Sən İsa Məsihə iman edirsənmi? Böyüklərə katolik imanının əsasları barədə



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə71/87
tarix22.10.2018
ölçüsü1,02 Mb.
#75298
1   ...   67   68   69   70   71   72   73   74   ...   87

sui-istifadə   etmək   vicdanın   kütləşməsinə   və   əbədi
mühakiməyə   gətirib   çıxarır:   «Özünüzə   fikir   verin!   Qoy
ürəkləriniz eyş-işrət və sərxoşluqla, bu həyatın qayğıları
ilə   yüklənməsin.   Qoy   qiyamət   günü   bir   tələ   kimi
üzərinizə qəflətən gəlməsin» (Luka 21, 34).
Müqəddəs   Yazı   spirtli   içkilərdən   sui-istifadə   səbəbi   ilə
xəcalətli   ölüm   nümunələrini   gətirir.   Daniel   peyğəmbər
vasitəsilə   Allahdan   xəbərdarlıq   almasına   baxmayaraq,
sərxoşluq   orgiyası   zamanı   Babil   padşahı   Valtasar   ölür.
Aşşur   qoşununun   baş   komandanı   Olofern   Yuditin   əli   ilə
xəcalətli   ölümlə   ölür.   Davud   və   onun   adamlarına   qarşı
qərəzli   olan   Naval   sərxoşluq   orgiyasından   sonra  növbəti
gün ölümə yaxın olduğunu biləndə qorxudan ölür.
Sərxoşluq   bir   çox   bəlanın   səbəbi   olur.   Sərxoşluq
cinayət   məktəbi   və   həbsxanaya   yoldur.   Sosioloji
məlumata   görə,   məhbusların   50%-i   spirtli   içkilər
səbəbindən   azadlıqdan   məhrum   olurlar.   Ən   ağır
cinayətlər   –   qətl,   ağır   yaralama,   zorakılıq,   arvadlarını,
övladlarını   və   valideynləri   döymək,   yaxın   qohumlar
arasında   cinsi   əlaqə   əksər   hallarda   sərxoşluq
vəziyyətində   törədilir.   Müharibələrdən   çox   spirtli   içkilər
dəfnlərə səbəb olur. 
Doqquz yaşlı oğlan məktəbdən qayıdan zaman böyük
sürətlə hərəkət edən avtomobil səkiyə çıxır və uşağı əzir,
o da yerindəcə həlak olur. Avtomobildən sərxoş kişi çıxır
və dumanlı gözləri ilə baş verənlərə baxır...
Sərxoşluq   əzabların,   ailədəki   davaların   ən   əsas
səbəbidir.  Spirtli  içkilərdən sui-istifadə ailəyə  yoxsulluq,
məyusluq və göz yaşı gətirir, nifrət və boşanmaya gətirib
çıxarır. 
~ 465 ~
465


4-cü   sinif   şagirdləri   «Həyatımın   ən   xoşbəxt   günü»
mövzusunda   inşa   yazırlar.   Bir   qız   yazmışdı   ki,   onun
həyatında   ən   xoşbəxt   gün   atasının   həbs   olunduğu
gündür,   çünki   o   gündən   etibarən   evdə   sakitlik   hökm
sürür.   Heç   kim   ananı   döymür,   heç   kim   onun   saçlarını
yolmur və ayağı ilə təpikləmir, heç kim onu lənətləmir.
Həqiqətən, spirtli içkilərdən sui-istifadə ailə həyatını əsl
cəhənnəmə çevirir.
Spirtli   içkilər   sağlamlığı   məhv   edir.   Spirtli   içkilərin
törətdiyi şəxsiyyətin tənəzzülünə xüsusi diqqət yetirmək
lazımdır. İçki düşkünü tədricən hadisələrə normal insani
reaksiya   göstərmə   qabiliyyətini   itirir:   o,   ailəyə   laqeyd
olur,   ailədə   əzabların   səbəbi   olduğuna,   öhdəliklərini
yerinə yetirmədiyinə, tənbəl olduğuna görə vicdan əzabı
hissini   itirir.   İçki   düşkünü   arvadının   və   övladlarının
xəstəliklərinə heç diqqət yetirmir. Onun emosionallığı son
dərəcədə   güclənir,   o   əsəbi   olur   və   tez   özündən   çıxır,
özünü idarə etmir, onun əhvalı sürətlə dəyişir, orqanizmi
zəifləyir   və   insan   sistematik   səylərə   qadir   olmur,
düşünmək   qabiliyyəti,   yaddaşı   və   diqqəti   kütləşir.
Şəxsiyyətin   tam   tənəzzülü   tədricən   baş   verir.   İçki
düşkünü   bunu   görmür,   yaxınları   isə   ondan   uzaqlaşır.
Lakin ən dəhşətlisi odur ki, bu tənəzzül onun övladlarına
keçir. 
Bu   gün   zehni   cəhətdən   geridə   qalmış   uşaqlar   üçün
xüsusi   təşkilatların   sayı   kifayət   qədər   deyil.   Bu
təşkilatlardakı   uşaqların   90%-i   spirtli   içkilərin
qurbanlarıdır. Onların bədbəxt üzlərində valideynlərindən
aldığı böyük inciklik və zərər barədə yazılıb. Tədqiqatlar
göstərir   ki,   spirtli   içkilər   səbəbi   ilə   yaranan   xəstəliklər
~ 467 ~
467


üçüncü və dördüncü nəslə qədər ötürülür.
Gənclərin törətdiyi xuliqanlıq, kobudluq və əxlaqsızlıq,
demək olar ki, həmişə spirtli içkilərdən istifadə etməyin
nəticəsi   olub.   Spirtli   içkilərin   təsiri   altında   olan   insan
özünü   idarə   edə   bilmir   və   ayıq   vəziyyətdə   ağlına   belə,
gətirə bilmədiyini edə bilər. Spirtli içkilərin təsiri ilə gənc
oğlan   və   qızlar   utancaqlıq   və   ləyaqət   hisslərini   itirirlər.
Müqəddəs Yazı deyir: «Şərabdan sərxoş olmayın, bu sizi
mənəviyyatsızlığa aparır» (Ef 5, 18). «Şərabın al rənginə,
qədəhdə   parlamasına,   rahat   içilməsinə   baxma,   axırda
ilan kimi sancar, əfi ilan kimi zəhərləyər» (Sül 23, 31).
Spirtli içkinin təsiri ilə edilən əməl bütün sonrakı həyatı
korlaya bilər.
Allah,   Katolik   Kilsəsi,   vicdan,   öz   xalqına  və   vətəninə
məhəbbət bizə spirtli içkilərdən sui-istifadə ilə mübarizə
etməyi   əmr   edir.   İradəsiz,   ruhani   cəhdləri   itirən   xalqı
idarə etmək asan olduğuna görə düşmənlər həmişə bizi
içkiyə alışdırmağa çalışırlar.
Əl   çəkmədən   spirtli   içki   təklif   etmək   və   başqasını
içməyə   məcbur   etmək   olmaz.   Əgər   kimsə   içmək
istəmirsə,   ona   mənəvi   təzyiq   göstərmək   və   spirtli   içki
içmək üçün yola gətirmək lazım deyil. İnsanın əqidəsinə
və onun vicdanına hörmət etmək lazımdır.
Uşağın Birinci Müqəddəs Şəriklik Ayininə yaxud dəfnə
gələnlərə   spirtli   içki   təklif   etmək   olmaz.   Məsihçilik
oyaqlıq   və   fədakarlıq   imanıdır.   Allah   bizə   sağlam
düşüncə,   möhkəm   olmaq,   əxlaq   və   məhəbbət   ruhunu
verdi.
Spirtli   içkilər   barədə   deyilənlərin   hamısını  narkotik
maddələrin   istifadəsinə  də   aid   etmək  olar.   Lakin
~ 469 ~
469


narkotik maddələrin təsiri daha güclüdür və onlar daha
sürətlə   sağlamlığı   və   insanın   ruhani   həyatını   məhv
edirlər.   Buna   görə   də   narkotik   maddələrin   istifadəsi
həmişə ağır günah olur.
Yoldan   çıxarma  sözü   yaxud   nümunəsi   ilə   başqa
adamı günaha salmaqdır. Bu, Allahın beşinci əmrinə qarşı
ən   ağır   günahdır,   çünki   insanın   canını   ölümə   aparır.
Yoldan   çıxarma   insan   canını   öldürür,   amma   bunun
mənası insanın ölməz şəxsiyyətinin məhvi deyil, insanda
ağır günah vasitəsilə İlahi həyatın məhv edilməsidir. Bu
da   insanı   «əbədi   ölümə»   (müqayisə   edin:   Vəhy   20,
11-15)   –   cəhənnəmdə   əbədi   əzablara   məhkumluğa
gətirib çıxarır.
Rəbbimiz   İsa   Məsih   deyir:   «İnsanları   pis   yola   çəkən
şeylər   üçün   vay   bu   dünyanın   halına!   Belə   şeylərin
gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki,
bunlar onun vasitəsilə gəlir» (Mat 18, 7). Müqəddəs Yazı
başqasını yoldan çıxaran söz və əməlləri çox ciddi pisləyir.
İsa Məsih uşaqları yoldan çıxaranlara qarşı xüsusilə kəskin
sözlər  söyləyirdi:  «Kim  Mənə   iman   edən   bu   kiçiklərdən
birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman
daşı   asıb   dənizin   dibinə   atılaraq   boğulmaq   onun   üçün
daha yaxşı olar» (Mat 18, 6). 
Bu həm təəccüblü, həm də dəhşətlidir, çünki çox vaxt
öz   övladlarını   yoldan   çıxaran   məhz   valideynlər   olurlar.
Əslində isə Allah valideynlərə oyaq olmaq və övladlarının
ruhani və fiziki sağlamlığına diqqət yetirməyi tapşırdı. Öz
davranışı və ətraflı düşünülməmiş sözləri ilə övladlarını
Allahdan   döndərən   və   onlara   xilas   yolunu   bağlayan
valideynlərin vay halına! 
~ 471 ~
471


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə