Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə24/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   20   21   22   23   24   25   26   27   ...   87

Gecədə   qayıdacağı   vaxta   qədər   çarmıxdakı   Qurbanını
fasiləsiz   əbədiləşdirmək   üçün   Öz   Bədəninin   və   Qanının
Evxaristiya   Qurbanını   təsis   etdi   və   buna   görə   də   Kilsə
olan   Öz   sevimli   Nişanlısına   ölümü   və   dirilməsini
xatırlamağı   tapşırdı;   bu,   salehlik   sirri,   birlik   əlaməti,
məhəbbət   birliyi,   Məsihin   dadıldığı,   insanın   qəlbi   lütflə
dolduğu   və   bizə   gələcək   izzətin   girovu   verildiyi   Pasxa
süfrəsidir». Evxaristiya «bütün məsihçi həyatının mənbə
və   zirvəsidir».   Müqəddəs   Evxaristiya   özündə   Kilsənin
bütün   ruhani   xəzinəsini,   yəni   Bizim   Pasxamız   olan
Məsihin Özünü saxlayır» (KKK 1323, 1324).
Evxaristiyanın təsisi
Xilaskarımız   Müqəddəs   Sirri   dərhal   təsis   etmədi.
Əvvəlcə O Öz şagirdlərini buna hazırlaşdırdı; bu xilasedici
gidanın   bizə   verilməsini   ilk   dəfə   səhrada   beş   çörəklə
5000   insanı   doyuzdurmaqla   böyük   möcüzə   edərək
əvvəlcədən   bildirdi.   Çörəklərin   çoxalması   möcüzəsi
burada olan adamlara böyük təsir bağışladı. Növbəti gün
adamlar   yenə   Rəbbin   yanına   gəldilər,   O   bu   sözlərlə
onlara müraciət etdi: «Göydən enmiş canlı çörək Mənəm.
Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın
həyatı   üçün   verəcəyim   çörək   Öz   Cismimdir.   Bəşər
Oğlunun   cismindən   yeyib   qanından   içməsəniz,
daxilinizdə   həyat   olmayacaq.   Mənim   cismimdən   yeyib
qanımdan   içən   əbədi   həyata   malikdir   və   Mən   onu   son
gündə   dirildəcəyəm.   Çünki   Mənim   cismim   həqiqi   gida,
qanım   da   həqiqi   içkidir.   Mənim   cismimdən   yeyib
qanımdan içən Məndə qalır, Mən də onda qalıram» (Yəh
6, 51. 53-56).
~ 115 ~
115


Rəbbin   sözləri   dinləyənləri   daha   da   heyrətə   gətirdi,
onların   əksəriyyəti   bu   sözlərin   mənasını   anlaya
bilmirdilər, təəccübləndilər, bəziləri  isə yoldan çıxıb İsanı
tərk   etdilər   və   daha   Onun   ardınca   getmirdilər.   Lakin
Həvarilər Rəbblə qaldılar və Evxaristiya Sirrinin təsisinin
şahidləri oldular. Sirli Gecə zamanı (çarmıxda ölməzdən
əvvəlki   gecə)   O,   Həvariləri   ilə   birlikdə   idi;  İsa   çörəyi
götürüb Ata Allaha minnətdarlıq etdi, çörəyi böldü və Öz
şagirdlərinə verdi və dedi: «Alın! Bu Mənim bədənimdir»
(Мark 14, 22). Süfrədən sonra O, su ilə qarışdırılmış turş
üzüm şərabı ilə dolu olan kasanı götürdü və minnətdarlıq
edərək   Öz   şagirdlərinə   verdi   və   dedi:   «Bu,   Əhdin
bağlanması   üçün   çoxları   uğrunda   tökülən   Qanımdır»
(Мark 14, 24). 
Bu   sözlərlə   İsa   çörəyin   mahiyyətini   Öz   Bədəninə,
şərabın   mahiyyətini   isə   Öz   Qanına   çevirdi.   Çörək   və
şərabın   zahiri   görünüşü,   dadı,   rəngi,   qoxusu,   çəkisi
həmin qaldı, lakin bu artıq Məsihin həqiqi Bədəni və Qanı
idi,   çünki   Allah   insanları   aldada   bilməz.   Xilaskar   bu
sözləri   söylədiyi   an   masanın   arxasında   əyləşmişdi,
həmçinin, həqiqətən, Özünün bütün İlahiliyi və insanlığı,
canı   və   bədəni   ilə   mahiyyəti   dəyişmiş   çörək   və   şərab
şəklində masanın üzərində idi. Sağ olan İsa həm çörək,
həm   də   şərab   şəklində   idi,   çünki   çörək   və   şərab
ayrı-ayrılıqda   çarmıxda   ölümü   zamanı   Onun   Qanının
Bədənindən ayrılmasının mənasını daşıyır, bunlar dirilmə
anında   yenidən   həmişəlik   birləşdi.   «Bunu   Məni
xatırlamaq üçün edin» (Luka 22, 19) – İsa bu sözlərlə Öz
Həvariləri   və   onların   davamçılarına   (Yepiskoplara   və
keşişlərə)   bu   Sirri   dünyanın   sonuna   qədər   icra   etmək
səlahiyyətini   verdi,   Müqəddəs   Kilsə   də   bunu   sədaqətlə
~ 117 ~
117


qoruyub   icra   edir.   İsanın   «Öz   hərəkətlərini   və   sözlərini
«Rəbbin gəlişinədək» (1Kor 11, 26) təkrar etmək barədə
İsanın   tapşırığı   təkcə   Onu   və   Onun   etdiyini
xatırlamaqdan  ibarət  deyil.  Həmçinin bu Həvarilərin və
onların davamçılarının Məsihə, Onun həyatına, ölümünə,
dirilməsinə və Ata qarşısında bizə görə vəsatətçiliyinə aid
liturgiya   xidmətinə   də   aiddir»   (KKK   1341).   Həvarilər
Evxaristiya   mərasimlərinin   icrası   zamanı   onun
iştirakçıları   arasında   İsa   Məsihin   real   şəkildə   olduğunu
yaxşı   anlayırdılar.   Rəbbin   ölümü   və   dirilməsi   qansız,
mistik   (sirli,   hisslərə   anlaşılmaz)   yolla   icra   edilməsinə
baxmayaraq, real olur. 
Həvarilərin   dövründə   məsihçilər   Evxaristiya
yığıncağını   «çörək   bölmə»   (Həv   20,   7),   «Evxaristiya»
(1Kor 11, 20) adlandırırdılar və Evxaristiya hərəkətlərinə
böyük   imanla   yanaşırdılar.   Müqəddəs   Həvari   Pavlos
Korinflilərə   Birinci   Məktubunda   korinflilərə   belə   yazır:
«Hər dəfə bu çörəyi yeyəndə və bu kasadan içəndə siz
Rəbbin gəlişinədək Onun ölümünü bəyan edirsiniz. Buna
görə   də   kim   layiq   olmayan   tərzdə   Rəbbin   bu   çörəyini
yeyib yaxud Onun kasasından içsə, Rəbbin bədəninə və
qanına qarşı təqsirkardır» (1Kor 11, 26-27). 
Qurban təqdimatı və süfrədən ibarət olan Evxaristiya
ibadəti   Evxaristiya   Liturgiyası   (Allahın   xalqının   birgə
hərəkəti) adlanır. «Evxaristiya» sözü isə yunan dilindən
tərcümədə   «minnətdarlıq»   mənasını   daşıyır,   çünki   biz
məsihçilər  imanımızın   Müqəddəs  Sirrlərində   ehtiram  və
minnətdarlıqla iştirak edirik. Rəbbin Bədənini və Qanını
dadmağı   Birləşmə   adlandırırıq,   çünki   bu   hərəkətlə   biz
İsanın Özü ilə, Onun vasitəsilə isə Allahla birləşirik (İlahi
həyatın iştirakçısı oluruq).
~ 119 ~
119


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə