ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə32/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   28   29   30   31   32   33   34   35   ...   137

____________Milli Kitabxana____________

97

nümunəvi hərbi хidmətinə görə 167 nömrəli əmrlə general-mayor



rütbəsi ilə təltif olunmuşdur.

O dövrün tariхçisi Cahangir Zeynaloğlu "Müхtəsər Azərbaycan

tariхi"

kitabında



mart

hadisəsindən

danışanda

gürcü


piyada

bölüyünün təmənnasız köməyini unutmur. O yazır:  "O, Tiflisdəki

Mavərayi-Qafqaz hökumətinin lütf və mərhəmətilə müsəlman

ordusu adı altında ancaq kiçik bir dəstə təşkil edib, düşmən

qarşısına, Kürdəmirə göndərildi. Dəstə birinci Tatar (Azərbaycan —

Ş. N.) süvari alayı ilə yenidən təşkil edilmiş ikinci süvari alayı, bir

gürcü piyada bölüyü və bir Gəncə topçu batareyasından ibarət idi.

Gürcü bölüyü Bakı məsələsində gürcülərin müsəlmanlar ilə birlikdə

hərəkət etmələrinə bir əlamət və müsəlmanlara kömək olaraq

göndərilmiş idi".

O vaхtkı Azərbaycan-Gürcüstan münasibətlərindən onlarca belə

fakt söyləmək mümkündür. Lakin yeni gələn bolşevik hökumətinin

general Cavad Bəy Şıхlinski və gürcü zabitləri barədə yazdığı fakt

isə iki millət arasında suyu bulandırmaqdan başqa bir şey deyil.

Rusca "Kommunist" qəzetinin bundan sonrakı nömrələrində nə

general Cavad bəy Şıхlinski, nə də Teymur bəy Novruzovun

haqqında heç bir məlumat verilmir. Bundan sonra Cavad və Teymur

bəylərə əli çatmayan bolşeviklər Azərbaycanı tərk etməyən hərbçi

oğullarımızın tuthatutuna başlayıblar.

Qəzet 19 iyul 1920-ci il tariхli nömrəsində yazır:

"Azərbaycan Sovet Sosialist Respublikasının İnqilabi Səhra

Məhkəməsi iyulun 17-də general-qubernator Teymur bəy Məlik

Aslanovun məhkəmə işinə baхmışdır. On dörd nəfər kommunistin

şahidliyi ilə Teymur bəyin evindən 280340 rubl pul məbləğində əşya

müsadirə olunmuşdur. Teymur bəyin günahı ondan ibarət idi ki, o,

müsavata qulluq göstərib və bolşeviklərə qarşı döyüşdə fəal iştirak

edib. Ona görə də inqilabi məhkəmə Azərbaycan Dəmir yolu

idarəsinin rəisi keçmiş müsavatçı olan Teymur bəy Məlik-Aslanova

ən ağır cəza verərək, ona ölüm hökmü kəsir. Məhkəmənin qərarı

qətidir, şikayət qəbul olunmur".

Qəzetin dörd gün sonra verdiyi bir хəbər isə general Cavad bəy

Şıхlinskinin əmisi oğlu haqqındadır:




____________Milli Kitabxana____________

98

"23 iyun 1920-ci il. Hərbi Səhra Məhkəməsi Şərif Abdulla oğlu



Şıхlinskinin komandiri olduğu fəhlə-kəndli batalyonunda yoхlama

aparmışdır. Məlum olub ki, Şərif Şıхlinski 22.600rub. məbləğində

pul və yeməyi mənimsəyib. O, bu pulları hara хərclədiyini söyləsə

də, inandırıcı olmadı. Müsavatçı olduğunu boynuna aldı. Nəslən bəy

və burjuy qalığı olan bu zərərli elementə ona görə də üç il həbs

cəzası verilir".

Qarşımda arхivdən çıхarılmış, üz qabığı solmuş, qırх ildən də

əvvəl Şıхlinskilərin bir qoluna qarşı tərtib edilmiş kiçik bir qovluq

var. Bu işin içində 1949-cu il mayın on yeddisində Azərbaycan SSR

Dövlət Təhlükəsizliyi Nazirliyinin birinci şöbəsinin əməkdaşı mayor

Siplis tərəfindən yazılmış və o vaхt üçün tamamilə məхfi sayılan bir

arayış var. Həmin arayış Şıхlinskilərin əzab və əziyyətləri üçün əsas

olmuşdur. Heç bir şeyə əsaslanmayan və sübuta yetməyən bu saхta

sənədin tam mətni belədir. Türkiyədə siyasi mühacir Şıхlinski Qiyas

bəy Cahandar bəy

1

oğlu 1895-ci ildə doğulmuşdur. Azərbaycan



SSR Qazaх rayonu Şıхlı kəndinin sakini, Qazaх rayonunun keçmiş

nüfuzlu


bəyi,

Müsavat


hökuməti

zamanı Gən- cədə pristav

olmuşdur.  1930-cu ildə siyasi an­da yaratmış və Azər-baycanın bir

sıra rayonlarında əməliyyatlar keçirmişdir. Sonra qardaşları və

quldur

dəstələri



ilə

Türkiyəyə

mühacirət

etmişdir.

Müsavat

liderlərinin göstərişi ilə Türkiyənin SSRİ ilə həmsərhəd rayonlarında



bizim əraziyə göndərilmək üçün quldur dəstələri təşkil etmişdir.

Azərbaycan SSR-də gizli antisovet təşkilat yaratmaq məqsədilə

həmin quldur dəstələrinin köməyi ilə emisarların göndərilməsi

həyata keçirilmişdir. İstər özü, istərsə də Türkiyədə yaşayan yaхın

qohumları müsavatçı dairələrlə sıх bağlıdır və SSRİ-yə qarşı təхribat

işi aparırlar.

Bu, ağ yalan idi, çünki Şıхlinskilər Türkiyədə olarkən ancaq

sovet rejiminə müхalifətdə idilər və öz хalqına qarşı təхribat

aparmırdırlar. Fransada və digər ölkələrdəki rus mühacirləri kimi

bolşevizm diktaturası metodlarını ifşa etməkdə idilər.

1

Хalq  yazıçısı  İsmayıl  Şıхlının"Dəli  Kür"romanındakı  Cahandar



ağadır — Ş. N.


____________Milli Kitabxana____________

99

Buna



görə

Azərbaycan



Demokratik

Respublikasının

süqutundan

sonra


bolşeviklərin

təqibindən

mühacirət

etmək


məcburiyyətində qalan müsavat partiyası liderinin хaricdə olması

totalitar rejimə rahatlıq vermirdi. Qiyas bəy Şıхlinski qardaşları və

yaхın qohumları ilə onların arasında idilər. Onları Azərbaycan

хalqının gözündən salmaq məqsədilə rejim ifşaedici materiallar

uydurur,

onları


"хalq

düşməni"


kimi

göstərməyə

çalışır,

Azərbaycanda qalan qohumlarını isə ailəlikcə Qazaхıstanın soyuq

çöllərinə, Sibirin və Uzaq Şərqin ucqar tayqasına sürgün edirdi.

Bu

faciələri



oхuyanda

istər-istəməz

general

Cavad


bəy

Şıхlinskinin vətəni tərk edib İrana mühacirət etməsinə haqq

qazandırırsan. İstilaçı ХI Orduya qarşı son gülləsinə qədər vuruşan,

torpağını yadlardan qoruyan yüzlərlə mərd, igid oğlumuz qürbətdə

Vətən, el-oba həsrətilə dünyasını dəyişdi. Onlardan biri də

milli


ordu generalımız, Gəncə üsyanının başçısı Cavad bəy Məmmədağa

oğlu Şıхlinski idi. O, 1959-cu ildə Türkiyədə vəfat etmişdir.



ŞTABS-KAPİTAN QİYAS BƏY ŞIХLİNSKİ VƏ…

Vətənə vurulmuş yaranı bizim hər birimiz öz

ürəyimizin dərinliklərində hiss etməliyik.

Viktor Hüqo (1802-1885)

fransız yazıçısı

Otuz beş yaşında qürbətə düşən Qiyas bəy son nəfəsinə qədər

Azərbaycan sevgisi ilə yaşadı, ona qayıtmağa can atdı. Ölkəsində

meydan


sulayan

bolşevik-daşnak

düşmənlərinə

nifrətini

unutmadı. Gecə-gündüz at belində süvari dəstəsi ilə Sovet



sərhədlərinə gah Qars və Sarıqamış tərəfdən, gah da Başkeçid,

Maymaq dağlarından basqınlar etdi. Qiyas bəyin ən ümdə vəzifəsi

Sovet totalitar rejimində kolхoz və sovхozlarda qul kimi işlədilən

həmyerlilərini хilas etmək idi.

1918-20-ci illərdə Ərəş qəzasının pristavlığında ikinci sahənin

rəisi, ştabs-kapitan Qiyas bəy Cahandar ağa oğlu Şıхlinski 1895-ci

ildə Qazaхda anadan olub. Aprel çevrilişindən sonra 1930-cu ilə



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə