dirilən bədən qüvvətlidir; əkilən toxum təbii, dirilən
bədən ruhanidir. Təbii bədən varsa, ruhani bədən də
var» (1Kor 15, 42-44).
Təbiətdə insanın dirilməsinə bənzər olan bəzi
hadisələr görürük. Torpağa atılmış buğda ölür, lakin
ondan toxumları ilə gözəl sünbül bitir. Sürfə gözəl
kəpənək olur və güllərin üzərində uçur.
Bir nəfər İsaak Nyutona sual verir: «Bədənin
dirilməsinə inamı elmlə necə uyğunlaşdırmaq olar? Axı
çox vaxt ondan heç nə qalmır?» Böyük alim dəmir
qırıntılarını qumla qarışdırdı və sual verdi: «Qırıntıları
qumdan necə ayırmaq olar?» Maqniti götürdü və quma
salıb bütün dəmir qırıntılarını ayırdı: «Yaradan maqnitə
belə qabiliyyət veribsə, bədənimi bir gün yeni həyata
çağırmasına nə üçün də inanmayım?»
Bencamin Franklin qəbir daşında bu sözləri yazmağı
xahiş etmişdi: «Burada içindən məzmunu çıxarılmış
köhnə kitabın cildi kimi Bencamin Franklinin bədəni dəfn
olunub, lakin kitab məhv olmayıb və yeni, daha yaxşı
halda nəşr olunacaq».
Ölüm və şəxsi məhkəmə
Ölüm yer üzündəki həyat yolunun sonudur, dirilmək
məqsədi ilə ruhun bədəndən ayrılmasıdır. Ölümün bir
neçə mərhələsi var: klinik, bioloji və teoloji. Klinik ölüm
ürək dayananda, beyin və sinir sistemi isə işləyəndə baş
verir. On dəqiqə ərzində ürək iş vəziyyətinə gətirilsə, bu
halda olan insanı həyata qaytarmaq olar. Bioloji ölüm
~ 64 ~
64
beyinin hüceyrələri öləndə və sinir sisteminin fəaliyyət
bacarığı olmayanda baş verir; bundan sonra insanı
həyata qaytarmaq mümkün deyil. Teoloji ölüm ruhun
bədəndən ayrılmasıdır, bu anı müəyyən etmək
qeyri-mümkündür.
Ölüm günahın nəticəsidir. İnsan təbiəti fani olduğuna
baxmayaraq, sınaqdan sonra Allah insana daha kamil və
ölümsüz həyat verməyi planlaşdırırdı. Lakin insan Allahın
əmrini pozaraq xeyir və şəri anladan ağacın
meyvəsindən yedi və ölümü seçdi (mənəvi tarazlığı
pozdu) (Yar 3). «Allah ölümü yaratmadı. ...Günah bir
insan vasitəsilə, ölüm də günah vasitəsilə bu dünyaya
gəldi» (Müd 1, 13; Rom 5, 12).
Ölüm anından əvvəl insan Allahla yaxud Allahsız,
əbədi taleyi barədə qərar qəbul etməlidir, çünki ikinci
dəfə yer üzündəki həyata qayıtmaq qeyri-mümkündür.
Allahın mərhəmətindən istifadə etmək imkanının vaxtı
ölümlə tamamlanır. Məsih könüllü və təvazökar ölümü
ilə ölümə qalib gəldi. Səmavi Ataya tabe olması ölümün
lənətini bərəkətə çevirdi. Rəbb insanı Öz yanına ölüm
vasitəsilə çağırır. Buna görə də bəzi Müqəddəslərin Mə-
sihlə olmaq arzusu aydındır. Həvari Pavlos deyir:
«Arzum buranı tərk edib Məsihlə olmaqdır». Müqəddəs
Tereza Avilalı deyirdi: «Allahı görmək istəyirəm, lakin
Onu görmək üçün ölmək lazımdır», «Mən ölmürəm, mən
həyata daxil oluram».
İndiki zamanda “reinkarnasiya” (ruhun bir bədəndən
digərinə köçməsi barədə) induist imanı daha populyardır,
Məsih əleyhdarının hərəkatı olan «Yeni Əsr» («New Age»)
də bu imanın tərəfdarıdır. Bu imana görə ölü bədəni tərk
edən can o biri insanın yaxud heyvanın doğulan
~ 65 ~
65
bədəninə köçür. İnsan nə qədər kamil olsa, o qədər də
yaxşı bədənlə gələcəkdə təmin ediləcək (tam təmizlənən
naməlum «İlahi» ilə birləşəcək).
Əvvəlcədən qeyd etməliyik ki, hinduizm və «Yeni Era»
Yaradan Allahı tanımayan bütpərəst dinləridir. İnduizm
Krişna (bədəndə gələn Vişnu), Brahma, Şiva kimi
allahlara iman etməyi təklif edir və təcrübəsində Satidən
(dul qadınların özlərini yandırması) istifadə edir, inəklərə,
meymunlara və ilanlara müqəddəs heyvan kimi pərəstiş
edir. «Yeni Era» okkultizmi (gizli, sirli biliklərin əldə
edilməsi), astrologiyanı, panteizmi, spiritizmi və nəhayət,
şeytanpərəstliyi təbliğ edir. Məsuliyyətsiz reinkarnasiya
nəzəriyyəsinə iman etmək istəyənlər bu düşüncə tərzinin
nəyə gətirib çıxaracağını bilməlidirlər. Hinduizm yaxud
«Yeni Era» təlimi ilə yaşayan insan İsa Məsihi rədd edir,
bununla da özünü Fidiyədən məhrum edir.
Yaradan və kainatın Padşahı Allah sevdiyi övladları
olan insanların canları ilə oyun oynamır. Rəbb Allah
insana tam hörmət edərək yanaşır, hər birini qərar və
hərəkətlərinə görə məsuliyyət daşıya bilən yeganə,
təkrarolunmaz şəxsiyyət kimi bir dəfə və həmişəlik
yaradır. Reinkarnasiyaya iman Allaha imanla yanaşı ola
bilməz. Hər bir məsihçi yaxşı dərk etməlidir ki, yer
üzündəki həyat ölümlə bitir, əbədi həyat isə məhkəmə ilə
başlanır. Həmin məhkəmədə yalnız iki imkan olacaq:
Allahla həyat yaxud rədd olunma. Ölülərin dirilməsinə və
Qiyamət Gününə qədər əraf hələ olacaq.
Hər bir adam iki dəfə mühakimə olunacaq: şəxsi
məhkəmədə və Son məhkəmədə. Ölümdən dərhal sonra
insan ruhunu Allahın şəxsi məhkəməsi gözləyir. Həmin
məhkəmədə onun əbədi taleyi müəyyən ediləcək və o,
~ 66 ~
66
daha dəyişməyəcək. Məsih bu barədə zəngin adam və
yoxsul Lazar haqqında məsəlində (Luka 16, 22) və
dərrakəli quldura günahların bağışlanmasını, əbədi
xoşbəxtlikdə iştirak etməsini vəd edəndə danışır: «Bu
gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan» (Luka 23,
43). Məhkəmədə insan Allahın ona verdiyi həyat,
sağlamlıq, ağıl, yaddaş, hisslər, bacarıqlar kimi təbii
ənamlardan necə və nə üçün istifadə etməyi barədə
Rəbbə hesabat verəcək. Daha sonra insan ruhu Allahın
ona verdiyi Vəftiz lütfü, tövbə, Müqəddəs Evxaristiya,
nikahlar, müqəddəs fikir və ilhamlanmalar kimi
fövqəltəbii ənamların istifadəsi barədə Rəbbə hesabat
verəcək. Sonra insan ruha fikrində, sözündə, əməlində və
borcunu yerinə yetirməməklə etdiyi günahlara görə
Rəbbə cavab verəcək. Yalan, riyakarlıq, qeyri-səmimilik
və insanlar qarşısında oyun oynamaq – bunların hamısı
mənasını itirəcək və Allahın həqiqətində insan ruhu Allah
tərəfindən tanındığı kimi özündəki bütün gizli cəhətləri
tanıyacaq. Özünü həqiqətdə bu cürə dərk etmə
Müqəddəsləri həyəcana gətirirdi və bizlərdən heç kim
bundan qaça bilməz. İnsanın ruhu həmçinin Allahın
hökmünü biləcək və onunla razı olacaq, çünki o özü
barədə həmin hökmü çıxaracaq.
Axırda yalnız iki imkan olacaq – xilas yaxud rədd
olunma. Lakin səmalara gedən yolda insan ruhlarının
əksəriyyəti təmizlənmədən keçməli olacaq.
Səma barədə
«Allahla lütf və dostluqda ölənlər kamil şəkildə təmiz
olurlar, onlar həmişə Məsihlə yaşayırlar. Onlar həmişəlik
~ 67 ~
67
Dostları ilə paylaş: |