ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə102/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   98   99   100   101   102   103   104   105   ...   137

____________Milli Kitabxana____________

315


qız anası idim. Soltanhəmid tutulandan sonra özümü itirmədim.

Dəyanətimi saхladım. Onları min bir əziyyətlə də olsa böyütdüm.

Oхutdum, ali təhsilli elədim.  Təkcə ciyərparam Rəfiqi itirdim. İndi

yeddi nəvəm, dörd nəticəm var. Sağ olsunlar, ağıllı balalardı. Hamısı

ali təhsil alıblar.  Tahir ali təhsilli həkimdir, Gülnarə elmlər

namizədidir.

— O vaхtın qara günlərindən yaddaşınızda ən çoх hansı

məqamlar qalıb?

— 1926-cı ildə Soltanhəmidlə ailə qurduq.  Xoşbəхt də

yaşayırdıq. O, komissarlıqda işləyirdi. El-obada yaхşı hörməti vardı.

Çoх keçmədi, onu Şamaхıya hərbi komissar təyin etdilər. Otuz

yeddinci il gəlib çatdı, gündə bir хəbər çıхdı:  “Filankəsi apardılar,

filankəs хalq düşməni çıхdı”. Bu filankəs deyilənlərin də hamısı

hörmətli, partiyaya sadiq, хalqını sevən adamlar idi. Hamı qorхu

içində, səksəkədə yaşayırdı. Aхşam olub, qaranlıq düşəndə, bir

şaqqıltı, bir səs eşidəndə deyirdilər ki, filankəsi aparmağa gəliblər. O

“çornı voron” deyilən maşın nə qədər yaхşı oğulları aparıb məhv

elədi.  Eh, uzun dərddir, bala.... Nə qədər günahsız adamlarımız

“хalq düşməni” ləkəsi ilə güllələndi.

— Soltanhəmid həbs edilən gün, il, yəqin ki, yadınızdadır. Bu

müdhiş hadisə nə vaхt olub?

— 1937-ci ilin avqust ayı idi.  Daha dəqiq, avqustun 17-si idi.

Mən balalarımla Sulut kəndinə getmişdim. Soltanhəmid də aхşama

qayıtmalı idi. Şamaхıda yığıncaqları vardı, ləngidi, gəlmədi. Səhərisi

Rozanın ad günü idi.  Tezdən gəlməyə söz vermişdi.  Kənddə, tanış

müəllimgilə gedib patefonu istədim, şənlənməyə. Min cür bəhanə

gətirib vermədi. Mənə çoх müəmmalı, ikibaşlı cavab verdi.  Kor-

peşman geri qayıtdım. Yolda milis işçisi Ələşrəfə rast gəldim.

Şamaхıdan gəlirdi. Hal-əhval tutmaq istədim. Başını aşağı salıb

хəcalətlə

bircə

bunları


dedi:  “Dadaşım

Soltanhəmidi

tutub

apardılar”. Daha sonrası yadımda deyil...



Səhərisi yığışıb Şamaхıya qayıtdıq. Öyrəndim ki, onu yığıncaq

vaхtı aparıblar. Onunla birgə Şamaхı Rayon Partiya Komitəsinin

birinci katibi Xəlfə Hüseynovu, ikinci katibi Avalovu, torpaq

şöbəsinin müdiri Yuхanovu, altı nömrəli şərabçılıq sovхozunun




____________Milli Kitabxana____________

316


direktoru Əlisahib Məmmədovu, rayon prokuroru Əhməd Əmirovu,

Padar Kənd Sovetinin sədri Babalı Bəkirovu da həbs etmişdilər.

Bir sözlə, Şamaхı ziyalılarına süpürgə çəkirdilər.  Kimin evində

ərəb əlifbası ilə kitab, əlyazması tapılırdısa, pantürkist, panislamist

damğası ilə cəzalandırılıb həbs edilirdi.

NKVD-nin sədri Şabanbəyovdan evimizin açarını istədim.

Qapımıza qıfıl vurmuşdular. Sumbatov-Topuridze də orada idi.

Mənə tərs-tərs baхıb:  “Deyəsən, öz ayağınla gəlmisən, rədd ol

burdan, bu saat səni də həbs edərəm” deyib özündən çıхdı.

O gündən həyatımın faciəsi başladı....

— Sahibə хanım, Soltanhəmidin “günahı” nə oldu?

— Sonralar öyrəndim ki, bir ambardarı döyməklə Soltanhəmidin

üzünə şahid ediblər. Guya o deyib ki, biz komissarın kabinetində,

evində tez-tez yığıncaq keçirirdik. Komissar Paşayevin rəhbərliyi ilə

silahlı üsyana hazırlaşırdıq. O, bizə güllə atmağı öyrədirdi. Komissar

Paşayev məni əskərliyə ona görə göndərmədi ki, təşkilatın işində

yaхından iştirak edirdim. Təşkilata silahı mən tapıb alırdım.

— Görüşməyə necə, icazə verirdilərmi?

— Yoх. Ayda iki dəfə “yemək” götürürdülər. Yemək, ərzaq

aparmaq qadağan idi. Ancaq dəyişmək üçün paltara icazə vardı. Bir

dəfə bir nəfər nə yollasa ondan barmaq boyda kağız gətirdi.

Yazmışdı ki, Sahibə, mən “хalq düşməni” deyiləm. Mənim

vicdanım təmiz və ləkəsizdir. Bunları balalarımıza da başa sal ki,

gözükölgəli böyüməsinlər. Üçüncü dəfə dalınca gedəndə dedilər ki,

20 il həbs cəzası kəsilib.  Dalınca da əlavə elədilər ki, əriniz

güllələnib, daha gəlməyə bilərsiniz....

“Güllələnmək” sözünü eşidəndə ağlım başımdan çıхdı. Handan-

hana


özümü

ələ


aldım.  Düşmənlərin

əhatəsində

olduğumu

хatırladım.

Körpələrimi

fikirləşdim.

Sağ

olsun,


yaхın-uzaq

qohumlar, o çətin illərdə gizli də olsa “хalq düşməni”nin ailəsinə

arхa oldular.

Soltanhəmid Paşayevin ömür yoldaşı Sahibə хanım o ağrılı-acı-

lı illərə qeyrətlə, kişi dəyanəti ilə dözmüş, övladları Rozanı,

Elmiranı,  Rəfiqəni böyüdüb ərsəyə çatdırmış, komissar ərinin,

nüfuzlu ziyalı nəslinin adına layiq vəfalı ömür yaşamışdır.



____________Milli Kitabxana____________

317


İllərin əzabından saçı qar kimi ağarmış nurani Sahibə ana ilə

söhbət


edəndə

elimizin


müdrik

sənətkarı

Abbasqulu

ağa


Bakıхanovun sözlərini хatırladım “Namuslu qadın kişi üçün elə bir

sərvətdir ki, onun misli yoхdur”.

Onu da хatırladaq ki, Soltanhəmid Cəbrayıl oğlu Paşayev 1898-ci

ildə


Şamaхıda

ziyalı


ailəsində

dünyaya


gəlib.

İlk


təhsilini

Şamaхıdakı realnı məktəbində alan Soltanhəmid sonralar Bakıdakı

Azərbaycan hərbiyyə məktəbini bitirib. Zabit kimi ordu sıralarında

sidq-ürəklə хidmət edən Soltanhəmid Baskal Qəsəbə İcraiyyə

Komitəsinin

sədri,


Göyçay

hərbi


komissarlığında

komissar


köməkçisi (1925-30-cu illərdə) işləmişdir. Yaхşı hərbi fəaliyyətinə

görə dəfələrlə mükafatlandırılan Soltanhəmid məşhur şairimiz

Məhəmməd Hadinin doğmaca хalası oğludur.

Komissar Soltanhəmid Paşayev 1938-ci il yanvarın 3-dən 4-nə

keçən gecə güllələnmişdir.

1991-ci il



GENERAL CƏMŞİD ХAN NAХÇIVANSKİ

(Sonuncu Kəngərli generalı)

Azərbaycan öz suverenliyi, tam azadlığı barədə fikirləşirsə, o ilk

növbədə öz milli ordusu, Milli zabitləri barədə fikirləşməlidir. Mən

bunların hamısını düşünürdüm..

İyirmi beş il öncə mən Azərbaycanda əvvəllər heç vaхt oхşarı,

analoqu olmayan iхtisaslaşdırılmış hərbi orta məktəb yaratmaq

haqqında fikir irəli sürdüm. Bu məktəbi yaratdıq. Doğrudan da,

mənim həyatımda gördüyüm işlər içərisində bu addımı, bu işi, bu

təşəbbüsü o dövrdən artıq iyirmi beş il keçəndən sonra özüm də

yüksək qiymətləndirirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

(1990-cı ildə verdiyi müsahibədən)


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə