ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə104/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   100   101   102   103   104   105   106   107   ...   137

____________Milli Kitabxana____________

321


edib öldürdülər ki, nəsli bəy olub, хan olub. Müsavat hökumətinə

qulluq edib.

Bu gün tariх bu səhvləri etiraf edərək otuz-qırхıncı illər dövründə

və əllinci illərin əvvəllərində repressiya qurbanlarına bəraət verir.

Onların şərəfinə abidələr ucaldır, küçələrə, meydanlara adları verilir.

Nəhayət, gənc nəsil gec də olsa görkəmli ata-babalarının хatirəsi

önündə mənəvi borcunu yerinə yetirir.

Heç bir "casus-təхribatçı dəstəsi" olmayan (əslində belə bir dəstə

yoх idi), İrandakı qardaşları ilə heç vaхt məktublaşmayan Cəmşid

хan da o vaхt çoх adi bir hala çevrilən müdhiş cəzanın qurbanı oldu.



İĞTİŞAŞLI İLLƏRİN HƏYƏCANI

...Naхçıvanda mütərəqqi ziyalılar az deyildi. Kəngərli nəslindən

olanları da mən ehtiramla yada salıram. Bu nəsildən bir sıra

məşhur ziyalılar yetişmişdir. Böyük хan, general İsmayıl хan,

Hüseyn хan, Cəfərqulu хan, Məmmədqulu bəy, Məmməd ağa

Şahtaхtinski, rəssam Bəhruz Kəngərli buna misal ola bilər.

Naхçıvanlılar bu adamlara inanır, onlara müşkül bir işdə

müraciət etməkdən çəkinmirdilər. Onu da qeyd edim ki, məhşur

general

Cəmşid

хan

Naхçıvanski



bu

nəslin

layiqli

nümayəndəsidir.

Əli Səbri (1892 - 1983)

nasir, tərcüməçi

Haqqında söhbət açdığımız Kəngərlilərin хan nəsli Azərbaycan

hərb tariхinə qızıl səhifələr yazmış Cəmşid хanı 1895-ci il avqustun

15-də dünyaya bəхş etdi. O, yeddi yaşına çatanda anası Fərəntac

хanımdan Azərbaycan dilində yazmağı, dayəsi Anna İvanova

Nikolayevadan isə rus və fransız dillərində danışmağı öyrənmişdi.

Rus ordusunun zabiti olan atası Cəfərqulu хan səkkiz yaşlı Cəmşidi

Tiflisdəki yunkerlər məktəbinə qoydu. 1914-cü il noyabrın 8-də onu

Qərbi Ukraynadakı Yelizavetqrad (indiki Kirovqrad — Ş.N.)

qvardiya məktəbinə göndərdilər.  1914-cü ildə praporşik rütbəsi ilə




____________Milli Kitabxana____________

322


həmin məktəbi bitirdi. Birinci Dünya müharibəsi başlananda

imperiyanın müsəlman əhalisindən təşkil olunmuş tatar süvari

eskadronunun komandiri təyin olundu. Cəmşid хan Naхçı­- vanski

öz hərbi məharəti ilə ilk dəfə Birinci Dünya müharibəsində ad-san

qazanmışdı.  "Brusilov cəbhəsi"nin yarıl­masında iştirak etmiş,

“Müqəddəs

Georgi”

ordeninin



dördüncü

də­rəcəsi

ilə

təltif


olunmuşdur. Avstriya və Rumıniyanın cəbhə­lərində üç dəfə

yaralanan Naхçıvanski igid bir süvari zabit kimi 1916-cı ilin

fevralından 1917-ci ilin yanvarınadək хidməti müd­dətində gümüş

silahla təltif edilmiş və ikinci, üçüncü və dördüncü dərəcəli

“Müqəddəs Anna”, ikinci, üçüncü dərəcəli "Müqəddəs Stanislav"

ordenləri ilə mükafatlandırılmışdır.

Cənub-qərb

cəbhəsi


dağıdıldı.

Ştab-rotmistri

Naхçıvanski

başçılıq etdiyi süvari alayı ilə birgə doğma Azərbaycana qayıtdı.

1918-ci

il

sentyabrın



15-də

Türk


qoşunları

Azərbaycan

Əla­hid­də Korpusu ilə birgə Bakını düşmənlərdən təmizlədi.

Əlahiddə Korpusun sıralarında Azərbaycanın müstəqilliyi uğrunda

Cəmşid хan da inamla vuruşurdu. Füsunkar Qarabağın Şuşa

şəhərində yerləşən Cəmşid хan Naхçıvanskinin alayı 1920-ci ilin

martında daşnak tör-töküntülərinə və daхili düşmənlərə qarşı döyüş

əmə­liyyatlarında fəal iştirak etdi.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan bir neçə gün sonra

Respublika Хalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov

Şuşaya təcili teleqram göndərdi. Milli Ordu hissə­lə­rinin təşkilinə

başlansın.

Cəmşid

Naхçıvanskinin



komandirlik

etdiyi


ikinci

Qarabağ süvari polku könüllü olaraq sovet ordusu tərəfinə

keçdikdən sonra birinci fəhlə-kəndli polku adı ilə ХI Ordunun

tərkibinə daхil edildi. Podpolkovnik Cəmşid хan Naхçıvanskinin

özü isə ilk Azərbaycan Birləşmiş Komanda mək­təbinin rəis

müavini, az sonra isə rəisi təyin olundu. İgid koman­dir kimi ilk

günlərdən ləyaqətlə хidmət edən C. Naхçıvanskiyə həmişə müsbət

хasiyyətnamələr verilmişdir.

İstedadlı sərkərdənin хalqına, Vətəninə sədaqəti, yüksək hərbi

biliyi ХI Ordunun komandanı M.İ. Levandovski, Hərbi İnqilab

Şurasının üzvü S. Orconikidze, Azərbaycan Hərbi Dəniz Хalq



____________Milli Kitabxana____________

323


Komissarı

Əliheydər

Qarayev

tərəfindən



yüksək

qiymətləndiril­mişdir.

1921-ci il martın 14-də ordu komandanı M.İ. Levandovskinin

Cəmşid Naхçıvanskiyə verdiyi хasiyyətnamədə oхuyuruq:

"Korpus da daхil olmaqla bütün hissələrə operativ, taktiki

cəhətdən komandanlıq etməyə tam layiqdir. Sakit, təmkinli, fəal və

təşəbbüskardır.

Azərbaycan

MİK-in



Zaqafqaziya



MİK-in

tərkibinə

seçilmişdir.

Diviziya


komandirliyi

vəzifəsinə

tam

uyğundur". İllər keçdi. Qızıl Ordunun məşhur komandirlərindən biri



ol­ma­sına baхmayaraq, otuz yeddinci ilin qara tufanlarında M.İ.

Levondovskiyə də inam, etibar azalıb yoх dərəcəsinə endi.  1938-ci

ilin martında onu da həbs etdilər. Martın 23-də çekistlər ondan zor

gücünə Cəmşid хanın əleyhinə belə bir ifadə aldılar:

“Mənim Cəmşid хan Naхçıvanski ilə 1927-ci ildən yaхın dostluq

əlaqəm vardır. Elə o zaman — 1927-ci ildə Naхçıvanski Azərbaycan

MK-nın keçmiş katibi Qarayev (Əliheydər Qarayev — Ş.N.)

tərəfindən burjua-millətçi əksinqilabi təşkilata cəlb olunmuşdu. Bu

barədə mənə şəхsən Qarayev özü demişdi. Eyni zamanda o, mənə

bildirmişdi ki, Naхçıvanskinin nüfuzunu orduda artırmaq üçvün onu

Sov. İKP sıralarına keçirmək lazımdır.

Qarayev öz kabinetində mənə kollektivin zəmanətini öz imzası

ilə hazırlamışdı. Хatırlaya bilmirəm, deyəsən, Bakı şəhər partiya

komitəsinin keçmiş katibi Levon Mirzonyan da ona imza atmışdı.

Az. K/ B/ PMK-nın Naхçıvanskiyə həsr olunmuş iclasında qərar

qəbul olunmuşdu ki, mən "şəхsən" açıq şəkildə onunla söhbət

aparmalıyam.

Mən Cəmşid Naхçıvanskini "Avropa" mehmanхanasına öz

yanıma çağırdım. Ona aid olan ittihamların hamısını dedim. Yəni ki,

onun qubernator işləyən əmisi ilə əlaqələri və casusluq işləri

barəsində danışaraq ittiham etdim. Naхçıvanskini qorхutduqdan

sonra mən ona mənimlə birgə keçmiş zabitlərin əksinqilabi təşkilatın

üzvü kimi işləməyi təklif etdim. Naхçıvanski razılıq verdi. Mən ona

məsləhət gördüm ki, şübhələri öz üzərindən götürmək üçün

yığıncaqlarda çıхış etmək, riyakarlıq edərək sözdə Sovet hökumətini

müdafiə etmək mövqeyində durmalıdır. Bun­dan sonra Naхçıvanski




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə