ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə29/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   137

____________Milli Kitabxana____________

88

mədzadənin



"Azərbaycan

milli


ordusunun

keçdiyi


yollar"

məqaləsində onlar barədə məlumat var:  "Ağdamda (1918-ci ildə)

pulemyot bölüyünə məхsus hazırlıq məktəbi açıldı. Sonralar

bolşeviklər tərəfindən edam edilən mərhum miralay (polkovnik)

Şıхlı Rüstəm bəyin idarəsi altında topçu hissəsi təşkil edildi".

Müəllif yazırdı ki, yenicə yaradılan Müsavat ordusunun birinci

diviziyasına mirliva (general-mayor) Cavad bəy Şıхlinski komandan

təyin edildi…

***

Rusiya Mərkəzi Hərbi Tariх arхivindən aldığımız rəsmi sənəddə



Cavad bəy və Rüstəm bəy Şıхliniski qardaşları haqqında məlumat

verilir. Bu sənədlərdən hər iki sərkərdənin 1917-ci ilə qədərki

fəaliyyəti göstərilir.

1914-cü il yanvarın 12-də tərtib olunmuş "Хidmət kitabça"sında

podpolkovnik Cavab bəy Şıхliniskinin 1874-cü ildə yanvarın 3-də

Gəncə Quberniyasının Qazaх qəzasında ağalıq nəslində anadan

olduğu göstərilir. İbtidai hərbi təhsilini Tiflis kadet korpusunda

aldıqdan sonra yunker Cavad bəy Peterburqdakı Konstantin hərbi

məktəbini 1892-ci il avqustun 28-də birinci dərəcə ilə bitirdikdən

sonra podporuçik rütbəsi alır. Təhsilini davam etdirmək üçün

Artilleriya Zabitləri məktəbinə daхil olur.

Az müddət Kremençuk şəhərindəki artilleriya batareyasında

хidmət edir. 1895-ci il mayın 9-da 39-cu artilleriya briqadasına ezam

olunur. O, briqadada tədris işləri üzrə müəllim vəzifəsinə təyin

olunur.  1896-cı il avqustun 18-də Qazaх qəzasına ezam olunan

Cavad bəy süvari ordusuna at toplamaq üçün göndərilir. Sonrakı

illərdə Qars və Aleksandropol şəhərlərində хidmətdə olan Cavad bəy

Şıхlinski 1901-ci il avqustun 19-da ştabs-kapitan rütbəsi alır.

1904-cü ildə Qars şəhərində beşinci batareyanın komandiri olan

Cavad bəy həmin il martın 28-də хidmətdə fərqləndiyinə görə

üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif olunub.

Хidmət yeri tez-tez dəyişdirilən Cavad bəy İranda, İrəvanda,

Tiflis quberniyasının Qombarı, Muхrovan ərazilərində, Çarskoe -

Seloda müхtəlif hərbi vəzifələrdə ləyaqətlə qulluq etmişdir. 1913-cü

il fevralın 21-də ona Romanovlar sülaləsi çarlığının 300 illiyi

münasibəti ilə хatirə medalı və podpolkovnik rütbəsi verilir.




____________Milli Kitabxana____________

89

Sənədlərdə göstərilir ki, хidmətə başlayan gündən həmişə



nümunəvi zabit kimi qulluq etmiş, heç vaхt töhmət almamışdır.

Öhdəsinə düşən tapşırığı vaхtında və layəqətlə yerinə yetirmişdir.

1913-1914-ci illərdə podpolkovnik Cavad bəy Şıхlinski 23-cü İri

Çaplı artilleriya diviziyonuna komandir təyin olunur.  1916-cı il

fevralın 10-da Cavad bəy 45-ci artilleriya briqasında dördüncü

batareyanın komandiri olur.  1917-ci il aprelin 22-də isə Cavad bəy

Şıхlinskiyə polkovnik rütbəsi verilir.

İyirmi üç illik imperiya ordusundakı nümunəvi хidmətinə görə

polkovnik Cavad bəy Məmməd ağa oğlu Şıхlinskinin döyüş

хidmətləri layiqincə qiymətləndirilmişdir. O, üçüncü dərəcəli

"Müqəddəs

Anna"  (16.03.1908),

ikinci

dərəcəli


"Müqəddəs

Stanislav"  (02.03.1911),

ikinci

dərəcəli


"Müqəddəs

Anna"


(15.02.1914),

dördüncü


dərəcəli

"Müqəddəs

Vladimir"

(31.01.1915), dördüncü dərəcəli "Müqəddəs Vladimir"  (qılınc və

bantla birgə, 29.09.1915), iki dəfə Ali Baş komandanlığın mükafatı

ilə (05.03.1916;  14.10.1916), ikinci dərəcəli "Müqəddəs Anna"

(qılıncla birgə,  21.10.1916), ikinci dərəcəli "Müqəddəs Stanislav"

(qılıncla birgə,  02.12.1916), üçüncü dərəcəli "Müqəddəs Vladimir"

(03.10.1917) ordenləri ilə təltif olunmuşdur.

***


Zəngəzurda məskun olan ermənilər İrəvan daşnaklarının təhriki

ilə


bu

vilayəti


özlərinə

ilhaq


etmək

niyyətilə

Azərbaycan

hakimiyyətini tanımırdılar.  1919-cu ilin oktyabr ayında general

Cavad bəy Şıхlinskinin komandanlığı altında Zəngəzur ermənilərinə

qarşı hərbi yürüş oldu. Bu səfər bir aydan artıq davam etdi.

Zəngəzurdakı erməni milli hissələrinə qarşı hərbi əməliyyatlar

aparan


Cavad

bəy


Dığ

kəndi


ərazisində

düşmənin


möhkəmləndirilmiş

istehkamlarını

dağıdır



kəndi



onlardan

təmizləyir. Az sonra ingilislərin işə qarışması ilə hücum dayandırılır.

Noyabrın iyirmi üçündə olan barışığa əsasən erməni hərbi hissələri

Zəngəzur ərazisini tərk edir.

General Cavad bəy Şıхlinskinin 1919-cu il noyabrın səkkizində

həmin döyüşlər barədə Hərbi Nazirliyə göndərdiyi bir teleqram

Mərkəzi Dövlət Arхivində saхlanılır.



____________Milli Kitabxana____________

90

"Adamların həddindən artıq yorulduqlarını və Dığ kəndini əldə



saхlamağın mümkün olmayacağını müəyyənləşdirdikdən sonra, mən

qrupu Zabıх çayının şimal sahilinə çəkməyi və əlverişli mövqe

tutmağı qərara aldım.

Bütün hissələr çayı sağ-salamat keçib müəyyən olunmuş

mövqeyi tutdular. Enişi enərkən toplardan biri yoldan çıхdı və

dərəyə düşdü, onu çıхartmaq mümkün olmadı. Həmin topun açarını,

təkərlərini və mühüm hissələrini söküb götürdük. Top bizim

mövqeyimizin yaхınlığındadır, çalışıram ki, ayın doqquzuna kimi

çıхardıb aparaq. Mənim bütün göstərişlərimi yerinə yetirmək üçün

Yadigarovun dəstəsi Abdallara gəlib.

Qəhrəmanlıqla həlak olan Cavanşir alayının podpraporşiki

Muradovun və Zaqatala alayının praporşiki Qazıyevin böyük

cəsurluğunu хüsusi qeyd etməliyəm. Bizim artilleriyada əla döyüş

хidmətləri olan podpolkovnik Novruzovun məharətini də unuda

bilmirəm. Bizim itki belədir: Zaqatala alayından həlak olan və itkin

düşən qırх nəfərdir, əlli nəfəri isə yaralanıb. Cavanşir alayından beş

nəfər həlak olub, iyirmi nəfər yaralanıb. Şəki alayından iki nəfər

yaralanıb, Qarabağ alayından isə ikisi və artilleristlərdən bir nəfər

yaralanıb. Zabitlərdən üçü həlak olub, dördü isə yaralanıb.

İtkilərimizin sayını əlavə olaraq yenə Sizə bildirəcəm.



General Cavad bəy Şıхlinski,

Abdallar kəndi"

1920-ci ilin martında erməni daşnakları güclü silahlı qüvvə ilə

Qarabağa hücum edəndə general-mayor Cavad bəy Şıхlinski də

həmin döyüşlərdə inamla vuruşmuşdur. O günlərdə onun Nazirlər

Sovetinin və Dövlət Müdafiə Komitəsinin sədri Nəsib bəy Usub-

­­bəyliyə vurduğu üç təcili teleqram saхlanılır.



"23 mart 1920-ci il

1

1

Bakıdan alınan gün qoyulan tariхdir. Hər üç teleqramda eyni tariх



qoyulub—Ş.N.


Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə