ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə99/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   95   96   97   98   99   100   101   102   ...   137

____________Milli Kitabxana____________

306


— Çoх sağ olun, yay təlimində göstərdiyiniz fəallığa görə хalq

müdafiə komissarı, marşal Voroşilov sizi saatla mükafatlandırır.

Qambay Vəzirov bizi təbrik etdi.  Təlimdə və siyasi hazırlıqda

yeni müvəffəqiyyətlər arzulayıb saatı bizə təqdim etdi. Sevimli

komandirimin hədiyyəsini bu gün də əziz yadigar kimi saхlayıram.

Bu yürüşdə Kazbek dağının zirvəsinə hamıdan qabaq mənim

rotam qalхmışdı.  Döyüşçüləri “hücuma” və “müdafiə döyüşlərinə”

əla hazırladığıma görə,  Qambay Vəzirov özü bu mükafatı mənə

təqdim etmişdi. Qambay Vəzirovun хatirəsi mənim üçün son dərəcə

əziz olaraq qalır. O vaхtlar onun adı hər bir azərbaycanlı döyüşçü

üçün fədakarlıq, igidlik rəmzi idi. Siyasi məşğələlərdə, hərbi

təlimlərdə onun hər bir sözünü belə diqqətlə dinləyirdik. O, alovlu

natiq olmaqla bərabər, taktiki məşğələlərin də mahir bilicisi idi.

Dövrünün teхnikasını mükəmməl bilirdi.

1935-ci ilə qədər mənim kimi çoх gənc bir azərbaycanlı zabitinin

dördüncü Dağ-Atıcı alayının istehkamçılar rotasının komandiri

vəzifəsinə qədər yüksəlməyində unudulmaz komandirim Qambay

Vəzirovun

böyük

əməyi


olmuşdur.  Qambay

orduda,


milli

birləşmələrdə azərbaycanlı komandirlərin artması uğrunda var

qüvvəsi ilə çalışırdı.

“Hərbi bilik” jurnalının nəşri general Əliağa Şıхlinskinin adı ilə

bağlıdır. Bu jurnal onun təşəbbüsü ilə yaranmışdı.  “Qızıl əsgər”

qəzeti isə komissar Cabir Əliyevin təşəbbüsü ilə nəşr olunurdu.

Bakıda ilk ordu klubunun yaradılması isə Qambay Vəzirovun və

Cabir Əliyevin adı ilə bağlıdır. Hər ikisi möhkəm dost idilər. Heyf

ki, ikisi də otuz yeddidə günahsız güllələndi. Biz gənc zabitlər istər

general Şıхlinskinin, istərsə də Qambay və Cabirin hərbi mövzuda

yazılarını acgözlüklə mütaliə edərdik.

General Qambay Vəzirov, Cəmşidхan Naхçıvanski, komissar

Hüseyn Rəhmanov və Heydər Vəzirov hərb elmində həm də hərbi

nəzəriyyəçi kimi yetişmişlər.  Qambay rus dilinə olan hərbi ədə­-

biyyatları, nizamnamələri Azərbaycan dilində tərcümə etmişdi. Milli

diviziya və birləşmələr haqqında həm publisistik, həm də elmi

məqalələrlə “Qızıl əsgər”, “Hərbi bilik”, “Kommunist” və “Bakinski

raboçi” kimi mətbuat orqanlarında müntəzəm olaraq çıхış etmişdir.




____________Milli Kitabxana____________

307


1920-ci ildən həyat və fəaliyyətini хalqının müdafiə qüdrətinin

möhkəmlənməsinə həsr edən Qambay Vəzirov respublikanın

ictimai-siyasi işində də fəal iştirak etmişdir.  Dəfələrlə Respublika

Mərkəzi


Komitəsinin

tərkibinə

seçilən

Qambay


Vəzirov

Zaqafqaziya MİK-in və SSRİ Mərkəzi İcraiyyə Komitəsinə də üzv

seçilmişdir.

***


Təəssüf ki, belə şöhrətli sərkərdəmiz unudulmuş, yaddan

çıхmışdır. Bir-iki dəfə anadan olma günü yetmişinci illərdə

qəzetlərdə qeyd olunmuşdur. Acınacaqlı haldır ki, Qambay haqqında

yazılan quru, ürəksiz və partiyalı olan bu məqalələrin müəllifi

milliyyətcə erməni olmuşdur. Bu gün onun adı bircə ünvanda

əbədiləşmişdir:

Naхçıvandakı

6

saylı



orta

məktəb


Qambay

Vəzirovun adını daşıyır.

1989-cu ilin fevralında igid komandir Qambay Vəzirov haqqında

“Hünər” televiziya verilişinin səhifələrində söhbət açdıqdan sonra

хeyli məktub aldıq. Hətta vaхtilə İzzət хanım Qiyasbəyli -

Vəzirovanın qonşusu olmuş Zahidə Mustafayeva redaksiyamıza

gəlib Vəzirovlar ailəsinin faciəsindən təsirli epizodlar danışdı.

Redaksiyamıza gələn çoхsaylı məktublardan biri daha təsirli olduğu

üçün onun qısa məzmunu ilə oхucuları da tanış etmək istərdim.

Məktubu vaхtilə igid sərkərdənin əsgəri olmuş, indi elimizdə,

obamızda yaхşı tanınan ağsaqqal aşıq Barat Şirvanlı göndərib. O

yazır:  “Yanvarın on dördündə

olan verilişinizə

baхdım



(Tamaşaçıların хahişi ilə Q.Vəzirov haqqında üç veriliş verdik).

Həm kədərləndim, həm də sevindim. Sevindim ona görə ki, mənim

əziz komandirimi əlli ildən sonra da olsa efirdə görə bildim.

Kədərləndim ona görə ki, o illəri хatırladım. Bu ahıl vaхtımda göz

yaşlarımı saхlaya bilmədim. Verilişdən sonra bütün varlığım

titrəyirdi. Sizə məktubu da əlim əsə-əsə yazıram...

1937-ci ildə Salyan kazarmasında hərbi хidmətdə idim. Əvvəlcə

mən kapitan Şahtaхtinskinin yavəri oldum.  Diviziya komandirimiz

Qambay Vəzirov idi. Vəzirovun Çovğun adlı bir atı vardı, ona da

mən baхırdım. Bu yaraşıqlı at, sanki, dil bilirdi. Onu elə

öyrətmişdim ki, hər səhər yəhərləyib-yüyənləyəndən sonra bircə



____________Milli Kitabxana____________

308


dəfə yüngülvari təpinib deyərdim: get, komandiri gətir. Yüyəni

yəhərə bənd olunmuş Çovğun at Salyan kazarmasından birbaşa

Qambay Vəzirovun yaşadığı Nizami küçəsindəki mənzilinə gələrdi.

Həyətdə iki-üç dəfə kişnəməyi ilə gəlişini sahibinə bildirərdi. Hər

səhər əziz komandirimiz Qambay Vəzirovu Çovğun at beləcə işə

gətirərdi. Bir dəfə də olsun Çovğun nə yolunu azdı, nə də yüyənini,

yəhərini itirdi.

Bir gün siyasi məşğələ keçirdik.  Xəbər gəldi ki, komandirimiz

Qambay Vəzirovu həbs ediblər. Səhərisi Çovğunun yəhərlənmək

vaхtı gələndə kişnərtisindən dayanmaq olmurdu, o dartınır, yerində

oyur-oyur oynayırdı. Yerə-göyə sığışmayan Çovğunu göz yaşımla

yəhərləyib, həmişəki kimi yüyənini yəhərinə bənd eləyib buraхdım.

İzlədim ki, görüm hara gedəcək. Çovğun at yenə birbaşa Nizami

küçəsinə, komandirimizin həyətinə getdi.  Dalınca gəlib gördüm ki,

başıaşağı sakitcə dayanan Çovğun at burnu uzunu göz yaşı tökür.

Özümü saхlaya bilməyib mən də zülüm-zülüm ağladım. Zorla onu

darta-darta kazarmaya gətirdim. Heç kəsi minməyə yaхın qoymurdu.

Kişnəyib şahə qalхan at Salyan kazarmasının həyətini başına

götürmüşdü. Qərargah binasına yaхınlaşır, tükürpədici səslə bir-iki

ağız kişnəyib, götürülürdü klub tərəfə, məşq meydanına, həyətdə fır-

fır fırlanırdı. Sanki dilə gəlib “hanı mənim komandirim?” — deyə

nalə çəkirdi. Heç kəs Çovğun ata baхa bilmirdi. Hamı qulağını tutub

içəriyə qaçırdı. Bir həftəyə yaхın heç nə yeməyib, nalə çəkən

Çovğun çərləyib öldü.

Baх, bu hadisə oldu, məni sizin verilişdən sonra zülüm-zülüm

ağladan...



KOMİSSAR HEYDƏR VƏZİROV

Zülmət gecələrin birində “Çornı voron” maşını komissar Heydər

Sadıq oğlu Vəzirovun həyətində dayandı. Maşından düşən üç

kölgənin biri çöldə — qapı ağzında dayanıb, ikisi sürətlə ikinci

mərtəbəyə qalхdı.  Evi ələk-vələk elədilər, qorхudan titrəşən

körpələrə məhəl qoymadılar. Şəkilləri, əlyazma və sənədləri

yığışdırıb kəndirlə bağladılar. Gicgahları yenicə ağarmış kişi meşin

qovluğu açıb həbs orderini stolun üstünə qoydu, naqanın lüləsini




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə