Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə20/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   16   17   18   19   20   21   22   23   ...   87

günü   Evxaristiya   Qurbanında   iştirak   etməyə   bilməz,
çünki   bu   vaxt   ərzində   o,   Xilaskarla   və   qardaşlarla
görüşür. 
Ümumdünya   Kilsəsinin 
Liturgiyası 
məsihçi
həyatının mənbəyidir, buradan məsihçilər qüvvət və işıq
alırlar.   O   həmçinin  bütün   Kilsə   fəaliyyətinin   can   atdığı
zirvədir.   Yer   üzündəki   Liturgiyada   iştirak   səmavi
Liturgiyada iştirakın əlamətidir. Səmavi Liturqiyada zəfər
çalan   Kilsə   səmavi   ruhlarla   birlikdə   Allahı   əbədi   olaraq
izzətləndirəcək. 
Liturgiyanın   əsas   məzmunu   Pasxa   Sirri   olan   Məsihin
ölümü   və   dirilməsidir.   Evxaristiyaya   görə,   bu   xilasedici
hərəkət real olur, burada İsa Məsih bütün dünyaya görə
Özünü Ataya qurban gətirmək üçün Liturgiya iştirakçıları
arasında   çörək   və   şərab   rəmzlərinin   arxasında   real
olaraq iştirak edir və imanlılara qida olaraq Öz Bədənini
və Qanını verir. 
Kilsənin təsis etdiyi liturgiya ili vasitəsilə biz Məsihin
Xilasedici sirrini daha yaxşı anlayırıq.
Liturgiya ili  Məsihin sirrinin aşkar olunduğu Məsihin
Bədəndə   Gəlməsindən   və   Doğulmasından,   Dirilmə
vasitəsilə   Göylərə   yüksəlməsindən,   Müqəddəs   Ruhun
enməsindən   başlayaraq,   Məsihin   təkrar   gəlişi   barədə
izzətli   ümidin   yerinə   yetirilməsinədək   liturgiya
bayramlarının   silsiləsindən   ibarətdir.   Kilsə   Liturgiyasına
görə, bu tarixi hadisələr real olur və onun vasitəsilə bizi
bu hadisələrin iştirakçıları edir. 
Katolik   Kilsəsinin   Liturgiyası   ayinlər     -   Sirrlər     -
ətrafında   cəmləşir.   Bütün   Sirrlər   arasında   Evxaristiya
«Sirrlər Sirri» olaraq xüsusi yer tutur. Bütün ayinləri İsa
~ 83 ~
83


Məsih   Həvarilər   vasitəsilə   yaxud   bilavasitə   Özü   təsis
etmişdir.   Onların  məqsədi  insanı  təqdis  etmək,  Məsihin
Mistik   Bədəni   olan   Kilsəni   yaratmaq,   həmçinin   Allahı
izzətləndirməkdir.
İman   ayinlərin   –   sirrlərin   qəbul   edilməsinə   gətirir.
Sirrlər (yaxud ayinlər)  görünən əlamətlərdir, Məsihin
qaydasına   görə,   bunlar   bizə   İlahi   lütf   verir.   Ayinlər
bulaqlarla, su ilə müqayisə edilə bilər, bunlar vasitəsilə
insan   təmizlənir   və   möhkəmlənir.   Hər   bir   Sirr
özünəməxsus tərzdə Müqəddəs Ruhun qeyri-adi lütfünü
verir. Bu, Sirr Lütfü adlanır. Ayinlər insanın xilası və təqdis
olunması üçün zəruridir. 
Katolik   Kilsəsi   Məsihin   təsis   etdiyi   Yeddi   Müqəddəs
Sirrləri qoruyur və imanlılara təqdim edir:
1. Vəftiz.
2. Mirro yağı ilə məshetmə (Konfirmasiya).
3. Evxaristiya. 
4. Tövbə.
5. Xəstələrin mərhəm yağı ilə yağlanması. 
6. Ruhanilik. 
7. Nikah. 
Yeni Katexizis müqəddəs ayinləri növbəti yolla ayırır:
A. Məsihçiliyə həsretmə ayinləri (Vəftiz, Mirro yağı
ilə məshetmə, Evxaristiya); 
B. Şəfa ayinləri  (Tövbə, Xəstələrin mərhəm yağı ilə
yağlanması); 
C. İcmaya xidmət ayini (Ruhanilik, Nikah).
~ 85 ~
85


A. MƏSİHÇİLİYƏ HƏSRETMƏ AYİNLƏRİ
Vəftiz,   Mirro   yağı   ilə   məshetmə   və   Evxaristiya
Məsihçiliyə   həsretmə   ayinləri  ilə   (məsihçiliyə   giriş)
məsihçi   həyatının   əsası   qoyulur.   «Məsihin   lütfü   ilə
adamlara   verilən   İlahi   təbiətdə   iştirak   etməyin   təbii
həyatın   yaranması,   inkişafı   və   saxlanması   ilə   oxşarlığı
var. Vəftiz vasitəsilə yeni həyata doğulan imanlılar Mirro
yağı   ilə   məshetmə   ayini   vasitəsilə   möhkəmlənir   və
Evxaristiya   zamanı   əbədi   həyat   çörəyini   qəbul   edirlər.
Beləliklə,   məsihçiliyə   həsretmə   ayinlərində  onlar
getdikcə daha çox İlahi həyatın zənginliyini əldə edirlər,
kamilliyə   və   məhəbbətə   tərəf   hərəkət   edirlər»   (KKK
1212).
1. VƏFTİZ
Vəftiz məsihçi həyatının təməli, İlahi həyatın qapısı və
başqa ayinlərə girişdir. Vəftiz günahdan azad edir,   bizi
Allahın övladları, Məsihə üzv edir, Kilsəyə daxil edib onun
elçisi edir. Vəftiz  - su vasitəsilə Kəlamda doğulmaqdır.
Yunan dilindən tərcümədə «baptizyo» (vəftiz) sözünün
mənası «suya salınma» deməkdir.  Bu, Məsihin ölüm və
dirilməsində katexumenin (Vəftiz qəbul edənin) ölüm və
dirilməsinin   rəmzidir.   Müqəddəs   Pavlos   Vəftizi   «…
yumaqla,…Müqəddəs   Ruhun   bizi   yenidən   doğuzdurub
təzələməsi…»  (Titus 3, 5) adlandırır. Su tökmə sudan və
Müqəddəs   Ruhdan   doğulmaq   deməkdir,   bu   barədə
Xilaskar Nikodimə söyləyir. (müqayisə edin Yəh 3, 1 21).
~ 87 ~
87


Vəftizin təsisi
Bütün   xilas   tarixi   ərzində   Allah   insanları   Vəftizin
təsisinə hazırlayırdı. Müqəddəs Kitab deyir ki, su həyat
və   səmərəliliyin   mənbəyidir:   «Allahın   Ruhu   suların
üzərində   dolaşırdı»   (Yar   1,   2).   Nuhun   gəmisində   Vəftiz
rəmzini   görürük,   çünki   o,   əbədi   ölümdən   xilas   edir.
İsrailliləri misirli düşmənlərindən həmişəlik ayıran Qırmızı
Dənizdən   möcüzəli   keçid   Vəftiz   qəbul   edənin   iblisin
hakimiyyətindən azad olunmasına işarə edir. İsraillilərin
İordan çayından möcüzəli keçidi və vəd olunmuş torpağa
daxil olması Allahın Padşahlığına daxil olmağın rəmzidir.
Bu, yer üzündə başlayır və əbədi davam edəcək.
Bütün Əhdi-Ətiq peyğəmbərlikləri Məsihdə icra olunur.
İsa Öz Xilaskar missiyasını Vəftizçi Yəhyadan Vəftiz qəbul
etməklə   başlayır.   Məsihin   bu   Vəftizə   ehtiyacı   yoxdur,
lakin   O   bütün   dünyanın   günahını   Öz   üzərinə   götürüb
onları İordan çayının sularına apardı; bu Onun ölümünün
və   dirilməsinin   xilasedici   səmərələrini   qəbul   etmək
istəyən   hər   kəsin   müqəddəs   Vəftizi   qəbul   etməsinin
əlamətidir.   Dirilmədən   sonra   İsa   Öz   Həvarilərinə   aydın
əmr verdi: «Gedin, bütün millətləri Mənim şagirdim edin;
onları Ata, Oğul və Müqəddəs Ruh adı ilə vəftiz edin; sizə
əmr   etdiyim   hər   şeyə   riayət   etməyi   onlara   öyrədin.
Budur,   Mən   dövrün  sonuna  qədər  hər  gün   sizinləyəm»
(Mat 28, 19 20).
Pentikost   günündə   Peterin   vəzindən   sonra   3000
yəhudi   vəftiz   olundu   və   Kilsə   öz   övladlarının   sayını
artıraraq böyük qüvvətlə inkişaf etməyə başladı.
~ 89 ~
89


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə