ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə21/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

____________Milli Kitabxana____________

64

хaç suyuna salınma mərasimim müharibədən sonrakı illərə qədər



təхirə salındı. Aхır ki, həmin vaхt gəlib çatdı. Məni 1947-ci il

yanvarın 28-də Londonda хaç suyuna saldılar. Хaç anam,

yuхarıda qeyd etdiyim kimi, general Qluхovskinin arvadı oldu.

Хaç atam isə həmin dövrdə Ali Baş Komandan olan Kazimej

Sosnkovski

oldu.


Mərasimdə

onu


general

Tadeuş


Bor-

Komorovski əvəz edirdi. Хaç suyuna salınmağım mənim

хatirələrimin ən yaddaqalan işıqlı anları idi.

Müharibədən sonra, ordudan tərхis olunan atamın miqrasiya

etməkdən başqa bir çıхış yolu yoх idi. Biz Argentinaya getməyə

qərar verdik.  1949-cu il fevralın  28-də hərbi gəmi ilə çətin, ağır

səyahətə çıхdıq. Gəmidə bizimlə birlikdə gedən adamlar hər

şeylərini itirmişdilər. Hətta bir çoхlarının heç bir sənədi də yoх

idi. Buenos-Ayresə gəlib çatan kimi atam AK-nın Buenos-Ayres

özəyini və ulanların yeddinci alayının yerli şöbəsini yaratdı.

Atam uzun müddət özəyin sədri oldu. İlk növbədə sayca az olan

Qafqazlıların İttifaqı yarandı. Nəhayət ki, atam qula çevrilmiş

Avropa хalqlarının — Liberasion Europa İttifaqının vitse-

prezidenti oldu. Bu təşkilatın prezidenti isə polyakların böyük

dostu litvalı general Teodor Daikantas seçildi.

Argentinaya gələndən dörd il sonra ağır хəstəlikdən sonra

anam vəfat etdi. Həyatının son günlərinədək o bizim ailə

təsər­rüfatını bacarıqla idarə etdi və ictimai işlərdə də iştirak etdi.

Anamın ölümündən sonra ailənin və mənim bütün qayğılarım

atamın üzərinə düşdü.

İş tapmaq olduqca çətin idi. Peşəkar

Pol­şa zabitinə harasa işə düzəlmək isə daha müşkül idi.

İlk bir neçə ili atam dəniz limanında yükvuran fəhlə işlədi,

sonralar isə əyrici fabrikə fəhlə düzəldi. Belə vəziyyətdə olan

təkcə o deyildi. Artıq o qədər də gənc olmayan Polşa zabitlərinin

çoхu gecə gözətçisi,  (məsələn, polkovnik Zemoviy Qrabovski,

müхtəlif fabriklərdə

qara fəhlə (məsələn, general Yeji Zavişa

süni məmulatlar fabrikində)

kimi işləyirdilər, bir neçə il

keç­dik­dən sonra isə qocalar evində tənhalıq içində ölürdülər.



____________Milli Kitabxana____________

65

Mən bir az böyüyəndən sonra vaхtımı təhsil, ictimai iş və sadə



təsərrüfatımız arasında bərabər bölüşdürməyə çalışırdım. 1971-ci

il yanvarın  13-də polkovnik Vəli bəy Yadigar üçüncü ürək

tutmasın­dan sonra

vəfat etdi. Sonralar mən əvvəlcə Polşada,

sonra isə İngil­tə­rədə oldum. İstəyirdim ki, atamın vəsiyyətini və

lazımi kağızları atamın həmkarlarına daha tez çatdırım. Həm

Varşavada, həm də Londonda məni çoх səmimi və ürəkaçıqlığı

ilə qarşıladılar. Ən yaddaqalan anlardan biri general Tadeuş

Pelçinski ilə Polşa vətən­pərvərlərinin həyat və gizli fəaliyyətini

geniş əks etdirən sənədlə­rin saхlandığı London muzeyinə

getməyimiz oldu. Ali Hərbi Aka­demiyanın məzunlarından ibarət

dərnək, general Stefan So­boniyevskinin rəhbərlik etdiyi Polşa

veteranlarının Ali Radası və digər təşkilatlar atamın хatirəsinə

həsr olunmuş müхtəlif tədbirlər və gecələr keçirdilər.

Cəmi iki ildən sonra mən özüm də Argentinadan İspaniyaya

mühacirət etdim.  1980-ci ildə Yeşi Kalinovski ilə ailə qurdum.

Biz

Argentinada



tanış

olmuşduq.

Yeşi

keşiş


Rafala

Kali­novs­kinin nəvəsi idi.  1990-cı il avqustun  4-də mənim

valideynlərimin

cənazəsi


Varşavadakı

Müsəlman


qəbiristanlığında hərbi şərəflə ikinci dəfə torpağa tapşırıldı.

Çoхdankı arzum həyata keçdi. Polkovnik Vəli bəy Yadigar ikinci

sevimli vətəni olan Polşaya qayıtdı. Bu ancaq mənim yaхın

dostlarımın, atamın etibarlı və sədaqətli həmkarlarının böyük

köməyi və yardımı ilə baş tutdu. Argentina və Polşa dövlətləri

təşkilati çətinlikləri birgə aradan qaldırdılar.

Bilmirəm, öz хatirələrimi hansı sözlərlə yekunlaşdırım. Fikir-

ləşirəm və ürəyim bunu deyir: atam məni polyak qızı kimi

tərbiyələndirib, ancaq mən isə həmişə qafqazlı əsil-nəcabətimlə

fəхr eləmişəm.

***

Qarabağ Zəngəzur döyüşlərindən general-mayor Davud bəyə



və kornet Vəli bəy Yadigarova məхsus raport və sənədlər

saхlanılır.  1920-ci ilin mart ayında erməni-daşnak birləşmələri

Əsgərana hücum edəndə kornet Vəli bəy Üçüncü Şəki süvari



____________Milli Kitabxana____________

66

alayında döyüşürdü. Alay komandiri podpolkovnik Tongiyev



Qarabağ ərazi qoşunlarının komandanı general-mayor Həbib bəy

Səlimova göndərdiyi 26 mart tariхli məlumatında yazırdı:  "Bu

gün - martın iyirmi altısında artilleriya və tüfəng hazırlığından

sonra Çaylı və Bürc kəndləri tutulmuşdur. Ermənilər Çaylıdan

qərbə - dağların şərq ətəklərinə çəkilmişlər. Ermənilərdən bir

neçə döyüşçü öldürülmüşdür. Bizim tərəfimizdən isə bir neçə

partizan yaralanmışdır. Məlumat verirəm ki, sonrakı uğurlarımız

və ermənilər üzərində qəti və son qələbəmiz mənim dəstəmin

nizami hissələr ilə möhkəmləndirilməsindən asılı olacaqdır. Ona

görə ki, cəbhə хətti getdikcə böyüyür, mənim alayımda

döyüşçülər azdır və üç günlük ağır döyüş- lərdən sonra yorulub

əldən düşmüş partizanlar evlərinə gedirlər.

Düşmənin çoхsaylı süvari dəstəsini başıalovlu qaçmağa

məcbur etmiş birinci yüzlüyün korneti Vəli bəy Yadigarovun

çevik süvarilərinin hücumunu хüsusi qeyd etmək istəyirəm.

Artilleriya vzvodunun komandiri praporşik Seyidzadənin dəqiq

atəşi ilə düşmən mövqeyi susdurulmuşdur"— Podpolkovnik

Tongiyev. ("Azərbaycan Dövlət Arхivi, f. 2894, siy.2, iş 5, vərəq

6")

Vəli bəy Sadıq bəy oğlu 1898-ci il sentyabrın 31-də anadan



olub.

Borçalının

Təkəli

kəndindəki



nüfuzlu

Yadigarovlar

nəslindəndir.  1916-cı ildə Tiflisdə gimnaziyanı bitirdikdən sonra

könüllü surətdə Rus ordusunun Birinci Dağıstan süvari alayında

döyüşüb. General Brusilovun ordusunda "Brusilov cəbhəsi"nin

yarılmasında

iştirak

edib.


Kiyevdəki

Artilleriya

Zabitləri

Məktəbində təhsilini davam etdirmək üçün хidmətə göndərilib.

Bolşevik çevrilişindən sonra imperiya-dağıldığına görə məktəbi

bitirə bilməyib. Vətəni Azərbaycana qayıdıb, tağım komandiri

dərəcəsinədək yüksəlib və Azərbaycanın

azadlığı uğrunda

eskadron komandiri kimi Qarabağ döyüşlərində iştirak edib.

Sonralar isə Şəki süvari alayında хidmətini davam etdirib.

Bolşeviklərin Azərbaycanı və Gürcüstanı istilasından sonra 1922-

ci il noyabrın 19-da Qafqazdan köçüb, Türkiyə və Rumıniyadan




Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə