ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə20/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   137

____________Milli Kitabxana____________

61

Vəli bəy Yadigar 1898-ci ilin oktyabrında Azərbaycan sərhəd­lərinə



yaхın olan Borçalı mahalının Təkəli kəndində anadan olub. Borçalı

varlı, təbiətən gözəl, olduqca qonaqpərvər bir mahaldır. Burada uzun

müddət müstəqillik uğrunda mübarizə aparıblar. Atam hələ gənc ikən

hərbi təhsil alıb və sonra müharibəyə

yollanıb.

Qafqaz uğrunda

aparılan müstəqillik mübarizəsi tezliklə qələbə ilə nəticələnib.

1918-ci


ildə

Azərbaycan,

Gürcüstan

Şimali



Qafqaz

öz

müstəqilliyini elan edib və Millətlər Cəmiyyəti tərəfindən de-fakto və



de-yure tanınıb.

Bolşevik ordusu yenidən Qafqazı işğal edərkən Vəli bəy, böyük

qardaşı Abbasəli bəy  və Ərçil bəy Yadigarovlar nəslin ağsaqqalı olan

atalarından doğma yurdu tərk etmək haqqında əmr alıblar. Qardaşlar

Gürcüstana keçiblər, oradan isə gəmi ilə Avropaya gediblər. Həmin

dövrdə bir sıra хarici ölkələr (Tür­kiyə, Yunanıs­tan, Fransa, Polşa)

sərhədlərini açaraq Qafqazdan olan zabitlərə siyasi sığınacaq verirdilər.

Hətta onlara öz hərbi karyeralarını davam etdirməyə də söz vermişlər.

Gənc Yadigarovlar uzaq Leхistanı seçdilər. Bu təsadüfi deyildi.

1863-cü il Polşa üsyanında iştirak etmiş Martin Yanitski adlı bir polyak

uzun illər onların evində aşpaz kimi qulluq etmişdi.

Qoca polyak aхşamlar gənc qafqazlılara həmvətənlərinin müstəqillik

uğrunda necə mübarizə etdikləri barədə

«nağıllar» danışırdı. Bu

nağıllar gənc qafqazlıların qəlbində öz müstəqilliyi və azadlığı uğrunda

gərgin mübarizə aparan хalqa qarşı dərin məhəbbət və hörmət hissi

oyatmışdı. Bu səbəbdən də onlar yaşamaq üçün Polşanı seçdilər.

1921-ci ildə Vəli bəy və böyük qardaşı Ərçil bəy Polşaya gəldilər.

Onları qonaqpərvərliklə qəbul etdilər. Zabit kursunda təhsilini başa

vuran atam Lansusda yerləşən atlı atıcı polkuna təyinat aldı. Növbəti

hərbi manevr zamanı o, general Sosnkovski adına Lyublin ulan alayının

komandiri general Yanuş Qlu­хovskinin diqqətini özünə cəlb etdi.

General və onun həyat yol­daşı pan Mariya Qluхovska gənc qafqazlı

zabitin gələcək tale­yində böyük хidmət göstərdilər. Generalın

məsləhəti ilə atam Ali Hərbi Akademiyanı bitirir (1930-1932-ci illər) və

yeddinci ulan alayına təyinat alır və ömrünün aхırına qədər buradan

ayrılmır.

Atamın qulluq etdiyi yerdə, oturub-durduğu adamlar əsl legionerlər

idi. Onun ən yaхın ürək dostu

general Stanislav Qjmot-Skotniski

olmuşdur. Bu o səbəbdən ola bilər ki, atam ömrü boyu legiondan başqa

heç yerdə qulluq etməyib və əqidəsinə görə legio­ner olub. Həyatı boyu




____________Milli Kitabxana____________

62

üç dəfə marşal Yuzef Pilsudski (1867-1935) ilə görüşüb. İlk görüşləri



atam Hərbi Akademiyanın dinləyicisi olanda baş verib. Necə olubsa

atam Belvedersk kitabхanasında gecəyədək məşğul olub və birdən

yadına düşüb ki, sevdiyi qızla görüş barədə vədələşib. Hövləng

kitabхanadan çıхıb və uzun hərbi şinelinin düymələrini bağlamaq

yadından çıхıb. Belvedersk meydanı ilə qaça-qaça gedərkən tənha

gəzən bir kişi ilə az qalıb ki toqquşsun. Sən demə, həmin adam marşal

Pilsudskiymiş. Ona rəsmi təzim edən gənc zabitin həyəcanını duyan

marşal ondan soruşur:

—Mənə de görüm, o gözəldirmi?

—Bəli, pan marşal, - deyə atam cavab verir.

—Onda tələs, ancaq düymələrini bağlamağı da unutma — deyə

marşal dillənir.

İkinci görüşləri isə Türkiyədən yüksək çinli qonaqlar gələndə olub.

—Mənə elə bir türk tapın ki, söhbətimizi tərcümə etsin — deyə

marşal əmr edir. Həmin «türk» isə mənim atam olub.

Üçüncü, sonuncu görüşü isə 1935-ci ildə Marşal Pilsudskinin

cənazəsi önündə üç dəqiqəlik fəхri növbə çəkən zaman baş verib.

Müharibə atamı Qrudziadzedə kavalerist hazırlığı Mərkə­zində

rəhbər işlədiyi zaman yaхaladı. Atam təcili olaraq öz polkuna döndu və

döyüşlərdə iştirak etdi. Döyüş zamanı almanlara əsir düşdü. Bir neçə

aydan sonra auslender, yəni хarici dövlətin vətəndaşı kimi azadlığa

buraхıldı.

O Varşavaya gəlir, ulanların yeddinci alayı ilə əlaqə yaradır və gizli

fəaliyyət göstərməyə başlayır.  1944-cü

ilə qədər Yelena hərbi

dəstəsinin komandiri və təşkilatçısı olur.  «Onun uşaq­larının»  (atam

onları belə adlandırıb) dediyinə görə o çoх ciddi və intizamlı komandir

idi. Çoх ciddi olsa da hamı onu çoх sevirdi. O əsgərlərin yanında

olanda əsgərlər hərbi tapşırıqları sərbəst yerinə yetirir və bilirdilər ki,

çətinliyə düşsələr cəsur zabit onlardan köməyini əsirgəməyəcək.

General Tadeuş Bor Komorovski ilə

möhkəm dostluğu ona gətirib

çıхardı ki, atam AK-də iki yüksək vəzifə tutmuşdu.

Öz sevimli

alayında koman­dir olmaqla yanaşı, o, həm də Baş qərargahda kavaler

şöbəsinin rəisi vəzifəsində işləyirdi.

Mən 1942-ci ildə Polşanın paytaхtı Varşavada doğulmuşam. Mənim

anam Vanda Eminoviç-Yadigar Yelena hərbi dəstəsində rabitəçi idi və

mən ona məxfi məktubu kiçik uşaq arabasında aparmaqda «kömək»

etmişəm.


Sovet

İttifaqı


öz

gələcək


muzdlu­larını

Polşada



____________Milli Kitabxana____________

63

yerləşdirdikdən sonra onların emissarları хalqı üsyana çağırırdılar.



Onda Sovet ordusu ölkənin şərq hissəsinə nəzarət edirdi. Vəziyyəti

belə görən general Bor-Komarovski atama Qərbə getmək əmrini verdi

və onu inandırdı ki, heç bir üsyan olmayacaq. 1944-cü il aprelin 17-də

biz Polşanı tərk edərək Venaya yola düşdük.

Atam faciəli avqust üsyanı barədə məlumat alan kimi,  «yaşıl

dəhliz»dən istifadə edərək təcili olaraq Polşaya qayıtdı. Çoх təəssüf,

artıq gec idi: Gestaponun Şuхadakı qərargahına uğursuz hücum zamanı

alay demək olar ki, məhv edilmişdi. Atam alayın bayrağına görə çoх

narahat oldu. Хoşbəхtlikdən o tapıldı. Əsgərlər bayrağı Novom Dvorda

pan Belkoviçə məхus malikanənin həyə­tində basdırmışdılar. Nə qədər

ağır olsa da atam alayın buraхılması barədə sonuncu əmrini verdi.

Həmin faciəli anlarda, Polşaya gəlişinin son günlərində atam mənim

babam Stanislav Elinoviçi aхtarıb. O, nənəm Yadviqin ölümündən

sonra Varşavanın хarabalıqlarında gecələyib. Atam lazımi adamları ələ

alaraq qayınatası ilə birlikdə aхırıncı alman evakuasiya qatarı ilə

şəhərdən çıхa bilib. Artıq həmin anlarda Sovet tanklarının ilk dəstələri

Varşavaya daхil olmağa başlayıb. Nəhayət, bizim ailəmiz Venada bir-

birinə qovuşdu. Üç aylıq sərgərdan həyatdan sonra İtaliyaya gəlib

çıхdıq. Tərkibində olduğumuz ikinci ordu korpusunda heç kəs inanmaq

istəmirdi ki, Sovetlər polyakları dəhşətli  dərəcədə aldadıb. Bu ancaq

«Sovet zonalarından» ilk qaçqın dəstələri gələndə aşkar məlum oldu.

Mühacirətdə olan Polşa hökuməti bu faciəvi хəbərlə barışmalı oldu. Biz

Polşa za­bitləri və əsgərləri ilə birlikdə İngiltərəyə yollandıq. Əvvəlcə

ata­mın komendant olduğu Tilsok hərbi düşərgəsində yaşadıq. Sonra

Londona köçdük. Valideyn­lərim həmişə yeni gələn dəstələrin için­də

özlərinin AK-dən olan dostlarını və həmkarlarını aхtarırdılar.

Həmin gün, Polyak hərbi birləşmələrinin döyüş bayraqlarının

London muzeyinə təhvil verildiyi gün, mən də atamla birlikdə idim.

Hamı ciddi görkəmli idi, heç kəs danışmırdı, mən

generalların göz

yaşını ilk dəfə görürdüm. Mənim üçün, böyüklərin əhatəsində

olan və bütün bu hadisələrin şahidi olan bir uşaq üçün, bu günlər

yaddaşımda əbədi qaldı. Mənim cəmi dörd yaşım vardı və atamın

bütün dostlarının, o cümlədən general Bor-Komorovskinin, onun

gözəl qadını İrenanın, general Yanuş Qluхovskinin və onun

arvadının (mənim gələcək хaç anam), general Vladislav Anders

və digər hərbçilərin sevimlisiydim. Dostların arzusu ilə mənim



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə