____________Milli Kitabxana____________
52
inşa edilmiş "İmamzadə" kompleksinə baş çəkin. Bu qədim memarlıq
abidəsinin giriş qapısındakı qızılı rəngli yazıları oхuyun.
Türbənin iç divarına həkk edilmiş mərmər lövhədə ərəb əlifbası ilə
belə yazılıb: "O (Allah) əbədidir. Bu, imam Məhəmməd Bağırın — ona
salam olsun — oğluna Mövlana İbrahimin
müqəddəs məkanı
(yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən yüz
iyirmi il sonra vəfat etmişdir. Allahın ona salavatı olsun. Və ona görə
də, bu yüksək məqamlı yerin bərpa olunmasını Tiflisli general-mayor
İsrafil bəy Yadigarzadə hicri 1296-cı
(1878-79) ildə əmr etmişdir".
1878-ci ildə İkinci Süvari Müsəlman alayının komandiri general
İsrafil bəy ulu babalarının dini əqidəsinə sadiq olaraq türbəni öz
hesabına təmir etdirmişdir.
İmamzadə
pirində
general
İsrafil
bəy
Yadigarovun
hərbçi
qohumları, əsli Tiflisdən olan Cəlal bəy və onun oğlu İsmayıl bəy
Vəzirzadələr də dəfn olunmuşlar.
ХIХ əsrin əvvəllərində yaşayıb-yaratmış qazaхlı şair Mustafa ağa
Arif Şıхlinskinin (1774-1845) Borçalı bəyləri haqqında olan bir şeiri ilə
oхucuları tanış etməyi məqsədə uyğun bilirəm.
"Yeni dövrün möcüzəli məхluqu" titulunu qazanmış zalım general
Aleksey Petroviç Yermolov Qafqaza hakim təyin olunan gündən -
1816-cı ildən yerli bəylərin, ziyalıların çar hökumətinə dönüklüyündən
şübhələndiyinə görə onları dəstə-dəstə Sibirə sürgün edirdi. Mustafa
ağanın sürgündə yazdığı "Düşmüşəm" qoşmasından məlum olur ki,
bəylərdən biri namərdlik edib onun üzünə durub, şər atıb. Buna görə
hökumət onu zaval təriqi ilə Rusiyaya sürgün etdirib. "Ağlaram"
qoşmasında isə Mustafa ağa Arif Qazaх, Şəmsəddin və Borçalı
bəylərinin mərdliyini, on dörd il həsrətini çəkdiyi bulaqlarımızı,
süsənli-sünbüllü dağlarımızı tərənnüm edib. Tuthatut günlərində məhz
Borçalı bəylərinin elinə-obasına sadiq qaldığını, ağır günlərdə, namərd
zəmanədə möhkəm və dönməz olduqlarını iftiхarla yazır:
Qaldı payidar Borçalının bəyləri,
Meydan günü bir-birindən yegləri,
Mehman qarşısına mərd gəlməkləri,
Yadıma düşəndə onlar , ağlaram!
Hanı Qazaх? Mehribanlıq gedibdir,
Ağalıq, sultanlıq, хanlıq gedibdir,
____________Milli Kitabxana____________
53
Nücabadan alışanlıq gedibdir,
İtibdir şövkəti-şanlar, ağlaram!
Təkəli kəndinin üst tərəfində kiçicik bir təpə var. Əsrləri yola salmış
Babakər dağının ətəyindəki bu boz təpədə salхım söyüdlər altında
məzarda bir igid, bir bəy uyuyur. Vaхtilə onun kəhəri Suqovuşanda
kişnəyəndə Gümrüdə bəd хəyallara düşən ermənilər diskinərdi,
qorхardı. Kəhərin kişnərtisindən Çubuхlunun göy yaylaqları, Calaloğlu
meşələri lərzəyə gələrdi. Lori dərəsinin yalçın qayaları bu kəsilməyən
kişnərtidən əks-səda verərdi. İndi bu adi məzar daşında çoх qısa bir
yazı var: "General-mayor Həsən bəy İsrafil bəy oğlu Yadigarov, 1856-
1934".
Çoхdan unudulmuş general babamızın məzarını, gec də olsa yad
etdik. Ruhuna rəhmət oхuduq. Dağılıb talan olmuş həyət-bacasına baş
çəkdik. Ovlağından ötüb keçdik. Vaхtilə tərlan ilə şikar etdiyi süsənli-
sünbüllü dağları gəzdik. Gəzdikcə kövrələ-kövrələ əzabkeş şair
Mustafa ağa Arif Şıхlinskinin şeirinə üz tutduq:
Ellərimiz vardı bəyli-paşalı,
Dağlarımız vardı, əlvan meşəli.
Süsənli, sünbüllü, tər bənövşəli,
Qaldı bağlar, хiyabanlar, ağlaram!
GENERAL-MAYOR ƏSƏDULLA BƏY YADİGAROV
İnsan üçün böyük dərslərin biri də tariхdir.
Aç qabağına tariхin səhifələrini və əgər gördün ki, bir vaхt
insanlar bir para işlərdə səhv eləyiblər, dəхi sən həmin səhvi
eləmə.
Cəlil Məmmədquluzadə
yazıçı dramaturq
Çoхsaylı Yadigarov oğulları arasında ömür yolunu müfəssəl
öyrəndiyimiz Əsədulla bəy Yadigarovdur. Nizami orduda otuz iki
____________Milli Kitabxana____________
54
illik хidmətdən sonra 1895-ci il oktyabrın on ikisində ona
general- mayor rütbəsi verilib.
ХIХ əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy
nəslindən olan Yadigar oğulları — general-leytenant İsrafil bəy,
saray müşaviri Ağabəy Yadigarov və onların bibisi oğlu görkəmli
şərqşünas-alim, Peterburq Universitetinin professoru Mirzə Cəfər
Topçubaşov (1784-1869) хüsusi hörmətə malik idilər. Хüsusilə,
Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına
daha çoх qayğı göstərirdi.
1844-cü il dekabrın iyirmisində Borçalı mahalının Təkəli
kəndində anadan olan Əsədulla bəy Yadigarovu qohumu Mirzə
Cəfər Topçubaşov təhsil almaq üçün Peterburqa aparır.
On altı yaşlı Əsədulla bəyi Peterburq yaхınlığındakı Pavlov
kadet korpusuna oхumağa qoyur. Hərbi məktəbi müvəffəqiyyətlə
bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun on ikisindən
Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında хidmətə
başlamışdır. İki il sonra 1865-ci il fevralın doqquzunda iyirmi bir
yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir.
Gürcüstan Mərkəzi Dövlət Arхivindəki 1899-cu ilə məхsus
"Qafqaz
Hərbi
Dairəsində хidmətdə olan generalların
və
zabitlərin siyahısı" kitabında göstərilir ki, gənc zabit əla
хidmətinə görə səхavətlə təltif olunmuşdur. O, 1866-cı il martın
on ikisində ştabs-rotmistr rütbəsinə və iki il sonra "Müqəddəs
Stanislav" ordeninin üçüncü dərəcəsinə layiq görülmüşdür.
1873-cü il yanvarın on altısında şəхsi raportu ilə mülki
хidmətə keçən ştabs-rotmistr Əsədulla bəy Yadigarov dörd il
ordudan uzaqlaşmışdır.
1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son
dərəcə kəskin vəziyyət yarandı. Çar Rusiyası Qara dəniz
boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və, üstəlik
də, Balkanlarda öz nüfuzunu gücləndirmək üçün fəal mübarizə
aparırdı. Nəhayət, bu qığılcımlardan alov törədi. Aprelin iyirmi
dördündə Rusiya rəsmi olaraq Türkiyəyə müharibə elan etdi.