Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə


IX.  «MÜQƏDDƏS ÜMUMDÜNYA KİLSƏSİNƏ



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə13/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   9   10   11   12   13   14   15   16   ...   87

IX.  «MÜQƏDDƏS ÜMUMDÜNYA KİLSƏSİNƏ, 
MÜQƏDDƏSLƏRİN ÜNSİYYƏTİNƏ İMAN 
EDİRƏM»
«“Kilsə”   sözü   “çağırış”   mənasını   ifadə   edir.   O,   İlahi
xalqı   təşkil   etmək   üçün   Allah   Kəlamının   çağırdığı   və
Məsihin   Bədənindən   qidalanan   və   Məsihin   Bədəni   olan
adamların məclisini ifadə edir» (KKK 777). 
Məsih   dəfələrlə   Ona   iman   edənlərin   birliyi   barədə
danışır və onu «Allahın Padşahlığı», «Səmavi Padşahlıq»,
«Mənim   Kilsəm»   adlandırır.   O,   məsəllərində   Kilsəni
yetişib   böyük   ağac   olan   xardal   toxumu,   balıqların
düşdüyü   tor,   çobanın   otardığı   qoyun   sürüsü,   dağın
zirvəsindəki   şəhər,   xəmiri   qaldıran   maya   ilə   müqayisə
edirdi. İsa xüsusilə qeyd edirdi ki, Onun Padşahlığı ruhani
Padşahlıqdır:   «Mənim   Padşahlığım   buradan   deyil»   (Yəh
18, 36).
Müqəddəs Ruhla ilhamlanan Müqəddəs Peter İsanı Var
olan   Allahın   Oğlu   kimi   etiraf   etdi,   Məsih   söz   verdi   ki,
Peterin etirafı üzərində Öz Kilsəsini yaradacaq, Peterə isə
onun üzərində hakimiyyət verəcək: «Mən sənə deyirəm
ki,   sən   Petersən   və   Mən   Kilsəmi   bu   Qayanın   üzərində
quracağam.   Cəhənnəm   qapıları   ona   qalib   gələ
bilməyəcək.   Səmavi   Padşahlığın   açarlarını   sənə
verəcəyəm» (Mat 16, 18-19). Sonralar bütün Həvarilərə
müraciət edən İsa dedi: «Yer üzündə bağlayacağınız hər
şey göydə bağlanmış olacaq və yer üzündə açacağınız
hər   şey   göydə   açılmış   olacaq»   (Mat   18,   18).   Beləliklə,
Peterlə birgə olan Həvarilər Məsihin Kilsəsinin təməli və
özəyidir.   Əlbəttə,   Peter   heç   vaxt   tək   olmayacaq,
Həvarilər   də   çobansız   qoyunlar   kimi   onların   birliyini
~ 53 ~
53


təmin edən Petersiz heç vaxt olmayacaqlar. Peter birliyin
rəmzidir.   Birlik   olan   yerdə   məhəbbət   və   həqiqət   var,
bununla da Rəbb Öz Kilsəsini düzlüklə təmin etdi, çünki
o,   bir   olacaq   və   İsanı   əvəz   edən   Peterin   ətrafında
toplanacaq. Diriləndən sonra Məsih vədini yerinə yetirdi.
Peterə   Kilsəsini   tapşırmazdan   əvvəl   O,   Peterin   üç   dəfə
Ona   məhəbbətini   etiraf   etməsini   tələb   etdi:   «Ey   Yunus
oğlu Şimon, Məni sevirsənmi?» O da İsaya dedi: «Bəli, ya
Rəbb, Səni sevdiyimi bilirsən». İsa ona dedi: «Quzularımı
otar»   (Yəh   21,   16).   Rəbb   Ona   iman   edənləri   «quzu»
adlandırırdı. 
Məsih   Həvarilərə   Peterlə   bir  olmağı   tapşırdı:   «Gedin,
bütün  millətləri  öyrədin» (Mat 28,  19). Kilsə  Müqəddəs
Ruhun   endiyi   gündən   öz   tapşırığını   yerinə   yetirməyə
başladı. Peterin vəzindən sonra həmin gün üç minə yaxın
insan   iman   gətirərək   vəftiz   olundu.   Beləliklə,   Allahın
Padşahlığına   yeni   üzvlər   daxil   olmağa   başladı   və   o,
Fələstinin sərhədlərinin kənarlarında da yayıldı. Həvarilər
Müjdəni   vəz   edərək   bütün   dünyaya   yayıldılar,   iman
edənləri iblisdən və şərdən üz döndərməyə və həmçinin
imanı etiraf etməyə çağırdılar və vəftiz vasitəsilə onları
Kilsəyə qəbul etdilər. 
Müqəddəs Peter əvvəlcə Antakyada vəz etdi, sonra isə
Romaya   gəldi   və   burada   25   il   ərzində   Müjdəni   yaydı,
67-ci   ildə   isə   Məsihi   vəz   etdiyinə   görə   qətlə   yetirildi
(başıaşağı  çarmıxa  çəkildi).  Peter Vatikan dağında  dəfn
edildi, 313-cü ildən sonra onun qəbiri üzərində Kilsənin
əsası qoyuldu, XIX əsrdə isə Vatikan dövləti quruldu. Hər
bir   növbəti   Roma   Yepiskopu   Roma   Papası   adlanırdı   və
Peterin tapşırığını yerinə yetirirdi.
Ümumdünya   Kilsəsinin   quruluşunu   Məsih   Həvarilərin
~ 54 ~
54


yaşadığı dövr üçün deyil, dünyanın sonuna kimi, Özünün
ikinci   gəlişinə   qədər   nəzərə   almışdı.   Buna   görə   də
Kilsənin   əsas   strukturu   bu   günədək   davam   edir.   Kilsə
Roma   Papası   (Peterin   xələfi)   ilə   birgə   olan   Yepiskoplar
(Həvarilərin xələfləri) tərəfindən idarə edilir. Ümumdünya
Kilsəsi Məsihin birlik barədə «onlar da bir olsun» (Yəh 17,
22)   əmrini   yerinə   yetirməyə   çalışır,   amma   buna
baxmayaraq,   iyirmi   əsr   ərzində   ondan   nəinki   insan
qrupları, hətta bütün xalqlar ayrılmışdır.
Həvari Pavlos Kilsəni Məsihin Bədəni adlandırır, burada
Məsih   Özü   Baş,   imanlılar   isə   üzvlərdir.   Məsihlə   birgə
olmaq   yalnız   Onun   Kilsəsi   ilə   birgə   olmaq   vasitəsilə
mümkündür; Məsihin Kilsəsini tanımayan Məsihi tanımır.
Məsihin təbiəti ikili olduğu kimi Kilsənin təbiəti də ikilidir
– İlahi-bəşəri. «Kilsə eyni zamanda gözə görünən və
ruhanidir; Kilsə həm iyerarxiyalı cəmiyyət, həm də
Məsihin   mistik   Bədənidir.   İkili,   İlahi   və   bəşəri
ünsürdən   ibarət   olduğuna   baxmayaraq,   Kilsə
birdir.   Bu   onun   sirridir   və   bu   sirri   yalnız   imanla
qəbul   etmək   olar»  (KKK   779).  Kilsədəki  İlahi
elementlər  bunlardır: Müqəddəs Ruhun lütfü, müqəddəs
ayinlər,   iyerarxiya,   Allahın   əmrləri.   Bu   elementlər
müqəddəs   və   dəyişməzdir.   Kilsədəki  bəşəri   element
kamil və dəyişməz deyil. Buraya günahları və nöqsanları
ilə insanlar, mərasimlər, ənənələr, dini mahiyyət daşıyan
memarlıq, musiqi və s. aiddir. 
Kilsənin   üç   tapşırığı   var;   o,   bunları   Yepiskoplar,
keşişlər   və   dyakonlar   vasitəsilə   yerinə   yetirir.   Həmin
tapşırıqlar   bunlardır:  Allah   Kəlamını  
 
 vəz   etmək
 
 ,
müqəddəs   ayinləri   insanlara   öyrədərək   onları  
 
 təqdis
etmək və
 
   imanla mənəviyyat məsələlərində onları  
 
 idarə
~ 55 ~
55


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə