Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə15/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   11   12   13   14   15   16   17   18   ...   87

da   təhrif   edirdi.   1520-ci   ildə   o,   tezislərinin   41-ini
mühakimə edən və bu müddəaları inkar etməsini tələb
edən papanın bullasını açıq şəkildə yandırdı. 1521-ci ildə
o,   Kilsədən   qovuldu.   1530-cu   ildə   Lüterin   və   onun
tərəfdarlarının   təliminin   əsaslarını   izah   edən   «Auqsburq
iman   rəmzi»  dərc  edildi.   Protestantizm  tezliklə   müxtəlif
hərəkatlara və təriqətlərə bölündü.
Lüteranlıq 
protestantizmin   əsas   cərəyanıdır.
Müqəddəs   Rəvayətləri,   Müqəddəslərlə   ünsiyyəti,   bəzi
ayinləri, xilas üçün xeyirxah işlərin lazım olduğunu inkar
edir.   Lüteranlar   həvari   Kilsəsi   ilə   əlaqəni   qırdılar,   buna
görə   də   Müqəddəs   Messa   xidmətini   icra   etmək   və
günahların   buraxılması   üçün   keşişlik   ənamına   malik
deyillər.
Anabaptistlər (yenidən vəftiz olunanlar) 1522-çi ildə
Nikolay Ştorx və Tomas Münser tərəfindən təsis edilmiş
təriqətdir. Onlar yalnız böyükləri vəftiz etməyə başladılar
və   Məsihin   tezliklə   gələcəyinə   inanırdılar.   Bir   sıra
təriqətlərə bölündülər.
Anqlikan Kilsəsi  1534-cü ildən mövcuddur. İngiltərə
kralı   VIII   Henrix   Papadan   arvadı   Yekaterina   Araqonlunu
boşayıb Anna Boleyn ilə qeyri-qanuni nikah bağlamasına
xeyir-dua verməsini tələb edirdi. Rədd cavabı alaraq, o,
özünü   İngiltərədə   Kilsənin   «ali   hakimi»   elan   etdi,
təbəələrdən sədaqət andını tələb etdi, tabe olmayanları
isə ölümlə cəzalandırdı. Katolik imanına sadiq qaldığına
görə   dövlət   kansleri   Tomas   Mor,   həmçinin   bir   çox
Yepiskop, keşiş və imanlı qətlə yetirildi. 1563-cü ildə Papa
hakimiyyətini,   müqəddəs   Messanı,   günahların
buraxılmasını, ərafı, Müqəddəslərlə ünsiyyəti rədd edən
anqlikan dövlət iman təliminin 39 bəndi elan olundu.
~ 60 ~
60


Kalvinizm  öz   adını  1534-cü   ildə   Katolik   Kilsəsindən
ayrılan,   Fransadan   Cenevrəyə   köçən   və   burada   özünə
tərəfdarlar   tapan   Jan   Kalvindən   alıb.   Kalvinizm   mütləq
qismətə   imanı   təklif   edir   (imandan   və   mənəviyyatdan
asılı   olmayaraq,   hər   bir   adamın   doğum   anından
səmalarda   yaxud   cəhənnəmdə   olmağı   təyin   edilir).
Vaizləri insanlar özləri seçir. 
Baptistlər  (vəftiz   olunanlar)   hamı   tərəfindən   qəbul
edilmiş uşaq vəftizini rədd edirlər, yalnız böyükləri vəftiz
edirlər.   Təriqət   İngiltərədə   1639-cu   ildə   yaranmışdı.
Rocer   Vilyams   onu   Amerikaya   apardı.   Qisməti   qəbul
edirlər. 
Adventistlər  baptistlərdən   yaranıblar.   1844-cü   ildə
Vilyam Miller dünyanın sonunu elan etdi («adventus» –
lat.   «Rəbbin   gəlişi»).   Bir   sıra   təriqətlərə   bölündü,
bunlardan əsası Yeddinci Günün Adventistləridir. 
Pentikostçular  1901-ci ildə ABŞ-da yarandılar. İman
edirlər ki, hər bir insanın üzərinə Müqəddəs Ruh enəndə
o,   qeyri-adi   xarizmatik   ənam   əldə   edə   bilər.   Onların
təliminə   görə,   hər   bir   imanlı   peyğəmbərlik   etməli,
naməlum   dillərdə   danışmalı,   xəstələrə   şəfa   verməlidir.
Tezliklə   dünyanın   sonunun   gələcəyini   söyləyirlər   və
qismətə inanırlar.
Müjdəçi   məsihçi-baptistlər   SSRİ-də   1944-cü   ildə
baptistlərin,   müjdəçi   məsihçilərin   və   Pentikostçuların
birləşməsi   nəticəsində   yarandı.   «Seçilmiş   olduqları»
barədə   ideya   onların   imanının   əsasıdır,   birliyi   isə   dini
məsələlərdə güzəştə getməklə əldə edə bildilər. 
~ 61 ~
61


X.  «GÜNAHLARIN BAĞIŞLANMASINA İMAN 
EDİRƏM»
«Həddindən   ağır   və   Müqəddəs   Kilsənin   buraxa
bilmədiyi   bir   günah   yoxdur.   Elə   bir   şər   və   cinayətkar
adam   yoxdur   ki,   ürəkdən   tövbə   etdiyi   halda
bağışlanmaya   ümidi   olmasın”.   Hamı   üçün   Qurban   olan
Məsih,   Kilsəsinin   bağışlanma   qapılarının   günahdan   üz
döndərən   insana   həmişə   açıq   olmasını   istəyir»   (KKK
982). 
Günahları buraxma səlahiyyətini Kilsə Məsihdən aldı:
«Müqəddəs   Ruhu   alın!   Kimin   günahlarını   bağışlasanız,
bağışlanır,   kimin   günahlarını   bağışlamasanız,
bağışlanmamış   qalır»   (Yəh   20,   22-23).   Bu   səlahiyyət
Həvarilərin xələfləri olan Yepiskopların əlindədir; onlar bu
səlahiyyəti   keşişlərə   verirlər.   «Keşişlər   Allahın   nə
mələklərə,   nə   də   baş   mələklərə   verdiyi   səlahiyyəti
alıblar. Keşişlərin yer üzündə etdiklərini Allah səmalarda
təsdiqləyir», – deyə Müqəddəs İohann Xrizostom söyləyir.
Bağışlayaraq, Allah günahı məhv edir və onu unudur. 
Günahların   buraxılmasını   Xilaskar   Öz   Kilsəsi   ilə,   ilk
növbədə  isə vəftiz ayini ilə əlaqələndirdi. Vəftiz ayinində
Allah ilk və şəxsi günahları buraxır və onlara görə cəzanı
ləğv   edir.   Tövbə   ayini   Vəftizdən   sonra   ağır   günah
edənlərə   lazımdır.   Kilsədən   kənarda   günahların
buraxılmasını   axtaran,   Vəftiz   olunmaq   istəməyən   və
keşiş   qarşısında   günahlarını   etiraf   etmək   istəməyən
adam   Kilsəni   rədd   edir,   Kilsəni   rədd   etməklə,   Məsihin
Özünü   rədd   edir,   buna   görə   də   Allahdan   günahlarının
buraxılmasını   və   ləğvini   diləyə   bilməz.   Yalnız   insanın
səmimi olaraq keşiş qarşısında günahlarını etiraf etmək
~ 62 ~
62


istədiyi,   lakin   bunu   etməyə   imkanı   olmadığı   halda   o,
Rəbbi sevdiyinə görə ürəyində günahından ötrü səmimi
olaraq   və   tamamilə   kədərləndiyi   təqdirdə   günahlarının
buraxılmasını ala bilər. 
XI VƏ XII. « BƏDƏNİN DİRİLMƏSİNƏ, ƏBƏDİ 
HƏYATA İMAN EDİRƏM»
Bədənin dirilməsi
Müqəddəs   Yazıda   «Bədən»   (cisim)   sözü   zəif   və   fani
insanın təbiətinə işarə edir. Bədənin dirilməsi o deməkdir
ki, ruh və bədənin birliyi olaraq yaranan insan ölümündən
sonra yalnız ölməz ruhu ilə yaşamayacaq, lakin yenidən
öz   bədənini   alacaq.   Bədənin   dirilməsinə   iman   etməyən
sadukeylərə İsa belə cavab verdi: «Nə Müqəddəs Yazı, nə
də   Allahın   qüdrətini   bilirsiniz.   Yanılmanıza   səbəb   bu
deyilmi? İnsanlar ölülər arasından diriləndə nə evlənir, nə
də   ərə   gedirlər.   Ancaq   səmadakı   mələklər  kimi   olurlar.
Allah   ölülərin   deyil,   dirilərin   Allahıdır» (Мark 12, 24-25.
27).   İsa   Ona   iman   edəni   yenidən   dirildəcək:   «Mənim
cismimdən  yeyib  qanımdan  içən  əbədi  həyata  malikdir
və Mən onu son gündə dirildəcəyəm» (Yəh 6, 54). Ölüm
anında   can   bədəndən   ayrıldığı   kimi   Dirilmə   anında   da
Rəbb Allah ona çürüməyən və dağılmayan həyat verərək
onun ruhunu dirilmiş yeni bədənlə birləşdirəcək. Hər bir
insan   öz   (ruhunun   müqəddəsliyinə   yaxud   günahlı
olmasına uyğun) bədənində diriləcək, lakin bu, dəyişmiş,
ruhani   və   ölməz   bədən   olacaq.   Həvari   Pavlos   deyir:
«Ölülərin   dirilməsi   də   belədir.   Əkilən   toxum   çürüyər,
ondan əmələ gəlib dirilən bədən çürüməz; əkilən toxum
hörmətsiz,   dirilən   bədən   izzətlidir;   əkilən   toxum   zəif,
~ 63 ~
63


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə