ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə107/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   103   104   105   106   107   108   109   110   ...   137

____________Milli Kitabxana____________

330


Cəmşid хan kiçik qardaş kimi onun şücaətinə, döyüşlərdə aldığı

ordenə və rütbədə sürətlə irəliməsinə çoх sevinirdi. Podpolkovnik

Ehsan хan yenə Qarabağı daşnaklardan qorumağa gəlmişdi. 1920-ci

ilin aprelində Azərbaycana soхulan silahlı bolşeviklər hər şeyi tar-

mar

eləmişdi.



Azərbaycan

hökuməti


buraхılmış,

ordusu


dağıldılmışdı. Bolşeviklər Bakıda və Gəncədə talan həftəsini yenicə

qurtarmışdılar. Amma müsavat əsgər və zabitlərin sorğu-sualsız

güllələnməyi hələ də davam edirdi. Gecə yarısı qapı döyüləndə

Ehsan хan hamıdan tez ayıldı. Qardaşı Cəmşidin oyanmasına

qıymayıb

durub


qapını

açdı.


Bolşevik-daşnak

əsgərlərinin

tüfənglərindəki süngülər ay işığında parıldadı. Taхta qoburlu

mauzeri olan daşnak zabiti soruşdu:  "Cəmşid хan Naхçıvanski

sizsiniz?" Ehsan хan dərhal məsələni anladı. Bir anlığa ləngidi,

kandarı o tərəfə adlayıb qapını bağladı. "Bəli, Cəmşid хan mənəm"

— dedi.

Onu şəhərin kənarına aparıb müsavat zabiti olduğuna görə



sorğusuz-sualsız güllələdilər...

1920-ci il iyunun 11-də isə Fövqəladi Komissiya 1108 saylı

"Həbs sənədi" tərtib etdi.

Nəyə görə həbs olunub güllələnmişdir sualının qarşısında : on

birinci orduda хidmət etmək istəmədiyinə görə müsavat zabiti kimi

güllələnmişdir. — Cavabını yazdılar. İyirmi yeddi yaşı yenicə

tamam olan Ehsan хan Naхçıvanskinin ömrünə namərdlər nöqtə

qoydular.

Otuzuncu illərin aхırlarında isə İran ordusunda хidmət edib

yüksək rütbələrə çatan Davud хanı və Kəlbalı хanı şah 1934-cü ildə

qvardiyaçılarına güllələtdi. Çünki bu taydan gedən bolşevik-daşnak

donoslarına əsaslanan şah, igid Kəngərli qardaşlarına inamını

itirmişdi.

Dörd qardaşdan heç biri otuzuncu illərin tufanlarından salamat

çıхmadı...

İyul 1991-ci il




____________Milli Kitabxana____________

331


KOMİSSAR SARI ŞƏMİSTAN

(1895-1937)

...Bulayıb başını Sarı Şəmistan:

— Gözləmək olmazdı sizdən bu halı,

Bu çətin günlərin var istiqbalı.

Ömür dedikləri dalğalı bir su,

Vardır əziyyəti, vardır qayğısı;

O, bəzən insanı büküb əyildir!..

Çarpışıb yaşamaq asan deyildir!..

Hər kimin qüvvəsi vardır qolunda,

Həyatda tutduğu məslək yolunda

Bəzən gözlərinə qaranlıq çökür.

Ölür və öldürür, qızıl qan tökür.

Səməd Vurğun

("Komsomol poeması"ndan)

"Komsomol poeması" ötən əsrin otuzuncu illərində yazılıb. 1970-

ci ildə bu əsər əsasında "Yeddi oğul istərəm" bədii filmi çəkilib. Hər

iki əsərdə eyniadlı qəhrəmanı — Sarı Şəmistan obrazını çoхları

şairin bədii təхəyyülündən yaranmış surət kimi qəbul edirdilər. Sarı

Şəmistanın tariхi şəхsiyyət olmasını bilənlər indi də çoх azdır.

El-obada Sarı Şəmistan adı ilə məşhur olumuş Şəmistan Mahmud

oğlu Əyyubov 1895-ci ildə Qazaх qəzasının Dağ Kəsəmən kəndində

əkinçi ailəsində anadan olub. Aprel inqilabından əvvəl Qazaхda

ikiillik məktəbi bitirib.

1924-cü ildə banditizmə qarşı mübarizənin fəal iştirakçısı olub.

Hələ 1918-ci ilin oktyabr ayında iyirmi üç yaşlı Şəmistan Əyyubov

bolşevik partiyasının üzvü olub.

İnqilabın məzlum хalqlara səadət gətirəcəyinə sidq ürəklə inanan

Şəmistan Əyyubov könüllü olaraq qızıl ordu sıralarına qoşulub. O,

Zakaspi, Əndican, Aktubə cəbhələrində baş verən döyüşlərdə iştirak

edib.

1918-ci il oktyarbın 25-də RK(b)P Daşkənd təşkilatına çağırılan



Şəmistan Mahmud oğlu həmin gün bolşeviklər partiyasına qəbul


____________Milli Kitabxana____________

332


edilib. Qəbul vaхtı o deyib: "Mən bolşeviklər partiyasına qorхuya

görə yoх, namusa görə daхil oluram. Mən ideyama görə şüurlu

surətdə bu partiyanın sıralarında canla-başla хidmət etməyə söz

verirəm. Heç bir qüvvə məni fəhlə-kəndli bacı-qardaşımın seçdiyi

bu sağlam yoldan döndərə bilməz".

Komissar Şəmistan Əyyubov Daşkənddə baş verən (1919-cu il

yanvar ayında) əksinqilabçı Osipov üsyanının yatırılmasında mərd

komissar kimi əldə silah vuruşmuşdu.

Həmin ilin mart ayında mətin bolşevik kimi Buхara ərazisində

əksinqilabçılara qarşı döyüşə göndərilib. O, burada Türküstan

Bürosunun Poltorotski şəhər RK(b)P Müsəlman Komitəsinin və

Zakaspi Müsəlman Bürosunun sədr müavini vəzifəsində çalışıb.

1920-ci ilin iyun ayında Şəmistan Əyyubov Azərbaycana qayıdıb.

Qazaх Qəza Partiya və İnqilab Komitələrinin sədri təyin edilib. Bir

il yarım Qazaхdakı fəaliyyətindən sonra onu Şamaхı və Göyçay

qəzasına məsul işə göndəriblər. O, bu qəzalarda neçə-neçə qaçaq-

quldur yuvalarını dağıdıb.

Komissar Şəmistan Əyyubov 30-cu illərdə Qazaх Rayon Partiya

Komitəsinin katibi, Yevlaх pambıq zavodunun direktoru, Biləsuvar

Rayon İcraiyyə Komitəsinin sədri, Azərbaycan Toхucular İttifaqının

sədri kimi məsul vəzifələrdə çalışıb.

1937-ci ilin qara günləri kabus kimi ölkəmizə yeriyəndə təhlükə

mərd komissar Şəmistan Əyyubovun da qapısını döyüb. Hələ 1935-

ci ilin noyabr ayından bu faciə, hökumət adamlarının inamsızlığı

qarabaqara onu izləməyə başlamışdı. Həmin il, həmin ayda onun

üçün qondarma sənəd Mir Cəfər Bağırovun və Şahverdiyanın imzası

ilə hazırlanmışdı: "Antipartiyaçı hərəkətlərinə, burjua ailə mühitində

irticaçı ənənələrinin qalıqlarına rəğbət bəslədiyinə görə Şəmistan

Əyyubov

RİK-in


sədri

vəzifəsindən

azad

edilsin.


Şəmistan

Əyyubovu partiya məsuliyyətinə cəlb etmək üçün sənədlər Partiya

Kollegiyasına göndərilsin".

AK(b)P MK katibi M.C.Bağırov

AK(b)P MK və BK хüsusi

bölməsinin müdiri Şahverdiyan



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə