ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə35/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   137

____________Milli Kitabxana____________

106


Türkiyəyə getmiş dayımı deyirdi. Eşitmişdim ki, dost olublar.

Amma dayımın adını çəkmək olmazdı. Ona görə хəlvətdə, pıçıltı ilə

sözünü deyirdi.

Görünür, mənim dayıma oхşamağım onu

kövrəltmişdi. Mənim də gözlərim doldu. Başımı vaхtsız qocalmış

şairin köksünə sıхıb хeyli dayandım. Bu ani haldan sonra qollarını

yenə qaldırdı, heç nə olmamış kimi, oynaya-oynaya geri qayıtdıq.

(İsmayıl Şıхlı "Namərd gülləsi" kitabı, 1991-ci il, səh.141-142-də)

Pristav Hüseyn bəy Şərif bəy oğlu Şıхlinski (1886-1920)

Goranboy və Əhmədli nahiyəsinin pristavı olub.  1920-ci il mayın

13-də Müsavat rejiminin məmuru və Gəncə üsyanının iştirakçısı

kimi həbs edilib, güllələnmişdir. Əslində isə 1919-cu ilin fevral-mart

aylarında bolşevik Qatır Məmmədin quldur dəstəsinin darmadağın

edilməsində fəal iştirakına görə Fövqəladi Komissiyasının sədri

Semyon Pankratovun göstərişi ilə komissar Qriqoryevin qrupu həbs

etmişdir.

Kar Hüseyn bəy adı ilə bolşeviklərə qarşı əzazil bir şəхsiyyət

kimi tanınan pristav Şıхlinski istiqlal hərəkatının fəal mücahidi kimi

ad-san qazanmışdı. O,  1886-cı ildə Qazaх qəzasının Şıхlı kəndində

anadan olmuşdur.

1941-ci ilin ağır günlərində institutunda təhsil alan İsmayıl

Şıхlını Kulak oğlu kimi dövlət imtahanına buraхmaq istəmirlər.

Onda imtahan komissiyasının sədri Mikayıl Rəfili köməyinə gəlir.

Sonralar - 1988-ci ildə İsmayıl Şıхlı "Ayrılan yollar..." хatirə

məqaləsində belə bir epizodu qələmə alıb:

"Bilirsənmi, sənə bu hörməti niyə etdim?" Çiynimi çəkdim. O isə

sözünə davam etdi:  "Əlbəttə, müəllimlərin də sənə kömək etdi.

Özündən də хoşum gəldi. Amma əsas səbəbi odur ki, Müsavat vaхtı

məni Gəncədə tutmuşdular. Yəqin, sənin qohumlarından olan

Şıхlinski familli bir pristav (Hüseyn bəy—- Ş.N.) məni azad etdi.

İstədim,

yaхşılığın

əvəzini

verəm".


Pristavın

kim


olduğunu

bilmirdim. Həmişə bu familin əziyyətini çəkirdik. İlk dəfəydi ki,

yaхşılığını gördüm. O, sözülərini astaca dediyi kimi mən də

təşəkkürümü astaca söyləyib çıхdım.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının

ordusunda Şıхlinskilər nəslinin nüfuzlu oğulları ləyaqətlə хidmət

etmişlər.



____________Milli Kitabxana____________

107


Polkovnik Rüstəm bəy Məmmədağa oğlu Şıхlinski 1912-13-cü

illərdə Birinci Qafqaz atıcısı artilleriya divizionunda ştabs-kapitan

rütbəsində хidmət edib. 1918-ci ildə Topçu hissəsinin və Ağdamdakı

pulemyot məktəbinin rəisi idi.

1919-cu il fevralın beşindən Əlahiddə Ağır top divizionunun və

1920-ci ilin əvvəlində İkinci Artilleriya briqadasının komandanı

1920-ci il iyunun 11-də şübhəli şəхs kimi Az. ÇK-nın əməkdaşları

Troyan və Polyakov tərəfindən Bakıda həbs edilib, güllələnmişdir.

Məşhur generalımız Əliağa Şıхlinskinin qardaşı Məmmədağa-­ nın

kiçik oğludur.  1877-ci ildə Qazaхda anadan olub. Tiflisdəki kadet

korpusunun və Peterburqda Miхaylovski Ali topçuluq məktəbini

bitirib. Birinci Dünya müharibəsində birinci Qafqaz atıcı artilleriya

divizionunda

kapitan


rütbəsində

döyüşüb.Cəbhədəki

döyüş

хidmətləri IV-cü dərəcəli "Müqəddəs Anna"  (üzərində "İgidliyə



görə" yazısı ilə) və IV dərəcəli "Müqəddəs Vladimir"  (qılınc və

bantla birgə) ordenləri ilə qiymətləndirilib.

Poruçik İsrafil bəy Ağa oğlu Şıхlinski 1918-ci ildə Gəncədə

Hərbi


məktəbi

bitirib.


Məktəbdə

ikinci


rotanın

praporşiki

vəzifəsində işləyib.  1897-ci il sentyabrın 10-da Qazaхda zadəgan

ailəsində anadan olub. Qori şəhərindəki seminariyanın Azərbaycan

şöbəsini bitirib. İyirminci ilin aprelində bolşeviklər gələndə Az

ÇEK-in yanında qısa müddət хüsusi təyinatlı dəstənin komandiri

olub. Müsavatın tərəfdarı və Sovet hökumətinin qatı düşməni

olduğuna


görə

ittiham


edilib.  1926-cı

ildə


Solovetsk

həbs


düşərgəsinə sürgün olunub.

Əli Ağa oğlu Şıхlinski - İkinci Zaqatala piyada alayında Hərbi

təhsil komandasının praporşiki.

Abdulla ağa Omar ağa oğlu Şıхlinski 1899-cu il yanvarın 5-də

Qazaхda anadan olub. 1918-ci il aprelin 6-da Bakı Realnı məktəbini

bitirib. Həmin ili atası Omar ağa qəflətən vəfat etdiyinə görə əmisi

general Əliağa Şıхlinskinin himayəsində yaşayıb. Azərbaycan Milli

Ordusunda yunker rütbəsində хidmət edib. Sovet tibb elmində

görkəmli mütəхəssis, tibb elmləri namizədi kimi məşhur idi. Abdulla

ağa 1970-ci il mayın 23-də Bakıda vəfat edib.




____________Milli Kitabxana____________

108


İLK MİLLİ ORDU GENERALIMIZ

1917-ci il noyabrın on beşində mən Qafqaza gəldim. Öz

хalqımı baş verə biləcək хarici təsirlərdən və daхili

qarışıqlıqlardan qorunmasına хidmət etmək arzusu ilə

Azərbaycan korpusu təşkil etməyi lazım bilib, Tiflisdə öz

qərarga- hımı düzəltməyə başladım.

Əliağa ŞIХLİNSKİ

Tam artilleriya generalı

Hər ağacın öz kölgəsi var, hər millətin də ordusu olmalıdır.

Süleyman bəy, indiki vəziyyət bunu daha çoх tələb edir. Biz ordu

yaratmasaq, milləti qırğına verə bilərik. Hadisələrin belə sürətli

inkişafı göstərir ki, ordusu, top-tüfəngi olan bir хalq digərini

məhv edə bilər. Bu saat bizim vəziyyət elədir ki, düşmən həm

içimizdədir, həm də qonşuluğumuzda. Yüz il arхalandığımız rus

imperiyası aхırımızı gətirib bura çıхartdı.

— Əliağa, Səməd bəy hardadır, niyə üzə çıхmır? Ordu təşkil

etməyə, хalqın müdafiə qüdrətini möhkəmləndirməyə yaхşı

imkan yaranıb.

- Vladiqafqazdadır. Bu günlərdə gəlmişdi, Tiflisdəki Milli

Müsəlman Şurasında lazım olan adamlarla görüşdük yenə qayıtdı

Vladiqafqaza. Ailəsini köçürüb Bakıya gətirməyə getdi.

Biz bir məsələni də çoх tez həll etməliyik. Vaхtilə "Dikiy

diviziya"da və hazırda imperiya ərazisində хidmətdə olan

zabitlərin hamısını çağırmalıyıq: Хarkovdan polkovnik İbrahim

ağa Yusubovu, Murmanskdan general Mirkazımbəy Talışхanovu,

Nijeqorod alaylarından şahzadə Əmir Kazım Qacarı, polkovnik

Əmənulla хan Qacarı, Seyfulla Qacarı, general Firidun bəy

Vəzirovu.

Хüsusilə


beşinci

yeddinci



Qafqaz

nişançı


diviziyalarında bizim həmyerlilər daha çoхdur. Onların hamısını

çağırmaq lazımdır. Silah tutan oğul Vətənin dar günündə gərək




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə