görə, həmçinin həyatımın bütün günahlarına görə
bütün ürəyimlə kədərlənirəm. Allahın lütfünün
köməyi ilə daha günah etməmək istəyirəm və
buna ümid edirəm; xahiş edirəm, ata, mənə
nəsihət və xilasedici cəza ver.
Keşiş cəza təyin edir və günahları buraxır. O, əlini
tövbə edənin başı üstündə tutub deyir: «Ata, Oğul və
Müqəddəs Ruhun Adı ilə səni günahlarından azad
edirəm. Amin».
Keşiş azad edən duanı oxuduğu vaxt tövbə hissləri ilə
Rəbbə müraciət et:
Rəbb, günah etdiyim üçün peşmanam, islah
olmaq və günahlarımın bağışlanmasını istəyirəm,
Rəbb, mən günahkara qarşı mərhəmətli ol. Rəbb
İsa Məsih, mən günahkarı bağışla.
5. TÖVBƏDƏN SONRAKI DUA
Xilaskarım, Allahım, Öz böyük mərhəmətinə görə
günahlarımı bağışladığın üçün Sənə minnətdaram. Ey
Allah, daha heç vaxt əmrlərini pozmamaqda mənə
kömək et. Rəbb, böyük mərhəmətinin əvəzinə Sənə nə
verə bilərəm? Məhəbbətinə görə necə minnətdarlıq edə
bilərəm? Günahdan başqa məndə bir şey yoxdur, amma,
ey çox mərhəmətli və insansevər olan Allah, layiq
olmadığım halda mənim yanıma gəl, ürəkdən olan etiraf
və minnətdarlığımı qəbul et və Səndən uzaqlaşmağıma
yol vermə. Amin.
~ 587 ~
587
C. ROZARI
Qədim Romada olduğu kimi orta əsrlərdə də adlı-sanlı
adamlar arasında onlara tabe olanların yaxud hörmət
edənlərin təqdim etdikləri çiçəklərdən toxunmuş tacı
başında gəzdirmək adəti var idi. Kilsə bu adəti ruhani
planda tətbiq etməyi və Məryəm Anaya dualardan
toxunmuş tac – «Rozari» təqdim etməyi, duada Onu
Atanın Qızı, Oğulun Anası və Müqəddəs Ruhun Nişanlısı
kimi izzətləndirməyi bizə nəsihət edir.
Katolik Kilsəsində çox məşhur olan bu dua «Göylərdə
olan Atamız», «Ey Məryəm, sevin», «İzzət Ataya»
dualarının oxunmasından ibarətdir və Rəbbimiz İsa
Məsihin və Allah Anasının yer üzündəki həyatında olan
iyirmi sirr barədə düşüncə ilə müşayiət edilir.
Bütün Rozari dörd hissəyə bölünür:
SEVİNCLİ SİRLƏR:
1. Bakirə Məryəmə verilən Xoş Xəbər.
2. Müqəddəs Elizavetin yanına getmə.
3. İsa Məsihin doğulması.
4.
Məbəddə həsr etmə
.
5. Yeniyetmə İsanın Yerusəlim Məbədində tapılması.
İŞIQ SİRLƏRİ
1. Rəbb İsanın İordan çayında vəftizi.
2. İsanın Qalileya Qanasında etdiyi ilk möcüzə.
3. Allahın Səltənətinin vəzi və Allaha tərəf dönməyə
çağırış.
4. İsa Məsihin surətinin dəyişilməsi.
5. Evxaristiyanın təyin edilməsi.
~ 588 ~
588
KƏDƏRLİ SİRLƏR
1. Getsemani bağında dua
2. İsa Məsihin qamçılanması.
3. Tikanlı tacın qoyulması.
4. Çarmıx yolu.
5. Rəbb İsa Məsihin çarmıxa çəkilməsi.
İZZƏTLİ SİRLƏR
1. Məsihin Dirilməsi.
2. Rəbbin Göylərə yüksəlməsi.
3. Müqəddəs Ruhun enməsi.
4. Müqəddəs Məryəm Ananın göyə çəkilməsi
5. Bakirə Məryəmin səmavi izzət ilə taclanması.
Rozari duasından əvvəl adətən bu dua oxunur:
Rəbb İsa Məsih, Sənə bu Rozarini Adının izzəti
üçün Sənin Müqəddəs Ananın şərəfinə və insan
ruhlarının xilası üçün təqdim edirəm.
Adətən Rozari duası zamanı böyük və kiçik muncuq
dənələrindən ibarət olan təsbeh istifadə olunur. Dua
edənlər əvvəlcə özlərinə xaç işarəsini çəkirlər, sonra
balaca xaçın üzərində «İman edirəm» duasını, birinci
böyük muncuq dənəsində «Ey göylərdə olan Atamız»,
üç kiçik muncuq dənəsində üç dəfə «Salam, mübarək
Məryəm» (iman, ümid və məhəbbətin çoxalması üçün),
sonra ilk sirrini adı çəkilir və böyük muncuq dənəsində
«Ey göylərdə olan Atamız», kiçik muncuq dənəsində
on dəfə «Salam, mübarək Məryəm» və sonda «Ata-
ya, Oğula və Müqəddəs Ruha indi də, həmişə də,
~ 589 ~
589
əbədi olaraq da həmd olsun. Amin.» mədhiyyəsini
söyləyirlər;
Həmçinin bu müraciətnaməni də sonda əlavə etmək
olar:
Əzəldən günahsız olan Məryəm, Sənin yanına
gələn bizlər üçün Allaha dua et.
Yaxud 1917-ci ildə Məryəm Ananın Fatimada uşaqlara
öyrətdiyi duanı söyləmək olar:
Rəbb İsa Məsih, bizim günahlarımızı bağışla,
cəhənnəm alovundan bizi xilas et və bütün
insanları, xüsusilə də, Sənin mərhəmətinə daha
çox ehtiyacı olanları cənnətə apar.
Rozari duasını tam yaxud qismən oxuyandan sonra
adətən Müqəddəs Məryəm Ananya litaniya oxunur.
ROZARI ZAMANI DÜŞÜNCƏLƏR
Ata, Oğul və Müqəddəs Ruhun Adı ilə. Amin.
«İman edirəm» (xaç üstündə)
«Ey göylərdə olan Atamız» (birinci böyük muncuq
dənəsi üzərində)
«Salam, mübarək Məryəm» (növbəti üç kiçik muncuq
dənəsi üzərində)
«Müqəddəs Üçlüyə Həmd» (Ataya, Oğula və
Müqəddəs Ruha indi də, həmişə də, əbədi olaraq da
həmd olsun. Amin)
~ 590 ~
590
SEVİNC SİRLƏRİ
1. Məryəmə Xoş Xəbərin verilməsi: «Mən Rəbbin
quluyam» (Luka 1, 38).
Sirrin bəhrəsi – təvazökarlıq.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
2. Bakirə Məryəmin Elizavetə baş çəkməsi:
«Qəlbim Rəbbi ucaldır...» (Luka 1, 46).
Sirrin bəhrəsi – yaxınına məhəbbət.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
3. İsa Məsihin doğulması: «Mən sizə bütün xalqı
çox sevindirəcək bir Müjdə gətirmişəm... Xilaskar
doğuldu. Bu, Rəbb Məsihdir» (Luka 2, 10).
Sirrin bəhrəsi – tamahsızlıq ruhu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
4. Həsretmə: «Yusiflə Məryəm Körpəni Rəbbə həsr
etmək üçün Yerusəlimə gətirdilər» (Luka 2, 22).
Sirrin bəhrəsi – saflıq və itaət.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
5. Yeniyetmə İsanın Məbəddə tapılması: «Mən
Atamın evində olmalıyam» (Luka 2, 49).
Sirrin bəhrəsi – Məsihi tapmaq arzusu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
~ 591 ~
591
İŞIQ SİRLƏRİ
1. Rəbb İsanın İordan çayında vəftizi.
«Göylərdən bir səda gəldi: «Bu Mənim sevimli
Oğlumdur, Ondan razıyam» (Mat 3, 17).
Sirrin bəhrəsi – Allahın məhəbbətinə etibar.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
2. İsa Qanadakı toyda ilk möcüzəsini edir.
«Isa... izzətini üzə çıxardı. Şagirdləri də Ona iman etdi»
(Yəh 2, 11).
Sirrin bəhrəsi – yaxınımıza mərhəmət.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
3. Allahın Səltənətinin vəzi və Allaha tərəf
dönməyə çağırış. «Tövbə edin və Müjdəyə inanın»
(Мark 1, 15)
Sirrin bəhrəsi – günahlara görə peşman olmaq.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
4. İsa Məsihin surətinin dəyişilməsi. «Dua
edərkən üzünün görünüşü dəyişdi və libası
gözqamaşdırıcı ağ rəng aldı… Bu Mənim Oğlumdur,
seçilmişimdir, Ona qulaq asın» (Luka 9, 29. 35).
Sirrin bəhrəsi – Müqəddəs Bəxşişlərdə İsaуa səcdə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
5. Evxaristiyanın təyin edilməsi. «Pasxa bayramı
ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına
~ 592 ~
592
gedəcəyi məqamın gəldiyini bilirdi. O, dünyada Özünə
məxsus olanları həmişə sevmişdi və axıra qədər də
sevdi» (Yəh 13, 1).
Sirrin bəhrəsi – Evxaristiyada müntəzəm iştirak.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
KƏDƏR SİRLƏRİ
1. Getsemanidə dua: «Mənim yox, Sənin iradən
olsun» (Luka 22, 42).
Sirrin bəhrəsi – Allahın iradəsinə tabe olma.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
2. Qamçılanma: «Onun yaraları ilə biz şəfa tapdıq»
(Yeş 53, 5).
Sirrin bəhrəsi – cismin ehtiraslarına qalib gəlmək.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
3. Tikanlı tacın qoyulması: «Padşahınız budur»
(Yəh 19, 14).
Sirrin bəhrəsi – təkəbbür qüsuruna qalib gəlmə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
4. Çarmıx yolu: «Kəsilməyə aparılan quzu kimi»
(Yeş 53, 7).
Sirrin bəhrəsi – sınaqlarda səbir.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
~ 593 ~
593
5. İsa Məsihin çarmıxa çəkilməsi: «bədənini
deşdikləri Şəxsə baxacaqlar» (Зək 12, 10; Yəh 19, 37).
Sirrin bəhrəsi – Allaha məhəbbət və insanın xilas
olunması üçün səy göstərmə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
İZZƏT SİRLƏRİ
1. Dirilmə: «Mən dövrün sonuna qədər hər gün
sizinləyəm» (Mat 28, 20).
Sirrin bəhrəsi – ruhani yeniləşmə.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
2. Göylərə yüksəlmə: «Öz Atamın – sizin Atanızın,
Öz Allahımın – sizin Allahınızın yanına qalxıram» (Yəh
20, 17).
Sirrin bəhrəsi – Məsihlə səmalarda olmaq arzusu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
3. Müqəddəs Ruhun enməsi: «gedin, bütün
millətləri Mənim şagirdim edin» (Mat 28, 19).
Sirrin bəhrəsi – həvarilik ruhu.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
4. Məryəm ananın göyə çəkilməsi: «Salam, lütf
ilə dolu olan...» (Luka 1, 28).
Sirrin bəhrəsi – sülh içində dünyadan köçmə
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
~ 594 ~
594
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
5. Bakirə Məryəmin səmavi izzəti ilə
taclanması: Rəbb «qulunun yazıq halını gördü» (Luka
1, 48).
Sirrin bəhrəsi – Məryəm Ananın himayəçiliyinə ümid.
«Ey, göylərdə olan Atamız», 10 «Salam, mübarək
Məryəm», «Müqəddəs Üçlüyə Həmd»
~ 595 ~
595
Mündəricat
Giriş
sözü .............................................................................3
I-ci HİSSƏ: Məsihçilərin imanı
............................................................5
1.
« YERI VƏ GÖYÜ YARADAN, KÜLLI-İXTIYAR ATA
ALLAHA IMAN
EDIRƏM» .............................................10
II.
«VƏ ONUN VAHİD OĞLU, RƏBBİMİZ İSA
MƏSİHƏ»...34
III. «O, MÜQƏDDƏS RUHLA DÖLLƏNMİŞ BAKIRƏ
MƏRYƏMDƏN
DOĞULDU» ....................................36
IV. «PONTİ PİLATIN DÖVRÜNDƏ ƏZAB ÇƏKDİ,
ÇARMIXA ÇƏKİLDİ, ÖLDÜ VƏ QƏBİRƏ
QOYULDU» ................39
V.
«ÖLÜLƏR ALƏMİNƏ ENDİ, ÜÇÜNCÜ GÜN ÖLÜLƏR
ARASINDAN
DİRİLDİ» .........................................41
VI. «GÖYLƏRƏ QALXDI VƏ HƏR ŞEYƏ QADİR ATA
ALLAHIN SAĞ TƏRƏFİNDƏ
OTURDU» ....................43
VII. «ORADAN DİRİLƏRİ VƏ ÖLÜLƏRİ MÜHAKİMƏ
~ 596 ~
596
ETMƏK ÜÇÜN
GƏLƏCƏK» .....................................44
VIII. « İMAN EDİRƏM MÜQƏDDƏS
RUHA» .....................45
IX
«MÜQƏDDƏS ÜMUMDÜNYA KİLSƏSİNƏ,
MÜQƏDDƏSLƏRİN ÜNSİYYƏTİNƏ İMAN
EDİRƏM» .......46
X.
«GÜNAHLARIN BAĞIŞLANMASINA İMAN
EDİRƏM» ...54
XI VƏ XII. « BƏDƏNİN DİRİLMƏSİNƏ, ƏBƏDİ HƏYATA
İMAN
EDİRƏM» ..................................................55
II-ci HİSSƏ: Məsihçi ayinlərində
(sirrlərində) iştirak
.......................69
A. MƏSİHÇİLİYƏ HƏSRETMƏ
AYİNLƏRİ ...............................74
1. VƏFTİZ ........................................................
74
2.
MIRRO
YAĞI
ILƏ
MƏSHETMƏ ...........................81
3.
~ 597 ~
597
EVXARISTIYA .................................................86
B. ŞƏFA
AYİNLƏRİ .....................................................114
4. TÖVBƏ
AYİNİ ...............................................129
5. XƏSTƏLƏRİN MƏSH EDİLMƏSİ
AYİNİ ..............176
C. İCMAYA XİDMƏT
AYİNLƏR ......................................181
6.
KEŞİŞLİK .....................................................181
7.
NİKAH .........................................................183
III-cü HİSSƏ: Məsihdə Həyat
..........................189
İNSANIN ÇAĞIRIŞI
(TƏYİNATI) ...................................191
A. ALLAHIN ON
ƏMRİ .................................................201
I. MƏNDƏN BAŞQA ALLAHLARIN
OLMASIN .......205
II. ALLAHIN RƏBBİN ADINI BOŞ YERƏ
~ 598 ~
598
DİLİNƏ
GƏTİRMƏ .....................................216
III. BAYRAM GÜNLƏRİNİ YADDA SAXLAYIB
TƏQDİS
ET ................................................220
IV. ATA-ANANA HÖRMƏT
ET ............................225
V. QƏTL
ETMƏ ..............................................235
VI. ZİNA ETMƏ VƏ IX. HEÇ KİMİN HƏYAT
YOLDAŞINA TAMAH
SALMA ........................250
VII. OĞURLUQ ETMƏ VƏ X. HEÇ KİMİN
HEÇ BIR ŞEYİNƏ TAMAH
SALMA .................256
VIII. HEÇ KİMƏ QARŞI YALANDAN
ŞAHİDLİK
ETMƏ .......................................268
B. KİLSƏ
ƏMRLƏRİ .....................................................273
IV-cü HİSSƏ: Məsihçi duası
..............................277
~ 599 ~
599
Duanın
şərtləri ..................................................................284
Duanın
formaları ...............................................................285
Rəbbin duası
barədə ..........................................................287
Mələk salamı
barədə ..........................................................292
ƏLAVƏLƏR
...................................................2
95
A. ƏSAS DUALAR VƏ KATOLIK İMANIN TƏLİMİNİN
İFADƏLƏRI
.................................................................295
B. TÖVBƏ
AYİNİ .........................................................300
C.
ROZARI .................................................................30
8
~ 600 ~
600
Formatı 60x84 1/16,
ofset kağızı,
f.ç.v. 20, ş.ç.v. 18.7
Tirajı 300
Kitab hazir deopozitivlərdən
ofset üsulu ilə çap olunmuşdur.
~ 601 ~
601
Dostları ilə paylaş: |