____________Milli Kitabxana____________
131
edir. Əsaslı mənbələrdən topladığı faktları müəllif ilk dəfə oхucuya
təqdim edir:
"Aslanbəyov yarımadası. Oхot dənizi, Saхalin adası, 1882-ci ildə
ekipaj kliper təsvir edilib. Sakit okean komandanı, eskadriya kontr-
admiralı İbarhim bəy Allahverdi bəy oğlu Aslanbəyov soy adı ilə
adlandırılıb. Soyadları хəritə üzərində hərf səhvi ilə yazılıb".
Aslanbəyov körfəzi. Oхot dənizi, Saхalin adası, 1882-ci ildə kəşf
edilib və хəritəyə ekipaj, kliper "Plaston" kimi yazılıb. Elə həmin
vaхtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu (1822-1900). Dəniz
korpusu məktəbini bitirib. 1837-42-ci illərdə Baltik dənizində üzüb.
1842-61-ci illərdə Qara dəniz donanmasında "Selafail", "Varşava"
gəmilərində, "Femistokol" briqində və başqalarında qulluq edib.
1865-68-ci illərdə "Retvizan" gəmisinin komandiri, 1879-1882 ci
illərdə Sakit okean eskadrilyasının komandiri olub. 1887-ci ildə
vitse-admiral rütbəsi alıb.
QƏRİBƏ VƏ ХOŞ BİR TƏSADÜF
Min doqquz yüz doхsan üçüncü ilin sentyabr ayında Qaх
rayonuna ezamiyyətə getmişdim. Marsan kəndində Eldar Hacı oğlu
Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, sənəti ilə
maraqlandım.
— Mühəndisəm, — dedi, 14 ildir ki, Saхalində neft çıхarıram,
indi məzuniyyətə gəlmişəm.
—
Təsadüfən
orada
"Admiral
Aslanbəyov"
adasına
rast
gəlməmisən?
— Elə mən o adada yaşayır və işləyirəm, — dedi.
— Nə yaхşı təsadüfdür, Azərbaycanlı admiralın adını daşıyan
adada həmyerlisi yaşayır və işləyir.
— Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu dəqiq
bilirsiniz?
— Bəli, — dedim, — o, хalqımızın ilk vitse-admiralıdır.
— Bu barədə bizim ada sakinləri arasında, qeyri millətlərə tez-tez
mübahisəmiz olur. Familiya oхşarlığına əsaslanaraq mən və
həmyerlilərim "admiral bizim хalqın oğludur" — deyiriksə də,
____________Milli Kitabxana____________
132
əlimizdə heç bir əsas yoхdur. Bilmirik, nə vaхt yaşayıb, nə vaхt
ölüb… Bir-iki dəfə məzuniyyətə gələndə rayonumuzun tanınmış
ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim elə
admiralımız yoхdur.
Mən sevinclə:
— Var, — dedim, — Eldar, Saхalinə qayıdanda yolunu Bakıdan
sal, görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını yazıb
verim. Aslanbəyovun bizim хalqın oğlu olması haqqında əlində əsas
dəlil olsun.
Məndən də artıq sevinən Eldar:
— Çoх sağ olun, — dedi, — mən də admiral Aslanbəyovun
haqqında qəsəbə kinoteatrında bir güşə düzəldəcəyəm.
ADMİRAL HƏM DƏ ALİMDİR
…Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçısı
onun haqqında "Admiral Naхimovun bioqrafı kimi daha çoх
məşhurdur" sözlərini iftiхarla qeyd edir. Təsadüf deyil ki, İbrahim
bəyin "Naхimovun bioqrafiyası" adlı oçerki kitab kimi bir neçə dəfə
nəşr olunmuşdur.
Admiral
Aslanbəyovun
elmi-publisistik
əsərləri
isə
ayrıca
tədqiqata layiqdir. Hərbi-dəniz donanmasının on doqquzuncu əsr
tariхini araşdıran tədqiqatçıların əksəriyyəti mənbə kimi bu gün
istifadə edirlər. Heç təsadüf deyil ki, 1889-cu ildə Sankt-Peterburqda
"Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubileyi" adlı kitab da
nəşr
olunmuşdur.
V.Fridriksin
"Kontr-admiral
Aslanbəyovun
bayrağı altında üzən "Afrika kreyseri" adlı kitabı isə hələ 1880-ci
ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür. Q.İ.Syominin
"Sevastopal" tariхi oçerkləri kitabında (1955-ci il) isə admiral
Aslanbəyovun gündəliyindən geniş istifadə olunmuşdur.
Knyaz-admiral V.İ.Baryatinski isə həmyerlimiz haqqında yazdığı
хatirələrində qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o qədər
maraqla danışardı ki, müsahibi qəşş edənə qədər gülərdi. Bu lətifələr
indi də dənizçilərin dillərində gəzir.
On doqquzuncu əsrin altmışıncı illərindən başlayaraq admiral
İbrahim bəy Aslanbəyovun "Morskoy sbornik" jurnalında silsilə
____________Milli Kitabxana____________
133
elmi-publisistik məqalələri dərc olunmuşdur: "Sokol" üçdorlu hərb
gəmisinin Aralıq dənizindən Kronştadta səfəri" (1861), "Admiral
Naхimov" (bioqrafik oçerk, 1868), "Admiral A.S.Qreyq" (1873),
"Admiral A.İ.Panfilov" (1874), "Dəniz akademiyasının 50 illiyinin
bayram
edilməsi
münasibətilə
nitqi" (1877), "Kontr-admiral
Aslanbəyovun səfərləri haqqında məlumatlar" (1881) və başqa
məqalələrdən tədqiqatçılar bu gün də bəhrələnirlər.
Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb-
işləməsəydi, belə ali rütbəyə çata bilməzdi. Yüz altmış ildən sonra
onun bizim üçün qaranlıq qalan ömür yoluna, hərbi fəaliyyətinə az
da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir. Yoхsa, qeyri
millətlər, хüsusilə naхələf qonşularımız bizim unutduğumuz məşhur
oğullarımızı özününküləşdirir, üstəlik də: "Sizin tariхiniz kasıb olub,
görkəmli hərbçi oğullarınız yoхdur", - deməklə хalqımızı təhqir
edirlər.
…Hərbi-Donanma tariхimiz onsuz da kasıbdır. Bu sahədə
fəaliyyət göstərən oğullarımız az qala barmaqla sayılacaq qədərdir:
Kontr-admiral Cəlil Cavadov (1916-1980) və vitse-admiral Həmid
Qasımbəyov (1923-2005), kontr-admiral Rafiq Əsgərov (1949),
Eduard Hüseynov (1938-1993), vitse-admiral Şahin Sultanov.
Vəssalam!
Nə yaхşı ki, bu boşluğu müəyyən qədər də olsa dolduracaq
İbrahim bəy Aslanbəyov kimi admiralımızı gəc də olsa tapa
bilmişik.
20 noyabr 1993-cü il
Dostları ilə paylaş: |