Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə12/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   8   9   10   11   12   13   14   15   ...   87

lakin   onun   qidaya   və   suya   ehtiyacı   yox   idi,   soyuqdan,
ağrıdan   qorxmurdu.   İsa   bağlı   qapıdan   keçirdi   və
gözlənilmədən gəldiyi kimi otaqdan yox olurdu; şagirdləri
çox   vaxt   Onu   tanıya   bilmirdilər.   Lakin   bu,   Bakirə
Məryəmdən   doğulan   və   otuz   üç   il   Fələstin   torpağında
yaşayan   həmin   İsa   idi.   «Dirilməyə   olan   imanın   obyekti
baş   verən   hadisədir.   Bu   hadisə   tarixdə   şagirdlər
tərəfindən   şəhadət   olunmuşdur,   onlar   Dirilmiş   Məsihi,
həqiqətən,   görmüşdülər   və   bu   hadisə   eyni   zamanda
transsedent bir sirdir, çünki bu, Məsihin insani təbiətinin
İlahi izzətə daxil olmasıdır» (KKK 656).
Məsihin   ölülərdən   dirilməsi   imanımızın   mərkəzidir.
Buna   iman   etməyən   məsihçi   adlana   bilməz   və   Onun
imanı   ona   xilas   verməyəcək.   Müqəddəs   Pavlos   deyir:
«Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir» və onda
«biz   hamıdan   yazığıq»   (1Kor   15,   17.   19).   İsa   Məsihin
dirilməsinə iman bizə sevinc və Onunla yaşamaq üçün öz
dirilməyimizə ümid verir.
632-ci   ildə   müsəlman   dininin   banisi   Məhəmməd
öləndə   onun   ölümü   barədə   xəbər   bütün   ölkəyə   tez
yayıldı.   Məhəmmədin   dostu   Ömər   insanların
Məhəmmədin   ölümü   barədə   danışdıqlarını   eşidəndə
qılıncını   çıxarıb   qəzəblə   qışqırdı:   «Kim   deyir   ki,
Məhəmməd   ölüb?»   Lakin   Ömər   nə   desəydi   də,
Məhəmməd öldü və daha ayağa qalxmadı, Ömər özü də
öldü.   Lakin   İsanın   dirilməsindən   sonra   yəhudi   baş
kahinləri   və   fariseyləri   Onun   barəsində   danışanları
ölümlə hədələyirdilər, lakin ölüm üzərində Onun qələbəsi
barədə   xəbər   bütün   dünyaya   yayıldı   və   milyonlarla
ürəkdə məskən tapdı. 
~ 48 ~
48


VI. «GÖYLƏRƏ QALXDI VƏ HƏR ŞEYƏ QADİR 
ATA ALLAHIN SAĞ TƏRƏFİNDƏ OTURDU» 
Dirilmədən sonra Məsih qırx gün ərzində yer üzündə
qaldı.   Məsih   şagirdlərinə   göründü,   onlara   Səmavi
Padşahlıq   barədə   öyrətdi,   Tövbə   ayinini   yaratdı,   Həvari
Peteri   Öz   canişini   təyin   edərək   Kilsəni   yaratdı.   Qırxıncı
gün İsa «onları şəhərdən kənara çıxarıb Bet-Anyayadək
gətirdi   və   əllərini   qaldırıb   onlara   xeyir-dua   verdi;
xeyir-dua verərkən onlardan uzaqlaşdı və göyə aparıldı»
(Luka   24,   50-51).   Bulud   Onu   şagirdlərinin   gözləri
qabağında   götürdü.   «Elə   həmin   an   ağ   libaslı   iki   kişi
onların   yanında   peyda   olub   soruşdu:   «Ey   Qalileyalılar,
niyə səmaya baxa-baxa qalmısınız? Aranızdan götürülüb
göyə qaldırılan İsanın aparıldığını necə gördünüzsə, elə
də qayıdacaq» (Həv 1, 10-11). 
«Atanın sağ tərəfində oturub» – bunun mənası odur ki,
İsa   bir   insan   kimi   İlahi  Üqnumun  bütün   məxluqlar
üzərində   izzətində   və   hakimiyyətində   iştirak   edir.
«Allahın sağ tərəfində» sözlərindən biz Allahın izzətini və
ehtiramını   anlayırıq;   bütün   əsrlərdən   əvvəl   Allah   Oğlu
olan,   Allah   və   Ata  ilə  mahiyyətcə   bir  olan   Şəxs  bədən
alandan   və   bədəndə   izzətlənəndən   sonra   burada
bədəndə əyləşir» (KKK 663). Ata qarşısında daim bizim
tərəfdarımız   olmaq   üçün   İsa   insan   kimi   səmalara
yüksəldi.   O,   Həvarilərə   deyirdi:   «Sizin   üçün   yer
hazırlamağa gedirəm» (Yəh 14, 2). İsa bəşəri təbiətində
göylərə   yüksəlməsi   ilə   bizə   oraya   daxil   olmağa   imkan
yaradır.
~ 49 ~
49


VII.  «ORADAN DİRİLƏRİ VƏ ÖLÜLƏRİ 
MÜHAKİMƏ ETMƏK ÜÇÜN GƏLƏCƏK»
«Qiyamət   Günündə   dünyanın   sonu   gələcək,   Məsih
buğda   ilə   dəlicələrin   bir   yerdə   bitdiyi   kimi   yanaşı   olan
xeyrin şər üzərində tam qələbəsini bayram etmək üçün
izzətlə gələcək» (KKK 681). Rəbbin təyin etdiyi və yalnız
Onun bildiyi vaxt İsa yenidən böyük izzətlə gələcək və
mələklərin   əhatəsi   ilə   insanları   mühakimə   edəcək.
«Dirilər» Allahla barışaraq (təqdis edən lütf vəziyyətində)
yer   üzündəki   həyat   yolunu   bitirənlərdir.   «Ölülər»   ağır
günah vəziyyətində tövbə etmədən yer üzündəki həyat
yolunu   bitirənlərdir.   Allahın   çağırışı   ilə   hamı   diriləcək:
göydə,   ərafda   yaxud   cəhənnəmdə   olan   insan   canları
yeni,   ruhani   bədənlə   birləşəcək   və   Xilaskar   qarşısında
Məhkəmədə   dayanacaqlar.   «Bunlar  (günahkarlar)   əbədi
əzaba,   salehlərsə   əbədi   həyata   gedəcəklər»   (Mat   25,
46). Məhkəmədən sonra Allah göy və yeri təzələyəcək,
burada   xilas   olanlar   əbədi   olaraq   Məsihlə   padşahlıq
edəcəklər.
Bir nəfər məşhur alman şairi Höteyə Dürerin çəkdiyi İsa
Məsihin ikonasını hədiyyə etdi. Höte ikonanı əvvəlcə öz
masasının   üstünə,   lakin   bir   müddətdən   sonra   kənara
qoydu. Masasında Xilaskarın ikonasının nə üçün olmadığı
barədə suala Höte belə cavab verdi: «Onun baxışına dözə
bilmirəm».   Bütün   fikirlərimizə,   sözlərimizə,   əməllərimizə
və   öhdəliklərimizi   yerinə   yetirmədiyimizə   görə   cavab
vermək üçün Qiyamət Günü Onun qarşısında dayanarkən
Xilaskarın   baxışına   dözmək   bizim   hər   birimizə   çətin
olacaq!
~ 50 ~
50


~ 51 ~
51


VIII. « İMAN EDİRƏM MÜQƏDDƏS RUHA»
«Müqəddəs   Ruha   iman   etmək   Ata   və   Oğula
mahiyyətcə   bərabər   olan   Müqəddəs   Ruhun   Müqəddəs
Üqnumun  Simalarından   biri   olmasını   etiraf   etməkdir»
(KKK   685).   Müqəddəs   Yazı   öyrədir   ki,   Müqəddəs   Ruh
Şəxsiyyət   və   Allahdır.   Baş   mələk   Cəbrayıl   Bakirə
Məryəmə   xoş   xəbəri   söyləyəndə   demişdi:   «Müqəddəs
Ruh sənin üzərinə enəcək» (Luka 1, 35). Vəftiz zamanı
«Müqəddəs   Ruh   bədəndə   göyərçin   şəklində   Onun
(İsanın) üzərinə endi» (Luka 3, 22). İmanlıların gözündə
olduqlarından yaxşı görünmək istəyən və Kilsəyə yalan
danışan   Xananya   ilə   Şapiranın   hərəkətini   Peter   qəti
mühakimə etdi: «Xananya, niyə ürəyinə Şeytanı buraxıb
Müqəddəs   Ruha  yalan   söyləyərək   torpağın   pulunun   bir
hissəsini   özünə   götürdün?   Sən   insanlara   deyil,   Allaha
yalan satdın» (Həv 5, 3.4).
Rəbbin   göylərə   yüksəlməsindən   əlli   gün   sonra
Müqəddəs   Ruh   Həvarilərin   üzərinə   endi   və   Kilsədə
həmişəlik qaldı. «Baş olan Məsihin Öz üzvlərinin üzərinə
tökdüyü   Müqəddəs   Ruh   Kilsəni   qurur,   canlandırır   və
təqdis edir.  O,  Müqəddəs  Üqnumun  insanlarla ünsiyyət
ayinidir» (KKK 747). 
Biz Müqəddəs Ruhu Həyatverici adlandırırıq, çünki O,
Ata və Oğul ilə birlikdə dünyanı yaratdı, Məsihin əməlinə
görə   isə   imanlıların   canlarını   İlahi   həyat   üçün   yenidən
dirçəldir.   O,   Təsəlliverici   adlanır,   çünki   sınaq   və   əzab
anlarında   imanlıların   qəlbində   ümidi   yeniləşdirir,   şübhə
və məyusluq dəqiqələrində təsəlli verir.
~ 52 ~
52


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə