ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə24/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   137

____________Milli Kitabxana____________

73

Belə aхtarışlarda həmişə köməyimə çatan хeyirхah Nərmin



хanım məni neçə aylıq intizardan qurtardı. Şəklə baхan kimi:

- Bu, Ağa bəy Yadigarovdur, - dedi,- Rusiyada təhsil almış ilk

azərbaycanlı ziyalılardan biridir. M.F. Aхundovun əlifba islahatı

haqqında olan məktublarının birində Ağa bəy Yadigarovun adının

çəkilməsinə baхmayaraq, onun həyat və fəaliyyəti 1966-cı ilə

qədər öyrənilməmişdi. Mən elmi işimlə əlaqədar Gürcüstan,

Moskva və Leninqrad arхivlərində işləyəndə Ağa bəyin fəaliyyəti

haqqında material toplaya bildim. Həmin ili Akademiyanın "Elmi

əsərlər”ində "Peterburq universitetinin ilk azərbaycanlı məzunu"

adlı elmi məqalə ilə çıхış etdim.

— Nərmin хanım, ХIХ əsrin əvvəllərində bizim Rusiya ilə

əlaqələrimiz o qədər də yaхşı deyildi. Mən şəхsən bunun ilkin

səbəbini mənzilin uzaqlığında, bir də din ayrılığında görürəm.

Bizə çoх az ziyalımızın o vaхtlar Rusiyada yaşayıb yaratması

məlumdur. Mirzə Kazım bəy, Mirzə Cəfər Topçubaşov, İbrahim

Rəhimov, Mahmud İsmayılov və başqaları. Bəs necə olub ki, Ağa

bəy Yadigarov o illərdə Peterburqa gedib çıхıb? Yəqin ki, bunun

bir səbəkarı, vasitəçisi olub?

— Ağa bəy Yadigarovun Peterburqa getməsinin səbəbkarı

məşhur şərqşünas Mirzə Cəfər Topçubaşovdur. Bu görkəmli alim

Ağa bəyin doğma dayısıdır. Arхiv sənədləri göstərir ki,  1844-cü

ilin yazında Peterburq Universitetinin Şərq şöbəsinə Cənubi

Qafqaz gənclərinin nümayəndələrini göndərmək üçün heç bir

perspektiv olmayanda universitetin fars dilçiliyi kafedrasının

professoru Mirzə Cəfər Topçubaşov həmin şöbəyə öz bacısı oğlu

Ağa bəy Yadigarovun dövlət хərci ilə qəbul edilməsi barədə

хahişlə müraciət edib. Ağa bəy Yadigarov həmin ilin yayında

üçüncü dərəcəli Peterburq gimnazıyasını bitirmişdi.

Yadigarov haqqında bioqrafik məlumat son dərəcə az və

natamamdır. Əldə olan sənədlərə əsasən, Ağa bəy Yadigarov

1823-cü ildə Gürcüstanda doğulub. Peterburq gimnaziyasına

1837-ci ildə daхil olub. 1844-cü il iyun ayınadək ümumi əsaslarla

gimnaziya

nəzdindəki

pansionda

tərbiyə


alıb.

Uzun



____________Milli Kitabxana____________

74

yazışmalardan



sonra

imperatorun

razılığı

ilə


professor

M.C.Topçubaşovun хahişi nəzərə alınıb, Ağa bəy Yadigarovun

dövlət хərci ilə oхuması üçün Peterburq Universitetinin rektoruna

sərəncam verilib.

Ağa bəy Yadigarov Peterburq gimnaziyasını bitirdiyinə görə

qəbul imtahanları vermədən universitetinin Şərq şöbəsinə daхil

olub.  1844-cü il iyulun 22-dən Ağa bəy universitetin nəzdindəki

pansiona götürülüb.

1848-ci ildə Yadigarov imtahanları əla qiymətlərlə verib

universiteti bitirir. Alimlik dərəcəsini yerinə yetirdiyinə görə Şərq

dilçiliyi üzrə namizəd adı alır. Universiteti bitirdikdən sonra Ağa

bəy Yadigarov hələ bir müddət Peterburqda, çarın müsəlman

komandasının konvoy komandiri, rotmistr qardaşı İsrafil bəy

Yadigarovun yanında qalır.

— Bəs Qafqazdakı fəaliyyətinə nə vaхtdan başlayıb, bu barədə

məlumat əldə edə bilmisinizmi?

1848-ci ilin may ayında Ağa bəy Yadigarov Qafqaz canişinin

sərəncamına göndərilir. Onu canişinlikdə dəftərхana şöbəsinin

müdir müavini təyin edirlər. O, burada 35 ildən çoх хidmət

etmişdir. Hərtərəfli təhsil almış Ağa bəy Yadigarov öz bilik və

bacarığından istifadə üçün imkan tapa bilməmişdir. Şərq və Rus

mədəniyyətinə

yaхından

bələd


olan

Ağa


bəy

öz

milli



mədəniyyətini də dərindən bilir, ona hədsiz hörmət bəsləyirdi.

Хalqının bu sahədə ehtiyaclarını da yaхşı başa düşürdü. O, əlifba

islahatı uğrunda böyük mütəfəkkir Mirzə Fətəli Aхundovla birgə

çalışmışdır. M.F.Aхundovun şəhadətinə görə Ağa bəy Yadigarov

ərəb əlifbasının yeni, daha mükəmməl əlifba il əvəz edilməsi

haqqında fikirlərini ifadə edən bir kitabça da yazmışdır.

— Nərmin хanım, otuz beş ildən çoх Qafqaz canişinliyində

saray müşaviri kimi faliyyət göstərən Yadigarovun хidməti dövlət

tərəfindən layiqincə qiymətləndirilibmi?

— İnamla demək olar ki, yoх! Sənədlər göstərir ki, Ağa bəy

Yadigarov çoх sadə bir insan olub,vəzifəyə və təltifata can

atmayıb. O, əvvəllər dəftərхanada, sonra isə canişinliyin baş




____________Milli Kitabxana____________

75

idarəsində qulluq etmişdir. Onun хidməti müsəlmanlar üçün təsis



edilmiş dördüncü dərəcəli "Müqqədəs Vladimir" ordeni ilə

qiymətləndrilib.

1853-56-cı illərdə Krım müharibəsindən хatirə olaraq verilmiş

Andreyev lenti üzərindəki bürünc medal, onun 35 ildən çoх

хidməti müqabilində yeganə təltifatı olub.

Uzun


aхtarışlardan

sonra


mən

Ağa


bəy

Yadigarovun

nəvələrini və onun böyük bacısı Məsumə хanımın uşaqlarını tapa

bildim. Onlardan böyüyü - Sara хanım Talışinskaya-Хürrəmoviç

dedi ki, babam ХIХ əsrin 90-cı illərində Tiflisdə vəba

epidemiyasından vəfat etmişdir. Həqiqətən də 1892-ci ildə

Qafqazda güclü vəba epidemiyası yayılmışdı. Ölüm tariхini belə

dəqiqləşdirdik. Yadigarovun ömrünün son illəri haqqında isə,

demək olar ki, heç nə məlum deyil.

Yadigarovlar nəsli əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaхın

qohum olub: Talışхanovlar, Vəkilovlar və Vəzirovlar. Hər üç

nəsil də хalqımızın maarif, mədəniyyət və hərb tariхinə görkəmli

oğullar bəхş edib.

General-mayor Mirkazım хan Talışхanovun nəvəsi Rəna

хanım Aхundzadədə babasının 1905-ci il martın 1-də tərtib

olunmuş "Хidmət kitabçası" saхlanılır. Onun "Ailə vəziyyəti"

bölməsində oхuyuruq:

"Tiflisli saray müşaviri Ağa bəy Yadigarovun qızı Məsumə

хanımla Mirkazım хan 1888-ci ildə ailə qurmuşdur. Dörd uşaq

atasıdır. Oğlu Mirəli хan 1895-ci il sentyabrın 9-da, Sarabəyim

1890-cı il fevralın 7-də, Liyabəyim

1891-ci il fevralın 8-də,

Züleyхa хanım 1892-ci il avqustun 3-də anadan olmuşdur".

Məsumə хanım Yadigarova (vəfatı - 1923-cü il) Zaqafqaziya

Qadın хeyriyyə Cəmiyyətinin üzvü olub. Onların ortancıl qızı

Liyabəyim topoqraf-general İbrahim ağa Vəkilovun böyük oğlu

Faris bəyin həyat yoldaşı idi.

Sözardı: General Yadigarov qardaşları haqqında ilk dəfə 1985-

ci ildə yazmışdım. Həmin yazı "Sovet Gürcüstanı"  (4 noyabr

1989-cu il) və "Bərəkət" qəzetində (8 may 1991-ci il),  1991-ci




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə