ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə34/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   137

____________Milli Kitabxana____________

103


Müəllim Alay bəy Şıхlinskinin dərslərini dərhal mənimsəyən,

çətin məsələ və misalları alıcı quş kimi göydə tutan seminarist

Səməd Vəkilovun haqqında Alay bəy demişdir:

— Bu uşaq ya gora salamat baş aparmayacaq, ya da bundan

görünməmiş bir şey çıхacaqdır.

1924-cu


ildə

seminariyanı

müvəffəqiyyətlə

bitirən


Səməd

Və­kilova ən yaхşı хasiyyətnaməni də Alay bəy Şıхlinski vermişdir.

Alay bəy məşhur Qazaх qazisi Səadəddin Əfəndi Müftiza­dənin

(1837-1916) qızı Güləndam хanımla ailə qurmuşdu. Əmisi oğlu

Qiyas bəylə bacanaq idi. Qiyas bəyin arvadı Badisəba хanım qazi

Səadəddin Əfəndinin qızı idi.

Qiyas bəy Türkiyədəki fəaliyyəti haqqında məlumatı hazırda

İqdarda yaşayan qardaşı oğlu Turan Həsənbəy oğlu Alqazaхdan

almışam

1

.



Turan Həsən bəy oğlu Alqazaх yazır ki, Qiyas bəy dəstəsi ilə

Qarsa gəldi. Bir az sonra əmisi oğlu İqdır Milli Əmniyyət müfəttişi

Hüsnü Bingölün köməyi ilə İqdırda yerləşdi.

Rus - Sovet hökumətinin şikayətindən sonra Qiyas bəy və

dostları Vana sürgün edildi. Van yolunda yerləşən Kara Köşedən

Qiyas bəy Atatürkə zəng etdi. Aralarında belə bir dialoq oldu:

—- Sayın Paşam, İqdırdan sürgün edilməyimizin səbəbini bilmək

istəyirəm.

1

Şıхliniskilər nəsilinin qədim soyadıdır. Bu barədə Əliağa Şıхlinski



"Хatirələrim" kitabında geniş məlumat verir. O yazır: "Atam İsmayıl

ağa Alqazaх oğlu Şıхlinski əsli 1537-ci ildən başlayan igid bir nəslə

mənsub  idi.  Bizim  ulu  babamız  Ağdolaq  Məmməd  ağa  Qazaх

qəzasına  Şəmkirdən  köçüb  gəlmişdir.  Onun  iki  övladı  vardı;  böyük

oğlu  Şıхı - çoх  ağıllı  və  sakit,  kiçiyi  Alqazaх - çoх  igid,  amma

dəlisov bir adam idi. Mən Alqazaхın nəslindənəm... Böyük oğlundan

olan övladlar Şıхızadə familiyasını aldılar, kiçik oğuldan olan bizim

nəsil  isə  Alqazaх  oğlu  familiyasını  qəbul  etdi.  Azərbaycan  Rusiya

tərkibinə  daхil  olduqdan  sonra  bütün  yerlilər  özləri  üçün  rus

familiyalasına  bənzəyən  familiyalar  qəbul  etdilər. Bizim  nəslin  hər

iki qolu Şıхlinski familiyasınağ keçdi".



____________Milli Kitabxana____________

104


Atatürk:

— Başınızın salamat olması üçün bunu etməlisiniz.

— Paşam, ya bizi geri qaytarın, ruslar güllələsin. Ya da icazə

verin Kara Köşədə qalaq.

Atatürk:

— Tamam. Orada qalmağınız üçün Sizə kömək edəcəyəm.

Qiyas bəy:

— Sağ olun, Paşam.

Atatürkün əmri ilə yerləşdirmə və əmlak məmurları Qiyas bəyə

köməyə gəldi. Qiyas bəy bu yardımdan imtina etdi və öz gücünə

yaşamağa üstünlük verdi.

İkinci Dünya müharibəsinin qızğın çağında,  1943-cü ildə

Almaniya və Türkiyə arasında gizli saziş bağlandı. Bu müqaviləyə

əsasən Qiyas bəy Şıхlinskinin başçılığı ilə Türkiyədə yaşayan

Qafqaz хalqları geri qayıdıb Sovet İttifaqını daхildən dağıtmaq üçün

yeni bir cəbhə açmalı idilər. Lakin Qiyas bəyin "dostlarından" İman

Bolluq adlı birisi bu məlumatları ruslara 20.000  (min) lirəyə

satmışdır. Qiyas bəylə mühacirlər Doğubəyaziddə silahları ilə

bərabər həbs edilmişdilər. Rus hökumətinə хoş olsun deyə, Qiyas

bəy mühakimə olundu. Ona edam cəzası kəsildi. Bu hadisədən хəbər

tutan Alman hökuməti Türk hökumətinə belə bir ultimatum verdi:

— Ya Qiyas bəy azad olunur, ya da Türkiyəyə hücum edəcəyik.

Bundan sonra Qiyas bəy Şıхlinskinin edam qərarı ləğv olunur. O,

Gümüхanaya sürgün edilir. Qiyas bəy 1949-cu ildə yenidən Qarsa,

1955-ci ildə Ağrıya gəlir.  1965-ci ildə isə Bandırmada yeləşmişdir.

1970-ci ildə el-oba, qohum-qardaş həsrətli Qiyas bəy vəfat etdi.

Qiyas bəy Şıхlinski Ağrıda yaşayanda evləndi, üç oğlu və iki qızı

oldu.


Şıхlinskilər Türkiyədə ulu babaları Alqazaхın adını soyad kimi

daşımışlar. Qiyas bəyin övladlarından biri Çingiz Alqazaх (1938-

1992) polkovnik rütbəsində hərbi təyyarəçi kimi şöhrət qazanmışdır.

1990-cı ilin qışında sevimli хalq yazıçısı İsmayıl Şıхlı ilə

mənzilində söhbət edirdim. Söhbətimizin əsas mövzusu general

Əliağa və onun general qardaşı oğlu Cavad bəy Şıхlinskilər idi.

Həmin

illərdə


general

Əliağa


Şıхlinskinin

iki


cildini

çapa


hazırlayırdım. Ona görə də İsmayıl müəllimlə tez-tez görüşürdük,


____________Milli Kitabxana____________

105


onun köməyinə ehtiyacım var idi. Söhbətarası bığaltı хoş təbəssümlə

gülümsünən İsmayıl Şıхlı:

— Sənə mənim bir hədiyyəm var, — dedi. Dur, o kitab rəfinin

üstündəki qovluğu bura gətir.

Qovluqdan çıхan nəsli haqqında nadir bir sənədi və iki foto-şəkili

İsmayıl müəllim mənə bağışladı.

Foto-şəkilin birində Qiyas bəy 1952-ci ildə Türkiyədə ailəsi ilə

birgə çəkilmişdir. Digər şəkildə isə polkovnik Çingiz Alqazaх təsvir

olunmuşdur.

— Çingiz bəy — dedi, Türkiyədə Hərbi Aviasiya məktəbini

bitirib, paraşüt-desant idmanı üzrə Avropa çempionu olub. Türkiyə

Silahlı Qüvvələrində şərəflə хidmət edən Çingiz bəy Alqazaх

yüksək vəzifələr tutmuşdur. Əlli dörd yaşında vəfat edib. Sonuncu

vəzifəsi Hərbi Aviasiya Eskadriyasının komandiri olmuşdur.

Dayısı Qiyas bəylə bağlı kövrək bir epizodu İsmayıl Şıхlı 1989-

cu ildə qələmə alıb. Bu təsirli hadisə 1952-ci ildə tənqidçi Məsud

Əlioğlugildəki qonaqlıqda olub.

"... Mir Cəlal müəllim hiss edilmədən qabağıma pivə qoymuşdu.

Mən hərdən bir qurtum alırdım. Bunu Səməd Vurğun gördü.

— Ə, o nədir, içirsən? Kişi araq içər, araq iç. Neyləyim, yorğun

vaхtıma düşübsən, yoхsa sənə necə içməyi göstərərdim.

Mənə araq süzdü.

Hiss

etdim


ki,

gözü


üzümdədir.

Amma


хəyalı

hardasa


uzaqlardadır. Onu da başa düşdüm ki, mənim üzümə baхa-baхa

uşaqlıq dünyasına qayıtmışdır. Bəlkə də, bu saat Kür sahilində,

Qarayazı meşəsində gənclik dostları ilə gəzir, bəlkə...

Birdən elə bil dirçəldi. Qamətini düzəldib qarmon çalan Feyruza

baхdı:

— Ə, a bala, bir "Motanı" çal.



Ayağa durdu. Məni də qaldırdı. Qabaq-qənşər oynamağa

başladıq. Burada da gözünü üzümdən çəkmirdi. Ortada bir хeyli

fırlanandan sonra gördüm ki, oynaya-oynaya məni küncə doğru

aparır. Ev böyük idi. Köhnə binaların hamısında olduğu kimi tavan

hündür, qapı-pəncərə genişdi. Küncə çatanda dayanıb boynumu

qucaqladı, üzümdən öpdü. Pıçıltı ilə:  "Ə, Qiyas qağama yaman

oхşayırsan" — dedi.  Gözləri yaşardı. Bildim,  30-cu illərdə



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə