IX. «MÜQƏDDƏS ÜMUMDÜNYA KİLSƏSİNƏ,
MÜQƏDDƏSLƏRİN ÜNSİYYƏTİNƏ İMAN
EDİRƏM»
«“Kilsə” sözü “çağırış” mənasını ifadə edir. O, İlahi
xalqı təşkil etmək üçün Allah Kəlamının çağırdığı və
Məsihin Bədənindən qidalanan və Məsihin Bədəni olan
adamların məclisini ifadə edir» (KKK 777).
Məsih dəfələrlə Ona iman edənlərin birliyi barədə
danışır və onu «Allahın Padşahlığı», «Səmavi Padşahlıq»,
«Mənim Kilsəm» adlandırır. O, məsəllərində Kilsəni
yetişib böyük ağac olan xardal toxumu, balıqların
düşdüyü tor, çobanın otardığı qoyun sürüsü, dağın
zirvəsindəki şəhər, xəmiri qaldıran maya ilə müqayisə
edirdi. İsa xüsusilə qeyd edirdi ki, Onun Padşahlığı ruhani
Padşahlıqdır: «Mənim Padşahlığım buradan deyil» (Yəh
18, 36).
Müqəddəs Ruhla ilhamlanan Müqəddəs Peter İsanı Var
olan Allahın Oğlu kimi etiraf etdi, Məsih söz verdi ki,
Peterin etirafı üzərində Öz Kilsəsini yaradacaq, Peterə isə
onun üzərində hakimiyyət verəcək: «Mən sənə deyirəm
ki, sən Petersən və Mən Kilsəmi bu Qayanın üzərində
quracağam. Cəhənnəm qapıları ona qalib gələ
bilməyəcək. Səmavi Padşahlığın açarlarını sənə
verəcəyəm» (Mat 16, 18-19). Sonralar bütün Həvarilərə
müraciət edən İsa dedi: «Yer üzündə bağlayacağınız hər
şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız
hər şey göydə açılmış olacaq» (Mat 18, 18). Beləliklə,
Peterlə birgə olan Həvarilər Məsihin Kilsəsinin təməli və
özəyidir. Əlbəttə, Peter heç vaxt tək olmayacaq,
Həvarilər də çobansız qoyunlar kimi onların birliyini
~ 53 ~
53
təmin edən Petersiz heç vaxt olmayacaqlar. Peter birliyin
rəmzidir. Birlik olan yerdə məhəbbət və həqiqət var,
bununla da Rəbb Öz Kilsəsini düzlüklə təmin etdi, çünki
o, bir olacaq və İsanı əvəz edən Peterin ətrafında
toplanacaq. Diriləndən sonra Məsih vədini yerinə yetirdi.
Peterə Kilsəsini tapşırmazdan əvvəl O, Peterin üç dəfə
Ona məhəbbətini etiraf etməsini tələb etdi: «Ey Yunus
oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya
Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı
otar» (Yəh 21, 16). Rəbb Ona iman edənləri «quzu»
adlandırırdı.
Məsih Həvarilərə Peterlə bir olmağı tapşırdı: «Gedin,
bütün millətləri öyrədin» (Mat 28, 19). Kilsə Müqəddəs
Ruhun endiyi gündən öz tapşırığını yerinə yetirməyə
başladı. Peterin vəzindən sonra həmin gün üç minə yaxın
insan iman gətirərək vəftiz olundu. Beləliklə, Allahın
Padşahlığına yeni üzvlər daxil olmağa başladı və o,
Fələstinin sərhədlərinin kənarlarında da yayıldı. Həvarilər
Müjdəni vəz edərək bütün dünyaya yayıldılar, iman
edənləri iblisdən və şərdən üz döndərməyə və həmçinin
imanı etiraf etməyə çağırdılar və vəftiz vasitəsilə onları
Kilsəyə qəbul etdilər.
Müqəddəs Peter əvvəlcə Antakyada vəz etdi, sonra isə
Romaya gəldi və burada 25 il ərzində Müjdəni yaydı,
67-ci ildə isə Məsihi vəz etdiyinə görə qətlə yetirildi
(başıaşağı çarmıxa çəkildi). Peter Vatikan dağında dəfn
edildi, 313-cü ildən sonra onun qəbiri üzərində Kilsənin
əsası qoyuldu, XIX əsrdə isə Vatikan dövləti quruldu. Hər
bir növbəti Roma Yepiskopu Roma Papası adlanırdı və
Peterin tapşırığını yerinə yetirirdi.
Ümumdünya Kilsəsinin quruluşunu Məsih Həvarilərin
~ 54 ~
54
yaşadığı dövr üçün deyil, dünyanın sonuna kimi, Özünün
ikinci gəlişinə qədər nəzərə almışdı. Buna görə də
Kilsənin əsas strukturu bu günədək davam edir. Kilsə
Roma Papası (Peterin xələfi) ilə birgə olan Yepiskoplar
(Həvarilərin xələfləri) tərəfindən idarə edilir. Ümumdünya
Kilsəsi Məsihin birlik barədə «onlar da bir olsun» (Yəh 17,
22) əmrini yerinə yetirməyə çalışır, amma buna
baxmayaraq, iyirmi əsr ərzində ondan nəinki insan
qrupları, hətta bütün xalqlar ayrılmışdır.
Həvari Pavlos Kilsəni Məsihin Bədəni adlandırır, burada
Məsih Özü Baş, imanlılar isə üzvlərdir. Məsihlə birgə
olmaq yalnız Onun Kilsəsi ilə birgə olmaq vasitəsilə
mümkündür; Məsihin Kilsəsini tanımayan Məsihi tanımır.
Məsihin təbiəti ikili olduğu kimi Kilsənin təbiəti də ikilidir
– İlahi-bəşəri. «Kilsə eyni zamanda gözə görünən və
ruhanidir; Kilsə həm iyerarxiyalı cəmiyyət, həm də
Məsihin mistik Bədənidir. İkili, İlahi və bəşəri
ünsürdən ibarət olduğuna baxmayaraq, Kilsə
birdir. Bu onun sirridir və bu sirri yalnız imanla
qəbul etmək olar» (KKK 779). Kilsədəki İlahi
elementlər bunlardır: Müqəddəs Ruhun lütfü, müqəddəs
ayinlər, iyerarxiya, Allahın əmrləri. Bu elementlər
müqəddəs və dəyişməzdir. Kilsədəki bəşəri element
kamil və dəyişməz deyil. Buraya günahları və nöqsanları
ilə insanlar, mərasimlər, ənənələr, dini mahiyyət daşıyan
memarlıq, musiqi və s. aiddir.
Kilsənin üç tapşırığı var; o, bunları Yepiskoplar,
keşişlər və dyakonlar vasitəsilə yerinə yetirir. Həmin
tapşırıqlar bunlardır: Allah Kəlamını
vəz etmək
,
müqəddəs ayinləri insanlara öyrədərək onları
təqdis
etmək və
imanla mənəviyyat məsələlərində onları
idarə
~ 55 ~
55
Dostları ilə paylaş: |