könüllü istəyi ilə keçirilə bilər. Vəftizdən öncə hər bir
katexumen (vəftizə hazırlaşan) mütləq məsihçiliyin
əsaslarını, Katolik Kilsəsinin Təlimini bilməlidir. Bununla
bərabər, o – məsihçi həyatının mənəvi dəyərlərindən
xəbərdar olmalı və gələcək həyatını bu dəyərlər üzərində
qurmaq istəyində olmalıdır.
Adətən vəftiz ayini Müqəddəs Messa zamanı həyata
keçirilir. Müqəddəs Yazı oxunandan və vəzdən sonra
imanlılar səmadakı bütün müqəddəslərlə birlikdə vəftiz
olunan şəxs üçün dua edirlər. Bu dua Litaniya adlanır.
Bundan sonra keşiş suyun müqəddəs edilməsi üçün onun
üzərinə əllərini uzadıb dua edir.
Vəftiz olunan şəxs keşiş və bütün imanlıların
qarşısında şeytandan və bütün şərdən imtina edir və
həvari inam rəmzini bəyan edir. Bu an keşiş vasitəsi ilə
İsa həvarilərə buyurduğu sözlərə əməl edilir:
«(Adı), səni Ata (suyu birinci dəfə tökür) və Oğul
(ikinci dəfə tökür) və Müqəddəs Ruhun (üçüncü dəfə
tökür) adı ilə vəftiz edirəm».
Vəftizdən sonra təzə məsihçilər yeni həyatın rəmzi
olan ağ libasını gəbul edib geyinirlər və dünyanın işığı
olan İsa Məsihini təsvir edən yanan şamı qəbul edirlər.
Vəftizdən sonra Mirro yağı ilə məshetmə mərasimi ilə
Liturgiya davam edir və təzə məsihçi həyat gücünün
qidalanması üçün Evxaristiyanı qəbul edir.
Keşişlə görüş mümkün olmayanda yaxud bu
həddindən çox çətin olanda, ölüm təhlükəsində
yaxud çətin şəraitlərdə olan vəftiz olunmamış
insanı necə vəftiz etmək olar? Belə xüsusi
~ 99 ~
99
vəziyyətlərdə hər kəs vəftiz edə bilər. Bunu necə etmək
olar?
1. Vəftizi yalnız təqdis olunmuş yaxud adi su ilə etmək
olar ( süd, içki və s. kimi başqa maye ilə vəftiz etmək
olmaz).
2. Vəftiz olmaq niyyətində olan şəxsin şeytandan və
şərdən imtina edilməsini və İsa Məsihə inandığını bəyan
edilməsi. İmkan olduqda birlikdə «Həvarilərin İman
Rəmzi» duasını etmək.
3. Vəftiz olunan şəxsin başına üç dəfə su tökərək
vəftiz sözlərini demək.
Bu halda vəftiz edənin niyyəti və vəftiz ayini Kilsənin
niyyəti və ayini ilə bir olmalıdır.
Müqəddəs Fransisk Ksavyerinin tərcümeyi-halından
oxuyuruq ki, bir dəfə bir zəncini vəftiz edəndən sonra o,
kömək edən oğlana təqdis edən suyu Kilsəyə aparmağı
tapşırdı. Lakin oğlan onu yaxınlıqdakı quru ağacın dibinə
tökdü. Bir neçə gün sonra ağac yaşıllaşdı. Məsihə iman
etməyə çətinlik çəkən bu hadisənin şahidlərinə Fransisk
dedi: «Baxın, təqdis edən suyun təsiri ilə ölü ağac necə
canlandı! Vəftizi qəbul edənin qəlbində baş verən
möcüzəni Allah bizə göstərsəydi, biz nə deyərdik?»
2. MIRRO YAĞI ILƏ MƏSHETMƏ
Hər kəs dünyaya zəif və aciz gəlir, lakin tədricən
böyüyür, yetkin olur və öz hərəkətlərinə görə məsuliyyət
daşıyır. Fizioloji həyatımızın inkişafına bənzər ruhani
həyatımız da inkişaf etməlidir. Vəftizlə biz Allah övladları
oluruq, lakin həyat yolunda bir çox çətinlik və maneə ilə
~ 101 ~
101
rastlaşırıq: öz günahlı meyllərimiz, başqasının pis
nümunəsi, şər ruhun tovlamaları ruhani həyatımıza
təhlükə törədir. Buna görə də Rəbb Allah imanımızın və
mənəviyyatımızın möhkəmliyi üçün Müqəddəs Ruhun
Mirro yağı ilə məshetməsi ayinini təsis etdi. İlk əsrlərdə o
dərhal Vəftizdən sonra icra edilirdi; bu gün şərq
mərasimlərində də belə icra edilir. Latın mərasimində
Mirro yağı ilə məshetmə böyüklərin Vəftizi zamanı icra
edilir. Uşaq vəftiz olunanda isə Mirro yağı ilə məshetmə
onun yetkin yaşa çatma vaxtına keçirilir. Katolik Kilsəsi
yetkin yaşı fiziki yaxud hüquqi mənada deyil, mənəvi
mənada anlayır, yəni insan öz əməllərinə görə tam
məsuliyyəti daşımağa qadir olur.
Mirro yağı ilə məshetmə ayininin təsisi
İsa dəfələrlə Ona iman edənləri möhkəmlətmək,
təqdis etmək və təsəlli vermək üçün gələcək Müqəddəs
Ruh barədə danışırdı: «Vəsatətçi – Atanın Mənim adımla
göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və
söylədiyim bütün sözləri yadınıza salacaq» (Yəh 14, 26).
Diriləndən sonra O, Ruhun enməsini gözləməyi əmr etdi:
«Siz bir neçə gündən sonra Müqəddəs Ruhla vəftiz
olacaqsınız. Müqəddəs Ruh üzərinizə enəndə siz qüvvə
alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və
Samariyada, həmçinin yer üzünün qurtaracağınadək hər
yerdə Mənim şahidlərim olacaqsınız» (Həv 1, 5. 8).
Dirilmədən sonra əllinci gün İsa vədini yerinə yetirdi:
«Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib
onlar (həvarilər) oturan evin hər tərəfini bürüdü. Onlara
göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər
~ 103 ~
103
birinin üstünə düşür. Onların hamısı Müqəddəs Ruhla
doldu və Ruhun danışdırdığına görə başqa dillərdə
danışmağa başladılar» (Həv 2, 2-4). Müqəddəs Ruh
Həvarilərin ürəklərini canlı iman və məhəbbətlə yandırdı.
Məsihin əzabları zamanı üç dəfə Onu inkar edən Peter
indi toplanan kütlə qarşısına çıxdı və elə iman və
inandırma gücü ilə danışdı ki, üç min insan Müjdəni qəbul
etdi və Vəftiz olunmağı xahiş etdi.
Həvarilər Müqəddəs Ruhun qüdrətini Vəftizi qəbul
edənlərə ötürürdülər. Müqəddəs Həvarilərin İşləri kitabı
bəhs edir ki, Samariya şəhərinə gələn Həvarilər Peter və
Yəhya orada Məsih imanlılarını tapdılar, onlar yalnız
vəftiz olunmuşdular. Onda «əllərini onların üstünə qoydu
və onlar Müqəddəs Ruhu aldılar» (Həv 8, 17). Bu məhz
bu gün Həvarilərin xələfləri olan Yepiskopların icra etdiyi
Mirro yağı ilə məshetmə Sirri idi. Yepiskopun icazəsi ilə,
həmçinin vəftiz olunmuş, lakin hələ Mirro yağı ilə
məshetməni qəbul etməmiş adama ölüm təhlükəsi
olduğu halda bu ayini keşiş də icra edə bilər.
Mirro yağı ilə məshetmənin nəticələri
Mirro yağı ilə məshetmə sirində Müqəddəs Ruh
cəsarətlə imanı etiraf və müdafiə etmək, həmçinin ona
uyğun həyat yaşamaq üçün məsihçini möhkəmlədir. Bu
ayini Vəftizə əlavə olaraq qəbul etmək zəruridir, onun
vasitəsilə biz Məsih və Onun Kilsəsi ilə daha yaxından
bağlanırıq. Ayin Vəftiz lütfünün artmasını və
dərinləşməsini təmin edir: İlahi övladlıqda bizi daha də-
rindən möhkəmlədir, bizi Məsih və Onun Kilsəsi ilə daha
yaxından bağlayır, bizdə Müqəddəs Ruhun Ənamlarını
~ 105 ~
105
Dostları ilə paylaş: |