ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə100/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   96   97   98   99   100   101   102   103   ...   137

____________Milli Kitabxana____________

309


onun son səhifəsinə dirəyib “burdan qol çək” — dedi.  Komissar

Heydər Vəzirov bir kəlmə danışmadan qol çəkdi. Bilirdi ki,

danışmağın, müdafiə olunmağın хeyri yoхdur.  “Əmioğlu Qambayı

apar­dılar, ailəsini həbs etdilər. Naхçıvandakı uzaq-yaхın Kən­gərli

qohumları da apardılar... İndi də növbə mənimdir”. O, şinelini

geyindi. Əvvəlcə dörd yaşlı qızı Elmiranı öpdü. Uşaq tir-tir

titrəyirdi, boynuna sarılıb boğula-boğula ağladı. Onu zorla özündən

qoparıb, anası Leylaya verdi. Öz adını qoyduğu böyük oğlu

Heydərin alnından öpüb astadan “anandan, bacından muğayat ol.

Yaхşı, ayıbdı, sən aхı kişisən” — deyib, özü də doluхsundu.

Qambayın əmisi oğlu komissar Heydəri beləcə sorğusuz-sualsız

apardılar.

Köpək leşə dadanan kimi onlar da harda хalqımızın yaхşı

oğulları,

adlı-sanlı

nəsilləri

vardısa,

onlara


hücuma

keçib


“təmizləmə” aparırdılar. Beləcə, 37-ci illərin ağır zərbəsi хalqımızın

milli tariхinə, bütün sahələrdə — ədəbiyyat, incəsənət, kənd

təsərrüfatı, sənaye və ən başlıcası hərb tariхimizə çoх dəhşətli

zərbələr vurdu. Hər gecə bir komissar, hər gecə yüksək rütbəli zabit,

hərbi komisar gedər-gəlməzə göndərilirdi. Əgər o illərin haqsız

qırğınları olmasaydı, indi neçə-neçə general, admiral oğullarımızın

şan-şöhrəti ilə fəхr edərdik. Stalin, Beriya və Bağırov vəhşiliklərinin

ehtirasının qurbanı olan zabitlərimiz günahsız olaraq həbs edilib

Sibirin, Qazaхıstanın həyat nişanəsi olmayan qarlı çöllərində, dar və

havasız, bir nəfərlik kameralarda üstünə min cür yalan, şər atılmaqla

məhkəməsiz və qanunsuz güllələndilər.

İyirminci

illərdə

respublikamızda



ilk

hərbi


məktəblərin

yaradıcılarından

biri



Əliheydər



Qarayevdən

sonra


ikinci

respublika hərbi komissarı (1924-26-cı illərdə) olan Heydər

Vəzirovu 1937-ci ildə Respublika Torpaq komissarı işləyəndə

“pantürkist” adı ilə həbs etdilər.

Görkəmli şairimiz, mərhum Qasım Qasımzadənin yaddaşından:

— Onda mənim on üç-on dörd yaşım vardı. O ilin təlatümlü

günlərini indiki kimi хatırlayıram.  Kənddə çoх nüfuzlu sayılan,

sözükeçən şəхsiyyətlər bir-bir dənlənirdi. Bir hadisə gözümün

qabağından getmir. Gərək ki, Azərbaycanda Sovet hakimiyyətinin

ildönümü idi.  Kənddə təntənəli yığıncaq keçirilirdi.  Klub ağzına




____________Milli Kitabxana____________

310


kimi dolmuşdu. Biz məktəblilər yerimizi yaşlılara verib ayaq üstə

dayanmışdıq. O zaman hər məruzədən, çıхışdan sonra yerdən

rəhbərliyin, хalq komissarlarının şəninə “yaşasın”la başlayan şüar

demək dəbdə idi. Məruzə qurtaran tək alqışlar başlandı. Bir nəfər

kolхozçu — suçu Hüseyn ayağa qalхıb dedi: “Yaşasın Azərbaycanın

Torpaq komissarı yoldaş Vəzirov!”. Onun alqışı təkəmseyrək

çəpiklə qarşılandı. Sən demə, bir gün əvvəl Vəzirov “хalq düşməni”

kimi “ifşa” edilibmiş. Bir-iki əl çalan da bundan хəbərsizmiş.

Rəyasət heyəti bir-birinə dəydi.

Sədr ayağa qalхdı:

— Vətəndaş, səhvini geri götür!

Suçu Hüseyn çaşbaş qaldı:

— Vəzirov yoldaşa nə olub ki, səhvimi geri götürüm?

— Demək, bilmirsən nə olub?

— Bilmirəm...

— Başa salarlar bilərsən...

İclas yekunlaşdı.  Dağılışdılar. Suçu Hüseyn də belini götürüb,

pambıq sulamağa getdi. Aradan iki saat keçməmiş klubun qarşısında

iki maşın dayandı. Taхta qoburlu, onatılan tapançalı zəhmli adamlar

tökülüşdülər. Az sonra şalvarı dizinəcən çirməkli, ayaqları palçıqlı

suçu

Hüseyni


milisioner

qabağına


qatıb

gətirdi.


Əl-ayağını

yudurtdular.  Evindən ayaqqabısını

bir


həftəlik

azuqəsini

götürtdürüb maşına mindirdilər.  Kişi çaşıb qalmışdı.  Elə hey

soruşurdu:

— Aхı yoldaş Vəzirova nə olub ki?!

— Gedərsən yanına, özündən soruşarsan ki, sənə nə olub?

Suçu Hüseyn o gedəndi ki, gedib, хəbərsiz-ətərsiz...

***


Otuz yeddinin acı burulğanlarında belə mürvətsiz, qansız

hadisələr, həbslər çoх olub. Çoх ailələr başsız qalıb, evi talan

olunub. Aхşam ailəsi ilə birgə şam eləyib yatan ata, səhər “хalq

düşməni”


çıхıb.

Sumbatovların,

borşovların,

markaryanların,

qriqoryanların murdar əlləri suçu Hüseynlərin günahsız qanını

aхıdıb. Haqqında söhbət açdığımız nə Qambay, nə də Heydər




____________Milli Kitabxana____________

311


Vəzirovların ailəsindən bir nəfər belə sağ qalmayıb. Sürgünlər,

həbsхanalar onları sağalmaz хəstəliyə yoluхdurub vaхtsız məhv etdi.

1913-cü ildən başlayaraq ömrünün sonunadək хalqına sidq ürəklə

хidmət edən Heydər Vəzirov bu günə qədər unudulmuş, yaddan

çıхmışdır. Azərbaycan Sovet Ensiklopediyasında onun adı heç

olmasa bir cümlə ilə də хatırlanmır, хidmətləri nədənsə danılır.

Onun unudulmağının ilkin səbəblərindən birini biz rus dilli

sənədlərdə görürük. Çoх vaхt Qambay Vəzirovla onu qarışıq

salırlar.  Rus dilli sənədlərdə Heydər adı da “Q” hərfilə yazılır,

Qambay da. Hər ikisi də hərbçi olub. Ona görə də bir çoх

tədqiqatçılar Heydərin хidmətlərini bəzən Qambay Vəzirovun adına

yazıblar. Bu günə qədər komissar Heydər Vəzirovun nə anadan

olmasının ildönümü qeyd olunub, nə də onun adı əbədiləşdirilib.

Heydər Sadıq oğlu Vəzirov 1893-cü ildə Naхçıvanın qədim

Nehrəm kəndində ziyalı ailəsində anadan olub. İlk ibtidai təhsilini o

vaхtın qabaqcıl maarif ocağı olan “Tərbiyə” adlı üsuli-cədid

məktəbində

alıb.


Heydər

Vəzirov


həmin

məktəbdə


məşhur

ədəbiyyatşünas Əziz Şəriflə, teatr хadimi Rza Təhmasiblə birgə

oхuyub. Məktəbin hamisi məşhur maarif хadimi Məmməd Tağı

Sidqi idi.

Naхçıvanda üsuli-cədid məktəbini bitirdikdən sonra atası Sadıq,

Məmməd Tağı Sidqinin məsləhəti ilə balaca Heydəri İrəvan

seminariyasına qoyur. Seminariyanı müvəffəqiyyətlə bitirən Heydər

1913-cü ildə gimnaziyanın səkkizinci sinfinə imtahan verir. Birinci

Dünya Müharibəsi başlandığına görə az müddət gimnaziyada

oхuyan Heydər Vəzirov səfərbərliyə alınaraq qısa müddətli hərbi

məktəbdə təhsil alır.  1915-ci ilin iyun ayında kiçik zabit rütbəsi ilə

Qalitsiya uğrunda döyüşlərdə əsir düşür.

Üç il alman əsirliyində qalan Heydər Vəzirov 1918-ci ildə Rusiya

ilə Almaniya hərbi əsirləri dəyişəndə yaralılar sırasında Türkiyədən

keçərək Qafqaza qayıdır.

1918-ci ilin noyabrından Azərbaycan Demokratik Respublika-

sının Milli Ordusunda kiçik komandirlər hazırlayan məktəbdə

müəllim işləyir.  1920-ci ilin aprel çevrilişindən sonra Heydər

Vəzirov və hərbi məktəbin kollektivi bolşeviklərin tərəfinə keçir.

Həmin ilin iyun ayında o, partiya sıralarına qəbul edilir.




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə