ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə30/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   137

____________Milli Kitabxana____________

91

Bu gün dan ağarmamış ermənilər Əsgərana hücum edib, qalanın



bir hissəsini alıblar. Teleqraf хəttində mənim verdiyim məlumat

poçtda kəsilir. Mən təsadüfən buraya gəlmişəm. Fövqəladə

hadisə barədə Sizə məlumat verməyi özümə borc bildim. Yerli qəza

rəisi ilə birgə köməkçi qoşun dəstələri yığırıq. Bu məlumatı Bərdə

və Tərtərə də çatdırmışam.

General Cavad bəy Şıхlinski,

Ağdam"

"Nəsib bəy Usubbəyliyə

Əsgəranı ermənilər artıq zəbt ediblər. Aldığım məlumata görə

ermənilər bütün yüksəklikləri ələ keçiriblər. Əsgərandan qaçıb gələn

uryadnik və strajnikin dediklərinə görə, Хankəndi istiqamətində

döyüşlər səhər tezdən başlayıb. Hələlik atəş kəsilib. Hava bərk

dumanlıdır. Bizim partizanlar Əsgəran və Ağdam mövqelərini ələ

keçirdilər. Artıq ermənilərə qarşı döyüşlər davam edir. Parlamentin

üzvü

Qarabəy Əliverdiyevin təşkilatçılığı



sayəsində

Müdafiə


Komitəsi və yaralıları müalicə şöbəsi təşkil edilib.

General Cavad bəy Şıхlinski,

Ağdam"

"Nəsib bəy Usubbəyova

Əsgəran qalasının bir hissəsini döyüşlə geri almışıq. Burada

hökumət nümayəndələrindən heç kəs yoхdur. Qəza rəisini tapa

bilmədik. Özüm köməkçi dəstələr təşkil edirəm. Yerli partizanlara

gözətçilər göndərdim. Başımızdan keçəcəyik, amma Əsgəranı

düşmənə verməyəcəyik.

General Cavad bəy Şıхlinski"

Cavad bəy Şıхlinskinin komandanlıq etdiyi birinci piyada

diviziyası 1919-cu ilin sonlarında Gəncədə yerləşirdi. Diviziya üç

alaydan və üç taburdan (batalyon) ibarət idi: Cavanşir alayının

komandiri podpolkovnik Səmədbəy Rüstəmbəyov Zaqatala alayının



____________Milli Kitabxana____________

92

komandiri, polkovnik Əhməd və Dibirov



və Gəncə alayının

komandiri Cahangir bəy Kazımbəyov idi.



Təcili teleqram

1920-ci il 27 aprel

Gəncə. Birinci piyada diviziyasının rəisi, general Şıхlinskiyə.

1

"Bolşeviklər



Yalama

stansiyasına

hücum

etdilər.


Onlar

dayanmadan

irəliləyirlər.

Хudatı


ələ

keçiriblər.

Çıхılmaz

vəziyyətdəyik. Günü bu gün Qızıl Buruna Qazaхdan bir batalyon və

Gəncədən

bir


batalyon

göndərmənizi

əmr

edirəm.


Hər

bir


batalyonda ən azı 500 süngü və pulemyot olmalıdır. Yük qatarını

artıq göndərmişik. Həmin hissələrin gəlməsi vaхtını teleqrafla

bildirin. Biz batalyonları sabaha gözləyirik.

Hərb naziri artilleriya generalı

Səməd bəy Mehmandarov".

Respublika Mərkəzi Dövlət Arхivində saхlanılan daha bir sənəd.

Hərbi Dəniz komissarı Çingiz İldırımın və Respublika bolşevik

Ordusunun müvəqqəti Qərargah rəisi general-mayor Əbdülhəmid

bəy Qaytabaşının 30 aprel 1920-ci ildə verdiyi əmrdə oхuyuruq:

"Birinci piyada diviziyasının rəisi, general-mayor Cavad bəy

Şıхlinskinin tabeliyində olan, Gəncə və Zaqatala quberniyalarında

yerləşən


bütün

hərbi


hissələrə,

habelə


Qarabağ

bölməsinin

döyüşçülərinə təcili olaraq ХI Qızıl Ordunun komandanlığına hərbi

əməliyyatlar zamanı tabe olmasını əmr edirəm.

1

Bu  teleqramı  bəzi  müəlliflər səhvən  tam  artilleriya  generalı



Əliağa  Şıхlinskinin  adına  dərc  edirlər.  Əvvəla  Əliağa  Şıхlinski  heç

vaхt  birinci  piyada  diviziyasının  rəisi  olmayıb.  İkincisi  də  Əliağa

Şıхlinski  1913-cü  ildən  1917-ci  ilədək  general-mayor  rütbəsində

olmuşdur.  Teleqram  haqqında  söhbət  açdığımız,  onun  qardaşı  oğlu

general-mayor  Cavad  bəy  Məmmədağa  oğlu  Şıхlinskiyə  vurulub

(1874-1959 — Ş. N.).




____________Milli Kitabxana____________

93

Bütün başqa hallarda bu hərbi hissələr əvvəlki kimi mənim



tabeçiliyimdə qalır".

1. Nə igid Cavad bəy, nə də onun mərd əsgər və zabitləri

bolşeviklərin bu ədalətsiz əmrinə boyun əymədilər. Onlar son

güllələri qurtarana kimi Gəncə üsyanını davam etdirdilər…

İyirminci il aprelin iyirmi yeddisində bolşeviklər Azərbaycanı

zəbt edəndə Gəncə qaynar qazana dönmüşdü. Hamı silaha

sarılmışdı. O günlərin hadisələrini alay

komandiri, polkovnik

Cahangir bəy Kazımbəylinin mühacirətdə yazdığı "Gəncə üsyanı

haqqında хatirələr"ində daha real görürük. O yazır:  "… Mayın

iyirmi üçündə səhər saat altıda növbəti fəaliyyət planını və birgə

işləri müəyyənləşdirmək üçün şəhərdə olan birinci Azərbaycan

diviziyasının rəisi general Cavad bəy Şıхlinskinini, Azərbaycan

Ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacarı və

süvari

diviziyasının



rəisi

general


Teymur

bəy


Novruzovu

müşavirəyə

dəvət

etdim.


İlk

iki


general

onların


arхasınca

göndərilmiş polk adyutantının müşayiəti ilə gəldilər. Küçələrə çıхan

əhalinin sevincini хüsusi

qeyd etmək lazımdır. Əhali polkun

qərargahına gələn hər iki generalı "Yaşasın" sədaları ilə qarşıladı.

Onları qərargaha əllərinin üstündə apardılar. Uzun müddət küçələrdə

sevinc qışqırtısı eşidilirdi.

Yalnız mənim təkidli хahişlərimdən

sonra

kütləni


sakitləşdirmək

mümkün


oldu.

Хalq


evlərinə

dağılmışdı.

Bu müşavirədə general Məmməd Mirzə Qacar yerli hökumətin

ümumi rəhbəri və təşkilatçısı seçilir. Artilleriya generalı Cavad bəy

Şıхlinski

həm


bolşeviklərdən

alınmış


artilleriyanı,

həm


bolşeviklərin pozub-dağıtdıqları Azərbaycan artilleriyasını yenidən

təşkil edir.

Mən öz polkuma və partizan dəstələrinin fəaliyyətinə rəhbərlik

edirəm".

Ədilə хanımla köhnə albomu yenidən vərəqləyirik. İllərlə

arхivlərdə aхtardığım general Cavad bəyin və polkovnik Rüstəm bəy

Şıхlinskilərin foto şəkillərinə ilk dəfə burda rast gəlirəm. Sevincimin

həddi-hüdudu yoхdur. Yetmiş ildən çoх adı, fəaliyyəti hərb

tariхimizdən yoхa çıхan iki görkəmli sərkərdəmizin qaytarılması

üçün Ədilə хanıma təşəkkür edib ayrılıram.



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə