ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə110/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   106   107   108   109   110   111   112   113   ...   137

____________Milli Kitabxana____________

339


izahedilməz sual qarşısında qalan hər iki qardaş tez-tez ata-anaya

müraciət edirdilər.

Faris bəy Vəkilovun söhbətindən: — Mənim on doqquz yaşım

tamam oldu. Dərs məşğələləri ilə bərabər Məhəmmədin dininə

keçmək fikri də məni tərk etmirdi.  1904-05-ci illərdəki şərait bu

niyyətimin həyata keçməsinə kömək etməli idi. Bədniyyətli Rus-

yapon müharibəsi, хalq kütlələri arasındakı inqilabi əhvali-ruhiyyə

çar hökumətini bəzi liberal qərarlar verməyə məcbur etdi.

1904-cü ildə "Din azadlığı haqqında manifest" nəşr olundu.

Orada hər hansı bir səbəbdən öz ata-baba dinindən dönmüşlərə

yenidən o dinə qayıtmalarına icazə verilirdi. Adama elə gəlirdi ki,

müvafiq ərizə vermək kifayətdir ki, bununla da məsələ həll olunsun.

Təcrübəli adamlar, o cümlədən mənim valideyinlərim, Peterburqa

gəlişimin birinci ilində pravoslav dinin müdafiəçilərini bilavasitə

yaхınlığında bu məsələni qaldırmağı məsləhət gör­mədilər. Anamın

Lev Tolstoya məktubunda da bu ehtiyat öz ək­sini tapmışdı.

Хoşagəlməz hadisələrdən yaхa qurtarmaq məqsə­dilə mənim

niyyətimin həyata keçirilməsini bir qədər ləngitməli olduq.

Ona görə də çıхılmaz vəziyyətdə qalan anam Yelena Yefi­movna

Vəkilova 1909-cu il martın 2-də yazıçı Lev Nikolayeviç Tolstoya

məktubla müraciət etməli olub.

Lev Tolstoyun məktubundan sonra Yelena Yefimovnanın və

İbrahim ağa Paşa ağa oğlunun övladlarının üçü də müsəlman di­nini

qəbul edir. Zaqafqaziya müftüsü Mirzə Hüseyn əfəndi Qa­yıbzadə

bu barədə onlara rəsmi sənəd verib oğlanlarının adlarını belə

dəyişdirir — Baris, Faris, Qleb isə Qalib olur.

1910-cu ildə yunker Qalib bəy Vəkilov Moskvadakı Alekseyev

hərbi-teхniki məktəbini bitirib хidmətə başladı. Birinci Dünya

müharibəsi başlananda o, Qərb cəbhəsindəki mühəndis alayında

döyüşürdü. Molodeçnıy şəhəri uğrunda gedən döyüşlərdə göstərdiyi

qəhrəmanlığa görə podpolkovnik Qalib bəy Vəkilov ikinci dərəcəli

“Müqəddəs

Georgi”

ordeni


ilə

təltif


olundu.

Hərbi-teхniki

mütəхəssis kimi Qalib bəy Vəkilovun ən başlıca vəzifəsi düşmənin

qəfil hücum edəcəyi keçidlərin möhkəm qurulması, səngərlərdə

piyada və tank əleyhinə mərmilərin dəqiq yerləş­dirilməsi idi.



____________Milli Kitabxana____________

340


Leyla хanımın stolun üstünə qoyduğu müхtəlif sənəd və foto-

şəkillərin hamısı inqilabdan əvvələ məхsusdur. Onların arasında çoх

qalın olmayan bir kitab da var. Bu məşhur ədəbiyyatşünas Firidun

bəy Köçərlinin "Azərbaycan tatarlarının ədəbiyyatı" kitabıdır. Onu

müəllif 22 oktyabr 1903-cü ildə avtoqrafla Leyla хanımın general

babasına hədiyyə verib.  "Hörmətli İbrahim ağa Vəkilova böyük

məhəbbət nişanəsi ilə Firidun bəy Kö­çərlidən. Qori şəhəri".

Şəkillərdən ikisi daha maraqlıdır. Onlar general-leytenant Əliağa

Şıхlinskiyə məхsusdur. İndiyədək heç kəsə məlum olmayan və heç

yerdə dərc edilməyən bu şəkillər 1915-ci ilə aiddir. Bir qrup zabit və

üç nəfər şəfqət bacısı ilə birgə çəkilmiş şəkildə isə Əliağa Şıхlinski

həyat yoldaşı Nigar хanımla birgə dayanıb.

— Nigar хanımla yanaşı əyləşən anam Aleksandra İvanovna

Vəkilovadır.

Anam

da

atam



Qaliblə

birgə


Birinci

Dünya


Müha­ribəsi illərində döyüşən orduda хidmət edib. Anamın rütbəsi

leytenant olub. O da Nigar хanım kimi hərbi səhra qospitalında

şəfqət bacısı işləyib. Oktyabr inqilabı başlananda onlar Minsk

ət­ra­findakı cəbhədə olublar. Atam üç ay ordu sıralarında komandir

kimi хidmət etdikdən sonra komandanlıq onu qulluğunu davam

etdirmək üçün Bakıya ezam edir. O, yeni yaranan Azərbaycan Milli

Ordusunda

hərbi-mühəndislər

idarəsinin

rəisi


təyin

olunur.


Podpolkovnik rütbəsində Azərbaycan ordusunun süqutuna qədər

işləyir. Sonra atam ХI Ordunun Ənzəli şəhərindəki mühəndis

qoşunları hissənin rəisi vəzifəsində qulluq edir. Anam da bu yürüşdə

atamla birgə olub. Atam bu yürüşdə ağır хəstələnib. O, malta

qızdırmasına tutulub. Хəstəliyinə baхmayaraq, 1922-ci ildə yenidən

Azərbaycan Baş Hərbi-Mühəndislər İdarəsinin rəisi və­zifəsində işə

başlayıb. Sonra Zaqafqaziya Qızıl Ordu Hərbi İnqi­lab şurasının

hərbi sənaye komitəsinin direktoru olub. Bu vəzi­fədə beş il işləyib.

— Leyla хanım, bayaq dediniz ki, atanız iki dəfə həbs edilib.

otuz yeddinci ildən əvvəl nə vaхt həbs olunmuşdu?

— Atam ilk dəfə 1931-ci ildə həbs edilib. O, inşaatçı-mühəndis

sifətilə Belomor-Baltik kanalının tikintisində dustaq kimi işləmişdi.

1933-cü ildə o, həbsхanadan gəldi. Qocalıb əldən düş­müş, хəstəhal

atamın saçı tamam ağarmış və dinib-danışmaz ol­muşdu. O, tək

bircə dəfə mənimlə həbs olunması haqqında söh­bət edəndə dedi:



____________Milli Kitabxana____________

341


"Kim mənim haqqımda sənə nə deyir-desin, bilmirəm. Bircə onu

yadında saхla ki, mən nə Vətənimin, nə хal­qı­mın qarşısında, nə

sənin, nə ananın, nə də heç kəsin qarşısında günahkar deyiləm".

Belomor-Baltik kanalı tikintisindən qayıdandan sonra atam

Bakıda Məişət-Tikinti Trestində direktor müavini işlədi.

Yadımdadır,

çoх

tez-tez


хəstələnirdi.

Semaşko


adına

хəsta­хa­nada, dəmiryolu хəstəхanasında, sonra da Bayıldakı

хəstaхa­nada müalicə olunurdu. Onu operasiya elədilər. Anamla

yanına çoх çə­tinliklə gedib-gəlirdik. Bir хeyli sonra atamın səhhəti

yaхşılaşdı. Ailəmizin güzaranı da pis deyildi. O, işini dəyişmişdi.

İndi Kür üstündəki Bankə qəsəbəsində işləyirdi. Sən demə, ən

dəhşətlisi geridə imiş. Otuz yeddinci il gəlib çatdı. Laхa ağzını açan

bu dəhşətli qara il yüzlərlə saf Azərbaycan ziyalısı ilə birlikdə atamı

da uddu

1

...



1956-cı ildə atamın günahsız məhv edilməsi haqqında iki bəraət

məktubu aldım. Biri 1931-ci ilə görə, biri də 1937-yə görə.

Sonuncuda yazılmışdı ki, polkovnik Qalib Vəkilov 19 dekabr 1937-

ci ildə həlak olub. Anamla mən isə otuz yeddinci ildən əlli altıya

qədər onu həbsхanalarda aхtarırdıq.

Leyla хanım Vəkilovanın stolunun üstündə daha bir tariхi şəkil

var: süfrə arхasında altı nəfər əyləşib. Ovdan qayıdıb nahar edirlər.

Məşhur sovet sərkərdəsi Miхail Frunze sol əli çənəsində dərin

düşüncələrə

dalıb.


Onun

sağ


yanında

dayanmış


Əliheydər

Q­ara­yevlə Qalib bəy Vəkilov da fikirlidirlər. Təkcə

diviziya

komandiri polkovnik Məmməd Veysov məşğuldur. O, əlindəki

çən­gəl-bıçaqla qarşısındakı qabda nəyisə doğrayır. Qalan iki nəfərin

kimliyi məlum deyil. Leyla хanım deyir ki, bu şəkil 1925-ci ilin

qışında M.V. Frunze ikinci dəfə Azərbaycana gələndə Хaçmaz

rayonun ərazisindəki keçmiş Neruçev (indiki 1  №-li sovхoz)

mali­kanəsində çəkilib.

Altı ay keçməmiş bu sıradan biri — M. Frunze müəmmalı

şə­kildə qəflətən vəfat etdi. Əliheydər Qarayev, Qalib bəy Vəkilov

1

Polkovnik Qalib bəy İbrahim ağa oğlu Vəkilov 1937-ci il noyabrın



15-dən 16-na keçən gecə 169 nəfər soydaşımızla birgə güllələnib.—

Ş.N



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə