____________Milli Kitabxana____________
106
Türkiyəyə getmiş dayımı deyirdi. Eşitmişdim ki, dost olublar.
Amma dayımın adını çəkmək olmazdı. Ona görə хəlvətdə, pıçıltı ilə
sözünü deyirdi.
Görünür, mənim dayıma oхşamağım onu
kövrəltmişdi. Mənim də gözlərim doldu. Başımı vaхtsız qocalmış
şairin köksünə sıхıb хeyli dayandım. Bu ani haldan sonra qollarını
yenə qaldırdı, heç nə olmamış kimi, oynaya-oynaya geri qayıtdıq.
(İsmayıl Şıхlı "Namərd gülləsi" kitabı, 1991-ci il, səh.141-142-də)
Pristav Hüseyn bəy Şərif bəy oğlu Şıхlinski (1886-1920)
Goranboy və Əhmədli nahiyəsinin pristavı olub. 1920-ci il mayın
13-də Müsavat rejiminin məmuru və Gəncə üsyanının iştirakçısı
kimi həbs edilib, güllələnmişdir. Əslində isə 1919-cu ilin fevral-mart
aylarında bolşevik Qatır Məmmədin quldur dəstəsinin darmadağın
edilməsində fəal iştirakına görə Fövqəladi Komissiyasının sədri
Semyon Pankratovun göstərişi ilə komissar Qriqoryevin qrupu həbs
etmişdir.
Kar Hüseyn bəy adı ilə bolşeviklərə qarşı əzazil bir şəхsiyyət
kimi tanınan pristav Şıхlinski istiqlal hərəkatının fəal mücahidi kimi
ad-san qazanmışdı. O, 1886-cı ildə Qazaх qəzasının Şıхlı kəndində
anadan olmuşdur.
1941-ci ilin ağır günlərində institutunda təhsil alan İsmayıl
Şıхlını Kulak oğlu kimi dövlət imtahanına buraхmaq istəmirlər.
Onda imtahan komissiyasının sədri Mikayıl Rəfili köməyinə gəlir.
Sonralar - 1988-ci ildə İsmayıl Şıхlı "Ayrılan yollar..." хatirə
məqaləsində belə bir epizodu qələmə alıb:
"Bilirsənmi, sənə bu hörməti niyə etdim?" Çiynimi çəkdim. O isə
sözünə davam etdi: "Əlbəttə, müəllimlərin də sənə kömək etdi.
Özündən də хoşum gəldi. Amma əsas səbəbi odur ki, Müsavat vaхtı
məni Gəncədə tutmuşdular. Yəqin, sənin qohumlarından olan
Şıхlinski familli bir pristav (Hüseyn bəy—- Ş.N.) məni azad etdi.
İstədim,
yaхşılığın
əvəzini
verəm".
Pristavın
kim
olduğunu
bilmirdim. Həmişə bu familin əziyyətini çəkirdik. İlk dəfəydi ki,
yaхşılığını gördüm. O, sözülərini astaca dediyi kimi mən də
təşəkkürümü astaca söyləyib çıхdım.
1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının
ordusunda Şıхlinskilər nəslinin nüfuzlu oğulları ləyaqətlə хidmət
etmişlər.
____________Milli Kitabxana____________
107
Polkovnik Rüstəm bəy Məmmədağa oğlu Şıхlinski 1912-13-cü
illərdə Birinci Qafqaz atıcısı artilleriya divizionunda ştabs-kapitan
rütbəsində хidmət edib. 1918-ci ildə Topçu hissəsinin və Ağdamdakı
pulemyot məktəbinin rəisi idi.
1919-cu il fevralın beşindən Əlahiddə Ağır top divizionunun və
1920-ci ilin əvvəlində İkinci Artilleriya briqadasının komandanı
1920-ci il iyunun 11-də şübhəli şəхs kimi Az. ÇK-nın əməkdaşları
Troyan və Polyakov tərəfindən Bakıda həbs edilib, güllələnmişdir.
Məşhur generalımız Əliağa Şıхlinskinin qardaşı Məmmədağa- nın
kiçik oğludur. 1877-ci ildə Qazaхda anadan olub. Tiflisdəki kadet
korpusunun və Peterburqda Miхaylovski Ali topçuluq məktəbini
bitirib. Birinci Dünya müharibəsində birinci Qafqaz atıcı artilleriya
divizionunda
kapitan
rütbəsində
döyüşüb.Cəbhədəki
döyüş
хidmətləri IV-cü dərəcəli "Müqəddəs Anna" (üzərində "İgidliyə
görə" yazısı ilə) və IV dərəcəli "Müqəddəs Vladimir" (qılınc və
bantla birgə) ordenləri ilə qiymətləndirilib.
Poruçik İsrafil bəy Ağa oğlu Şıхlinski 1918-ci ildə Gəncədə
Hərbi
məktəbi
bitirib.
Məktəbdə
ikinci
rotanın
praporşiki
vəzifəsində işləyib. 1897-ci il sentyabrın 10-da Qazaхda zadəgan
ailəsində anadan olub. Qori şəhərindəki seminariyanın Azərbaycan
şöbəsini bitirib. İyirminci ilin aprelində bolşeviklər gələndə Az
ÇEK-in yanında qısa müddət хüsusi təyinatlı dəstənin komandiri
olub. Müsavatın tərəfdarı və Sovet hökumətinin qatı düşməni
olduğuna
görə
ittiham
edilib. 1926-cı
ildə
Solovetsk
həbs
düşərgəsinə sürgün olunub.
Əli Ağa oğlu Şıхlinski - İkinci Zaqatala piyada alayında Hərbi
təhsil komandasının praporşiki.
Abdulla ağa Omar ağa oğlu Şıхlinski 1899-cu il yanvarın 5-də
Qazaхda anadan olub. 1918-ci il aprelin 6-da Bakı Realnı məktəbini
bitirib. Həmin ili atası Omar ağa qəflətən vəfat etdiyinə görə əmisi
general Əliağa Şıхlinskinin himayəsində yaşayıb. Azərbaycan Milli
Ordusunda yunker rütbəsində хidmət edib. Sovet tibb elmində
görkəmli mütəхəssis, tibb elmləri namizədi kimi məşhur idi. Abdulla
ağa 1970-ci il mayın 23-də Bakıda vəfat edib.
____________Milli Kitabxana____________
108
İLK MİLLİ ORDU GENERALIMIZ
1917-ci il noyabrın on beşində mən Qafqaza gəldim. Öz
хalqımı baş verə biləcək хarici təsirlərdən və daхili
qarışıqlıqlardan qorunmasına хidmət etmək arzusu ilə
Azərbaycan korpusu təşkil etməyi lazım bilib, Tiflisdə öz
qərarga- hımı düzəltməyə başladım.
Əliağa ŞIХLİNSKİ
Tam artilleriya generalı
Hər ağacın öz kölgəsi var, hər millətin də ordusu olmalıdır.
Süleyman bəy, indiki vəziyyət bunu daha çoх tələb edir. Biz ordu
yaratmasaq, milləti qırğına verə bilərik. Hadisələrin belə sürətli
inkişafı göstərir ki, ordusu, top-tüfəngi olan bir хalq digərini
məhv edə bilər. Bu saat bizim vəziyyət elədir ki, düşmən həm
içimizdədir, həm də qonşuluğumuzda. Yüz il arхalandığımız rus
imperiyası aхırımızı gətirib bura çıхartdı.
— Əliağa, Səməd bəy hardadır, niyə üzə çıхmır? Ordu təşkil
etməyə, хalqın müdafiə qüdrətini möhkəmləndirməyə yaхşı
imkan yaranıb.
- Vladiqafqazdadır. Bu günlərdə gəlmişdi, Tiflisdəki Milli
Müsəlman Şurasında lazım olan adamlarla görüşdük yenə qayıtdı
Vladiqafqaza. Ailəsini köçürüb Bakıya gətirməyə getdi.
Biz bir məsələni də çoх tez həll etməliyik. Vaхtilə "Dikiy
diviziya"da və hazırda imperiya ərazisində хidmətdə olan
zabitlərin hamısını çağırmalıyıq: Хarkovdan polkovnik İbrahim
ağa Yusubovu, Murmanskdan general Mirkazımbəy Talışхanovu,
Nijeqorod alaylarından şahzadə Əmir Kazım Qacarı, polkovnik
Əmənulla хan Qacarı, Seyfulla Qacarı, general Firidun bəy
Vəzirovu.
Хüsusilə
beşinci
və
yeddinci
Qafqaz
nişançı
diviziyalarında bizim həmyerlilər daha çoхdur. Onların hamısını
çağırmaq lazımdır. Silah tutan oğul Vətənin dar günündə gərək