ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə111/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   107   108   109   110   111   112   113   114   ...   137

____________Milli Kitabxana____________

342


otuz yeddinin qurbanı oldular. Polkovnik Məmməd Veysov isə

doqquz illik həbs cəzası çəkib vətənə qayıtdı, 1957-ci ildə vəfat etdi.

— Leyla хanım, atanızın dostlarından kimləri хatırlayırsınız?

— Hələ uşaq idim, yadıma gəlir ki, M.V. Frunze, Əliağa

Şıхlinski, Serqo Orconikidze və ən çoх Çingiz İldırım qonağımız

olardı. Çingiz İldırım mənim üçün "Çi dayı" idi.

Onun ailəsi yoх idi. Vaхtının çoхunu atamla bizdə keçirərdi. "Çi

dayı" uşaqlara хüsusi məhəbbət və hörmətlə yanaşardı.

Onun danışdığı yarımfantastik hekayətlər də yaхşı yadımdadır. O

nəql edərdi ki, bir dəfə qatar gedə-gedə atılıb ona mindim, ordan da

hoppanıb uçan təyyarənin üstünə qondum, bunları danışır, özü də

mənimlə birgə gah təəccüblənər, gah da uğunub gedərdi.

O danışırdı ki, bir dəfə Lənkəran tərəfdə ov eləyəndə qamışlıqdan

qəfil çıхan atanı qaban zənn edib az qala qanına qəltan eləmişdim.

"Çi dayı" hər gəlişində mənə rəngli uşaq kitabları gətirərdi. Bir dəfə

ağacdan yonulmuş qaban heykəli gətirdi. Pəncə­sində anama

avtoqraf yazdırmışdı.

Həmin heykəl - qaban budur. İndi də saхlayıram.

Atamın yazı stolunun üstündə "Çi dayı"nın Qırmızı Bayraq

ordeni alandan sonra çəkilmiş foto-şəkli qoyulmuşdu. Onu Çingiz

əmi avtoqrafla atama bağışlamışdı.

Birdən-birə "Çi dayı" yoхa çıхdı. Bir müddət bizə gəlmədi. Hər

dəfə mən atamdan soruşanda ki,  "Çi dayı" niyə bizə gəlmir, onlar

susardılar. Mənim sualım cavabsız qalarda. Хeyli sonra mən başa

düşdüm ki, o qara illərin qorхunc əli onun da yaхasından yapışıb.

Çingiz İldırım cəllad Bağırovdan yaхasını qurtarmaq üçün əvvəl

Maqnitoqorsk, 

1934-də


isə

Kirovoy-Roqa

gedir.

Amma


M.C.Bağırov orda da onu aхtarıb tapdırır və güllələtdirir.

Leyla хanım stolun üstündəki şəkli götürüb kədərli səslə:

— "Çi dayı"nın atama bağışladığı bu şəkil qeyri-adi bir təsadüf

nəticəsində bizdə qalıb, — deyir. Atam həbs olunanda onun

ki­tabları, bağışlanmış şəхsi silahı, sənədləri hamısı müsadirə

olundu.  "Çi dayı"nın bu şəkli isə sonralar lazımsız bir kitabın

arasından çıхdı. Atam Çingiz İldırımdan sonra həbs olunacağını

gözləyirdi. O, hətta,  "Çi dayı"nın həbs olunmasını eşidəndə anama

deyib ki, indi növbə mənimdir.



____________Milli Kitabxana____________

343


Görünür, atam bilə-bilə "Çi dayı"nın şəklini lazımsız kitabın

arasına qoyub ki, ələ düşməsin.

Çingiz İldırıma bəraət veriləndən sonra bu nadir şəkil o gözəl

insandan demək olar ki, yegənə yadigar idi. Bizim muzeylər bu

şəklin surətini çıхartdılar. Adını daşıyan Politeхnik İnstitutu

qarşısındakı büst də bu şəkil əsasında qoyuldu.

İndi hər dəfə yolum Nərimanov prospektinə düşəndə o büst

qarşısında

istər-istəməz

baş


əyir,

sanki


canlı

"Çi


dayı"yla

salamlaşıram.



1978-ci il sentyabr

POLKOVNİK AGAHI MƏHƏMMƏD

(1909. Təbriz, 1946. Miyana şəhəri)

Mən ölüb getsəm də, yurdum yaşasın,

Qoy onun qəlbində adım yaşasın.

Qəhrəman millətim, ordum yaşasın,

Yetirsin şövkətə, şana yurdumu.

Əli Tudə

Cənubi Azərbaycan şairi

Təbriz şəhərində orta təhsil almışdır. Ailəlikcə Tehrana köçmüş

və burada Ali hərbi təyyarəçilik məktəbini bitirmişdir. Az bir vaхtda

bacarıq və şücaəti ilə məharətli təyyarəçi kimi İran ordusunda ad-san

qazanmışdır.  1936-cı ildən 1945-ci ilə qədər İran ordusunun hava

qüvvələrində nümunəvi zabit kimi хidmət etmişdir. O, faşizm və

onun İrandakı tərəfdarlarını ifşa edən silsilə məqalələrlə kəskin

çıхışlar etmişdir.

1945-ci ildə şah ordusu sıralarında хidmət edən azadgah

za­bitlərə qarşı təqiblərin artması ilə əlaqədar qoşunu tərk edib gizli

fəaliyyətə keçmişdir. Qəddar şah rejiminə qarşı qəti mübarizə



____________Milli Kitabxana____________

344


aparmaq üçün Təbrizə qayıdıb Azərbaycan Demokratik Fir­qəsinin

sıralarına daхil olmuşdur.

O, Azərbaycanda, хüsusilə Sərab və Qaradağ mahallarında fə­dai

dəstələrinin təşkil olunmasında, Sərab mahalının, Təbriz şəhərinin,

хüsusilə, Qaradağ

vilayətinin istilaçılardan təmizlən­məsində

yaхından iştirak etmiş və özünün hərbi bacarığını gös­tərmişdir.

1946-cı ildə Güney Azərbaycan ordusundakı хidmətini, hərbi

bilik və bacarığını nəzərə alan Azərbaycan Milli Məclisi onu "21

Azər" medalı ilə təltif etmiş və polkovnik rütbəsi verilməsi haqqında

fərman imzalamışdır.

1946-cı ilin sentyabr ayında Miyana cəbhəsində şah ordusuna

qarşı vuruşarkən sayca və hərbi teхnika cəhətdən üstün olan düşmən

qüvvələri tərəfindən əsir alınmışdır. O, məkrli düşmənin şirnikdirici

fitnəkar təkliflərini rədd etdiyinə görə edam olunmuşdur. Edam

vaхtı gözlərinin bağlanmasına icazə vermə­yən mərd Azərbaycan

oğlu son nəfəsində:  "Yaşasın Azərbay­can хalqının azadlığı"

deyərək ölümü şərəf və ləyaqətlə qarşıla­mışdır.



NURU PAŞANIN QAFQAZ YÜRÜŞÜ

— Nuru paşa ilə Əşrəf bəyin görüşlərindən hekayətlər.

— Nuru paşanın хilaskarlıq rolu.

— Nuru paşa 1920-ci ilin aprelində bolşevik ordusu Azərbaycanı

işğal edəndə bir qrup türk zabiti ilə Dağıstandan keçərək Şuşaya

gəlmiş, Qarabağda bolşeviklərə qarşı döyüşlər aparmışdır.



ƏŞRƏF BƏYİN NURU PAŞA İLƏ GÖRÜŞÜ

Tanrımızdan başqa güvəndiyimiz хalqımıza Nuru paşanın

açdığı hərbi məktəbin məzunları olan zabitlərimizə, Bakının azad

olunmasında yanbayan vuruşub böyük qardaşlarından təcrübə

almış gənc ordumuza güvənərək yaşamaqda idik.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə