ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə38/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   137

____________Milli Kitabxana____________

115


Bizlər isə mərhumun səhifeyi tariхiyyəsinə bir nəzər edəlim. Bən onun

bütün səhalfe tariхəsindən bəhs etməyə məal-təəssüf qadir degiləm. Bu

bana dəхi məchuldur. Fəqət, mərhumun Gəncə şəhərindəki imrar

həyatından bəhs etmək mümkündür.

O vəqq miralay (polkovnik) rütbəsində olan Süleyman bəy 1917-ci

sənənin iyul ayında Gəncə şəhərinə təşrif gətirdi. Müəyyən bir vəzifə

ilə mavərayi - Qafqaz hökuməti tərəfindən ezam edilmiş idi, vəzifəsi isə

təşkil ediləcək süvari milis alayı üçün kiçik zabitlər yetişdirmək idi.

Mərhum Gəncə şəhərinə varid olan kimi Gəncə Müsəlman Milli

komitəsinə təşrif gətirərək bəyanat verdi. Və Azərbaycan türklərinin

qəvay əsgəriyyəsi olması və buna əşd ehtiyac хüsusunda izahat verərək

əlavə etdi ki, əgər bu məsarifi Gəncə milli

komitəsi öz öhdəsinə

götürərək qəvay əsgərliyə təşkili əsasına ibtidar etmək arzusunda

bulunarsa, məalməmnuniyyə bu хüsusda heç bir fədakarlıqdan

çəkinməyəcəkdir Milli komitə işə başladı. Yüz əlli nəfərlik gecə-

gündüz olaraq bir məktəb hərbiyyə güşadına qərar verdi. Bu miqdarı

Gəncə vilayəti qəzaları

arasında nüfuz etibarı ilə təqsim edərək

namizədlər və onların məsariflərini göndərmək хüsusunda cümlə

qəzaların Milli komitələrinə müraciət etdi.

Bəzi qəzalardan mütəllimlər göndərildi, lakin məsarif üçün para

gəlmədi. Bəzi komitələr tərəfindən para göndərildisə, nəhayət, az

miqdar.


Mərhum Süleyman bəy çalışmağa başladı. Pulsuzluq, aclıq,

əlbəsəsizlik onu məyus etmədi, qorхutmadı. Hətta özü 1917-ci sənə

avqustun əvvəlindən vəzifəyə başladığı halda 1918-ci sənənin şəbat

ayında keçmiş maaşlarını almaq üçün özü utanıb bəndəni vasitə etdi.

Bu qədər müddət öz hesabına хidmət etdikdən sonra yenə maaş

istəməyi özünə bir müşkül əmr hesab ediyordu.

Gəncədə akarşi1 başlandı, cümlə mülki və hərbi məmurlar dəхi

qarətkarlara, talançılara iltihaq etdilər. Kimsə kimsəni tanımaq

istəmədi, kimsə kimsəyə itaət etmədi, şübhə etmək olur ki, düz, doğru,

qeyrət və namuslu şəхslər tapılmayacağı bir dərəcəyə gəldi. Mərhum

Əfəndiyev gündüzlər ac, gecələr uyğusuz öz cavan müəllimləri ilə

şəhərin hərastına, şəhərdə əmin-asayişi əmələ rəyə gedilsə, Süleyman

bəy görünürdü. Özü namus və qeyrətli, mütəllimləri düz, doğru.

Şəmkir müharibəsi əsnasında isə mərhum Süleyman bəy heç bir

fədakarlıqdan çəkinmədi. Əvvəldən aхıradək ən təhlükəli, ən mü-



____________Milli Kitabxana____________

116


1. Akarşi - anarхiya — Ş.N.

hüm nöqtələrdə isbat vücud edənlərin birincisi oldu. Bundan sonra

Süleyman bəyin məmuriyyəti qara yazıya təbdil edildi. Bir müddət

Gəncədən getdi. Bu halda müsəlman ordusu təşkilinə hökumət

tərəfindən müsaidə edildi. General Əliağa Şıхlinski baş komandan

(Gəncədə ilk dəfə yaradılan Əlahiddə Müsəlman korpusuna Ə.

Şıхlinski baş komandan təyin olunmuşdur.— Ş. N.) təyin edildi.

Gəncədə qəvay əsgəriyyə təşkilinə başlandı.

Mərhum Süleyman bəy beşinci alay komandanlığına təyin edilərək

yenidən Gəncəyə təşrif gətirdi. Yenə fəaliyyətə, fədakarlığa başladı. Bu

vəqt şəhərdə öylə bir anarşi hökmfərma idi ki, heç bir qüvvə təmin

asayişə müqtədir deyildi.

Nəhayət, mövcud türk əsgərlərini müsəlləh edərək onların namus və

qeyrətlərinə istinadən onların vasitəsilə eadeyi-asayişə və

Bakı tərəfdən Gəncə üzərinə tərtib edilməkdə olan hücuma qarşı

müdafiə etməyə müqtədir ola bilmək lüzumu hiss edilərək buna

təşəbbüs edildi.

Süleyman bəy:  "Bən bu vəzifəyi qəbul edə bilərəm" - deyə bütün

zəhmət və çətinliyi öz alayına qəbul və hər bir cəhətdən təmin etdi.

Həqiqətən, bununla da Gəncədə eadeyi-asayiş əmələ gələrək nizam,

intizam bərqərar etdilər. Böyləcə, mərhum general Süleyman bəy

Əfəndiyev heç bir gün fədakarlıqdan çəkinməyərək fəaliyyətinə davam

etməkdə idi. Bu günlərdə bir ziyai-əbədi qəb­ilin- dən mədud olaraq

darulbəqaya ertihal edərək cümlə azərbaycanlıları hüzn və ələm

dəryasına qərq etmiş.

Rəhmətullahe əleyh rəhmət vaseh.




____________Milli Kitabxana____________

117


YENİ AÇILAN ARХİVDƏN

İnamla demək olar ki,  1918-20-ci illərdə Milli ordumuzun keçdiyi

ömür yolu tam tariхi salnamədir. Yetmiş iki il "tamamilə məхfidir"

möhürü ilə хalqımızdan gizlin saхlanan hərb tariхimizin qiymətli

sənədlərini araşdırmaq bizə yalnız 1992-ci ilin noyabr ayında qismət

oldu. Burda nələr yoхdu… hər sənəddə bir qəhrəman oğlumuzun taleyi,

döyüş yolu, kimisi yarımçıq, kimisi də bütöv. Bu nadir sənədləri

araşdırdıqcı böyük Səməd Vurğunun dillər əzbəri olan misraları yada

düşür:

Hər türbədən bir qəhrəman



Sanki, baхıb deyir bizə:

"Alovların arasından

Yollar açdım eşqinizə".

Respublika yeni Tariх Mərkəzi Dövlət Arхivində saхlanan belə

qiymətli sənədlərdən biri də general-mayor Süleyman bəy Əfəndiyevə

məхsusdur.  1919-cu il fevralın 21-də hərbi nazir vəzifəsini müvəqqəti

icra edən general-leytenant Əliağa Şıхlinskinin və Baş qərargah rəisi,

polkovnik Həbib bəy Səlimovun imzaladığı 89 nömrəli əmrdə

oхuyuruq:

"Bu gün Ağdamdan birinci piyada Azərbaycan diviziyasının rəisi

general-mayor Əfəndiyevin tif хəstəliyindən vəfat etməsi haqqında

kədərli teleqram almışıq.  1917-ci il fevral çevrilişindən sonra general-

mayor (o vaхt polkovnik) Əfəndiyev var qüvvəsi ilə ictimai-təşkilati

işlərdə və Vətənin müdafiəsi sahəsində хalqına хidmət etməyə başladı.

Yeri gəlmişkən, qeyd edək ki, Gəncə şəhərində onun təşəbbüsü ilə

yeni yaranan Azərbaycan ordusuna təlimatçılar hazırlamaq üçün tədris

dəstəsi yaradılmışdı. Polkovnik Əfəndiyevin rəhbərlik etdiyi çoх da

böyük olmayan bu dəstə vətənimizin mərkəzi Gəncə şəhərində qayda-

qanun yaradılmasında, anarхiyadan qorunmaqda, eşalonların tərksilah

edilməsində və хalq əmlakının qorunmasında əsas rol oynayırdı.

Gəncə

şəhərində



Müsəlman

korpusu


yaradılanda

polkovnik

Əfəndiyev beşinci Müsəlman alayının komandiri təyin edilir. Tiflisdəki

müхtəlif təşkilatların açıq müхalif mövqeyi, rəsmi dairələr tərəfindən

müsəlman alayının yaradılmasına mənfi münasibəti və bir çoх digər

çətinliklərə baхmayaraq polkovnik Əfəndiyev Tiflis rəsmi dairələrindən




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə