Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə75/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   71   72   73   74   75   76   77   78   ...   87

ziyanın   həcmindən   asılıdır,   çünki   oğurlanmış   eyni
məbləğdə əşya zənginə az, kasıb dul qadına isə böyük
ziyan vurur.
Müqəddəs Yazı deyir ki, oğurluq edən kəs özü özünə
düşməndir   (müqayisə   edin:   Məsəl   29,   24).   Oğurluq   ilk
növbədə   oğurluq   edəni   bədbəxt   edir:   «Bu   bütün   yer
üzünə   yağacaq   lənətdir...   Oğrunun   evinə   və   Mənim
adımla yalandan and içən adamın evinə lənət girəcək, o
evin içində qalacaq, taxtaları və daşları ilə birlikdə onu
yıxıb məhv edəcək» (Zək 5, 3-4).
Bu   lənət   yerinə   yetir   –   haqsızlıqla   əldə   edilən   şey
xoşbəxtlik   gətirmir.   Asanlıqla   gələn   asanlıqla   da   gedir.
Oğurluq   edənlər   bunu   bilir.   Həbsxanada   olan   belə
zavallılardan   biri   özü   barədə   kitab   yazdı   və   burada
həyatının   bədbəxt   hadisələr,   xəcalət   və   təhqirlər
silsiləsindən ibarət olduğunu etiraf etdi.
Lakin ən böyük ziyanı insan özü özünə vurur. Həvari
Pavlos   deyir:   «Aldanmayın,   çünki   əxlaqsızlar,
bütpərəstlər,   zinakarlar,   fahişə   kişilər,   kişibaz   kişilər,
oğrular, tamahkarlar, əyyaşlar, böhtançılar, soyğunçular
Allahın   Padşahlığını   irs   olaraq   almayacaq»   (1   Kor   6,
9-10).
Bir   ata   oğlunu   cüzi   oğurluğa   görə   çox   ciddi
cəzalandırdı. Ağlayan oğul deyirdi: «Bu əhəmiyyətsiz bir
şeyə görə sən mənə çox böyük cəza verirsən!» Ata isə
cavab verdi: «Səni çox ciddi cəzalandırıram, çünki mən
səni   cəzalandırmasam,   gələcəkdə   səni   həbsxana
cəzalandıracaq». 
Həqiqətən, həbsxanalar oğrularla doludur, bu cinayət
~ 497 ~
497


daha çox məhbus toplayır.
Vurulmuş ziyanın əvəzi barədə 
Allahın   VII   əmrinə   qarşı   günahını   dərk   etmək,   onun
üçün  təəssüf  etmək,  səmimiyyətlə  günahı  etiraf  etmək
kifayət deyil, vurulmuş ziyanın əvəzini vermək zəruridir.
Haqsızlıqla mənimsənilmiş əşya yaxud pulu  kim  qay-
tarmalıdır? Ziyanı vuran şəxs. Lakin bir qrup insan maddi
ziyan   vurursa,   əvəzvermə   məsuliyyəti   ziyan   vuran
qrupun   təqsirinə   uyğun   olaraq   hər   bir   üzvünün
üzərindədir.   Həmçinin   oğurluq   etməyə   kömək   edən,
imkan   yaradan   yaxud   məsləhət   verən   şəxs   də   ziyanın
əvəzini verməlidir.
Кimə ziyanın əvəzini vermək lazımdır? Sahibinə; lakin
bu   mümkün   deyilsə,   haqsızlıqla   mənimsənilmiş   əşyanı
sahibinin   arvadına   yaxud   ərinə,   uşaqlarına   yaxud
valideynlərinə qaytarmaq lazımdır. Lakin bu da mümkün
deyilsə,   vurulmuş   ziyanın   ölçüsündə   pul   məbləğini
yoxsullara   paylamaq   yaxud   mərhəmət   işləri   (uşaq   evi,
məbədin təmiri) üçün sərf etmək lazımdır.
Nəyi  qaytarmaq lazımdır? Haqsızlıqla mənimsənilmiş
əşyanı. Lakin əgər bu əşya artıq istifadə olunub yaxud
xarab   olubsa,   təzəsini   almaq   və   sahibinə   qaytarmaq
lazımdır. Əgər bu mümkün deyilsə, əşyanın o vaxtda olan
müvafiq   dəyərində   pul   məbləğini   qaytarmaq   lazımdır.
Lakin   əgər   bu   əşya   oğruda   olduğu   müddət   ərzində
sahibinə maddi fayda gətirə bilərdisə, bu maddi faydanı
da ona ödəmək lazımdır.
Ziyanı nə vaxt ödəmək lazımdır? Mümkün qədər tez.
Necə  ödəmək lazımdır? Əvəz verməyin üsulu böyük
~ 499 ~
499


əhəmiyyət   daşımır.   Bunu   şəxsən,   vasitəçi   bir   adamla,
özünü   göstərmədən   də   etmək   olar,   poçtla   göndərmək
yaxud xəlvətcə əşyanı elə bir yerə qoymaq olar ki, sahibi
onu   götürə   bilsin,   çünki   haqsızlıqla   mənimsənilmiş
əşyanın   qaytarılması   utancaqlıq   və   təhqir   hissi   ilə
bağlıdır.   Lakin   vurulmuş   ziyanın   əvəzini   elə   qaytarmaq
lazımdır   ki,   sahibi   çətinlik   çəkmədən   öz   malını   götürə
bilsin.
Sahibindən borcu bağışlamasını diləmək olar. Əgər o,
borcu   bağışlayır   və   onu   geri   tələb   etmirsə,   borcu
qaytarmaq   məsuliyyəti   aradan   qalxır.   Çox   vaxt
valideynlər öz uşaqlarına ailəyə vurduqları maddi ziyanı
bağışlayırlar.
Ölüm yatağında olan bir ata bir insana verdiyi maddi
ziyanı   ödəməyi   öz  oğullarından   diləyirdi.  O   sağ   olanda
borcun qaytarılmasını ləngidirdi, lakin ölümündən əvvəl
öz   səhvini   dərk   etdi   və   vicdan   əzabı   çəkdi.   O,
oğullarından   borcunu   qaytarmağı   xahiş   etdi   və   onlar
bunu   etməyi   ona   söz   verdilər.   Onun   ölümündən   sonra
oğlanları dedilər: «Borcu qaytarsaq, atamıza nə olacaq?
Əgər   o,   göydədirsə   bu   daha   lazım   deyil,   əgər   atanız
cəhənnəmdədirsə,   borcu   qaytarmağımız   ona   kömək
etməyəcək.   Lakin   o,   ərafdadırsa,   təmizlənməsi   üçün
onsuz   da   əzab   çəkəcək».   Onlar   atalarının   borcunu
qaytarmadılar.   Beləliklə,   onlar   atalarının   günahını   və
günaha   görə   cəzanı   üzərlərinə   götürdülər.   Bu   kədərli
nümunə   bizi   öyrədir   ki,   başqa   insana   vurulan   ziyanın
əvəzini verməyi yubatmaq olmaz.
Müjdə   bizə   səmimi   tövbə   edən   vergiyığan   Zakkayın
~ 501 ~
501


müsbət nümunəsini göstərir. Bu insan Roma dövləti üçün
vergi   toplamaqla   məşğul   idi.   O,   insanlardan   lazım
olandan   daha   çox   pul   alırdı   və   beləcə   böyük   sərvət
toplamışdı. Lakin o, İsanı gördü, Onun sözlərini eşitdi və
ürəyi qəmlə doldu. Məsihi öz evinə gətirib burada olan
adamların   qarşısında   söz   verdi   ki,   sərvətinin   yarısını
yoxsullara   paylayacaq,   incitdiyi   adamlara   isə   dördqat
artıq əvəzini qaytaracaq. Bu sözləri eşidən Xilaskar dedi:
«Bu gün bu evə xilas gəldi» (Luka 19, 9).
«Mərhəmətli olun» (Luka 6, 36)
Şəxsi mülkiyyət hüququ üzərimizə mərhəmət borcunu
həvalə edir. Kasıb və zavallı adamlar ümid edə bilərlər ki,
Məsih   imanlıları   onlara   kömək   edəcək.   Məsih   dəfələrlə
təkrar   edir   ki,   əbədi   xilasımız   mərhəmət   işlərini
edib-etməyimizdən asılıdır. O, Qiyamət Günü mərhəmət
edənlərə   deyəcək:   «Ey   sizlər,   Atamın   xeyir-dua   verdiyi
adamlar!   Gəlin,   dünya   yaranandan   bəri   sizin   üçün
hazırlanmış olan Padşahlığı irs alın. Çünki ac idim, Mənə
yemək   verdiniz;   susamışdım,   Mənə   su   verdiniz;   qərib
idim, Məni qəbul etdiniz» (Mat 25, 34-35).
İsa vurğulayır ki, zəngin olanların borcu kasıb olanların
qayğısına   qalmaqdır:   «Qonaqlıq   verəndə   yoxsulları,
əlilləri, topalları, korları çağır» (Luka 14, 13).
Məsih Kilsəsi həvarilərin dövründən Məsihin bu əmrini
yerinə   yetirməyə   çalışır.   Müqəddəs   Pavlos   Qalatlılara
məktubunda yazır ki, Həvarilər Peter, Yəhya, Yaqub ona
və   Barnabaya   Həvarilərin   fəaliyyəti   üçün   xeyir-dua
verəndə onlara yoxsulların qayğısına qalmağı xatırlatdılar
(bax.   Qal   2,   10).   Buna   görə   də   həvarilərin   dövründə
~ 503 ~
503


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə