aşağı düşür və Sizif onu yenidən qaldırmalıdır.
Yunanların iman etdiklərinə görə «Tantalın əzabları» və
«Sizifin zəhməti» əbədi davam edəcək.
Bir nəfər cəhənnəmin kilsə xadimlərinin və yaşlı
adamlarının uydurması olduğunu təkrarlamağı xoşlayırdı.
İkinci Dünya müharibəsi zamanı o, həbs düşərgəsinə
düşdü və almanların sağ insanları krematorilərdə
yandırdıqlarını görüb dedi: «Cəhənnəmin mövcudluğuna
artıq inanıram, çünki insan bədənində olan iblislərin bu
şər işlərinə görə başqa cəza ola bilməz».
Mərhəmət və xeyirxahlığın təcəssümü olan İsa çox
vaxt cəhənnəm barədə xəbərdarlıq edərək, onu
«cəhənnəm odu» (Mat 5, 22), «odlu soba» (Mat 13, 42),
«əbədi əzab» (Mat 25, 46), «gəmirən qurdun (vicdan
əzabının) ölmədiyi» (Мark 9, 46) və «ağlaşma və diş
qıcırtısı» (Mat 13, 42) olan yer adlandırırdı. Günahlarını
tövbə etməyən günahkarlar hökm sözlərini eşidirlər: «Ey
lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun
mələklərinə hazırlanmış olan əbədi oda yollanın» (Mat
25, 41). «Ölüm günahında vəfat edən insanların canları
ölümdən dərhal sonra cəhənnəmə enir və burada
cəhənnəm əzablarına, “əbədi alova” məruz qalır. Əsas
cəhənnəm əzabı Allahla əbədi ayrılıqdan ibarətdir,
halbuki insan həyat və xoşbəxtliyə yalnız Onda sahib ola
bilər; insan həyat və xoşbəxtlik üçün yaranıb və bunlara
can atır» (KKK 1035).
Rəbb tərəfindən rədd olunma ən qorxunc cəzadır.
Müqəddəs İohann Xrizostom deyir ki, Allahı görə
bilməmək və Onunla birgə ola bilməməyə görə əzab o
~ 72 ~
72
qədər dəhşətlidir ki, məhkum olunanlara başqa
cəhənnəm əzabını çəkmək bundan daha asandır. Yer
üzündə yaşayan insan hər şey barədə öz duyğu
dərrakəsinə uyğun mühakimə yürüdür, düşüncələrində
çox vaxt dünyəvi məsələlərlə məşğul olur və Allahın
böyüklüyünü, gözəlliyini dərk etmir. Lakin əbədiyyətə
keçəndə bütün dünyəvi işlər mənasız olacaq və həqiqət
tam aydınlıqla onun qarşısında dayanacaq. İnsan ruhu
Rəbdə kamil xeyirxahlığı görür və var qüvvəsi ilə Ona
can atır. Lakin nə qədər çox Ona tərəf can atırsa, o qədər
də çox əzab çəkir, çünki Ona çata bilmir. Bu səbəblə
onda özünə, məhkum olunanlara, mövcud olan hər şeyə
və Rəbb Allaha qarşı nifrət yaranır, bu nifrət son dərəcə
ifrat məyusluğa və hiddətli qəzəbə çevrilir.
Növbəti əzab - duyulan iztirablardır. Məhkum
olunanlara duyulan əzablar verən bu sirli və fövqəltəbii
alov yer üzündə yaşayanlar üçün ağlasığmazdır. Öz
gücünə görə o, yer üzündə olan alovla müqayisə edilə
bilməz. Hər bir insani bacarıq və hiss yer üzündəki həyat
ərzində etdiyi günahların qüvvəsi və sayına uyğun olaraq
əzab çəkəcək.
Cəhənnəm barədə vəz eşidən bir zabit ibadətdən
sonra keşişə yaxınlaşıb gülmək üçün dedi: «Sən bir şeyi
deməyi unutdun! Cəhənnəm odunda bişirəcəklər, yoxsa
qızardacaqlar?» Keşiş onun gözlərinin içinə baxıb ciddi
səslə dedi: «Orada olanda görəcəksən». Zabit diksinib
kənara çəkildi. Bir neçə il sonra onlar yenidən
görüşdülər. Zabit keşişə yaxınlaşıb dedi: «On il sözlərini
yadıma salırdım və cəhənnəmin olmadığına inanmağa
çalışırdım, lakin dözə bilmədim, tövbə etdim,
~ 73 ~
73
günahlarımı etiraf etdim və indi məsihçi kimi
yaşayıram».
Daha bir əzab - azadlıq, təsəlli və istirahətə ümid
etmədən əbədi iztirab çəkməkdir. Məhkum olunanların
şüurunda daim iki dəhşətli söz olacaq – «heç vaxt» və
«həmişə»: «Heç vaxt Allahı görməyəcəyəm, heç vaxt
əzablar bitməyəcək, hətta kiçik bir ümid heç vaxt
olmayacaq. Həmişə vicdan əzabı, həmişə məyusluq,
həmişə özünə və hər şeyə nifrət olacaq, bunların
hamısına da təqsirkar mənəm».
1917-ci ildə Portuqaliyanın Fatima kəndində üç uşağa
dəfələrlə Müqəddəs Bakirə Məryəm göründü. Bir dəfə O,
uşaqlara cəhənnəmi göstərdi. Uşaqlar danışırdılar:
«Qarşımızda torpağın dərinliyində yerləşən alovlu dənizi,
içində isə qara və yanmış, qəddar və yırtıcı heyvanları,
həmçinin insan formasında olan qızmar və işıq saçan
kömürə bənzəyən insan ruhlarını gördük. Böyük yanğın
zamanı görünən qığılcımlar kimi onlar havada lələk kimi
fırlanaraq yerə düşürdülər. Bunlarla bərabər insanı
titrədən bərk fəryad səsləri, ağrı və məyusluq iniltiləri
eşidilirdi». Qorxuya düşmüş uşaqlar buna baxa
bilmirdilər və Məryəmə tərəf baxdılar. Məryəm qüssə ilə
dedi: «Siz cəhənnəmi gördünüz, bədbəxt günahkarların
ruhları buraya düşür. Onları xilas etmək üçün Allah
Mənim Günahsız Ürəyimə baxaraq, tövbəyə çağırır».
Qiyamət Günü və məxluqların yeniləşməsi
barədə
Ölülərin dirilməsindən sonra son məhkəmə olacaq.
~ 74 ~
74
«Məhz Həqiqət olan Məsihin qarşısında hər bir insanın
Allaha münasibəti barədə həqiqət aşkar olacaq. Qiyamət
Günü hər bir insanın yer üzündəki həyatı ərzində etdiyi
yaxud etmədiyi xeyirxah işi aşkar edəcək və hətta
bunların ifrat nəticələrini də göstərəcək» (KKK 1039).
«Qiyamət Günü Məsih izzətlə qayıdan vaxt olacaq» (KKK
1040).İsa bu barədə belə deyir: «Günəşdə, ayda və
ulduzlarda əlamətlər görünəcək. Yer üzündə dənizin və
dalğaların gurultusundan millətlər çaşqınlıq içində qalıb
əzab çəkəcək. İnsanlar qorxudan və dünya üzərinə gələn
fəlakətləri gözləməkdən huşunu itirəcək, çünki səma
cisimləri lərzəyə gələcək» (Luka 21, 25-26; Мark 13, 24
25). «Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn
zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun
önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir
çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına,
keçiləri isə soluna qoyacaq. O zaman Padşah
sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua
verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün
hazırlanmış olan Səltənəti irs alın. Çünki ac idim, Mənə
yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib
idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz;
xəstə idim, Mənə baş çəkdiniz; zindanda idim, yanıma
gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya
Rəbb, biz Səni nə vaxt ac görüb yedirdik və ya susamış
görüb su verdik?Nə vaxt Səni qərib görüb qəbul etdik və
ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya
zindanda görüb yanına gəldik?” Padşah da cavab verib
onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik
qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. O
zaman solundakılara deyəcək: “Ey lə’nətə gəlmişlər,
~ 75 ~
75
Dostları ilə paylaş: |