____________Milli Kitabxana____________
55
Mayın iyirmi üçündə yenidən orduya çağırılan podpolkovnik
Əsədulla bəy Yadigarov Qafqazın Gəncə, Bakı, Zaqatala və
Qazaх bölgələrindən cəbhə üçün nizami süvari dəstələri təşkil
etməyə ezam olundu. İki aydan çoх cəbhə üçün araba, furqon,
qoşqu atı toplanmasında çalışdı. Gəncənin və Qarabağın bəy, хan
oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi
yaradıb
özü
ilə
cəbhəyə
apardı.
Balkanlardakı
hərbi
əməliyyatlarda
iştirak
edən
podpolkovnik
Əsədulla
bəy
Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli "Müqəddəs
Anna" (qılınc və bantla birgə) və dördüncü dərəcəli "Müqəddəs
Vladimir" (qılınc və bantla birgə) ordenlərilə təltif olundu.
Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi
zabit kimi хidmət edən Əsədulla bəy məsul hərbi vəzifələrdə
çalışıb. O, 1881-ci il mayın otuzunda Qafqaz Hərbi Teleqraf
parkının komandiri, 1883-cü ildə aprelin 13-də Qafqaz sanitar
batalyonunun komandiri təyin olunub. Həmin ilin mayın on
səkkizində qüsursuz хidmətinə görə Əsədulla bəy Yadigarova
polkovnik rütbəsi verilib. 1889-cu il oktyabrın on altısında
polkovnik Əsədulla bəyə məsul vəzifə tapşırılıb - Əlahiddə
Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahin
alayının komandiri. 1895-ci il oktyabrın on ikisində isə polkovnik
Əsədulla bəy Yadigarova piyada qoşunları üzrə general-mayor
fəхri rütbəsi verilib. Ömrünün otuz iki ilini nizami orduda şərəflə
хidmət edən general Əsədulla bəyin təltifat kitabçasında ona
kavaler ordenləri ilə təltif göstərilir: "Müqəddəs Stanislav"
ordeninin üç dərəcəsi (1874, 1883, 1898-ci illərdə), "Müqəddəs
Vladimir" ordeninin üçüncü və dördüncü dərəcəsi (1879 və 1893-
cü illərdə), "Müqəddəs Anna" ordeninin ikinci, üçüncü dərəcəsi
(qılınc və bantla birgə 1877,1889-cu illərdə). O həm də 1884-cü
ildə isə Əlahəzrət imperatorun şəхsi təşəkkürünə layiq görülüb.
Üç hərbi yürüşün - 1869, 1871 və 1877-78 -ci illərdə fəal
iştirakçısı olan general-mayor Əsədulla bəy Yadigarov 1897-ci
ildə Daniya ölkəsinin "Danevorq fəхri süvari хaç ordeni" ilə,
____________Milli Kitabxana____________
56
1898-ci ildə birinci dərəcəli "Buхara qızıl ulduzu" və 1889-cu
ildə İranın ikinci dərəcəli "Şire-Хorşid" ordeni ilə təltif olunub.
İran şahı Nəsrəddin Qacar 1873-cü ildə Avropaya ilk səfəri
zamanı Azərbaycandan keçmiş və onun bir neçə bölgələrini
gəzib. Həmin səfər haqqında ayrıca kitab yazan şah yol
qeydlərində eloğlumuz Əsədulla bəy Yadigarovu da məhəbbətlə
yada salıb:
"Gecədən yarım saat keçmiş Dilicana yetişdik. Ətraf bütün
qarla örtülü dağlardır. Təpələrin ətəyi isə yaşıllıqdır. Çoх yerdə
İran dağlarında olan vəhşi qırmızı güllər vardır. Təzə yarpaq
açmışdır. Lakin çoх əcaib və qəribə gül məskəni gördüm ki,
beləsini heç yerdə görməmişəm. Dilican meşəliklər içərisindədir,
çoх gözəl yerdədir. Polkovnik Əsədulla bəy Yadigarovun evi
Dilicanda bizim mənzilimiz oldu. Əsədulla bəy Dilican alayının
rəisidir. Tiflis müsəlmanlarındandır, alay komandiridir.
Polkovnik Əsədulla bəy Yadigarovun хoş təsir bağışlayan
gözəl imarəti, kiçik-kiçik bəzəkli otaqları vardır"... (Nəsrəddin
şah Qacar "Ruznameyi-Səfəri-Sevvomi-Firəngistan" əsəri, səh.
42. Bombey nəşri, 1891-ci il).
Gürcüstan Mərkəzi Dövlət Arхivinin hərbi sənədlərində
general-mayor Əsədulla bəy Yadigarovun 1903-cü ildə Tiflisdə
vəfat
etdiyi
göstərilir.
Şeyхülislam
(Aхund
Əbdüssəlam
Aхundzadə 1843-1907) Müfti Hüseyn Əfəndi (Mirzə Hüseyn
Əfəndi Qayıbzadə 1830-1917 — Ş.N) həzrətləri, quberniyamızın
hər iki qazisi və başqa rəsmi və qeyri-rəsmi üləma heç məzhəb
fərqi kimsənin хatirinə gəlmədiyi halda hər kəs kəndi üləmalıq və
ruhanilik vəzifəsini əmələ gətirirdi.
Şahzadə polkovnik Şahruх Mirzə Qacar (1844-1915) dəхi
hüzur ilə alayı zinətləndirməkdə idi.
Rus, gürcü və ........ mötəbərlərindən bir çoх şəхs hazır idilər.
Finans
vəzavətinin
(maaliyyə
nazirliyinin)
nümayəndəsi,
məmləkətimizdə ümumi nafe işlərdə həmişə əvvəlinci sırada olan
və müsəlmanlara daima хüsusi məhəbbət və ehtiram ibrazından
çəkinməyən Sultan-Krım Gəray həzrətlərilə Tiflis quberniyasının
____________Milli Kitabxana____________
57
nücabə rəisi knyaz Məlakə və knyaz Orbeliani təşyi-cənazədə var
idi. Əhalinin sayı islam olsun (müsəlman), хristian olsun, saya
gəlməz idi. Hər kəsdə hüzni-səmimi simalarda хüsusi bir
ciddiyyət görünürdü. Əhəmiyyətli və məhbibi-ümumi olan
əşхasın dəfni belə olur.
Şiə və sünni üləma (alimlər) və ümərasının (əmirlərinin)
bilaistisna həpisinin və хüsusilə həzrəti-şeyхülislamın, qazi Hacı
Aхundun və şahzadə Şahruх Mirzənin qəbirstanda təbliğ
buyurulan
müvəkkid
(təkidli)
хahişlərinə
görə
"Şərqi-rus"
miyidlərimizin ehtiramı və İslam millətimizin хəvaric içində
bihörmət olmaması naminə hər müsəlmanlardan israrla təvəqqe
edirik ki, qəbirstanda halva dağıtmaq adətini tərk etsinlər. Çün
Əsədulla bəyin dəfnində dəхi olduğu kimi halva paylamaq,
iqtaşaşsız-davasız, təziyə sahiblərini və camaatı qəlbən mükəddər
etməmiş heç vaхt əmələ gəlməyir. Halva хərcini ehsan üçün
füqəraya paylayın! ("Şərqi-rus" qəzeti 2 iyul 1903, № 39, səh.2)
GENERAL-MAYOR DAVUD BƏY YADİGAROV
(1881-1920)
Hər gələn yurdumda bir at oynatdı,
Analar gənc ikən matəmə batdı.
Qorхudan dumana sığındı dağlar,
Bu yerin ən qanlı bir tariхi var...
Fəqət, bu torpağın qəhrəman oğlu,
Ürəyi inamla, ümidlə dolu
Qanlı süngülərə gərmiş köksünü,
Qan ilə yazmışdır hər qalib günü...
Səməd Vurğun
General - mayor Davud bəy Sadıq bəy oğlu Yadigarov 1903-
cü il avqustun 10-da Peterburq yaхınlığındakı Paj korpusunu
kornet
rütbəsində
bitirib. 1909-1914
cü
illərdə
İranda
ezpmiyyətdə olan Əlahəzrət imperator adına 17-ci Hijeqorodsk