Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə11/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   7   8   9   10   11   12   13   14   ...   87

danışdı, ağrı və soyuq hiss etdi, əzab çəkdi və çarmıxda
öldü.   İsa   Allah   kimi   vəz   etdi,   möcüzələr   etdi,   murdar
ruhları qovdu, O, ölülərdən dirildi və səmalara getdi. İsa
insan   kimi   bütün   insanların   ən   kamili,   Allah   kimi   isə
mərhəmətli   və   hər   şeyə   qadir   idi.   «Allah   Oğlunun
Bədəndə gəlməsinin yeganə və təkrarolunmaz hadisəsi o
demək   deyil   ki,   İsa   Məsih   qismən   Allah,   qismən   isə
insandır yaxud İlahiliyin bəşəriyyətlə aydın olmayan bir
qarışıqlığının   nəticəsidir.   O,   həqiqi   Allah   olaraq,
həqiqətən, İnsan oldu» (KKK 464).
~ 44 ~
44


IV.  «PONTİ PİLATIN DÖVRÜNDƏ ƏZAB 
ÇƏKDİ, ÇARMIXA ÇƏKİLDİ, ÖLDÜ VƏ 
QƏBİRƏ QOYULDU»
Otuz   yaşa   qədər   İsa   Öz   Anası   və   Himayəçisi   ilə
yaşayırdı.   O,   otuz   yaşı   olanda   insanlara   Allah   barədə
öyrətməyə   başladı.   Onun   vəzləri   qeyri-adi   inandırma
qüvvəsi   ilə   fərqlənirdi,   belə   ki   «bütün   xalq   Onu   böyük
diqqətlə   dinləyirdi»   (Luka   19,   48)   və   Onun   təliminə
təəccüb   edirdi,   «çünki   onlara   İlahiyyatçılar   kimi   deyil,
səlahiyyət   sahibi   kimi   təlim   öyrədirdi»   (Мark   1,   22).
Məsih Özünə münasibətdə Allah Oğluna olan imanı tələb
edirdi. Minlərlə insan Onu görmək və eşitmək üçün gəlir
və   bir   çoxları   iman   edirdi.   Bu,   yəhudi   xalqının   ruhani
müəllimləri   olan   qanunşünaslar   və   fariseylərdə   paxıllıq
yaratdı. Onlar İsanı tutdular, yalançı şahidlərin köməyi ilə
Onu   ittiham   etdilər   və   Roma   valisi   Ponti   Pilatdan   Ona
ölüm   cəzası   tələb   etdilər.   Pilat   fariseylərin   paxıllıqdan
Məsihi onun əlinə verdiyini görsə də, yəhudilərin fitnələ-
rindən   çəkinərək   Roma   imperatorunun   cəzası   ilə
rastlaşmamaq üçün Xilaskarın ölümünə razılaşdı. 
İsa dəfələrlə Öz şagirdlərinə əzablı ölümü və dirilməsi
barədə   əvvəlcədən   söyləyirdi:   «Bəşər   Oğlu   başçı
kahinlərə və İlahiyyatçılara təslim olunacaq. Onu ölümə
məhkum   edəcəklər»   (Mat   20,   18).   Bu   şəhadət   edir   ki,
Məsih   Özünün   məhkum   olmasını,   əzabını   və   ölümünü
tamamilə  könüllü  qəbul   etdi.   Günahsız   Allahın   Quzusu
olan Məsih bütün dünyanın günahı üçün məsuliyyəti Öz
üzərinə   götürdü   ki,   onlara   görə   Rəbb   Allahdan   cəza
çəksin. Buna görə də Allah bütün dünyadakı şərə görə
Onu   ədalətlə   cəzalandırdı.   İsa   o   dərəcədə   alçaldılmış,
~ 45 ~
45


tərk  edilmiş  və   əzab   içində  idi   ki,  çarmıxda  Atanı   belə
çağırdı:   «Ey   Allahım,   Allahım,   niyə   Məni   tərk   etdin?»
(Мark   15,   34).   Əvvəlcə   O,   dünyanın   əvvəlindən
sonunadək   insanların   arsızlığını,   alçaqlığını   və
nankorluğunu   görərək   Getsemani   bağında   dözülməz
mənəvi   əzablardan   keçdi,   sonra   Roma   əsgərləri
tərəfindən   dəhşətli   işgəncə   gecəsini   yaşadı,   insanların
qarşısında   Onun   üzünə   vurdular,   qamçılandı,   çarmıxını
daşıdı,   nəhayət,   quldurlar   arasında   çarmıxa   çəkildi   və
çarmıxa  mismarlanmış  şəkildə  üç  saat ərzində acından
və susuzluqdan öldü. Bu vaxt Onun mərhəmətli və sevən
ürəyində ruhani əzablar var idi: Yəhudanın xəyanəti və
özünü öldürməsi, Peterin Onu inkar etməsi, şagirdlərinin
Onu   tərk   edib   qaçması,   Öz   xalqı   tərəfindən   rədd
olunması, kütlənin istehza və təhqirləri, soyundurularaq
çoxlu adamın qarşısında çarmıxa çəkilməsi. İsa bunların
hamısını   bizim   xilasımız   naminə   sakit   və   təvazökar
ürəklə   yaşadı.   Əzabları   ilə   Məsih   insanlar   üçün
günahların   bağışlanmasını   və   cəhənnəmdəki   əbədi
cəzadan   qurtarmaqlarını   istəyirdi.   İndi   Ona   Allah   Oğlu
kimi iman edən hər kəs öz günahlarından tövbə edəcək,
vəftiz olunacaq, Onun əmrlərinə uyğun həyat yaşayacaq,
əbədi   cəzadan   xilas   olacaq   və   o   adamın   qarşısında
səmaların qapıları açılacaq.
~ 46 ~
46


V.  «ÖLÜLƏR ALƏMİNƏ ENDİ, ÜÇÜNCÜ GÜN 
ÖLÜLƏR ARASINDAN DİRİLDİ»
İsa   Məsih,   həqiqətən,   öldü.   Onun   ölümündən   sonra
Roma əsgərlərindən biri nizə ilə Onun Ürəyini deşdi və
Qanın   qalan   hissəsi   Onun   Bədənindən   axdı.   Ürəyi
deşilmiş və qanı axan insan sağ qala bilməz. Ölümündən
sonra Məsihin canı «ölülər aləminə» endi, yəni həyatını
tək   Allaha   imanla   yaşayan   və   vicdanla   hərəkət   edən
insanların   canları   saxlanılan   “yerə”   .   Yəhudilər   bu   yeri
«şeol»   adlandırırdılar.   İsa   oradan   Adəmlə   Həvvanın,
Habilin,   Nuhun,   İbrahimin,   İman   atalarının   və
Peyğəmbərlərin,   həmçinin   satınalınmanı   gözləyən
insanların   canlarını   çıxartdı.   Satınalınma   işi   baş
verməsəydi,   onlar   Allahı   görə   bilməzdilər;   indi   isə   göy
onlar üçün açıq idi.
Ölümündən   üç   gün   sonra   İsa   Məsih   dirildi   (həyata
qayıtdı). O, əvvəlcədən demişdi: «Yunus üç gün-üç gecə
nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da
üç gün-üç gecə yerin bağrında elə qalacaq» (Mat 12, 40).
İsanın   dirilməsini   məcazi   və   rəmzi   mənada   deyil,   hərfi
mənada   anlamaq   lazımdır.   Müjdə   dirilmə   zamanı   baş
verən   hadisələri   təfsilatı   ilə   təsvir   edir:   zəlzələ,   boş
qəbirin   girişində   olan   daşın   kənara   qoyulması,
Həvarilərin   çaşqınlığı   və   şübhələri,   İsanın   şagirdlərinə
dəfələrlə görünməsi, «imansız» Tomanın şübhələri və öz
barmaqlarını Rəbbin yaralarına qoyması, dirilmiş Rəbbin
çörək və balıq yeməsi.
Eyni   zamanda   İsanın   dirilməsi   bir   sirdir,   çünki   Onun
dirilmiş Bədəni artıq yer üzündə olan adi bədən deyildi,
ruhani, ölməz və izzətli bədən idi. Bu, həqiqi Bədən idi,
~ 47 ~
47


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə