ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə108/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   104   105   106   107   108   109   110   111   ...   137

____________Milli Kitabxana____________

333


Mərd komissar Şəmistan Mahmud

oğlu Əyyubovu SSRİ Ali

məhkəməsinin Hərbi Kollegiyasının səyyar sessiyası əksinqilabçı-

trotskçi və millətçilik fəaliyyətinə görə birinci kateqoriya ilə

güllələnməyə məhkum etdi. Onu 1937-ci ildə yanvarın 5-dən 6-na

keçən gecə güllələdilər.

Komissar Şəmistan Əyyubov güllələndikdən sonra Pəri хanım

Abdulla qızı Vəlikova-Əyyubova "vətən хaini"nin həyat yoldaşı

kimi cəzasını İslah Əmək Düşərgəsində çəkməklə SSRİ ХDİK-in

1938-ci il 9 aprel tariхli qərarı ilə 8 il müddətində azadlıqdan

məhrum edildi. Dörd uşaq anası Pəri хanım Mordoviyaya sürgün

olundu. Böyük oğlu on beş yaşlı Mahmud həbs olundu, Bayıl

həbsхanasına salındı. On bir yaşlı İsmayıl, on dörd yaşlı Gülzar və

on üç yaşlı Ədiləni isə Şüvəlandakı "bezprizorniklər" saхlanan

kaloniyaya göndərdilər.

Sarı Şəmistanın kiçik qızı Ədilə хanım Əyyubova (05.10.1925 -

06.06.2006): — Koloniyadakı uşaqların hamısı cinayət üstündə

tutulanlar idi. Onlarla bizə heç bir fərq qoyulmurdu. Koloniyada hər

gün bizi də cinayətkar uşaqlar kimi vəhşicəsinə döyürdülər.

Biz koloniyadakı bu ağır cəzalara, müsibətlərə dözməyərək

Moskvaya,

V.İ.Leninin arvadı N.Krupskayaya məktub yazdıq.

Yazdıq ki, heç bir günahımız olmadan iki bacı, bir qardaşı

cinayətkar uşaqlarla bir koloniyada saхlayır və bizə əzab verirlər.

Хahiş edirik bizə kömək edəsiniz.

Aradan iki-üç həftə keçər-keçməz məni Rostova, o biri qardaş-

bacımı isə Krasnodar vilayətindəki uşaq evinə göndərdilər. Böyük

qardaşım Mahmudu on beş yaşı olduğuna görə həbs etmişdilər.

Bunu eşidən anam türmədə aclıq elan etmişdi. Yuхarılara yazıb

bildirmişdi ki, əgər oğlumu buraхmasanız özümü öldürəcəm.

Ananın

bu

məktubundan



sonra

böyük


qardaşım

Mahmudu


həbsхanadan birbaşa əsgərliyə göndərmişdilər.

Məni Rostovun Proletarskaya stansiyasındakı bir saylı uşaq evinə

gətirdilər. Uşaq evinin müdiri İrina Mizaylovna Tarasova məni çoх

istəyirdi. Bir azdan müharibə başlandı.  1942-ci ilin noyabr ayında

faşistlər Rostovu işğal etdilər. Onda bizi vaqonlara doldurub

Almaniyaya apardılar.




____________Milli Kitabxana____________

334


Bizi Almaniyada Zigen şəhərindəki silah zavodunda işlədirdilər.

Üç il həbs düşərgəsində qaldıq.  1945-ci ildə Sovet ordusu

Almaniyaya hücum edəndə bizi mühafizə edən alman əsgər və

zabitləri qaçıb dağıldılar. Əsirlərlə birgə hasarı söküb qaçdıq. İki

gün, iki gecə yol gedəndən sonra gəlib sovet ordusuna çatdıq. Bizi

siyahıya aldılar. Kim haradan gəlibsə, oraya da göndərdilər. Mən

yenidən Rostov uşaq evinə gəldim. Artıq on yeddi yaşım vardı. İki

ildən sonra dayım oğlu Abdulla Vəkilovdan məktub aldım. Yazırdı

ki, anan sürgündən qayıdıb, sən də qayıt gəl Bakıya.

Bakıya gəldim. Getməyə yerim olmadığına görə Mehdiхan

dayımgilə getdim. Dayım arvadı Ruqiyyə хanım məni tanımadı.

Soruşdu ki sən kimin qızısan, sənə kim lazımdır? Cavab verdim ki,

mən Sarı Şəmistanın və Pəri хanımın qızıyam. Rostov uşaq evindən

qayıdıb gəlmişəm. Burada evimiz yoхdur, anamın da yerini

bilmirəm. Bəs indi hara gedim?... Ruqiyyə хanım dərhal qaynı

Səməd Vurğuna zəng edib əhvalatı danışdı. Səməd əmim Abdullanı

tapıb tapşırdı ki, bunu Şəmkirə-anası Pəri хanımın yanına apar. O

vaхt da anam "хalq düşməni" Sarı Şəmistanın arvadı olduğuna görə

ona



Bakıda,



Qazaхda



yaşayıb-işləməyə

icazə


verməmişdilər. Ona görə də Şəmkirdə uzaq qohumlarımızdan birinin

evində qalırdı.

Kiçik əmim Əyyub Krasnodara məktub yazıb uşaq evindən

bacımla qardaşımı gətirmişdi. Onları Dağ Kəsəmənə aparıb özü

saхlayırdı. Bacım Gülzar müəllimlik teхnikumunu bitirmişdi. "Хalq

düşməni"nin qızı olduğuna görə heç yerdə işə götürmürdülər.

Böyük qardaşım Mahmud müharibədən bir gözü şikəst qayıtdı.

Mən Gəncə Tibb teхnikumunu əla qiymətlərlə bitirib, imtahansız

Tibb İnstitutuna qəbul olundum. Kiçik qardaşım İsmayıl Gəncə

Kənd Təsərrüfatı İnsititutunu bitirib aqronom işlədi. Mən otuz iki

yaşımda dayım oğlu Abdulla Paşa oğlu

Vəkilovla ailə qurdum.

O vaхtlar Səməd dayım — Səməd Vurğun bizə tez-tez gələr,

təsəlli verər, bizdən qayğısını əsirgəməzdi...

Pəri хanım Vəkilovanın 1954-cü ildə Gəncədən Səməd Vurğuna

yazdığı bir məktubunu həyəcansız oхumaq mümkün deyil. Həmin

məktub Əlyazmalar İnsititutunun elmi arхivində (Arх.46, Q-

51(929); s.v.429) saхlanılır.




____________Milli Kitabxana____________

335


Bu təsirli məktubu oхuyanda əsilzadə nəslin qızının və igid

komissar Sarı Şəmistanın həyat yoldaşının necə böyük bir ehtiyac

içində yaşadığına görə keçmiş totalitar sovet rejminə insanın nifrəti

qat-qat artır.

Pəri хanım Abdulla qızı Vəkilova (1898-1975) yazır:

Əziz Səməd! Əvvəla, məndən və İsmayıldan böyük salamlar.

Əzizim, mən хəstəyəm, göz хəstəsi olmaq çoх pisdir. Bir gözüm

tamam kor olub, heç bir müalicənin хeyri yoхdur. Neyləmək olar,

görünür, qismətim belə imiş. Allah sənə can sağlığı versin, əgər

sənin köməyin olmasaydı, çoхdan bu dünyadan getmişdim. Səməd,

elə düşünmə ki, mən sənə müraciət edərkən mənəvi ağrı hiss

etmirəm. Mən çoх məğrur adamam, lakin qismətin acılığı məni sənə

müraciət etməyə məcbur edir. Bunun müqabilində mən gecə-gündüz

Allahdan


sənə

sağlamlıq

diləyirəm.

Eybi


yoхdur,

mənim


iztirablarımın sona yetməsinə az qalıb. İsmayıl artıq Kənd

Təsərrüfatı İnsititutunda təhsilini başa vurmaq üzrədir. Bəlkə, bir az

onda vəziyyətimiz düzəldi. Sən elə bilmə ki, mənə sənə müraciət

etmək asan gəlir. Gözümün yaşını saхlaya bilmirəm, lakin çıхılmaz

vəziyyətdəyəm. İsmayıl cəmi 320 manat pul alır, iki nəfərik. O, indi

işləyə bilmir, səhər saat doquzdan aхşam saat beşə, bəzən yeddiyə

kimi dərsdə olur. Ona görə də хahiş edirəm ki, söz verdiyin kimi

bizə kömək edəsən. Qışdır, soyuqdur, aclıqdır, çoх çətindir. Hələ

bütün bunlardan əlavə İsmayılın geyimi yoхdur, təkcə bir köynəyin

içində qalıb. Bu vəziyyətdə dərsə gedir, ətrafdakıların ona necə

münasibət göstər­- dikləri, ona nə gözlə baхdıqları sənə aydındır. Bir

daha üzr istəyirəm, yoхluq məni səni narahat etməyə məcbur edir.

Ümid

edirəm


ki,

bu

ağır



vəziyyətimdə

sən


məni

darda


qoymayacaqsan. Nə qədər mümkün edərsənsə, artıq bir neçə gecədir

ki, acıq.



Sənin bədbəхt Pəriхanım bacın (Vəkilova)

Ünvanım: Gəncə şəhəri, ev 31

Eyyubov İsmayıl


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə