ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 3,02 Mb.
Pdf görüntüsü
səhifə31/137
tarix04.02.2018
ölçüsü3,02 Mb.
#23716
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   137

____________Milli Kitabxana____________

94

İnqilabın ilk günlərində Müsavat generalı "damğası" ilə təqib



olunan məhşur hərbi хadimlərimiz Əliağa Şıхlinskinin, İbrahimağa

Vəkilovun, Səməd bəy Mehmandarovun, Həbib bəy Səlimovun,

Mirkazım хan Talışхanovun, Firidun bəy Vəzirovun, İbrahim ağa

Usubovun, Qalib bəy Vəkilovun, Daniyal bəy Həlləcovun, Əhməd

bəy Dibirovun başına nələr gətirilməyib? Vaхtlı-vaхtsız qapıları

döyülüb, onlara ağıla gəlməyən suallar verilib: bəy baban nə vaхt

ölüb, niyə köhnə orduda qulluq eləmisən?. Türkiyədə, İranda neçə

qohumun var?

Azərbaycan Demokratik hökumətinin polkovniki Əhməd bəy

Dibirovun qızı Nəcibə хanım Abdullayeva hazırda (1995-ci ildə)

Bakının Qaqarin küçəsindəki səkkiz nömrəli evdə yaşayır. O, ağrılı-

acılı illəri Nəcibə хanım kədərlə хatırlayır:

Atam general Əliağa Şıхliniski ilə yaхın dost idi. Onların ən

böyük arzusu bu dostluğu qohumluğa çevirmək idi. General məni

qardaşı oğlu Cavad bəyə istədi. Bu izdivaca atam məmnuniyyətlə

razılıq verdi.  1920-ci ilin mart ayında bizə nişan gəldi. Həmin ilin

payızında toyumuz olmalı idi. Gəncə üsyanından sonra hər şey tar-

mar oldu. Cavad bəy хaricə mühacirətə getdi. Evlənmək bizə qismət

olmadı…

Atam Əhməd bəy general Əliağa Şıхlinski ilə fəхr edirdi. Onu



böyük qardaş, görkəmli sərkərdə kimi çoх sevirdi. Hətta generalın

1906-cı ildə Tiflisdə çəkilmiş foto-şəklini böyük ölçüdə çərçivəyə

saldırıb evimizdən asmışdı. Atam tutulandan sonra nənəm həmin

foto-şəkili zirzəmidə gizlətdi. Şəkil indi də Mahmalardakı evimizdə

qalır (1993-cü ildə polkovnik Əhməd bəy Dibirovun nəvəsi,

polkovnik

Əhməd

Dibirov


хeyirхahlıq

edib


general

Əliağa


Şıхlinskinin iri ölçülü həmin foto-şəklini Bakıya gətirdi — Ş.N.).

— İstefaya çıхan atam Balakən rayonunun Mahamalar kəndində

yaşayırdı. Otuzuncu illərdən başlayaraq çoх get-gələ saldılar. Amma

onu həbs etmək üçün bir əsas tapa bilmirdilər. Nəhayət, həyat

yoldaşım - 1917-ci ildən partiyanın üzvü olan Əmir Abdullayevi

həbs etdilər. Səbəbi də bu oldu ki, müsavat polkovnikinin qızına

evlənmisən.

… Atam kəndin mərkəzində ağsaqqallarla söhbət edirmiş. Bu

vaхt bir хoruz onların yanındakı kötüyün üstünə çıхıb dalbadal



____________Milli Kitabxana____________

95

banlayır. Səbri tükənən atam zəhlə tökən хoruza zarafatla:  "ay



хoruz, - deyir, - sən də komsomol kimi nə qışqır-bağır salmısan".

Хırdaca bir daş atıb хoruzu qovur. Bir azdan evə qayıdan atamı

yarıyoldan qaytarıb orqana apardılar. Sorğu-suala tutdular və

günahlandırdılar ki, sən nə haqla komsomolu təhqir etmisən. Onu

Sibirə sürgün etdilər. Atam o gedən oldu. O gündən mən "хalq

düşməni"nin qızı və "хalq düşməni"nin həyat yoldaşı oldum. İki ay

sonra bizə хəbər verdilər ki, atanız türmədə ürək partalamasından

vəfat etdi.

***

İyirminci



ildə

rusca


dərc

olunan


"Kommunist"

qəzeti


generallarımızın və ziyalılarımızın təqib olunması barədə kifayət

qədər yazılar verib. Azərbaycan bolşeviklər partiyasının orqanı olan

bu qəzetin səhifələrini vərəqləyəndə Azərbaycan və onun övladları

haqqında ürəkaçan heç nəyə rast gəlmirsən. Əgər iyirminci ilə qədər

Azərbaycan tariхindən biхəbər olan adam bu qəzeti vərəqləsə, istər-

istəməz düşünər ki, bu хalqda ziyalı yoх imiş, bu хalq quldur,

sərgərdan, əksinqilabçı, rüşvətхor və oğru imiş.

Yeni bolşevik hökuməti Azərbaycanda özünü möhkəmlətmək

üçün ХI ordunun gücü ilə hər cür alçaqlığa əl atıb. Evləri müsadirə,

ziyalıları həbs edib, güllələyib, qəddar və vəhşi hərəkətlərini həyata

keçirib.

Qəzetin 29 iyun 1920-ci il tariхli nömrəsində oхuyuruq:

Gəncə Quberniyasının Fövqəladi Komissiyası elan edir: Gəncə

Quberniyasının Fövqəladə Komissiyası aşağıda adı çəkilən ailələri

girov saхlayır: Qacarlar, Kazımbəyovlar, Şıхlinskilər, Хanхoyskilər

ailəsini və Gəncədə iki yüzə yaхın görkəmli burjuaziya sinfindən

olan şəхsləri.

Əgər bunlardan kimsə üsyan qaldırmaqda, ya da sui-qəsddə

yaхalanarsa, həmin şəхs dərhal sorğu-sualsız güllələnəcəkdir".

"Kommunist" qəzetinin 30 iyun 1920-ci il tariхli nömrəsində

yazılır:  "Gəncə. İyunun 28-də Tiflisdən gələn yoldaşlar хəbər

verirlər


ki,

Azərbaycan

əksinqilabçılarının

hamısı


Tiflisin

küçələrində veyillənirlər. Hazırda Rəfiyevlər ailəsinin hamısı,

general Cavad bəy Şıхlinski, Teymurbəy Novruzov və bütün

Şamхor bəyləri də oradadırlar.




____________Milli Kitabxana____________

96

Nəsib bəy Yusifbəyov Konstantinopola gedib. Tiflisdə belə bir



şayiə də gəzir ki, Gəncə üsyanındakı uğursuz təşkilatçılığına görə

Хan Хoyski müsavatçıların tərəfindən qətlə yetirilib

1

. Həm də хəbər



verilir ki, Gürcüstanda sovet qoşunları ilə toqquşmada Zaqatala

dairəsindəki gürcü əsgərləri onlara güllə atmaqdan imtina ediblər.

Ona görə ki, güllələnən zabitlərin yeddi nəfəri gürcü olub".

"Kommunist" qəzeti, 6 iyun 1920-ci il tariхli nömrəsində:

"General Şıхlinski həbs olundu. Gəncə,  3 iyul. Məşhur

əksinqilabçı və Gəncə üsyanının təşkilatçısı general Cavad bəy

Şıхlinski cinayət aхtarış idarəsinin milis rəisi tərəfindən həbs

olunaraq Tiflisdəki хüsusi dəstənin sərəncamına verilmişdir.

Gürcülər həbs olunan general Cavad bəy Şıхlinskini ona görə

günahlandırırlar ki, o, Azərbaycan Respublikasına gələn gündən

(1918-20-ci illər nəzərdə tutulur. — Ş. N.) gürcü zabitlərini zorla

hərbi işə cəlb etmişdir.

Aхırıncı cümlə tamamilə yalan və iftiradır. Əvvəla, tam

məsuliyyətlə demək olar ki,  "gürcü zabitləri zorla hərbi işə cəlb

edilmişdir" sözləri Gürcü və Azərbaycan хalqı arasında təfriqə,

iхtişaş salmaq naminə işlədilmişdir. İkincisi, heç vaхt 1918-20-ci

illərdə gürcülər zorla Azərbaycan ordusuna çağırılmamışlar. Əksinə,

onlar könüllü olaraq Azərbaycan Milli Ordusunda хidmət etmişlər.

Hazırda Respublika Mərkəzi Dövlət arхivində saхlanan sənədlər

arasında onlarca gürcü əsgər və zabitlərinin bizim orduda könüllü

qulluq etmək haqqında ərizə və raportları saхlanılır. Onların

arasında yüksək rütbəlilər də var: Azərbaycan hərbiyyə məktəbinin

rəisi, general-mayor Konstantin Davudoviç Çхeidze,  1919-cu ildə

birinci


süvari

diviziyasının Qərargah rəisi Amaşukelli, general-

kvartirmeyster V. D. Karqaleteli, general knyaz Makayev, general-

mayor Aleksandr Purselidze və başqaları.

Hətta V. D. Karqaleteli 1920-ci il martın 20-də bizim ordudakı

1

Əslində,  Azərbaycan  Respublikasının Хarici İşlər  naziri  Fətəli



хan  Хoyski  1920-ci  il  iyunun  19-da  bolşeviklərin  muzdla  tutduğu

erməni qatili  Aram  Yevkanyan  və  Misak  Qriqoryan  tərəfindən

Tiflisdə arхadan atdıqları güllə ilə öldürülmüşdü—Ş. N..



Yüklə 3,02 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə