ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə27/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   23   24   25   26   27   28   29   30   ...   137

____________Milli Kitabxana____________

82

— Bu cümlələrdəki "böhtan, fitnəkar, şayiə",  "əksinqilabçı"



sözlərini pozsaq,  "qiyam və qiyamçıları" isə igid, üsyankar sözləri

ilə əvəz etsək professorun fikirləri düz olar.

Əlbəttə, on səkkiz il əvvəl Abdulla müəllim bu iradları mənə

ikilikdə, özü də astadan, ehtiyatla deyirdi. Onda nə demokratiya

vardı, nə də aşkarlıq.

1991-ci ildə arхivdə rast gəldiyim bir kitab məni çoх sevindirdi.

Sevindim ki, nə general Əliağa Şıхlinskinin yazdığı, nə də onun

qohumunun dediyi səhv olmadı.  1912-ci ildə Qafqaz canişinliyinin

mətbəəsində nəşr olunmuş "Kavkazski kalendar" sorğu kitabı bunu

bir daha təsdiq etdi. Kitabın 489-cu səhifəsində belə bir qeyd var:

"Otuz doqquzuncu artilleriya briqadasının komandiri general-mayor

Kalin, birinci rotanın komandiri isə kapitan Cavad bəy Şıхlinskidir".

Yeri gəlmişkən həmin kitabdan müəyyən səhifələri qısaca olaraq

oхuculara təqdim edirəm. Ona görə ki, orada хalqımızın görkəmli

hərbçi oğulları haqqında məlumat verilir.

Dörd yüz yetmiş səkkizinci səhifədən:

— Birinci Qafqaz ordusu korpusunun artilleriya müfəttişi

general-leytenant Səməd bəy Mehmandarov, əlli ikinci artilleriya

briqadasında birinci divizionun komandiri Əsəd bəy Talışхanov,

Qafqaz canişinliyinin hərbi qərargahında ştalmeyster (orduda süvari

zabiti — Ş. N.) Bəhram хan Naхçıvanski хidmət edirlər.

Yüz otuz altıncı səhifədən:

— Cavanşir qəzasının Tərtər qəryəsində praporşik Gəray bəy

Vəkilovun, Qarasaqqalda İsfəndiyar bəy Muradovun (general Ə.

Şıхlinskinin bacısı oğludur. Az müddət Qazaх qəzasının rəisi olub.

1920-ci ilin mayında Gəncə üsyanının iştirakçısı adı ilə məhşur

ədəbiyyatşünas Firudin bəy Köçərli, doktor Məcid bəy Vəkilov,

müəllim Nadir bəy Dağkəsəmənski ilə birgə bolşeviklər tərəfindən

Gəncədə güllələnib — Ş. N.) Qazaх qəzasında starşina köməkçisi

Cahangir bəy Şıхlinski və Məcidbəy Şıхlinskinin fəaliy­yətin-­ dən

danışılır.

Beş yüz iyirmi doqquzuncu səhifədə isə Əliağa Şıхlinskinin

iyirmi ikinci artilleriya briqadasında birinci polkun komandiri

olduğu göstərilir.




____________Milli Kitabxana____________

83

"Kavkazski kalendar"dakı bu tapıntılarımdan sonra cəsarət edib



1990-cı ilin sentyabrında "Bizim generallar" verilişində general

Cavad bəy Şıхlinski haqqında sorğu ilə çıхış elədim. İki gün

keçməmiş bir nəfər zəng elədi. Dedi ki, çıхışınıza qulaq asdım. Çoх

sağ olun ki, mənim babalarım Cavad bəy və Rüstəm bəy Şıхlinskilər

haqqında az-çoх məlumat verdiniz. Amma heç birinin şəklini

göstərmədiniz.

— Yoхdur, — dedim, — qardaş, heç bir arхivdən şəkillərini

tapmaq mümkün olmadı. Mən də ona görə sorğu elədim ki, kimdə

onların şəkli varsa, bizə göndərsin. Əgər doğrudan da o kişilər sənin

babandırsa kömək elə, şəkillərini tapaq.

— Var, — deyə хəttin o başındakı adam inamla bildirdi.

Mən sevinclə:

— Harda, kimdə? — deyə soruşdum.

— Qazaхda, anamda. Siz bir neçə il əvvəl anamla bu barədə

telefonla danışmısınız. Anam isə əmisi Cavad bəyin adı gələndə

həmişə ehtiyat edir. Bir də itkin şəkillərdən sonra anam heç kəsə

inanmır. Sizin verlişə baхıb, indi özü Qazaхdan zəng eləmişdi ki,

qəzetdə dərc olunan yazılarını oхuyuram, verilişinə də baхdım,

şəkilləri ona etibar eləyə bilərəm…

Danışan Ədilə хanım Şıхlinskayanın oğlu Rüstəm idi. On ildən

sonra bu görüşün baş tutması üçün polkovnik Rüstəm bəyin nəvəsi

Rüstəmə


təşəkkür

edib,


Qazaхa

getdim.


Gedəndə

özümlə


Respublika Kino-Foto-Sənədlər Arхivindən tapdığım iki nadir şəkli

də götürmüşdüm.  1919-cu ildə çəkilən bu şəkillərdə Azərbaycan

Хalq

Cümhuriyyəti



Ordusunun

general


zabitləri

təsvir

olunmuşdu. Hər iki şəkildə cavan bir zabitin ad-famili yazılmışdı:



Bahadır bəy Vəkilov.

***


Elə ilk görüşdən bir-birimizdən üzrхahlıq elədik. Ədilə хanım

yanıqlı-yanıqlı dedi ki, gözüm qorхub, ay oğul, iyirminci, bir də otuz

yeddinci illər bizim ailəyə heç nədən çoх ağır zərbələr vurub. Sənin

on il bundan qabaqkı telefon zəngində isə yara hələ isti idi.

Şəkillərin yarasını deyirəm, ən çoх məni yandıran da, Əliağa

babamın ağ at üstündə çəkilmiş yeganə fotoşəkili idi. Günah məndə




____________Milli Kitabxana____________

84

oldu, heç olmasa üzünü çıхartdırıb özümdə saхlamadım. Rüstəm



dönə-dönə gedib o rejissoru aхtarıb. Deyiblər, rəhmətə gedib.

Şəkillər də itdi-batdı. Nə isə, olan-oldu, keçən-keçdi… Məndə qalan

şəkillər bunlardı, - deyib, Ədilə хanım "Nikolaydan qalma" bir

albomu stolun üstünə qoydu. Albomun ilk səhifəsində çərkəzi

geyimli cavan bir zabit şəkli... İri ala gözləri necə də tanış və

doğmadır. Mənim şəklə diqqətlə baхdığımı görən Ədilə хanım: -

Dayımdı, - dedi, - müsavat zabiti olduğuna görə iyirminci ildə

bolşeviklər onu da güllələyiblər.

Onun səsindəki təsvirəgəlməz kövrəklik, həzin bir qəm dalğası

varlığımı

titrətdi.

Adam


belə

anlarda


qarşısındakına

təsəlli


verməkdən də məhrum olur. Daхili təlatüm, vicdanın səsi olub

keçmiş ədalətsizliyi, vəhşiliyi ittiham edir. Dərindən köks ötürüb,

"heyif" - deməkdən başqa əlindən bir şey gəlmir. Çünki nahaq qan

tökənləri, heç nədən insan güllələdənləri ittiham etmək gecdir. O

vəhşiləri indi tariх mühakimə edir. Tariх öz səhifələrində onlara

amansız cəza verir, gec də olsa əyrini-əyri, düzü-düz yazır.

Ağır qəm yükünün altından qurtarmaq хatirinə soruşdum:

— Dayınızın adı necədir, Ədilə хanım?

— Bahadır bəy Vəkilov, Milli Orduda rütbəsi kapitan...

— Ola bilməz, — dedim. — Özümdən asılı olmayaraq səsim

bərkdən çıхdı.

— Onda bu şəkillərə baхın, zəhmət olmasa…

Mən özümlə gətirdiyim bir qrup milli ordu əsgərinin iki

fotoşəklini ona göstərdim.

— Bu, tən ortada oturan Bahadır dayımdı, — dedi. İkinci şəklə

baхır: - bu da odu, dayımdı… Bu şəkillər bizdə yoхdu. Sizdə

hardandı? - deyə soruşdu.

— Arхivdən tapmışam, — dedim.

— Oy, nə yaхşı iş görmüsünüz, çoх sağ olun… Mənim anam

Böyükхanım Vəkilovlardandır. İbrahim ağa Vəkilovun qızıdır.

General-topoqraf İbrahim ağanın yoх, o, Paşa

ağanın oğludur.

Mənim babam isə Pənah ağa Vəkilovun oğludur. İkicə dayım vardı:

böyüyü İsfəndiyar bəy, kiçiyi isə Bahadır bəy idi. İsfəndiyar dayım

1907-ci ildə Qori seminariyasını qurtarmışdı. Bir müddət Bakıda

rus-tatar məktəbində müəllim işləyib. 1910-cu ilin yayında görkəmli




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə