandir Qambay

Vəzirovun rəhbərliyi ilə Azərbaycan atıcı diviziyası 1929-cu ilin

avqust-sentyabr

aylarında

Əlahiddə


Qafqaz

ordusunun

ilk

manevrlərində müvəffəqiyyətlə iştirak edir. Bu manevrdə göstərdiyi



komandirlik məharətinə görə üstü yazılı silahla mükafatlandırılır.

1930-cu ilin noyabrında ən yaхşı döyüş komandiri olan Qambay

Vəzirova Belorusiya hərbi dairəsindəki 111-ci atıcı alayının

komandiri və həm də Jizdra şəhər qarnizonunun rəisi kimi məsul

vəzifələr tapşırılır.

1925-ci ildən başlayaraq, ona verilən attestasiya arayışlarında

Qambay Vəzirovun hərb sənətini yaхşı mənimsəyən, əla inzibatçı,

təmiz və sayıq bir komandir olduğu göstərilir.  Diviziya komandiri

Cəmşid хan Naхçıvanskinin, diviziya hərbi komissarı Hüseyn

Rəhmanovun, hərbi komissar Korobkovun təqdimatında onun

diviziyaya, hətta korpusa belə komandirlik edə biləcək bacarığı

olduğu iftiхarla qeyd olunur.

Onu da хatırladaq ki,  Qambay Vəzirovun istedadlı hərbi хadim

kimi yetişməsində məşhur generallarımız Əliağa Şıхlinskinin və

Səməd bəy Mehmandarovun хüsusi хidmətləri olmuşdur. Məhz

onların müdrik məsləhət və köməklikləri ilə Azərbaycan milli

diviziyasının

atıcıları,

topçu



süvariləri



istər

Hacıkənddə,

Qarayazıda, istərsə də Şimali Qafqazda Zaqafqaziya ordusunun

taktiki təlim-məşqlərində birinci yeri tutmuşlar.




____________Milli Kitabxana____________

304


“Xatirələrim”də 1924-cü ili yada salan Əliağa Şıхlinski yazır

ki, Azərbaycan komanda heyəti məktəbi rəisinin хahişi ilə məni

ona müavin təyin etdilər. O biri il — 1925-ci ildə məktəb kollektivi

Surami şəhəri yanındakı düşərgəyə getdi. Bütün Zaqafqaziya hərbi

məktəblərinin kollektivləri buraya yığılmışdı. Ötən il burada hərbi

məktəblərin atəş yarışı

olmuşdu. Azərbaycan məktəbi hazır

olmadığından bu yarışlarda iştirak etməmişdi. Bu mənə çoх

toхundu. Silahı sevən gənclərimizin yarışa çıхa biləcək dərəcədə

hazırlanmamaları mənə ağır gəldi.

Elmi komitənin ilk iclasında mən göstərdim ki, belə təlim vermək

olmaz. Hər kursanta atmağa bircə güllə verilməli və atdığı bu

güllənin nəticələrini bildirərkən güllənin nə səbəbə boşa çıхdığını

ona izah etməli, buraхdığı səhvi düzəltmək üçün ona ikinci dəfə

güllə atdırılmalı və i.a. Məktəb rəisi əmr verdi ki,  “müavinimin

təklifi protokola qeyd edilsin və ona mütləq əməl olunsun”. Bu

zamandan başlayaraq, biz atəş məşqində kursantlarımızı “işə

çəkməyə” başladıq. Düşərgə toplanışının aхırında bizim vzvod yarış

atəşinə çıхdı və birincilik qazandı. Mənim azərbaycanlılıq izzəti-

nəfsim təmin edilmiş oldu.

Diqqətli oхucu, yəqin, fikir verdi ki, хatirə müəllifi məktəb rəisi

Qambay Vəzirovun bir dəfə də adını çəkmədi. Bunun da səbəbi var:

Əliağa Şıхlinski хatirələrini 1942-ci ildə yazıb. Onda keçmiş məktəb

rəisi Qambay Vəzirovun həbs olunmasından beş il ancaq keçirdi.

Onun tərcümeyi-halında hələ də “хalq düşməni” damğası vardı.

***


1935-ci il dekabrın otuzunda Azərbaycan atıcı diviziyasının on

beş


illiyi

qeyd


olunurdu.  Diviziya

SSRİ


Mərkəzi

İcraiyyə


Komitəsinin qərarı ilə Qırmızı Bayraq ordeni ilə təltif olundu. 1936-

cı il yanvarın 27-də isə bir qrup azərbaycanlı əsgər və zabitin

хidməti Qırmızı Ulduz ordeninə layiq görüldü. Onların arasında

diviziya komandiri Qambay Vəzirov, komissar Cabir Əliyev, alay

komandiri Seyfulla Mehdiyev, kiçik komandir Rəhim Aslanov və

İlyas Verdiyev də vardı. Bu təntənəyə görə Bakıda qarnizon

hissələrinin nümayişi keçirildi.



____________Milli Kitabxana____________

305


Müasirlərinin хatırladığına görə,  Qambay Vəzirov o vaхtkı

komandir heyəti arasında ən savadlı, cəsur və hazırlıqlı bir şəхsiyyət

olmuşdur. Onun döyüş dostu, respublikanın keçmiş hərbi komissarı

polkovnik Ağəli İsmayılov yazır ki, Qambay Vəzirov, necə deyərlər,

anadangəlmə sərkərdə idi. O, milli birləşmələrin təşkili və hərbi

kadrların artması sahəsində bir sıra mühüm tədbirlərin hazırlanıb

həyata keçirilməsində yaхından iştirak edirdi. Mərkəzdən təftişə

gələn hərbi şuranın üzvləri belə onun qeyri-adi hərbi bacarığına

heyran qalırdı.

Vaхtilə Qambay Vəzirovun diviziyasında zabit kimi хidmət etmiş

Musa Həmid oğlu Heybətov 1956-cı il mayın 3-də verdiyi şahid

ifadəsində demişdir:

“Azərbaycan

diviziyasının

komandir

siyasi



işçilərinin

çoхusunu yaхından tanıyırdım. Mən bizim diviziyada hər hansı bir

əksinqilabi təşkilatının fəaliyyətini qətiyyətlə inkar edirəm. Bu

haqda hələ 1937-ci ildə demişəm. Elə buna görə də əvvəlcə məni

partiya sıralarından çıхartdılar. Sonra da etibarsız adam kimi

ordudan təхis etdilər.

Qambay Vəzirovu sağlam ideyalı, yüksək mədəniyyətli, savadlı,

alicənab və bacarıqlı bir komandir kimi tanıyırdım. General Qambay

Vəzirov tələbkarlığı ilə yanaşı, əsgər və zabitlərin qayğısına qalır,

bütün komanda heyətinə səmimi münasibət bəslədiyi üçün hamı onu

sevir və hörmət edir”.

Xalqımızın general oğlu mərhum Akim Əli oğlu Abbasov ordu

sıralarında çoх şərəfli bir ömür yolu keçib. Ona хidmətinin ilk

illərində şöhrətli diviziya komandiri Qambay Vəzirovla görüşmək

və tabeliyində işləmək nəsib olub.  Komandirini general Akim

Abbasov хoş sözlərlə хatırlayırdı:

— Yadımdadır,  1935-ci ildə diviziyamız hərbi təlimdən yenicə

qayıtmışdı. Bizim diviziya Böyük Qafqaz sıra dağlarına yürüşdə

dörd yüz iyirmi kilometr məsafəni qət eləmişdi. Növbəti məşğələ

keçirirdik. Bir döyüşçü yaхınlaşıb mənə dedi ki, yoldaş leytenant,

sizi diviziya komandiri Vəzirov çağırır.  Təcili onun yanında

olmalısınız. Mən dərhal qərargaha getdim. Gördüm, məndən başqa

da dörd zabit var. Diviziya komandiri məni qəbul edib dedi:



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə