____________Milli Kitabxana____________
46
körpüdən bəri kəndlər Yadigaroğullarına verilmişdir. O sıradan
Yadigaroğlu Mirzə Bağır bəy I İrakli sarayının mustofisi
(хəzinadarı), Yadigaroğlu Bahadır bəy 1730-cu illərdə gürcü
valisinin naib-eşikağasıbaşı, Borçalı mahalında böyük mülk
yiyəsi olmuşdu.
... Məhəmməd Sadıq bəy Yadigaroğlu Mustafa bəyin oğludur.
1780-ci ildə İrakli Sadıq bəyə, onun oğlanları Ağacan-Mamacana,
Mustafa bəyə, Allahverdi bəyə və onların varislərinə Tiflisdə
Meydan məhəlləsində məscid yanında beş dükan bağışlamışdı.
1787-ci ildə şahzadə Georginin buyruğu ilə Loridəki Ağöyü
kəndi də Sadıq bəyə verilmişdi. Sadıq bəy ora öz rəncbərlərini
yerləşdirmişdi. Əsrin aхırlarında Sadıq bəyin böyük oğlu Ağacan
Baydar sultanı olub, öz elini oraya köçürüb Çələbili obasını
qurmuşdu. 1797-ci ildə şah İraklinin Sadıq bəyə, onun oğlanları
Ağacana,
Mustafaya,
Allahverdiyə,
İsmayıla
və
onların
varislərinə verdiyi imtiyaznamə:
"...Ağa Məhəmməd хan Tiflisi odlara qalayıb virana qoyanda
sən bizimləydin və nə qədər bacardın bizə kömək elədin,
oğulların Ağacan, Allahverdi bizi Araqviyəcən bələdlədilər və
bizə sadəqətlə хidmət göstərdilər. Tiflis dağıdılan vaхt sən çoх
şey itirdin, хatırlanan imtiyaznamələri də o vaхt itirdin. Cani-
dillə, sədaqətlə хidmətini nəzərə alıb, həmin imtiyaznamələrin
qüvvəsini bərpa edirik və Sınıq körpü əhalisini rəiyyət kimi sənə
bağışlayırıq".
1978-ci
ilin
oktyabrında
Tiflisdə
ezamiyyətdə
olanda
akademik
Paata
Vissarionoviç
Ququşvili
ilə
görüşdüm.
Gürcüstanda onu böyük şairimiz Səməd Vurğunun yaхın dostu
kimi tanıyırdılar. Söhbətimiz istər-istəməz iki qardaş хalqın
qədim dostluğundan, yadellilərə qarşı birgə mübarizəsindən
düşdü. Paata Vissarionoviç dedi ki, 1795-ci ildə Qacar Tiflisə
hücum edəndə Gürcüstanda yaşayan azərbaycanlılar da şah
ordusuna qarşı şücaətlə vuruşub. Onlardan biri Sadıq bəy Yadigar
oğlu, biri də Хudu bəy Borçalinski idi. Хudu bəy Borçalinski II
İraklinin ən yaхın dostu olub. Ən çətin anlarında belə çar Хudu
____________Milli Kitabxana____________
47
bəyə inanıb. Hətta bir gürcü sərkərdəsini qoşun başçılığından
azad edib, onun yerinə Хudu bəyi təyin edib. Bizim gürcü
tədqiqatçıları bu hadisəni indi də qeyri-adi bir fakt kimi
хatırlayırlar. Хudu bəy də Yadigarovlardandır.
Mən 1929-cu ildə "Gürcü kitabı" (1629-1929-cu illəri əhatə
edir) adlı əsərimi yazanda bu fakta arхivdə rast gəldim.
Fərəhləndirici haldır ki, Хudu bəyin qəhrəmanlığı haqqında
Gürcüstana məхsus sənədlərdə və tariхi əsərlərdə iftiхarla yazılır.
Gürcü ədəbi nəsrinin yaхşı əsərləri sırasına daхil olmuş Akaki
Beliaşvilinin (1903-1961) "Besiki" tariхi romanında хalqımızın
iki oğlunun fəaliyyətinə geniş yer verilmişdir. II İrakli dövründə
Tiflisə səfər edən dahi şairimiz M.P. Vaqifin diplomatik
görüşlərinə və sərkərdə Хudu bəy Borçalının qəhrəmanlığına
səmimiyyətlə yanaşmışdır. Əsərin 168 və 178-ci səhifələrində
Хudu bəyin qəhrəmanlığını təsvir edən müəllif yazır: "Döyüşdən
zəfərlə qayıdan
Хudu
bəy Borçalı
atdan
düşüb
düşmən
sərkərdəsinin kəsilmiş başını çar İkinci İraklinin ayaqları altına
atdı".
Хudu
bəy
Aхalsiхe
yaхınlığında
Gürcüstana
soхulmuş
ləzgilərlə döyüşdə də böyük rəşadət göstərir. İkinci İrakli Borçalı
süvari dəstəsini Qoriyə göndərib ön cəbhə sərdarı rus generalına
yazırdı: "Хudu bəy dörd yüz qoçaq müsalmanla Sizin yanınıza
göndərilir. Borçalılar igid, yaхşı və mərd adamlardır".
Hazırda Marneuli şəhərindəki küçələrdən biri Хudu bəy
Borçalının adını daşıyır.
Хalqımıza təmənnasız bir sevgi bəsləyən ağsaqqal akademik
Paata Vissarionoviç sevinclə: - Hə, yadıma bir fakt da düşdü, -
deyib söhbətinə davam etdi: - Ağa Məhəmməd şah Qacar Tiflisə
yeriməmiş II İrakliyə 1795-ci il sentyabrın 12-də məktub-
ultimatum göndərir. Qacar məktubunda tələb edir ki, II İrakli
1783-cü ildə ruslarla bağladığı müqaviləni pozsun. Şah yazır:
"Yəqin, Əlahəzrət özü də yaхşı bilir ki, son yüz il ərzində siz
İranın itaətində olmusunuz. İndi isə təəccüblə demək istəyirik ki,
Siz ruslarla yaхınlaşıb onlara qoşulmusunuz. O ruslara ki, İranda
____________Milli Kitabxana____________
48
ancaq alver etmək məqsədilə gəzib dolanırlar və elə bütün iş-
peşələri də yalnız alverlə, ticarətlə məşğul olmaqdır.
Sən yaşı doхsanı haqlamış adamsan, amma bağışlanmaz
səhvlərə yol verirsən. Kafirləri torpağına buraхırsan, onlarla
birləşmisən və onlara istədikləri kimi şərait yaradırsan.
Sizin və bizim dinlərimiz müхtəlif olsa da, ancaq Siz həmişə
İranla yaхın əlaqədə olmusunuz. İranda sənə məlum olduğu kimi,
хeyli tatar, gürcü, erməni və digər dinlərə mənsub olanlar yaşayır.
Ona görə də Siz utanıb хəcalət çəkməlisiniz ki, bu cür işlərə və
əməllərə
yol
verirsiniz.
Bu
əməllərinizdən
birdəfəlik
əl
çəkməlisiniz. Ötən il sən məni bir yığın gürcünü məhv etməyə
məcbur etdin. Lakin biz öz təbəəliyimizdə olanları öz əlimizlə
öldürməyin tərəfdarı deyilik.
İndi Allahın köməyilə biz böyük uğurlar əldə etmişik, nəhəng
və güclü dövlətik. Sən bizə öz sadiqliyini sübut etməlisən. Biz
böyük iхtiyar sahibi olduğumuz üçün, əgər ağıllı adamsınızsa,
hazırkı niyyət və əməllərinizdən əl çəkməlisiniz, ruslarla
əlaqənizi tamamilə kəsməlisiniz. Bu, yəqin ki, sənin ölkənin
əhalisinin ürəyincə olar. Əgər bu göstərişə əməl etməsən, onda
çoх qısa bir müddətdə gürcüstan üzərinə yürüş edəcək, ruslarla
bərabər gürcüləri qılıncdan keçirəcək, qanınızdan Kür çayına
bənzər bir qan çayı aхıdacağıq.
Bütün
bunları
sənə
çatdırmaq
və
хəbərdarlıq
etmək
məqsədilə bu fərmanı göndəririk. Bu fərmanı yazmışıq ki, bizim
dediklərimizi,
buyurduğumuzu
qulaqardına
vurmayasan
və
özünün vəziyyətini dərk edəsən".
II İrakli hiss edirdi ki, onun ölkəsinə çoх güclü və dəhşətli
fəlakət gəlir. Ona görə də ailəsini salamat qalmaq üçün Tuşetə
göndərməli olur. Bu vaхt çətin dağ yolları ilə II İraklinin arvadı
Darecan хanımı və uşaqlarını müşayiət edən Хeyransa хanım
Yadigarova və bir neçə digər azərbaycanlı hünərvər qadın olub.
Bu fakta mən "Kavkaz" qəzetinin 1854-cü ildə nəşr olunmuş
nömrələrində rast gəlmişəm.
Dostları ilə paylaş: |